Məhkəmə qərarları › İş №1(073)-162/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-162/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-162/2024 28.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin sədri Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Etibar oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X4, Barələrində şikayət verilmiş şəxslər X1, X2 iştirakları ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1, X2 Azərbaycan Respublikasının CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətmələrinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 xüsusi ittiham qaydasında verdiyi şikayətlə məhkəməyə müraciət edərək Cəlilabad rayon sakinləri X1 və X2 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək həmin maddələrlə cəzalandırılmasını xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(073)-162/2024 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə (hakim Elxan Əmirəliyev) X1 və X2 barələrində Azərbaycan Respublikası CM-in 147.1, 147.2 və 148-ci maddələri ilə olan xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərarı ilə xüsusi ittihamçı X4 X2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmaları barədə xüsusi ittiham qaydasında şikayətinin öz icraatına qəbul edilməsindən imtina edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 1(073)-162/2024 saylı qərarından xüsusi ittihamçı X4 nümayəndəsi, vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli 1(073)-162/2024 saylı məhkəmə hazırlıq iclasının qərarı ləğv edilmiş və xüsusi ittiham qaydasında şikayət üzrə materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə məhkəmə hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmişdir. Həmin xüsusi ittiham qaydasında şikayət 26 noyabr 2024-cü il tarixdə icraatıma daxil olmuş və şikayət üzrə hazırlıq iclasında baxılması 28 noyabr 2024-cü il tarixə təyin edilmişdir. Xüsusi ittiham qaydasında şikayətin məhkəmə hazırlıq iclasında mən (yəni - Cəlilabad Rayon Məhkəməsinin sədri Vüsal Cəbrayılov) özü-özümə etiraz edərək, halhazırda icraatında X5 Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3-cü maddələri ilə, X2 və X3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin məhkəmə ictintaqının aparıldığını, xüsusi ittihamçı X4 X2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmaları barədə xüsusi ittiham qaydasında şikayətinin icraatında olan cinayət işi ilə əlaqədar olduğunu, iş üzrə gələcəkdə çıxarılacaq yekun məhkəmə aktının obyektivliyini indidən şübhə altına almamaq, hakimin qərəzsizliyinə olan inamın sarsılmasına səbəb olan hallara yol verməmək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirməmək, lüzumsuz olaraq çoxsaylı şikayətlərin yaranmasının qarşısını almaq məqsədilə, həmçinin X2 özünün və oğlanları Azər və Əkbər Məmmədovların barələrində olan başqa bir cinayət işinin hazırda hakim kimi mənim icraatımda olmasını nəzərə alaraq özü-özümə etirazının həll edilməsi üçün xüsusi ittiham qaydasında şikayətlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişəm. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinin özü-özünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Məhkəmə etirazın dəlillərini nəzərdən keçirib hesab edir ki, iş üzrə gələcəkdə çıxarılacaq yekun məhkəmə aktının obyektivliyini indidən şübhə altına almamaq, hakimin qərəzsizliyinə olan inamın sarsılmasına səbəb olan hallara yol verməmək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirməmək, lüzumsuz olaraq çoxsaylı şikayətlərin yaranmasının qarşısını almaq məqsədilə, həmçinin X2 özünün və oğlanları Azər və Əkbər Məmmədovların barələrində olan başqa bir cinayət işinin hazırda hakim kimi mənim icraatımda olmasını nəzərə alaraq özü-özümə etirazım həll edilməsi üçün xüsusi ittiham qaydasında şikayətlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 109 və 321.2.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Xüsusi ittihamçı X4 X2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmaları barədə xüsusi ittiham qaydasında şikayət hakimin (yəni - Cəlilabad Rayon Məhkəməsinin sədri Vüsal Cəbrayılovun) özü-özünə etirazı baxılması üçün xüsusi ittiham qaydasında şikayətlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar