Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-16/2023 18.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ HakimƏmirəliyev Elxan Əlioğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısıƏlləziv Dilqəm Umud oğlunun, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X4, Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndəştirakları ilə, Təqsirləndirilən şəxs - xx.xx.*966-cı il tarixdə Cəlilabad rayonu, Sadatlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu, Sadatlı kəndində yaşayan, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *88.*-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq... Müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 2000-ci ildən hal-hazıradək Zərərçəkmiş şəxs mülkiyyətində olan Cəlilabad rayonu, Sadatlı kəndində yerləşən 0,*65 hektar torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz olaraq həmin torpaq sahəsinin hüdudlarını müəyyən edən hasarlama işləri aparmaqla özbaşına tutmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayon, Sadatlı kəndində təxminən 0,30 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi *997-ci ildə ona keçmiş Seyidbazar kənd icra nümayəndəliyi tərəfindən verilmişdir. 2000-ci illərdə isə həmin torpaq sahəsi islahatlar zamanı zəbt olunmuş torpaq sahəsi kimi onun adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin sənədi olan hissəsində 2020-ci il tarixdə yaşayış evi tiksədə sonradan həmin tikilini yarımçıq saxlamış və hazırda həmin evdə heç kim yaşamır. Torpaq sahəsinin sağ tərəfində isə qardaşı Feyzi Feyziyevin yaşadığı ev yerləşir. Onların torpaq sahələri dəmir məftil ilə hasarla ayrılmışdır. Qardaşı Feyzinin istifadəsində isə 0,*5 ha torpaq sahəsi vardır. Onun torpaq sahəsinin qarşı tərəfində həmkəndlisi Şahid4 torpaq sahəsi yerləşir və o, həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir. Şahid4 20*7-ci ildə istifadəsində olan torpaq sahəsindən Şahid5 satmış və sonuncu isə orada özünə fərdi yaşayış evi tikmişdir. Şahid4 Şahid5 torpaq sahəsi satanadək və Şahid5 tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilənədək onun həyətinə gələn kənd yolu boş olmuş və həmin yol vasitəsilə gediş-gəliş olmuşdur. 2020-ci il tarixdə Şahid5 onun həyətyanı sahəsinə gedən yolu məftil ilə hasarlayaraq bağlamışdır. O, Tağıya etiraz edib, həmin yerin ona aid olduğunu bildirsə də, Şahid5 buna əhəmiyyət verməyərək kənd yolundan onun həyətinə gələn yolu bağlamışdır. O isə orada ev tikdiyi üçün həyətinə tikinti materialları gətirmək üçün Tağının məftil ilə bağladığı yolu sökmüş və yaşayış evini tikdikdən sonra həmin yerə qapı qoymuşdur. Bundan sonra Tağı onunla mübahis edərək ondan həmin qapını sökməyini və həmin yer ilə Sadatlı meşəsinə getmək istədiyini bildirmişdir. Bundan başqa o bildirmişdir ki, həmin torpaq sahəsi ona məxsusdur. Ümumi 0,3*5 ha təşkil edən torpaq sahəsinin 0,*5 ha hissəsinə sənədi olsa da, geri qalan 0,*65 ha hissəsinə sənədi yoxdur. Həmin torpaq sahəsini 2000-ci ildən tutmuş, lakin həmin torpaq sahəsinə bu günə çıxarış almaq üçün müraciət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınıb dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, 2020-ci il may ayından Seyidbazar Bələdiyyəsinin sədri vəsifəsində işləyir. Cəlilabad rayonu, Sadatlı kənd sakinləri X6 və Təqsirləndirilən şəxs kənd sakinləri kimi tanıyır, aralarında ədavət və düşmənçilikləri olmamışdır. X5 və Təqsirləndirilən şəxs istifadə etdikləri torpaq sahəsinə onlar tərəfindən baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, adları qeyd edilən şəxslər hər ikisi bələdiyyə mülkiyyətində olan torpağı zəbt edərək həmin torpaq sahəsini heç bir qanuni icazələri olmadan istifadə edirlər. Bununla bağlı onlar tərəfindən akt tərtib olunmuşdur. Hazırda Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətində olan 0,*65 ha təşkil edən torpaq sahəsindən çıxarılmasını tələb edir, başqa da şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərdi ki, *3 may 2020-ci il tarixdə Cəlilabad rayonu, Sadatlı kənd sakini Şahid4 ilə aralarında razılaşma yolu ilə onun adına olan 0,32 ha həyətyanı torpaq sahəsindən 0,*524 ha torpaq sahəsini 4700 (dörd min yeddi yüz) manat nəğd pul ödəməklə almışdır. Bu barədə Cəlilabad rayon * saylı notariat ofisində *3.05.2020-ci il tarixdə Şahid4la aralarında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilə bağlamışlar. Bildirmişdir ki, həmin ərəfədə almış olduğu 0,*524 ha torpaq sahəsinə gedib baxmışdır. Şahid4 özünə məxsus ümumilikdə 0,32 ha həyətyanı torpaq sahəsini metal torla çəpərləmişdir. Alqı-satqı müqaviləsindən sonra bölgü planına əsasən həmin torpaq sahəsinə gedib torpaq sahələrinin uc nöqtələri müəyyən olunmuş, o da aldığı həyətyanı torpaq sahəsini ayırmışdır. xx.xx.2020-ci il tarixdə xəbər almışdır ki, Cəlilabad rayonu, Sadatlı kəndində aldığı 0,*524 ha torpaq sahəsi ilə həmsərhəd olan və qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ona məxsus torpaq sahəsininin uc hissəsindən təxminən 4x7 metr ölçüdə çəpəri açmış, öz həyətyanı torpaq sahəsinə getmək üçün yol düzəltmişdir. O dərhal Cəlilabad rayonu, Sadatlı kəndinə sözügedən torpaq sahəsinə getmiş və təxminən *7 radələrində həmin yerə çatmışdır. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə gedən istiqamətdə ona məxsus 4x7 metr ölçüdə torpağın zəbt olunaraq giriş hissəyə darvaza qoyulduğunu görmüşdür. Orada Təqsirləndirilən şəxs, onun qardaşları Cabir, Bayram və digər şəxslər olmuşdur. O Davuda irad bildirərək ona məxsus həyətyanı torpaq sahəsinin bir qismini niyə yol üçün açıb istifadə etdiyini demiş, Davud cavabında etdiyi əməli dərk etdiyini, ona məxsus torpaq sahəsini qəsdən zəbt edib tutaraq həyətinə gedən yol kimi istifadə edəcəyini bildirmişidr. Davud həmin yolu açmayacağını deyib ona hədələyici sözlər demişdir. Bundan sonra o, onlara başqa kobud söz və rəftar etmədən, hədələyici sözlər demədən oradan uzaqlaşıb Cəlilabad RPŞ-yə gəlmiş və ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, qardaşları Feyzi və Davudun Cəlilabad rayon, Sadatlı kəndində təxminən 0,30 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onlara *997-ci ildə Seyidbazar kənd icra nümayəndəliyi tərəfindən verilmişdir. 2000-ci illərdə isə həmin torpaq sahələri islahatlar zamanı zəbt olunmuş torpaq sahəsi kimi qardaşlarının istifadəsinə verilmişdir. Həmin vaxtdan etibarən qardaşı Feyzi Feyziyev ona aid olan torpaq sahəsində özünə fərdi yaşayış evi tikmiş, digər qardaşı Davud isə həmin torpaq sahəsində kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmuşdur. Davudun istifadəsində olan torpaq sahəsi, həmkəndlisi Şahid4 torpaq sahəsi arasında yol vardır və həmin yol islahatlar aparılan zaman ayrılmışdır. O da ona aid olan torpaq sahəsini dəmir məftil ilə hasara almışdır. 20*7-ci ildə isə Şahid5 həmkəndlisi Şahid4 torpaq sahəsi almış və həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikmişdir. Bundan başqa o bildirmişdir ki, Şahid5 yaşayış evini tikdikən sonra o, qardaşı Davudun evinə gedən yolu məftil ilə bağlayaraq ondan həmin həyəti satmasını tələb etmişdir. Davud isə bundan imtina edərək özünə ev tikmək istədiyini bildirmişdir. Bundan sonra Şahid5 qardaşı Davuda şərt qoymuyşdur ki, o qardaşı Davudun o halda yolunu açar ki, Davud həyətinin digər tərəfindən meşəyə getmək üçün ona yol versin. Davud isə bundan imtina etmişdir. Halbuki meşəyə getmək qardaşının torpaq sahəsinin olduğu yerdən başqa bir yol vardır. Bu səbəbdən qardaşları ilə Tağı arasında narazılıq yaranmış və Şahid5 bu barədə polis şöbəsinə müraciət etmişdir. Məhkəmə iclasında ifadələri elan və tədqiq edilmiş Şahid4 ibtidai istintaq verdiyi ifadəsində göstərmişdir ki, mülkiyyətində olan torpaq sahəsindən 0.*5 ha hissəsini notarial qaydada təsdiq edilmiş müqavilə əsasında Şahid5 satmışdır. Onların aralarında heç bir narazılıq yoxdur. Lakin Feyziyev X2 Tağı Məmməd oğlunun istifadəsində olan torpaq sahəsinin bir hissəsini Vəliyev Yaşar və Zərərçəkmiş şəxs dəstəyi ilə zəbt edərək həmin əraziyə dəmir darvaza qoymuşdur. Bundan başqa bildirmişdir ki, X7 isə ictimai yolun bir hissəsini zəbt etmişdir. Hansı ki, X5 zəbt etmiş olduğu yol açılarsa arada heç bir mübahisə qalmayacaqdır. Məhkəmə iclasında ifadələri elan və tədqiq edilmiş Şahid3 və Şahid* şahid qismində dindirilmiş qardaşları Şahid2 ifadəsinə oxşar ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 20 avqust 202*-ci il tarixli, *0/3946 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, -Təqsirləndirilən şəxs tikinti apardığı torpaq sahəsi onun mülkiyyətində olan hissəsi 0,*5 ha təşkil edir. Bununla əlaqədar ona 2005-ci ildə Torpaq sahəsinin JN-**3A saylı Torpaq Şəhadətnaməsi verilmişdir. Torpaq sahəsi yaşayış təyinatlıdır. Lakin Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsi faktiki olaraq 0,3*5 ha təşkil edir. Bunun 0,*65 ha sahəsi bələdiyyə mülkiyyətindədir. X* yaşadığı fərdi yaşayış evi və torpaq sahəsinə dair mülkiyyətin mövcudluğu ilə bağlı qeydiyyatı yoxdur. Elektron xəritə bazasında onun istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətində qeyd olunur. - Təqsirləndirilən şəxs mülkiyyətində 0,*5 ha torpaq sahəsi vardır. İşdə olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Cəlilabad rayon İcra Hakmiyyəti Başıçısının Seyidbazar kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Belə ki, iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 20 avqust 202*-ci il tarixli, *0/3946 saylı ekspertiza rəyi, eləcə də iş üzrə digər sübutların məcmusu ilə məhkəmə hesab edir ki, hazırki ittiham əsaslı olmaqla qanunidir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən, zərərçəkmiş şəxsin, şahidin ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin *88.*-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.*-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 4*.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.*-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının *-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 4*-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 6*-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-*.*-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-*.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-*.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsi verərək mülki cavabdeh Təqsirləndirilən şəxs Cəlilabad rayon Sadatlı kəndində yerləşən 0,*65 ha torpaq sahəsindən çıxarılmasını eyni zamanda həmin torpaq sahəsində qanunsuz olaraq inşa etmiş tiklilərin sökülməsi təmin ediməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin 20 avqust 202*-ci il tarixli, *0/3946 saylı ekspert rəyindən görünür ki, "xxxx" MMC-dən daxil olan *7 iyun 202*-ci il tarixli, UNİ/İ *2-226/2* nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs tikinti apardığı torpaq sahəsi onun mülkiyyətində olan hissəsi 0,*5 ha təşkil edir. Bununla əlaqədar ona 2005-ci ildə Torpaq sahəsinin JN-**3A saylı Torpaq Şəhadətnaməsi verilmişdir. Torpaq sahəsi yaşayış təyinatlıdır. Lakin Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsi faktiki olaraq 0,3*5 ha təşkil edir. Bunun 0,*65 ha sahəsi bələdiyyə mülkiyyətindədir. Həmçinin, "xxxx" MMC-dən daxil olan *7 iyun 202*-ci il tarixli, UNİ/İ *2-226/2* nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, hal-hazırda Təqsirləndirilən şəxs Cəlilabad rayon, Sadatlı kəndində yerləşən həyətyanı sahəsinə açıb istifadə etdiyi yol bələdiyyə mülkiyyətindədir. Şahid5 mülkiyyətində olan torpaq sahəsinin alt hissəsinin zəbti hesabına artırılıb. Mülki Prosesual Məcəlləsinin *4.2-cü maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosesual Məcəlləsinin 77.*-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəlləsinin 2*7.4-cü maddəsinəəsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mülkiyyətində olan Sadatlı kəndində yerləşən 0,*65 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsində qanunsuz tikinti inşa edilməsinə dair məhkəməyə sübutlar təqdim edilməyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İş üzrə cəmi 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu *423*9, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ4*NABZ0*360*0000**********) keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 35*, 352, 353, 356, 38*, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *88.*-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona * (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad rayonunun Seyidbazar kəndindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılsın. İddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsnə məxsus Cəlilabad rayon Sadatlı kəndində yerləşən 0,*65 ha torpaq sahəsindən çıxarılsın, iddia qalan hissədə təmin edilməsin. İş üzrə cəmi 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu *423*9, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ4*NABZ0*360*0000**********) keçirilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-16/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-16/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver