Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-153/2024 22.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 10:50 X3 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1 oğlunun, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1996-cı il tarixdə Əfqanıstan İslam Respublikasının Herat şəhərində doğulmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Əfqanıstan İslam Respublikasının Herat şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə qanunla müəyyən edilmiş qaydada ölkə ərazisinə gələ bilmədiyindən, Azərbaycan Respublikasına hava yolu ilə gəlməyə maddi imkanı olmadığından, yaşamaq və işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmək üçün 30 may 2024-cü il tarixdə, saat 00:32-də Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəlilabad rayonunun Şükürlü kəndində yerləşən 7-ci sərhəd zastavasının 3-cü sahəsindən piyada hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçib, dövlət sərhəd xəttindən 1650 metr hərəkət etdikdən sonra, maneə çəpərinin əks tərəfində 450 metr məsafədə, 76 nömrəli sərhəd nişanından 300 metr sağda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək saat 07:07-də saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1996-cı il tarixdə Əfqanıstan İslam Respublikasının Herat şəhərində anadan olmuş, ailəsi ilə birlikdə Herat şəhərində yaşamış, təxminən 6 ay bundan əvvəl yaşadığı Əfqanıstan İslam Respublikasından İran İslam Respublikasına getmiş, orada bir müddət yaşadıqdan sonra, yaşamaq məqsədilə Azərbaycan Respubliasına gəlmək qərarına gəlmişdir. Lakin pandemiya səbəbindən Azərbaycan Respublikasının quru yolla sərhədlərinin bağlı olduğunu bilmiş, hava yolu ilə hərəkət edib Azərbaycan Respublikasına gəlmək üçün aviabilet almağa isə kifayət qədər pulu olmadığından, Azərbaycan Respublikasına yalnız qanunsuz yolla gələ biləcəyini fikrləşmişdir. Bu səbəbdən 29 may 2024-cü il tarixdə, səhər saatlarında yaşadığı İran İslam Respublikasının Tehran şəhərində avtobusa minib Ərdəbil şəhərinə yollanmış, Ərdəbil şəhərindən isə taksi ilə Biləsuvar şəhərinə getmişdir. İran İslam Respublikasının Biləsuvar şəhərinə çatandan sonra özünə məxsus mobil telefonundakı xəritə vasitəsi ilə İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədlərinin harada olduğuna baxıb dövlət sərhədindən qanunsuz yolla keçmək məqsədilə Azərbaycan Respublikasının ərazisinə doğru piyada hərəkət etmişdir. Təxminən 2-3 saat piyada yolla hərəkət edəndən sonra qarşısına tikanlı məftilləri olan taxta dirəklər və şumlanmış ərazi çıxmışdır. Həmin yerdən keçdikdən sonra aralıda sərhədçiləri gördükdə tutulmaması məqsədilə taxıl sahəsində gizlənmiş, bir neçə saat gizləndikdən sonra 30 may 2024-cü il tarixdə, səhər saat 07 radələrində sərhədçilər tərəfindən saxlanılmışdır. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində azyaşlı uşaqları var, ailəsinə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etiraf ifadəsindən başqa, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, DSX-nin N nömrəli hərbi hissəsinin 7-ci sərhəd zastavasının rəisi vəzifəsində xidmət edir. 30 may 2024-cü il tarixdə saat 00:32-də 7-ci sərhəd zastavasında xidmətdə olan əsgər Şahid1 xidməti ərazini video-müşahidə kamera vasitəsi ilə müşahidə edən zaman 3-cü sahə istiqamətində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozan 1 nəfər şəxsin nəzarət-iz zolağından və mühəndis-texniki çəpərdən keçərək Cəlilabad rayonu, Şükürlü kəndi istiqamətinə hərəkət etməsini müşahdə etmişdir. Dərhal ona məruzə etmiş, zastavanın şəxsi heyəti dərhal “Silaha” komandası ilə qardırılmış, xidməti ərazi qapadılaraq sərhəd pozucusunun təqibi həyata keçirilmişdir. Nəticədə saat 07:07-də zastavanın 3-cü sahəsi istiqamətində 76 nömrəli sərhəd nişanından 300 metr sağda, dövlət sərhəd xəttindən 1650 metr aralıda, mühəndis-texniki çəpərdən 450 metr arxada pozucu saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin N nömrəli hərbi hissəsinin 7-ci sərhəd zastavasının 2-ci qrupunun əsgəri Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İşdə olan N nömrəli hərbi hissənin komandiri polkovnik Rauf Abdullayevin 30 may 2024-cü il tarixli, 3-38-/2-16/1674/24 nömrəli məktubunda və həmin hərbi hissənin 7-ci sərhəd zastavasının rəisi, baş leytenant Şahid2 30 may 2024-cü il tarixli raportunda göstərilmişdir ki, 30 may 2024-cü il tarixdə, saat 00:32-də 7-ci sərhəd zastavasında “Növbətçi operator” xidmətində olan əsgər Şahid1 xidməti ərazini video-müşahidə kamerası vasitəsi ilə müşahidə edən zaman 3-cü sahə istiqamətində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozan 1 nəfər şəxsin nəzarət-iz solağından və mühəndis-texniki çəpərdən keçərək Cəlilabad rayonu, Şükürlü kəndi istiqamətinə hərəkət etməsi müşahidə edilmiş və zastava dərhal “Silaha” komandasına qalxmışdır. Sərhəd pozucusunun təqibi istiqamətində tədbirlər həyata keçirilmiş və nəticədə, həmin gün saat 07:07 radələrində zastavanın 3-cü sahəsi istiqamətində 76 nömrəli sərhəd nişanından 300 metr sağda, dövlət sərhəd xəttindən 1650 metr aralıda, mühəndis texnik çəpərdən 450 metr arxada bir nəfər şəxs xx xxxxxxx 1996cı il təvəllüdlü, Əfqanitsna İslam Respublikası vətəndaş Təqsirləndirilən şəxs saxlanılmışdır. İşdə olan «Hadisə yerinə baxış keçirilməsi haqqında» 30 may 2024-cü il tarixli protkolodan görünür ki, baxışın keçirildiyi yer Cəlilabad rayonu Dələli kəndi ərazisində yerləşən 7-ci sərhəd zastavasının 3-cü sahəsinə baxış keçirilmiş, ərazi düzənlik relyefə malik əkin və taxıl sahələrindən ibarətdir. 7-ci sərhəd zastavasının dislokasiya yerindən Cəlilabad rayonu Dələli kəndinə qədər oan məsafə 500 metrdir. 7-ci sərhəd zastavasının dislokasiya yerindən 3-cü sahəyə qədər olan məsafə təqribən 4000 metrdir. 7-ci sərhəd zastavasının 3-cü sahəsində İran İslam Respublikası istiqamətində İran İslam Respublikasının Zərgar kəndi yerləşir. 7-ci sərhəd zastavasının dislokasiya yerindən Zərgar kəndinə qədər olan məsafə təqribən 1000 metrdir. 3-cü sahədən Zərgar kəndinə qədər olan məsafə təqribən 1200 metrdir. Əraziyə baxış keçirilən zaman dövlət sərhəd xəttində və ya nəzarət-iz zolağında ayaq izləri aşkar edilmiş, mühəndis-texniki çəpərlərə baxış keçirilən zaman məftillərin əyilməsi, kəsilməsi və ya deformasiyaya uğraması aşkar olunmamışdır. İşdə olan İAMAS-dan daxil olmuş sorğuya cavabdan görünür ki, Əfqanıstan İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi üzrə müəyyən olunmadığından, müaviq çıxarışların göndərilməsi mümkün olmamışdır. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 30 may 2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2024-cü il tarixdə saat 09:20-də Azərbaycan Respublikası İXM-nin 570-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 11:30-da Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 01 iyun 2024-ci il tarixli 4(009)-243/2024 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 30 may 2024-cü il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum ütmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.1-1-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 30 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-153/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-153/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver