Məhkəmə qərarları › İş №1(073)-152/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-152/2023

15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-152/2023 15.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının etibarnamə üzrə nümayəndəsi X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi (vəkil) Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 Atamalı oğlunun iştirakları ilə xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 az yaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakışəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, ev 11-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakıİstintaq Təcridxanasında saxlanılan, barəsində 06 may 2023cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, 04 may 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1968-ci ildə Ermənistan SSR-nin, Mehri rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından 20 % dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixli qərarla 8 Noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndi tətbiq edilərək cəzadan azad edilmiş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində 06 may 2023-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, 04 may 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.1991-ci ildə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 az yaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə hərbi Məhkəməsinin 18.09.201-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 və 333.4-cü maddələri ilə təqsirli bilinin 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 200 (iki yüz) manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, Şəki rayonu, Aşağı Daşağıl kəndindəqeydiyyatda olmaqla Bakışəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan,barəsində 06 may 2023-cü il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş, 05 may 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəməi clasında baxaraq, məhkəmə.... M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o,tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 aprel 2023-cü il tarixində ünvan 2 ünvanda yerləşən Nəvai parkında səki hissəsinə quraşdırılmış, kor piyadalar üçün nəzərdə tutulan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinə məxsus 1 ədədinin dəyəri 294 (iki yüz doxsan dörd ) manat 14 (on dörd ) qəpik olan 2 ədəd tumbanı gizli talayaraq Bakı Nəqliyyat Agentliyinə 588 ( beş yüz səksən səkkiz) manat 28 ( iyirmi səkkiz) qəpik maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 24 aprel 2023-cü il tarixində ünvan 2 ünvanda yerləşən Nəvai parkında səki hissəsinə quraşdırılmış, kor piyadalar üçün nəzərdə tutulan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinə məxsus 1 ədədinin dəyəri 294 ( iki yüz doxsan dörd ) manat 14 ( on dörd ) qəpik olan 7 ədəd tumbanı gizli talayaraq Bakı Nəqliyyat Agentliyinə 2058 ( iki min əlli səkkiz ) manat 98 ( doxsan səkkiz ) qəpik maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27 aprel 2023-cü il tarixində ünvan 2 ünvanda yerləşən Nəvai parkında səki hissəsinə quraşdırılmış, kor piyadalar üçün nəzərdə tutulan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinə məxsus 1 ədədinin dəyəri 294 ( iki yüz doxsan dörd ) manat 14 ( on dörd ) qəpik olan 4 ədəd tumbanı gizli talayaraq Bakı Nəqliyyat Agentliyinə 1176 ( min yüz yetmiş altı ) manat 56 ( əlli altı ) qəpik maddi ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki,o,tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 aprel 2023-cü il tarixində ünvan 2 ünvanda yerləşən Nəvai parkında səki hissəsinə quraşdırılmış, kor piyadalar üçün nəzərdə tutulan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinə məxsus 1 ədədinin dəyəri 294 (iki yüz doxsan dörd ) manat 14 (on dörd ) qəpik olan 2 ədəd tumbanı gizli talayaraq Bakı Nəqliyyat Agentliyinə 588 ( beş yüz səksən səkkiz) manat 28 ( iyirmi səkkiz) qəpik maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 24 aprel 2023-cü il tarixində ünvan 3ünvanda yerləşən Nəvai parkında səki hissəsinə quraşdırılmış, kor piyadalar üçün nəzərdə tutulan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinə məxsus 1 ədədinin dəyəri 294 ( iki yüz doxsan dörd ) manat 14 ( on dörd ) qəpik olan 7 ədəd tumbanı gizli talayaraq Bakı Nəqliyyat Agentliyinə 2058 ( iki min əlli səkkiz ) manat 98 ( doxsan səkkiz ) qəpik maddi ziyan vurmaqla oğurluq etmişlər Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27 aprel 2023-cü il tarixində ünvan 3ünvanda yerləşən Nəvai parkında səki hissəsinə quraşdırılmış, kor piyadalar üçün nəzərdə tutulan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinə məxsus 1 ədədinin dəyəri 294 ( iki yüz doxsan dörd ) manat 14 ( on dörd ) qəpik olan 4 ədəd tumbanı gizli talayaraq Bakı Nəqliyyat Agentliyinə 1176 ( min yüz yetmiş altı ) manat 56 ( əlli altı ) qəpik maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,778 qram olan psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 02 may 2023cü il tarixdə saat 17 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinib Cəlilabad şəhəri ərazisində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş, onun üzərindəşəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, müxtəlif ünvanlarda fərdi işlərə fəhlə kimi işləmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər işlədiyi avtobus marşrut xəttindən tanıyırmış. Tutulmamışdan təxminən 1 ay əvvəl Bakı şəhəri, Nərimanov rayonu, Milyonerlər Məhəlləsi deyilən yerdə tərk edilmiş bir otel vardır. Orada müxtəlif növ sahibsiz dəmirləri yığıb metal qəbulu yerlərinə verirmiş. Lakin, sonradan ərazinin polislərinin qadağasından sonra oradan dəmir götürməmişdir. Bundan başqa Eyvazın MKİS-də fəhlə işlədiyini bilmişdir. Eyvaz ona demişir ki, “mən MKİS-də fəhlə işləyirəm. Mən çıxarsam heç kim mənə heç nə deməz”. Eyvazla ünvan 2 ünvanda Nəvai parkında 2 ədəd sınmış vəziyyətdə olan tumbanı götürmüş, birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Mikrorayon bazan deyilən yerə metal qəbulu yerinə satmışlar. Bundan 2-3 gün sonra yenidən Təqsirləndirilən şəxs2 ilə birlikdə, ünvan 2 ünvanda Nəvai parkında 7 ədəd tumbanı Eyvazla birlikdə açmış, onun idarə etdiyi Saipa markalı, Az **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yığmış, bundan sonra Eyvazın şəxsiyyət vəsiqəsi ilə satmış, bundan sonra bir yerdə narkotik almış və istifadə etmişlər. Təqsirləndirilən şəxs3 onun qonşusudur. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs3 tanısada onunla oğurluq etməmişdir. Düzdü parkda birlikdə avtomobili saxlayıb birlikdə piyada gəzsələrdə ancaq oğurluq etməmişlər. Təqsirləndirilən şəxs2lə isə ümumilikdə iki dəfə olmaqla 9 ədəd tumba oğurlamışlar və birlikdə satmışlar. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı oğurluq nəticəsində dəymiş ziyandan ona aid hissədə 1300 manat pulun müvafiq hesaba köçürülməsini bildirmişdir. Hazırda törətmiş olduğu əməldən səmimi peşimandır, zərərçəkmiş şəxsə dəymiş ziyan ona aid hissədə ödənilmişdir, himayəsində 2 az yaşlı uşağı vardır. Bütün bu qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 saylı Mənzil Komunal Sahəsində fəhlə kimi işləmişdir. Özü təxminən 5-6 il imiş ki, müxtəlif narkotik maddələri istifadə edirmiş. Təqsirləndirilən şəxs1 əvvəllər işlədiyi avtobus marşrut xəttindən tanıyırmış. Bakı şəhəri Nərimanov rayonu Milyonerlər məhəlləsi kimi tanınan ərazidə adını bilmədiyi bir bankın binasının sökülməsini görmüş və orada özünü həmin bankın işçisi kimi təqdim edən şəxs ona binaya aid söküntü materiallarını apara biləciyini demişdir. O da həmin yerdən müxtəlif növ metallar aparmışdır. Təxminən 2023-cü ilin aprel ayında Təqsirləndirilən şəxs1la Bakı şəhəri, Nərimanov rayonu, Milyonerlər məhəlləsi kimi tanınan yerdə 2 ədəd sınıq, çox güman ki, yol nəqliyyat hadisəsi nəticəsində sınıq qalan tumbanı tanışı Elşənin maşını ilə Bakı şəhəri, Nəsimi rayonu, mikrorayon bazarı deyilən yerə aparmışlar. Orada ona məxsus olan şəxsiyyət vəsiqəsi ilə hazırda qiymətini xatırlamadığı məbləğə satmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1la daha 2 ədəd tumbanı qeyd etdiyi yerdən götürüb Elşənin maşınına yığmışlar və birlikdə Bakı şəhəri, Binəqədi rayonu. Xutor deyilən yerdə dəmir qəbulu məntəqəsinə aparıb satmışlar. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la 9 ədəd tumba deyil, 4 ədəd tumba oğurlayıb satdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs2 əməlindən peşiman olduğunu və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qonşuluqdan tanıyırmış. Elşən tarixini dəqiq xatırlamadığı vaxtda gecə saatlarında onunla birlikdə parka getməyini xahiş etmiş, o da Elşənlə görüşüb birlikdə onun avtomobi ilə ünvan 4 ünvanda parkın qırağına gəlmişlər. Avtomobili saxlamış və oturacağın altında olan taksi işarəsini maşının üstünə qoymuşdur. Bundan sonra Elşənlə həmin parkda piyada gəzmişlər. Təqsirləndirilən şəxs3 nə həmin tarixdə, nə dəki ondan sonrakı tarixlərdə Təqsirləndirilən şəxs1la parkdan tumba oğurlamadığını bildirmişdir. Bundan başqa o, ifadəsində bildirmişdir ki, 1 ildən artıq müddətdir psixotrop maddə istifadə edir. O, taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. 29 aprel 2023cü il tarixdə günorta saat 13 radələrində dostları ilə görüşüb çay içmək üçün Bakı şəhəri, 28 may metrosu yaxınlığına getmişdir. Həmin vaxt oradan evə gələn zaman yerdə olan büküm diqqətini çəkmiş və onu yerdən götürüb içinə baxdıqda onun psixotrop maddə olan metamfetamin olduğunu müəyyən etmiş və həmin bükümü cibinə qoyaraq nə vaxtsa istifadə etmək məqsədi ilə saxlamışdır. 02 may 2023-cü il tarixdə təxminən saat 09 radələrində Bərdə şəhərinə bir nəfər müştəri gətirmişdir. Daha sonra orada olan avtovağzalda dayanıb Bakı şəhərinə geri aparmaq üçün müştəri gözləməyə başlamışdır. Sonradan adını bildiyi Elvin adlı şəxs saat 13 radələrində ona yaxınlaşıb 100 manat müqabilində onu Masallı rayonuna aparıb gətirməyini istəmiş və o da razılaşmışdır. Təxminən saat 17 radələrində Cəlilabad rayonu ərazisində olan zaman o, su istəyidiyini bildirmiş və Elvin ondan avtomobili marketin qarşısında saxlamağını və su alacağını bildirmişdir. O, marketdən siqareti alıb avtomobilə əyləşən zaman üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt psixotrop maddə olan metamfetamin üzərində olduğuna görə onlara üzərində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu demişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmişlər və etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya olubolmamasını soruşmuşlar. O da əynində olan qara rəngli şalvarının sağ yan cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükülü polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Təqsirləndirilən şəxs3 oğurluq cinayətini törətmədiyinə görə həmin hissədə barəsində bəraət verilməsini, narkotik cinayət əməlinə görə əməlindən səmimi peşiman olduğunu, himayəsində 2 az yaşlı uşağının olduğunu, ailədə yeganə qazanc gətirənin özü olduğunu bildirib cəza təyini zamanı nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərər çəkmiş hüquqi şəxs “Azərbaycan Yerüstü Nəqliyat Agentliyi” Publik hüquqi şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 2523,21 manat( iki min beş yüz iyirimi üç manat iyirmi bir qəpik) məbləğində maddi ziyanın və ödənilmiş 46,40 manat (qırx altı manat qırx qəpik) dövlət rüsumunun zərərçəkmiş şəxs Azərbaycan Yerüstü Nəqliyat Agentliyi” Publik hüquqi şəxs hesabına tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçının nümayəndəsi X7 ifadəsində göstərmişdir ki, nümayəndəsi olduğu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquüi şəxsi, ləğv edilmiş Bakı Nəqliyyat Agentliyinin hüquqi varisidir. İş üzrə onlara 3823,82 manat məbləğində maddi ziyan dəymiş, həmin ziyandan 1300 manat pul agentliyin hesabına köçürülmüş, geri qalan ziyan ödənilməmişdir. Odur ki, məhkəmədən onlar tərəfindən verilmiş mülki iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, ünvan 5ünvanda yerləşən metal qəbulu məntəqəsində 21 ildir ki, metal qəbul edirmiş. Metal qəbulu məntəqəsinəTəqsirləndirilən şəxs2 daxil olmuş, ona işlədiyi söküntü aparılan yerdən 2 ədəd lazımsız metal tumba verildiyini bildirmişdir. Tumbalar qırıq-nasaz vəziyyətdə olmuşdur. O, həmin tumbaları tərəzidəçəkmiş, Eyvaza 35 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 məxsus olan şəxsiyyət vəsiqəsinin surətini almış, qeydlər aparmışdır. Eyvaz tumbaların oğurluq olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 1 ildir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsi deyilən yerdə, küçəsini və ünvanını dəqiq bilmədiyi yerdə metal qəbul olunan məntəqədə malları qəbul edirmiş. 26 aprel 2023-cü il tarixdə metal qəbulu məntəqəsinə Təqsirləndirilən şəxs2 daxil olmuş, işlədiyi söküntü aparılan yerdən 4 ədəd lazımsız metal tumba verildiyini bildirmişdir. O, həmin tumbaları tərəzidəçəkmiş, 25 manata hesablayıb pulunu Eyvaza vermişdir. Təqsirləndirilən şəxs2 məxsus olan şəxsiyyət vəsiqəsinin surətini almış, qeydlər aparmışdır. 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 yenidən onun iş yerinə gələrək 2 ədəd də həmin tumbadan gətirmiş, o, həmin tumbanı yenə pul verib almış 2 gün sonra yenidən gəlib 1 ədəd tumbanı satmışdır. O, ümumilikdə Eyvazdan 7 ədəd tumba almışdır. Şahid4 ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs2 tumbaları ağ avtomobildə gətirmiş və avtomobildə Elşəndə olmuşdur. Daha sonra polis əməkdaşları məntəqəyə gəldikdən sonra Eyvaz və Elşəndən satın aldığı 7 ədəd tumbanı geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin İTB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs3 tanımır, onunla ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən Cəlilabad RPŞ-də şöbə rəhbərliyinin müvafiq əmrinə əsasən əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs3 ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri, H.Əliyev prospektinin ətrafı müşahidəyə götürülmüşdür. Təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs3 “Hyundai Aksent” markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomobildə Şahid6la birlikdə həmin prospektdə hərəkət edərkən görmüş və onu 10-15 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs3 dəəynində olan qara rəngli şalvarının sağ yan cibində bir bükümdə psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Orada Təqsirləndirilən şəxs3 üzərinə axtarış aparılması və müvafiq sənədlərin tərtib edilməsi üçün münasib şərait olmadığından Təqsirləndirilən şəxs3 üzərində axtarış aparmamış və bu məqsədlə onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs3 də onlara etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduqdan sonra onun hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və üzərində axtarış aparılacağı barədə ona məlumat verilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs3 də əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə şəffaf sellofana bükülmüş halda metamfetaminə bənzər maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin metamfetamini şəxsi istifadəsi üçün Bakı şəhəri ərazisində yerdən tapmış, həmin metamfetamindən istifadə etməmiş və heç kimə verməmişdir. Həmin maddədən Şahid6 məlmatı olmamışdır. Təqsirləndirilən şəxs3 təqdim etdiyi bükümün içərisinə baxıldıqda orada psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilən zaman qara rəngli şalvarının sol yan cibindən Redmi markalı mobil telefon, avtomobil açarı, sağ yan cibindən 1 ədəd “LD” markalı siqaret qutusu, 1 ədəd alışqan və 5 manatlıq pul əskinası aşkar edilmişdir. Həmin əşyalardan mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Onun üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs3 verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. Bu barədə heç bir şikayəti və tələbi yoxdur. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs3 məxsus Hyundai Aksent” markalı, **-VG-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və oradan qanunla qadağan olunmuş hər hansıəşya və ya predmet aşkar olunmamışdır. Daha sonra avtomobilə baxış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşı Şahid3 da Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri ünvan 7 ünvanda baş vermişdir. İş materiallarında olan 05 may 2023-cü il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadələrinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ünvan 8 ünvanda yerləşən “Nəvai” parkında törətmiş olduqları oğurluq hadisəsi ilə bağlı istintaqa verdikləri ifadələri ilə hadisə yerində vermiş olduğu ifadələri uyğunluq təşkil etmişdir. İş materiallarında olan bir ədəd “CD” diskə məhkəmə baxışı zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 8 ünvanda yerləşən “Nəvai” parkının sol səki hissəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi Saipa markalı ** LB *** dövlət qeydiyyat nömrə nişanlı avtmomobilini parkın səki hissəsində saxlayır Bundan sonra özü sürücü oturacağından düşür, səki hissədə olan iki ədəd dəmir tumbaları sökərək avtomobilin qabaq sağ oturacağına yığır və daha sonra həmin yerdən avtomobili ilə uzaqlaşır. İş materiallarında olan bir ədəd “CD” diskə məhkəmə baxışı zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində ünvan 8 ünvanda yerləşən “Nəvai” parkının sol səki hissəsində Təqsirləndirilən şəxs3 idarə etdiyi Hyundai Accent markalı ** VG *** dövlət qeydiyyat nömrə nişanlı avtmomobilini parkın səki hissəsində saxlayır. Avtomobildən düşür və taksi işarəsi avtomobilin dam hissəsinə qoyur və həmin vaxt onunla birlikdə olan Təqsirləndirilən şəxs1 ilə avtomobilin yanından uzaqlaşıb gedirlər. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyindən xx.xx.2023-cü il tarixdə Nərimanov RPİnin 16-cı PB-nə ünvanlamış olan 3-52-2/2-01523/2023 saylı məktubdan da görünür ki, 1 ədəd tumbanın dəyəri 294 manat 14 qəpik təşkil edir. İş materiallarında olan “məhkəmə əmtəəşünaslıq ekspertizası” ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məlikəmə Ekspertiza Mərkəzinin 8 may 2023-cü il tarixli 9/3373 nömrəli rəyindən müəyyən olunur ki, “BNA tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan istifadəedilməklə, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd tumbanın istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 250,00 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs3 əynindəki qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan RespublikasıƏN-nin MEM-nin X6 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 may 2023-cü il tarixli, 19/509 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmişüzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi –0,778 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. (tədqiqata sərf edildi -0,05 qr, qalıq 0,728 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 74 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 stimulyatorların qəbulundan yaranan Asılılıq Sindromu (Toksikomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ********* nömrəli cinayət işi üzrə maddi sübutların təhvil götürülüb saxlanca qəbul edilməsi haqqında məktubdan görünür ki, iş üzrə - xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman sonuncu tərəfindən Şahid4 satılmış 7 ədəd tumba müvafiq qaydada götürülmüş və saxlanca verilməsi üçün Bakı Nəqliyyat Agentliyin X8 İnfrastruktur Layihələrin İdarə olunması Sektorunun mütəxəssisi X4 təhvil verilmişdir. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin ibtidai istintaq zamanı nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş ərizədən görünür ki, iş üzrə dəymiş ziyandan Təqsirləndirilən şəxs1 qohumları ona aid hissədə 1300 (min üç) manat pulu Bakı Nəqliyyat Agentliyinin bank hesabına köçürmüş və ona aid hissədə agentliyin şikayətinin olmaması və barışmaqlarının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Məhərəm oğlu Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20% məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşdə olan “amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2021-ci il tarixli qərardan görünür ki, xx.xx.2021-ci il tarixli qərarla 8 Noyabr –Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndi tətbiq edilərək cəzadan azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CMnin 83-cü maddəsinə əsasən məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2, 331.3 və 334.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 331.2-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilərək 200 (iki yüz) manat cərimə cəzasına, digər maddələrlə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Şəki rayon İcra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1221 məktubdan görünür ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin probasiya nəzarətində Təqsirləndirilən şəxs3 barədə şəxsi iş açılmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2020ci il tarixli Qanunla Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edilmişdir(dekrimallaşmışdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş 200 (iki yüz) manat cərimə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2-ci maddəsinə münasibətdə hüquqi nəticələr aradan qalxdığından, həmin hökmlə onun məhkumluğu CM-nin 83-cü maddəsinə əsasən ödənilmiş və məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2016-cı il təvəllüdlü Xanlar Həsənov və 28.07.201-ci il təvəllüdlü Sadiq Həsənov adlı az yaşlı uşaqları vardır. İş materiallarında olan Şəki şəhər İcra Hakimiyyyəti Başçısının Aydınbulaq kəndindəki nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2013-cü il təvəllüdlü Eşqin Mirzəyeva və 02.03.201-ci il təvəllüdlü Nurgül Mirzəyeva adlı az yaşlı uşaqları vardır və müsbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyyəti Başçısının Aparatı MKTD 138 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 10 ünvanda arvadı və uşaqları ilə birlikdə yaşayır və müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 özlərinin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialinda olan rəsmi sənədlərlə onlara verilmiş ittiham üzrə cinayəti törətmələri tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2, Təqsirləndirilən şəxs3 əməli isə həmin Məcəllənin 177.2.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Bundan başqa məhkəmə iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə oğurluq cinayət əməlini törətməmələri, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1la 9 ədəd deyil, ümumlikdə 4 ədəd tumbaların oğurlanması ilə bağlı göstərdiklərini nəzərə alır və belə hesab edir ki, təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri həmin xüsusatlar müdafiə xarakerlidir və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində 2 az yaşlı uşağının olması, zərərçəkmiş şəxsə dəymiş ziyanı ona aid hissədə tam ödəməsi CM-nin 59.1.4 və 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmişin ondan şikayət və tələbinin olmamasını CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından, həmçinin onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı geri qaytarmasını onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından, həmçinin onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində 2 az yaşlı uşağının olması CMnin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs3 CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun özünün və ailəsinin həyat şəraitinə təsiri baxımından, həmçinin onun islah olunmasına təsirini nəzərə alaraq ona cinayətlərin məcmusu üzrə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CMnin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn: cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Zərərçəkmiş şəxs Azərbaycan Yerüstü Nəqliyyat X9 şəxs eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 vurulmuş zərər görə 2523,82 manat (iki min beş yüz iyirmi üç manat səksən iki qəpik) pulun və ödənilmiş 40,40 manat (qırx manat qırx qəpik) dövlət rüsumunun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Yerüstü Nəqliyyat X9 şəxsə 3823,82 (üç min səkkiz yüz iyirmi üç manat səksən iki qəpik) manat ziyan dəymiş, həmin ziyandan Təqsirləndirilən şəxs1 tərəfindən 1300 (min üç yüz) manat ödənilmiş, 7 ədəd tumba isə natura qaydasında geri qaytarılmışdır. Məhkəmə iş üzrə 1 (bir) ədəd tumbanın qiymətinin 294,14 (iki yüz doxsan dörd manat on dörd qəpik) olduğunu, eləcə də oğurlanmış 13 ədəd tumbanın 7 ədədinin (7x294,14 manat=2058,98 manat) natura şəklində qaytarılmasını nəzərə alaraq hesab edir ki, hazırki mərhələdə ödənilməmiş ziyan 464,84 (dörd yüz altmış dörd manat səksən dörd qəpik) manat təşkil edir və həmin ziyan ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, iş üzrə mülki iddia qismən təmin edilsin və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 464,84 manat (dörd yüz altmış dörd manat səksən dörd qəpik) maddi ziyan və 46,40 manat (qırx altı manat qırx qəpik) ödənilmiş dövlət rüsumu “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X12 "xxxx" MMC PF1, Kodu: 691011, VÖEN: **********, Müxbir hesab: AZ76NABZ********************, S.W.İ.F.T. AZPOAZ22, Alan müştəri: Azərbaycan Yerüstü Nəqliyyat X9 X13-si: AZ28AZPO******************** Cari AZN; VÖEN: ********** hesabına ödənilməlidir. İş materiallarına əlavə olunmuş, 02 may 2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 02 may 2023-cü il tarixdə saat 18:38-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 04 may 2023-cü il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 04 may 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, həmin gün saat 16:15-də müvəqqəti saxlama yerindən azad edilmişdir.. İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 06 may 2023-cü il tarixli, 4 (005)- 646/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 06 may 2023-cü il tarixli, 4 (005)- 647/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 06 may 2023-cü il tarixli, 4 (005)- 648/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 05 may 2023-cü il tarixdən hesablanmışdır. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs3 toksikomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs3 götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,728 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs3 alınaraq Məhkəmə Ekspetiza Mərkəzinin Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************4, S.W.İ.F.T. CTREAZ22, AZ34CTRE******************** Cari AZN; VÖEN: ********** hesabına ödənilməlidir. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspetiza Mərkəzinin Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************4, S.W.İ.F.T. CTREAZ22, AZ34CTRE******************** Cari AZN; VÖEN: ********** hesabına ödənilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə təqsirli bilinib 2 (iki) il ay 4 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırki iş üzrə 04 may 2023-cü il tarixdən 15 sentyabr 2023-cü il tarixə kimi həbsdə qaldığı 4 (dörd) ay 11 (on bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinəəsasən azadlığın məhdudlaşdırılması cəzasının 8 (səkkiz) ay 22 (iyirmi iki) gününə bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 8(səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı Probasiya İdarəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı ünvan 11 ünvanında yerləşən evi tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədəəvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi 2 (iki) gün həbsdə qaldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirimi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsindəçəksin. Cəzaçəkmənin əvvəli 05 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinəəsasən Təqsirləndirilən şəxs3 toksikomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,728 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının xərci olan 60 (altmış) manat Təqsirləndirilən şəxs3 alınaraq Məhkəmə Ekspetiza Mərkəzinin Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************4, S.W.İ.F.T. CTREAZ22, AZ34CTRE******************** Cari AZN; VÖEN: ********** hesabına ödənilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 464,84 manat (dörd yüz altmışdörd manat səksən dörd qəpik) maddi ziyan və 46,40 manat (qırx altı manat qırx qəpik) ödənilmiş dövlət rüsumu tutularaq “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X12 "xxxx" MMC PF1, Kodu: 691011, VÖEN: **********, Müxbir hesab: AZ76NABZ********************, S.W.İ.F.T. AZPOAZ22, Alan müştəri: Azərbaycan Yerüstü Nəqliyyat X9 X13-si: AZ28AZPO******************** Cari AZN; VÖEN: ********** hesabına ödənilsin. İş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci olan 50 (əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspetiza Mərkəzinin Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************4, S.W.İ.F.T. CTREAZ22, AZ34CTRE******************** Cari AZN; VÖEN: ********** hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar