Məhkəmə qərarları › İş №1(073)-164/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-164/2024

04.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-164/2024 04.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı -Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs onun nümayəndəsi və vəkili X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1989-cu ildə Rusiya Federasiyasında anadan olmuş, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu Göytəpə şəhəri Y.Cavadov küçəsində yaşayan, barəsində 23 iyul 2024-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1995-ci ildə Cəlilabad rayonu Kazımabad kəndində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkum olunmamış, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, Cəlilabad rayonu Göytəpə şəhəri, Y.Cavadov küçəsində yaşayan, barəsində 24 iyul 2024-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 25 aprel 2024-cü il tarixdə, saat 14 radələrində bacısı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs təşkil edərək Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən Şahid4 və ailə üzvlərinə məxsus çiyələk əkilmiş torpaq sahəsinə gəlib Zərərçəkmiş şəxs və əri Şahid7 əldə etdiyi qazancdan ona verməməsini irad bildirib bəhanə gətirmiş, o, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, orada olan və həmin ərazidən keçən şəxslərə qarşı laqeyidlik və etinasızlıq göstərərək Zərərçəkmiş şəxs nüfuzdan salacaq ifadələr işlədib, sonuncuya zor tətbiq etməklə boyun nahiyəsindən tutub sıxaraq, boynunu cızaraq və sağ qol nahiyəsindən tutub sıxaraq və Təqsirləndirilən şəxs2 isə sonuncuya zor tətbiq etməklə sifətinin sağ yarısını cırmaqlayaraq, sifətinin sağ yarısından sillə ilə bir neçə dəfə vuraraq, hətta dırnaqları ilə burun nahiyəsini cırmaqlayaraq ona sağ bazu oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL və hər iki yanaq, boyun və hər iki göz ətrafı nahiyədə sıyrıqlar, döş qəfəsinin ön səthində və sağ bazu nahiyəsində qançır əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə bir qrup şəxslə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 25 aprel 2024-cü il tarixdə, saat 14 radələrində bacısı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs təşkil edərək Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən Şahid4 və ailə üzvlərinə məxsus çiyələk əkilmiş torpaq sahəsinə gəlib Zərərçəkmiş şəxs və əri Şahid7 əldə etdiyi qazancdan ona verməməsini irad bildirib bəhanə gətirmiş, o, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, orada olan və həmin ərazidən keçən şəxslərə qarşı laqeyidlik və etinasızlıq göstərərək Zərərçəkmiş şəxs nüfuzdan salacaq ifadələr işlədib, sonuncuya zor tətbiq etməklə sifətinin sağ yarısını cırmaqlayaraq, sifətinin sağ yarısından sillə ilə bir neçə dəfə vuraraq, hətta dırnaqları ilə burun nahiyəsini cırmaqlayaraq və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs nüfuzdan salacaq ifadələr işlədib, sonuncuya zor tətbiq etməklə boyun nahiyəsindən tutub sıxaraq, boynunu cızaraq və sağ qol nahiyəsindən tutaraq sıxaraq ona sağ bazu oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL və hər iki yanaq, boyun və hər iki göz ətrafı nahiyədə sıyrıqlar, döş qəfəsinin ön səthində və sağ bazu nahiyəsində qançır əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə bir qrup şəxslə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır, Şahid7 isə bacısının qeyri-rəsmi nikahda olduğu şəxsdir. Bacısı Zərərçəkmiş şəxs ilə digər bacısı Təqsirləndirilən şəxs2 birlikdə Göytəpə şəhəri ərazisində onlara məəxsus olan 56 sot torpaq sahəsində şərik çiyələk əkmişlər. X11 yataq xəstəsi olmuş, təxminən 3 ay əvvəl vəfat etmişdir. Bacısı Təqsirləndirilən şəxs2 atasına baxdığına görə işləməmiş, bacısı Zərərçəkmiş şəxs ona bildirmişdir ki, atasına baxsın, onun haqqını verəcəkdir. Çiyələk yetişmiş, lakin bacısı Vəfa və Şahid7 bildirmişdir ki, ona heç nə verməmişlər. 25 aprel 2024-cü il tarixdə saat 14 radələrində o və bacısı Təqsirləndirilən şəxs2 həmin torpaq sahəsinə getmişlər, bacısı Təqsirləndirilən şəxs2 getməmişdən əvvəl DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Onlar ora çatan kimi bacısı Zərərçəkmiş şəxs xalası Şəhla Əsgərova ilə mobil telefon vasitəsilə onların haqqında danışmasını eşitmişlər. Bacısı Təqsirləndirilən şəxs2 ona yaxınlaşıb sahədən olan yığımı dayandırmasını xahiş etmişdir. Bacısı Vəfa onları təhqir etməyə başlamışdır. Atasının əmisi oğlu Şahid6 Zərərçəkmiş şəxs ilə birlikdə yarımçıq tikilidən çıxmışlar, Şahid6 əli ilə onun sağ qol nahiyəsindən tutaraq sıxmış, əli ilə sinəsindən vurub itələyərək yerə yıxmışdır. Bacısı da əsəbiləşib sillə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuşdur. Sonra onlar, yəni o və bacısı Semo Bahəddinovna digər bacısı Zərərçəkmiş şəxs ilə əlbəyaxa olmuşlar, Təqsirləndirilən şəxs2 dırnaqları ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən cırmaqlamışdır. Sonra aralarında sözlə mübahisə davam etmişdir. Bir neçə dəqiqə sonra qardaşı Zaur Təqsirləndirilən şəxs2 zəng vurmuş və nə baş verdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs2 da qardaşı Zaura bildirmişdir ki, onu vurublar. Sonra X13a, xalası Şəhla Əsgərova və qardaşı Şahid3 da ora gəlmişdir. Bir neçə dəqiqə sonra Şahid7 və Cəlil də həmin yerə gəlmişlər. Daha sonra onlar Göytəpə polis bölməsinə gəlmişlər, o, döyülməyi barədə ərizə yazmış, xəsarəti olmasına görə ekspert müayinəsinə getmiş, lakin orada soyunmasını bildirmişlər o isə tibb bacısı olmasa soyunmayacağını bildirmişdir. Tibb bacısı olmadığına görə o soyunmamış ona görə də xəsarəti olmasına görə ekspert müayinəsindən keçməmişdir. Qeyd olunan hadisə Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində yerləşən torpaq sahəsində baş vermiş, həmin hadisəni kənar şəxslərdən heç kim görməmiş, bu hadisə mübahisə ilə birlikdə 40 dəqiqə davam etmişdir. Bacısı Zərərçəkmiş şəxs əli ilə bir neçə dəfə bacısı Təqsirləndirilən şəxs2 sol qol nahiyəsindən vurmuş, əynində olan köynəyi dartıb cırmışdır. X13a də bacısı Zərərçəkmiş şəxs böyük kimi sillə ilə vurmuşdur. Qardaşı Şahid3 Zərərçəkmiş şəxs vurmamışdır. Qardaşı Şahid3 Şahid7 döyməmiş, ona hər hansı xəsarət yetirməmişdir. X13a Şahid6 təhqir etməmiş və onu döyməmişdir. Hazırda əməlindən səmimi peşmandır, Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır, Şahid7 isə bacısının qeyri-rəsmi nikahda olduğu şəxsdir. Bacısı Zərərçəkmiş şəxs ilə birlikdə Göytəpə şəhəri ərazisində 56 sot torpaq sahəsində şərik çiyələk əkmişlər. X11 yataq xəstəsi olmuş, təxminən 3 ay əvvəl vəfat etmişdir. O atasına baxdığına görə işləməmiş, bacısı Zərərçəkmiş şəxs ona bildirmişdir ki, atasına bax, sənin haqqını verəcəm. Çiyələk yetişdi, lakin bacısı Vəfa və Şahid7 ona heç nə verməmişlər. 25 aprel 2024-cü il tarixdə saat 14 radələrində o və bacısı Təqsirləndirilən şəxs1 həmin torpaq sahəsinə getmişlər, getməmişdən əvvəl DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Onlar ora çatan kimi bacısı Zərərçəkmiş şəxs xalası Şəhla Əsgərova ilə mobil telefon vasitəsilə onlar haqqında danışmasını eşitmişlər. O Zərərçəkmiş şəxs yaxınlaşıb sahədən olan yığımı dayandırmasını xahiş etmişdir. Bacısı Vəfa onu təhqir etməyə başlamışdır. Şahid6 Zərərçəkmiş şəxs ilə birlikdə yarımçıq tikilidən çıxmışlar, Şahid6 əli ilə bacısı Təqsirləndirilən şəxs1 vurub itələyərək yerə yıxmış, o da əsəbiləşib sillə ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vurmuş, sonra onlar, yəni o və bacısı Təqsirləndirilən şəxs1 digər bacısı Zərərçəkmiş şəxs ilə əlbəyaxa olmuşlar, o dırnaqları ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən cırmaqlamışdır. Bir neçə dəqiqə sonra qardaşı Zaur zəng vuraraq nə baş verməsini soruşmuş, o da qardaşı Zaura bildirmişdir ki, bacın Semonu vurublar. Sonra X13a, xalası Şəhla Əsgərova və qardaşı Şahid3 da ora gəlmişdir. Bir neçə dəqiqə sonra Şahid7 və Cəlil də həmin yerə gəlmişlər. Daha sonra onlar Göytəpə polis bölməsinə gəlmişlər, o döyülməyi barədə ərizə yazmış, xəsarəti olmasına görə ekspert müayinəsindən keçmişdir. Qeyd olunan hadisə Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində yerləşən torpaq sahəsində baş vermiş, həmin hadisəni kənar şəxslərdən heç kim görməmiş, bu hadisə mübahisə ilə birlikdə 40 dəqiqə davam etmişdir. Bacısı Zərərçəkmiş şəxs əli ilə bir neçə dəfə bacısı onun sol qol nahiyəsindən vurmuş, əynində olan köynəyi dartıb cırmışdır. X13a də bacısı Zərərçəkmiş şəxs böyük kimi sillə ilə vurmuşdur. Qardaşı Şahid3 Zərərçəkmiş şəxs vurmamışdır. Qardaşı Şahid3 Şahid7 döyməmiş, ona hər hansı xəsarət yetirməmişdir. X13a Şahid6 təhqir etməmiş və onu döyməmişdir. Hazırda əməlindən səmimi peşmandır, Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirləri özlərinin etirafları ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid7 Yusuf oğlu onun qeyri-rəsmi nikahda olduğu əridir, aralarında dini nikah, yəni kəbin vardır. Birgə ər-arvad münasibətlərindən övladları dünyaya gəlməmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid3 və Şahid4 onun qohumlarıdır, Semo və Əzizə onun bacısı, Zaur qardaşı və İradə isə anasıdır. Əri Şahid7 çiyələk əkmək üçün Göytəpə şəhəri ərazisində X13adan aylıq 1500 manat pul ödəməklə 56 sot torpaq sahəsi icarəyə götürmüş və orada onlar çiyələk əkmişlər. Həmin çiyələk sahəsi bacıları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onun birgə istifadəsində olan pay torpaq sahəsidir. Həmin torpaq sahəsində olan çiyələk məhsulunu qardaşı Zaur Bahxadinova öz avtomobilləri ilə daşımaq işini vermişlər və onunla razılaşmışlar. Lakin sonradan o və əri Şahid7 qardaşı Şahid3 xəbərsiz artıq çiyələk satmasını öyrənmişlər. Bundan sonra ona çiyələk daşımağa icazə verməmişlər. 25 aprel 2024-cü il tarixdə saat 14 radələrində çiyələk sahəsində iş görən zaman bacıları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 çiyələk sahəsinə gəlmişlər. Onlar bildirmişlər ki, sahədən çıx. O da bildirmişdir ki, sahədən çıxmayacaq, iş gördürür. Bacıları Əzizə və Semo üzərinə gəlmişlər, atasının əmisi oğlu Şahid6 də orada olmuşdur. Təqsirləndirilən şəxs2 saçından tutaraq yolmuş, başında olan hicabı çıxartmış, sifətinin sağ yarısını cırmaqlamış, sifətinin sağ yarısından sillə ilə bir neçə dəfə vurmuş, hətta dırnaqları ilə burun nahiyəsinə vurub burnunu qanatmış, həmin zaman digər bacısı Təqsirləndirilən şəxs1 boyun nahiyəsindən tutaraq sıxmış və boynunu cızmış, sağ qol nahiyəsindən tutaraq sıxmışdır. Bacısı Təqsirləndirilən şəxs2 qardaşı Şahid3 zəng vurub həmin yerə çağırmış və bildirmişdir ki, guya onları döyür, sahədən çıxmır. Sonra Şahid3, X13a və Şəhla Əsgərova həmin yerə gəlmişdir. X10 üzərinə gələrək dava-dalaş etməyə başlamış, X13a sillə ilə bir neçə dəfə sifətinin sağ yarısından vurmuş, sonra qardaşı Şahid3 da mübahisəni sakitləşdirmək əvəzinə o da sillə ilə bir neçə dəfə sifət nahiyəsindən vurmuşdur. Sonra əri Şahid7 həmin yerə gəlmiş, ora çatar çatmaz qardaşı Şahid3 yumruqla bir dəfə əri Şahid7 sifət nahiyəsindən vurmuş. Sonra X13a bel götürüb əri Basrini vurmaq istəyən zaman həmin bel Şahid6 sol çiyin və baş nahiyəsindən dəymişdir. Daha sonra onun və yanında olan atasının əmisi oğlu Şahid6 ünvanına nalayiq sözlər işlətmişdir. Daha sonra onlar Göytəpə polis bölməsinə gəlmişlər, o, əri Şahid7 və atasının əmisi oğlu Şahid6 döyülmələri barədə ərizə yazmışlar, xəsarəti olmasına görə ekspert müayinəsindən keçmişdir. Qeyd olunan hadisə Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində yerləşən torpaq sahəsində baş vermiş, həmin hadisəni oradan keçən adını bilmədiyi şəxslər və polis əməkdaşları görmüş, bu hadisə mübahisə ilə birlikdə 1 saatdan artıq davam etmiş, səs-küyə görə ətrafa təxminən çox adam toplaşmışdır. Hazırda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmamışdır. Onlara azadlığdan məhrum etmə ilə bağlı cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Semo Bahaddinovna, Şahid4 və Zərərçəkmiş şəxs onun qohumudur. Qohumu Zərərçəkmiş şəxs qeyri-rəsmi nikahda olduğu Şahid7 ilə birlikdə Göytəpə şəhəri ərazisində çiyələk əkmişlər. Həmin çiyələk sahəsini Şahid4, Təqsirləndirilən şəxs2, Semo Bahaddinovna və Zərərçəkmiş şəxs hər birinin şifahi razılı əsasında icarəyə götürmüş və həmin əraziyə görə icarə haqqı vermişdir. 25 aprel 2024-cü il tarixdə o və Zərərçəkmiş şəxs nahar fasiləsində sahədə olan zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 sözügedən sahəyə gələrək əsassız yerə narazılıq yaratmağa başlamışlar. Onlar guya həmin çiyələk sahəsini şərik olaraq əkdiklərini bildirib əldə olunacaq gəlirin bölüşdürülməsini tələb etmişlər, Təqsirləndirilən şəxs2 və Semo Bahaddinovna sözlə mübahisə etməyə başlamışlar sonradan isə dalaşmağa başlamışlar və Vafanı sillə ilə vurmuşlar o isə onları aralarına girərək aralamışdır. Sonradan Şahid4, Şəhla Əsgərova və Şahid3 onu da nalayiq söyüşlər söyərək təhqir etmişlər. Mübahisə zamanı Şahid4 onun üzərinə gələrək nalayiq sözlərlə onu təhqir etmiş və əlində olan bel iləçiyin və baş nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Bu hadisə mübahisə ilə birlikdə 1 saatdan artıq davam etmişdir. Buna görə də o, Cəlilabad RPŞ-nin Göytəpə polis bölməsinə yaxınlaşıb bu barədə şikayət etmişdir. Şahid4 onu vurmuş, Semo və Əzizə isə onu təhqir etmişdir. Semo, Əzizə və İradə Vəfanı şillə və təkləyib döymüşlər. O, Şahid3 vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Zaur həmçinin Şahid7 döymüşdür. Təqsirləndirilən şəxs2 heç kim vurmamış, o, özü Təqsirləndirilən şəxs1 vurmamışdır. Yazılanlar həqiqəti əks etdirmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 Yusuf oğlu tərcüməçi X7 iştrakı ilə verdiyi ifadəsində göstərmişdir ki, O, Türkiyə Cumhuriyyətinin vətəndaşıdır, hazırda Azərbaycan Respublikasında qanuni icazə əsasında yaşayır, Bakı şəhərində və Cəlilabad rayonu Göytəpə şəhərində fərdi sahibkarlıqla məşğul olur. Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ailə həyatı qurmuşdur. Həyat yoldaşı Zərərçəkmiş şəxs və onun bacıları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, X13anın və qardaşı Şahid3 Göytəpə şəhərində 0,56 ha pay torpaq sahələri vardır. Həmin sözügedən torpaq sahəsini o, qeyd etdiyi ailə üzvlərinin şifahi razılığı ilə Şahid4 1500 manat ödəməklə bir illik icarəyə götürərək çiyələk yetişdirməklə məşğul olmuşdur. Həmin şəxslərlə qarşılıqlı razılıqlarına uyğun olaraq çiyələk sahəsindən çiyələyin daşınmasını Şahid3 öz yük maşını ilə daşımalı, əldə olunacaq gəlirdən ona daşınma xərclərini verməli imiş. Eyni zamanda çiyələk məhsulu satıb qurtardıqdan sonra satış zamanı ziyan etməyəcəyi təqdirdə Təqsirləndirilən şəxs2 2000 manat pul verəcəyimi bildirmişdir. Lakin müəyyən müddət keçdikdən sonra çiyələk məhsulunu öz maşını ilə daşıyan Şahid3 və bacısı Əzizənin müəyyən şübhəli hərəkətlərini görüb onlara sahədən uzaqlaşdırmaq qərarına gəlmişdir. Lakin həmin şəxslər heç bir haqları olmaya-olmaya onun fəaliyyətinə mane olmağa və çiyələk sahəsindən məhsulun yığımına maneə törətməyə cəhd etmişlər. 25 aprel 2024-cü il tarixdə həmin şəxslər, yəni Şahid3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, qohumları Şəhla Əsgərova və Şahid4 sözügedən sahəsinə gələrək yenidən əsassız yerə münaqişə yaratmışlar, bu zaman onlar yaxınlaşaraq onu öldürməklə hədələmiş və Zaur yumruqla bədəninin müxtəlif nahiyələrindən vurmaqla ona xəsarət yetirmişdir. Həmin şəxslərdən Zaur Bahxaddinov, Təqsirləndirilən şəxs1, Şahid4 və Təqsirləndirilən şəxs2 bunla da kifayətlənməyib Zərərçəkmiş şəxs da döyərək xəsarət yetirmişlər. Vəfa və Cavid Əzizəni təhqir etməmiş, Vəfa Əzizəyə xəsarət yetirməmiş, Əzizə özü-özünə xəsarət yetiribdir. Şahid6 Təqsirləndirilən şəxs1 döyməmiş, ona hər hansı xəsarət yetirməmişdir. Nə o, nə də X15 Bahəddinovu hədələməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, özü Cəlilabad RPŞ-nin Göytəpə polis bölməsinin polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsindədir. Hadisə yerinə çatan zaman 2 nəfər qadının bir nəfər başı bağlı qadını davadalaş etmələrinin şahidi olmuşlar. Dərhal avtomobildən düşmüşlər, həmin şəxsləri sakitləşdirmişlər. Mübahisə və dava-dalaş edən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxsdır. Onlardan başqa orada Şahid6 da var idi. Zərərçəkmiş şəxs və Şahid6 bir tərəfdə digər bacılar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə digər bir tərəfdə olmuşdur. Dava bu şəxslərin arasında olmuş və bir birlərinə əl qol hərəkətləri ilə qarşılıqlı vurduqlarını görmüşdür. Türkiyə Cumhuriyyətinin vətəndaşıdır olan Şahid7 isə ora soradan gəlmiş, o kimisə vurmasını eləcədə onu kiminsə vurduğunu görməm işdir. Daha sonra onları Göytəpə polis bölməsinə dəvət etmişlər. O, həmin şəxslərin ərizələrini almışdır. Onlar sadəcə hadisə yerində həmin şəxslərin mübahisə və dava-dalaş etmələrinin şahidi olmuşlar. Həmçinin onların səs-küyü ətrafa yayılmış, nalayiq ifadələr işlətmişlər. O, başqa orada baş verən dava-dalaşı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun bacılarıdır, Şahid4 onun anasıdır, Şahid7 isə bacısının qeyri-rəsmi nikahda olduğu şəxsdir. O, özü Rusiya Federasiyası vətəndaşıdır və Kazan şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Orada qazandığı pulla Cəlilabad rayonu Göytəpə şəhərində yaşayan bacısı Təqsirləndirilən şəxs2 “Kapitalbank” kart hesaına müxtəlif vaxtlarda 20.000 manata yaxın pul göndərmişdir. Əvvəlcədən razılıqlarına uyğun olaraq bacısı Təqsirləndirilən şəxs2 qeyd olunan pullarla Cəlilabad rayonu Göytəpə şəhərində 56 sot torpaq sahəsində çiyələk məhsulu əkilmişdir. Həmin çiyələk məhsulunu Təqsirləndirilən şəxs2 digər bacısı Zərərçəkmiş şəxs ilə əkmiş və əvvəlcədən həmin sahədən əldə olunacaq gəliri bölüşdürmək barədə razılaşmışlar. Lakin bacısı Zərərçəkmiş şəxs sonradan bu razılığa uyğun hərəkət etməmiş, qeyri-rəsmi yaşadığı Türkiyə vətəndaşı Şahid7 ilə birlikdə əsassız bəhanələr gətirməklə əldə olunan gəliri bölüşdürməkdən imtina etmişdir. O cari ilin mart ayının 7-də Azərbaycan Respublikasına gəldikdən sonra bu barədə aralarında narazılıq yaranmağa başlamışdır. Qeyd etdiyi məsələ ilə onun və bacısı Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs, Cəlil Cəlilov, Şahid7 arasında narazılıq yaranmışdır. 25 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs, Cəlil Cəlilov və Şahid7 yenidən Göytəpə şəhəri ərazisində onu əkin sahəsində təhqir etmişlər. Həmin şəxslər ondan əkin sahəsindən çıxmasını tələb etmişlər. O, onlara bildirmişdir ki, həmin əraziyə pul qoymuş və onun orada payı vardır. Buna baxmayaraq adları qeyd olunan şəxslər öz əsassız iddialarını davam etdirmişlər, nəticədə aralarında dava-dalaş yaranmışdır. O, heç kimi vurmamışdır. Qeyd olunan hadisə Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində yerləşən torpaq sahəsində baş vermiş, həmin hadisəni kənar şəxslərdən heç kim görməmiş, bu hadisə mübahisə ilə birlikdə 40 dəqiqə davam etmişdir. O, bacısı Zərərçəkmiş şəxs sillə ilə, Şahid7 isə yumruqla vurmamışdır. Bacısı Təqsirləndirilən şəxs1 kim tərəfindən vurulmasını görməmiş, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Şahid6 əli ilə itələyib yıxıtmışdır. O, bacısı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs vurmasını görməmiş, sadəcə olaraq X13a Zərərçəkmiş şəxs sillə ilə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, özü Cəlilabad RPŞ-nin Göytəpə polis bölməsinin polis nəfəri vəzifəsində çalışır, polis serjantı rütbəsindədir. 25 aprel 2024-cü il tarixdə günorta vaxtı daxil olmuş 102 məlumatı ilə əlaqədar o, Məhərrəməəli Abdullayev və təhqiqatçı Seyidrza Təhməzovla hadisə yerinə yollanmışlar. Hadisə yerinə çatan zaman 2 nəfər qadının bir nəfər başı bağlı qadını davadalaş etmələrinin şahidi olmuşlar. Dərhal avtomobildən düşmüşlər, həmin şəxsləri sakitləşdirmişlər. Mübahisə və dava-dalaş edən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxsdır. Onlardan başqa orada Şahid6 da var idi. Dava bu şəxslərin arasında olmuş və bir birlərinə əl qol hərəkətləri ilə qarşılıqlı vurduqlarını görmüşdür. Şahid7 isə ora soradan gəlmiş, o kimisə vurmasını eləcədə onu kiminsə vurduğunu görməmişdir. Daha sonra onları Göytəpə polis bölməsinə dəvət etmişlər. Seyidrza Təhməzovla həmin şəxslərin ərizələrini almışdır. Onlar sadəcə hadisə yerində həmin şəxslərin mübahisə və dava-dalaş etmələrinin şahidi olmuşlar. Həmçinin onların səs-küyü ətrafa yayılmış, nalayiq ifadələr işlətmişlər. O, başqa orada baş verən dava-dalaşı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, özü Cəlilabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısıdır. Göytəpə polis bölməsinin təhqiqatçı vəzifəsində çalışır, polis mayoru rütbəsindədir. 25 aprel 2024-cü il tarixdə günorta vaxtı xidmətdə olan zaman daxil olmuş 102 məlumatı ilə əlaqədar o, Şahid1 və Məhərrəməəli Abdullayev hadisə yerinə yollanmışlar. Hadisə yerinə çatan zaman 2 nəfər qadının bir nəfər başı bağlı qadını dava-dalaş etmələrinin şahidi olmuşlar. Dərhal avtomobildən düşmüşlər, həmin şəxsləri sakitləşdirmişlər. Mübahisə və dava-dalaş edən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxsdır. Onlardan başqa orada Şahid6 da var idi. Zərərçəkmiş şəxs və Şahid6 bir tərəfdə digər bacılar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə digər bir tərəfdə olmuşdur. Dava bu şəxslərin arasında olmuş və bir birlərinə əl qol hərəkətləri ilə qarşılıqlı vurduqlarını görmüşdür. Türkiyə Cumhuriyyətinin vətəndaşıdır olan Şahid7 isə ora soradan gəlmiş, o kimisə vurmasını eləcədə onu kiminsə vurduğunu görməmişdir. Daha sonra onları Göytəpə polis bölməsinə dəvət etmişlər. O, həmin şəxslərin ərizələrini almışdır. Onlar sadəcə hadisə yerində həmin şəxslərin mübahisə və dava-dalaş etmələrinin şahidi olmuşlar. Həmçinin onların səs-küyü ətrafa yayılmış, nalayiq ifadələr işlətmişlər. O, başqa orada baş verən dava-dalaşı görməmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində çiyələk əklmiş torpaq sahəsində baş vermiş və hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs mübahisənin baş verdiyi yeri göstərmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının Cəlilabad MTE-nin Zərərçəkmiş şəxs barəsində verdiyi xx.xx.2024-cü il tarixli 323 nömrəli rəyindən görünür ki, Vəfa Bəhəddinovanın bədəni üzərində aşkar edilmiş sağ bazu oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu, hər iki yanaq, boyun və hər iki göz ətrafı nahiyədə sıyrıqlar, döş qəfəsinin ön səthində və sağ bazu nahiyəsində qançır müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 25 aprel 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ bazu oynağı nahiyəsində şişkinlik, hematoma və hərəkət məhdudluğu vahid kompleks təşkil edib sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Digər xəsarətlər isə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri bu cinayət əməlində təqsiriləri tam sübuta yetirilmiş, bu əməl onların özlərinin etirafları, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspertiza rəyi və eləcə də işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişlər və onlar həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İşdə olan Cəlilabad rayon İH Başçısının Göytəpə şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Adıyeva X5 rayonu, Göytəpə şəhəri, Y.Cavadov küçəsind yaşayır, 2016-cı il təvəllüdlü Əli Adıyev və 2017-ci il təvəllüdlü Elşən Adıyev adında iki azyaşlı oğlu var və o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Cəlilabad rayon İH Başçısının Göytəpə şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Cəlilabad rayonu, Göytəpə şəhəri, Y.Cavadov küçəsind yaşayır və o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olması və yaşadığı yer üzrə müsbət xarakterizə olması və Təqsirləndirilən şəxs2 himayəsində 2 azyaşlı uşağının olması, əməllərindən səmimi peşman olması və yaşadığı yer üzrə müsbət xarakterizə olmaları onların cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə... H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və aylıq qazancının 15 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs2 aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 gün müddətində qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar