Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-165/2024 02.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 dekabr 2023-cü il tarixdə saat 03 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan fərdi yaşayış evinin yaxınlığına gəlib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra evin daş hasarının üzərindən keçərək sonuncunun evinin həyətinə qanunsuz daxil olmuş, evin bağlı vəziyyətdə olan pəncərəsinə üzərində olan istintaqla müəyyən edilməmiş predmetlə təyziq edib pəncərəni açaraq qanunsuz olaraq evə daxil olub, evdən 1 ədədi 50 manat dəyərində olan 8 ədəd işıq projektorunu, 180 manat dəyərində olan “Zinger” markalı nerjavik materialdan 5 hissədən ibarət qazan dəstini, 285 manat dəyərində olan “Arşa” firmasına məxsus qaşıq, bıçaq, çəngəl dəstini, 110 manat dəyərində olan “Evrolux” markalı ətçəkən maşını, 220 manat dəyərində olan “Evrolux” markalı tozsoranı, 1 ədədi 180 manat dəyərində olan 6 ədəd iki nəfərlik yataq dəstini, 1 ədədi 10 manat dəyərində olan 6 ədəd yastığı, 1 ədədi 5 manat 50 qəpik dəyərində olan 120 ədəd tavan üçün nəzərədə tutulmuş işıq plafonunu, 1 qutusu 11 manat dəyərində olan 1 qutusunun içərəsində 200 ədəd olan 6 qutu şifer bağlamaq üçün nəzərədə tutulan şurupu, 55 manat olan dəyərində direli, 8 manat dəyərində olan direl başlığını, 120 manat dəyərində tikinti işləri üçün nəzərdə tutulan alət dəstini və çöl tərəfdən evin divarlarına quraşdırılmış 1 metri 5 manat dəyərində olan 100 metr uzunluğunda, onluq ölçüdə mis materialdan olan elektrik naqilini, yəni özgənin ümumilikdə 3744 manat dəyərində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 may 2024-cü il tarixdə saat 01 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, İ.Dadaşov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış olmayan fərdi yaşayış evinin yaxınlığına gəlib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra evin dəmir lövhə ilə əhatə olunmuş hasarının altından evin həyətinə qanunsuz daxil olmuş, daha sonra evin zirzəmisinin qapısını üzərində olan istintaqla müəyyən edilməmiş predmetlə kəsərək oradan qanunsuz olaraq evə daxil olub evdə olan 300 manat dəyərində 01 ədəd “quick” markalı videokameranın yaddaş qurğusunu, 30 manat dəyərində olan 01 ədəd “huavei” markalı modemi, 110 manat dəyərində 01 ədəd “eurolux” markalı tozsoranı, 75 manat dəyərində olan 01 ədəd “eurolux” markalı ütünü, 259 manat dəyərində olan 01 ədəd “arnica” markalı ətçəkən maşını, 174 manat dəyərində olan 01 ədəd “itimat” markalı yemək sobasını, 95 manat dəyərində olan 01 ədəd “marqus” markalı su nasosunu, 33 manat dəyərində olan “reoona” markalı 5-li qazan dəstini, 215 manat dəyərində olan 01 ədəd “eurolux” markalı mikrodalğalı sobanı, 02 ədəd hər biri 20 manat dəyərində olan tavanı, 25 manat dəyərində olan 6-lı fincan dəstini, 30 manat dəyərində olan 6-lı çaşqa dəstini, 30 manat dəyərində olan 1 ədəd “forester” markalı manqal dəstini, 38 manat dəyərində olan 01 ədəd “eurolux” markalı elektrik çaydanını, 10 manat dəyərində 2-li qəndqabı dəstini, 50 manat dəyərində 01 ədəd hamam üçün duş dəstini və 01 ədəd 40 manat dəyərində yataq dəstini, yəni özgənin ümumilikdə 1554 manat dəyərində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 12 may 2024-cü il tarixdə saat 04 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış olmayan fərdi yaşayış evinin yaxınlığına gəlib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra evin daş hasarının üzərindən keçərək sonuncunun evinin həyətinə qanunsuz daxil olmuş və daha sonra evin açıq vəziyyətdə olan pəncərəsini çıxarıb, həmin pəncərədən evə qanunsuz daxil olaraq evin birinci mərtəbəsindəki bir ədədi 5 manat dəyərində olan 30 ədəd çayniki, yəni özgənin ümumilikdə 150 manat dəyərində əmlakını yaşayış sahəsinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, son zamanlar heç bir yerdə işləmədiyindən heç bir yerdən gəliri olmamışdır. Maddi imkanı aşağı olduğundan oğurluq etmək qərarına gəlmişdir. 2023-cü ilin dekabr ayının əvvəllərindən yaşadığı küçənin yaxınlığında olan küçələri gəzib oğurluq etmək üçün ev axtarırmış. xx.xx.2023-cü il tarixdə təxminən saat 03 radələrində Göytəpə şəhəri, M.Hüseynzadə küçəsində gəzdiyi zaman Zərərçəkmiş şəxs1 məxsus yeni tikilmiş ev diqqətini cəlb etmişdir. Evi bir müddət müşahidə etmiş və ona aydın olmuşdur ki, evdə heç kim yaşamır. Zərərçəkmiş şəxs1 əvvəllər tanımış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Ətrafa baxıb heç kimin olmadığını müəyyən etmiş və evin daş hasarının üzərinə çıxıb oradan evin həyətinə daxil olmuşdur. Evin ətrafını gəzib evə daxil olmaq üçün yer axtarmışdır. Evin yan tərəfində olan pəncərələrdən birinə üzərində olan bıçaq ilə təyziq edib pəncərəni açmışdır. Həmin pəncərədən evə daxil olmuş və üzərində olan alışqanın işığı ilə evi axtarmışdır. Evin otaqlarından səkkiz 8 ədəd işıq projektoru, bir ədəd qazan dəsti, bir ədəd qaşıq, bıçaq, çəngəl dəsti, bir ədəd ətçəkən maşın, bir ədəd tozsoran, 6 ədəd yataq dəsti, 6 ədəd yastıq, təxminən 100-120 ədəd tavan işıqları, 6 qutu şurup və 1 ədəd direli götürüb evə girdiyi pəncərənin yanına yığmışdır. Daha sonra həmin əşyaları hissə-hissə daşıyıb evin həyətinə yığmışdır. Sonra evin həyətinə baxmış və evin ətrafı ilə elektrik naqilləri çəkildiyini görmüşdür. Həmin elektrik naqillərini evdən tapdığı kəlbətinlə kəsib bir yerə yığmışdır. Həmin elektrik naqillərinin uzunluğu təxminən 100 metr olmuşdur. Yenə də həmin pəncərədən evə daxil olub otaqlardan birindən bir ədəd qutuda alət dəstini də götürüb həyətdə ki, digər əşyaların yanına qoymuşdur. Sonra oğurladığı əşyaları bir-bir həyətdən çıxarıb evin qarşısına yığmış və üzərini evdən tapdığı örtüklə örtmüşdür ki, kimsə görüb şübhələnməsin. Oradan piyada Göytəpə şəhərinin mərkəzinə getmiş, bir nəfər tanımadığı taksi sürcüsü tapıb onu həmin evə sürdürmüşdür. Çölə yığdığı əşyaları taksi avtomobilinə yükləyib Masallı rayonunda əşya bazarı adlanan yerə getmişdir. Orada həmin əşyaları taksi avtomobilindən çıxarıb yerə yığmışdır. Təxminən saat 8 radələrində bazara adamlar gəlməyə başlamışdır. Bir nəfər yaşlı kişi onun yanına gəlib əşyaların qiymətləri ilə maraqlanmışdır. Ona demişdir ki, evində xəstə olduğu üçün həmin əşyaları təcili satmalıdır. Həmin kişi ondan qiymət soruşmuş, o, da ona demişdir ki, hamısını 700 manata verər. Kişi onunla bir az bazarlıq etmiş və onlar 600 manata razılaşmışdır. Həmin əşyaların hamısını həmin kişiyə satmış və bunun müqabilində ondan 600 manat pul almışdır. Bazardan çıxıb Göytəpə şəhərinə gəlmiş və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Pulu olmadığı üçün yenə də oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 01 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, İ.Dadaşov küçəsində gəzdiyi zaman yeni inşa edilmiş və yaşayış olmayan fərdi yaşayış evi görmüşdür. Bildiyi qədəri ilə həmin ev Abdullayeva Mehribanın evi olmuşdur. Həmin evin darvazasının qarşısında otlar biçilmədiyi üçün güman etmişdir ki, həmin evdə yaşayış yoxdur. Həmin evə daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb heç kimin olmadığını müəyyən etmişdir. Həmin evi bir daha nəzərədən keçirmiş və görmüşdür ki, evin ətrafında müşahidə kameraları var. Evə elektrik xətləri gedən işıq dirəyinə yaxınlaşmış, üzərində olan kəlbətinlə evə gedən elektrik naqilərindən birini kəsmiş və müşahidə kamerasına baxıb görmüşdür ki, kameranın içərisində olan qırmızı işıq söndü. Bundan sonra müəyyən etmişdir ki, evin elektrikini ayırmışdır və kameralar işləmir. Evin dəmir lövhələrlə əhatə edilmiş hasarının aşağısında olan boşluq hissədən evin həyətinə daxil olmuşdur. Evə doğru getmiş, evin zirzəmisinin qapısına quraşdırılmış raşotkanın qıfıl ilə bağlı olduğunu görmüş, qıfılın açıq olub-olmamasını yoxlamaq üçün əli ilə çəkmiş və qıfıl açılmışdır. Daha sonra raşotkanı açmış, plastik qapını açmağa çalışmış, lakin kilidli olduğundan aça bilməmişdir. Buna görə üzərində olan bıçaqla həmin qapının plastik hissəsini üç tərəfdən kəsmiş və plastiki itələyib zirzəmiyə daxil olmuşdur. Zirzəmidə olan pilləkənə doğru getmiş və orada olan pilləkən ilə evin birinci mərtəbəsinə qalxmışdır. Qarşısına çıxan sol tərəfdə yerləşən birinci otağın qapısının açıq vəziyyətdə olduğunu görmüş və həmin otağa daxil olmuşdur. Oradan kameranın yaddaş qurğusunu və internetin modemini naqillərindən kəsib özü il götürmüşdür. Daha sonra evin zirzəmisinə düşmüş və yaddaş qurğusu ilə modemi çölə qoymuşdur. Yenidən zirzəmidən evin birinci mərtəbəsinə qalxmış və qarşısındakı qapısı açıq vəziyyətdə olan otağa daxil olmuşdur. Otaqdan bir ədəd ütü, bir ədəd tozsoran, bir ədəd elektrik çayniki, bir ədəd su nasosu, bir ədəd ət çəkən maşın, iki ədəd yemək sobası, bir qutu qazan dəsti, bir qutu çaşqa dəsti, bir qutu fincan dəsti, bir qutu qəndqabı dəsti, bir ədəd yataq dəsti, bir ədəd hamam üçün duş dəsti və bir ədəd manqal dəstini götürüb hissə-hissə evin zirzəmisindən çıxarıb həyətə yığmışdır. Zirzəmidən çıxmış, zirzəminin plastik qapısını örtmüş və raşotkasını bağlayıb qıfılı yerinə taxmışdır. Həmin əşyaları dəmir lövhəli hasarın altından küçəyə çıxarmışdır. Sonra özü də küçəyə çıxmış, evin kəsdiyi elektrik naqilini yerinə pərba etmişdir. Həmin əşyaları hissə-hissə yaxınlıqda yerləşən DXS-nin hərbi hissəsinin yaxınlığında olan ağaclıq sahəyə aparıb orada gizlətmişdir. Daha sonra evinə getmişdir. Həmin gün səhər saatlarında evdən çıxıb mikroavtobus ilə Masallı rayonuna getmişdir ki, oğurladığı əşyaları satsın. Avtobus dayanacağında gözlədiyi zaman Surac adı ilə tanıdığı avtobus sürücüsünü görmüşdür. Ona yaxınlaşıb pula ehtiyacı olduğundan evinin məişət əşyalarını satdığını demiş və ona həmin əşyaları satmaq üçün adam tapmasını istəmişdir. Surac hansı əşyaları satdığını soruşmuş və o, da oğurladığı əşyaların adlarını saymışdır. Surac demişdir ki, yeni ev tikib və həmin əşyalardan ona lazımdır və əgər münasib qiymətə satsa həmin əşyaları ondan alar. Suraca demişdir ki, həmin əşyaları ümumilikdə ona 500 manata satar. Surac da ona demişdir ki, həmin əşyaları gətirsin, baxar və əgər bəyənsə alacaq. Orada tanımadığı bir taksi avtomobili tapıb həmin əşyaları gizlətdiyi küçəyə gəlmiş, taksi avtomobilini təxminən 50 metr kənarda saxlatdırıb taksidən düşmüşdür. Daha sonra həmin əşyaları gizlətdiyi yerə getmiş, ətrafa baxıb heç kimin onu görmədiyini müəyyən etdikdən sonra həmin əşyaları hissə-hissə taksi avtomobilinə yığmışdır. Həmin taksi avtomobili ilə Masallı rayonuna, Suracın yanına getmiş, həmin əşyaları taksi avtomobilindən çıxarıb Suracın avtobusuna yığmışdır. Surac həmin əşyalara baxıb bəyənmiş və həmin əşyaları 500 manata alacağını demişdir. Onunla razılaşmış, Surac avtobusundan pul götürüb 500 manat sayıb ona vermişdir. O, da həmin əşyaları ona vermiş, kameranın yaddaş qurğusu və modemi Surac şübhələnməsin deyə ona göstərməmiş və onları ona satmamışdır. Sonra həmin taksi avtomobili ilə evinə gəlmiş, kameranın yaddaş qurğusu və modemi Göytəpə şəhərində yerləşən zibil qablarından birinə tullamışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Pulu olmadığı üçün yenə də oğurluq etmək qərarına gəlmiş, 12 may 2024-cü il tarixdə təxminən saat 04 radələrində Göytəpə şəhərində küçələri gəzib oğurluq etmək üçün uyğun ev axtarmışdır. Göytəpə şəhəri, Babək küçəsində Sahib adlı şəxsin yaşayış olmayan evini görmüş, həmin an evə daxil olub oğurluq etmək qərarına gəlmiş, ətrafa baxıb heç kimin olmadığını müəyyən etdikdən sonra evin daş hasarının üzərindən keçib evin həyətinə daxil olmuşdur. Evə doğru getmiş, evin pəncərəsinin açıq olub-olmamasını yoxlamış və açıq olduğunu müəyyən etmişdir. Pəncərənin layını çıxarıb yerə qoymuş və pəncərədən evə daxil olmuşdur. Evin birinci mərtəbəsində bir ədəd qutu görmüş, qutunu açıb içərisinə baxmış və içərisində çayniklər olduğunu müəyyən etmişdir. Qutunu götürüb evə daxil olduğu pəncərədən həyətə çıxmışdır. Daha sonra evin hasarının üzərinə çıxıb ətrafa baxmış və görmüşdür ki, ətrafda heç kim yoxdur. Sonra hasardan həyətə düşmüş, çayniklər olan qutunu hasarının üzərinə qoymuş, hasardan aşağı düşmüş və qutunuda aşağı salmışdır. Həmin çaynikləri satmaq üçün Masallı rayonuna getmək qərarına gəlmişdir. Həmin qutu ilə birlikdə avtobus dayanacağına getmiş və təxminən saat 8 radələrinə kimi orada gözləmişdir. Dayancağa gələn avtobuslardan biri ilə Masallı rayonuna getmiş, avtobus dayanacağında avtobusdan düşmüş, orada Sakit adı ilə tanıdığı avtobus sürücüsünü görüb ona yaxınlaşmışdır. Ona demişdir ki, pula ehtiyacı var və evində olan çaynikləri satır. Sakit neçə ədəd çaynik satdığını soruşmuş, o, da Sakitə demişdir ki, təxminən 30 ədəd çaynik var və hamısını 100 manata verər. Çaynikləri dayanacaqda gözlədiyi zaman saymışdır. Sakit çayniklərə baxmış, həmin çayniklərin ona lazım olduğunu və alacağını demişdir. Cibindən pul çıxarıb 100 manat pul sayıb ona vermiş və o, da həmin çaynikləri ona vermişdir. Daha sonra oradan Göytəpə şəhərinə gəlmiş və əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Əlavə suallara cavab olaraq oğurladığı əşyaları satdığı şəxslərin həmin əşyaların oğurluq nəticəsində əldə olunmasından məlumatının olmadığını, oğurluqlar etdiyi zaman onun heç kimin görmədiyini və törətdiyi oğurluqlar barədə heç kimin məlumatının olmadığını bildirmişdir. Hazırda əməlindən səmimi peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir və himayəsində bir azyaşlı uşağı vardır. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istinaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, X3 onun arvadıdır. Onların ünvan 2 ünvanında fərdi yaşayış evi var. Həmin ev hələlik tam təmir olunmadığı üçün orada yaşamırlar. Mütəmadi olaraq gedib həmin evə baxıb nəzarət edir. Adətən həftədə bir dəfə həmin evə gedib yoxlamışdır. Sonuncu dəfə həmin evə 2023-cü ilin noyabr ayının sonlarında baxıb yoxlamışdır. 31 dekabr 2023-cü il tarixdə saat təxminən 18 radələrində qərara gəlmişdir ki, gedib evə baxsın. Hazırda yaşadığı ev ilə həmin ev arasındakı məsafə təxminən 1 kilometrdir. Oğurluq hadisəsi baş verən evinin darvazasını açıb həyət daxil olmuş və ilkin olaraq hər hansı bir qəribəlik hiss etməmişdir. Evin pəncərəsinin açıq olduğunu görüb şübhələnmiş və nə baş verdiyini öyrənmək üçün evin qapısını açıb evə daxil olmuşdur. Evdə olan tikinti ləvazimatlarının yerə dağıldığını görüb evindən oğurluq edildiyini başa düşmüş və arvadı Ülviyyə Paşayevaya zəng edib bu barədə məlumat vermişdir. Daha sonra oradan çıxıb yaşadığı evə getmişdir. Evdə arvadı X7 İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng edib məlumat vermişdir. Daha sonra onlarla polis əməkdaşları mobil telefon vasitəsilə əlaqə saxlamış və onlar polis əməkdaşları ilə oğurluq hadisəsi baş verən evə getmişlər. Polis əməkdaşları hadisə yerini müayinə etdikdən sonra oradan getmişdir. Daha sonra o və arvadı X4 RPŞ-nin Göytəpə PB-nə ərizə ilə müraciət etmişdir. Arvadı ilə birlikdə evlərini bir daha yoxlamış, 1 ədədini 50 manata aldığı 8 ədəd həyəti işıqlardırmaq üçün projektor, 180 manata aldığı “Zinger” markalı nerjavik materialdan olan 5 hissədən ibarət olan qazan dəsti, 285 manata aldığı “Arşa” firmasına məxsus qaşıq, bıçaq, çəngəl dəsti, 110 manata aldığı “Evrolux” markalı ətçəkən maşın, “Evrolux” markalı 220 manata aldığı tozsoran, 180 manata 1 ədədini aldığı 6 ədəd iki nəfərlik yataq dəsti, 1 ədədini 10 manata aldığı 6 ədəd yastıq, 1 ədədini 5 manat 50 qəpiyə aldığı 120 ədəd tavan üçün nəzərədə tutulmuş işıq, 1 qutusunu 11 manata aldığı, 1 qutusunun içərəsində 200 ədəd olan 6 ədəd qutuda şifer bağlamaq üçün nəzərədə tutulan şurup, 55 manata aldığı 1 ədəd direl, 8 manata aldığı direl başlığı, 1 metrini 5 manata aldığı ümumilikdə 500 manat dəyərində onluq ölçüdə mis materialdan olan elektrik naqili və 120 manata aldığı tikinti işləri üçün nəzərdə tutulan alət dəstinin oğurlandığını müəyyən etmişdir. Əlavə suallara cavab olaraq baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 3864 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxsə daha ciddi cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə DİN-in 102 Xidməti Zəng Mərkəzinə, xx.xx.2024-cü il tarixdə isə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə ərizə ilə müraciət edib oğlu X2 məxsus evdən əşyaların oğurlanması barədə məlumat vermişdir. Oğlu Aslan uzun müddətdir ki, Rusiyada yaşayır. Onun üçün Cəlilabad rayonu, Göytəpə şəhərində ev tikmiş və həmin evdə olan əşyaları da özü alıb həmin evə yığmışdır. Həmin evə oğlunun kürəkəni Fərid nəzarət edir, həmçinin o da arabir gedib həmin evə baxır. xx.xx.2024-cü il tarixdə Fərid həmin evə baxarkən evin elektrik naqillərinin kəsildiyini görmüş, daha sonra evə daxil olmuş və müəyyən etmişdir ki, “Quick” markalı videokameranın yaddaş qurğusu və “Huavei” markalı modem oğurlanmışdır. Fərid bu barədə polisə müraciət etmişdir. Oğlu ilə bu barədə danışdıqdan sonra gedib evə bir daha baxmaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə həmin evə getmiş, evi tam yoxladıqdan sonra müəyyən etmişdir ki, 01 ədəd “quick” markalı yaddaş qurğusu, 01 ədəd “huavei” markalı modem, 01 ədəd “marqus” markalı su nasosu, 01 ədəd “itimat” markalı elektrik sobası, 01 ədəd “arnica” markalı ətçəkən maşın, 01 ədəd “eurolux” markalı tozsoran, 01 ədəd “eurolux” markalı ütü, “renoa” markalı 5-li qazan dəsti, 6-lı fincan dəsti, 2-li qəndqabı dəsti, 6-lı çaşqa dəsti, 1 ədəd yataq dəsti, 1 ədəd “forester” markalı manqal dəsti, 2 ədəd tava, 1 ədəd duş dəsti, 01 ədəd “eurolux” markalı elektrik çaydanı, 01 ədəd “eurolux” markalı ədəd mikrodalğalı sobanın oğurlanmışdır. Bundan sonra həmin tarixdə DİN-in 102 xidmətinə, xx.xx.2024-cü il tarixdə isə Göytəpə PBnə müraciət etmişdir. Əlavə suallara cavab olaraq 01 ədəd “quick” markalı videokameranın yaddaş qurğusunun dəyərinin 300 manat, 01 ədəd “huavei” markalı modemin dəyərinin 30 manat, 01 ədəd “eurolux” markalı tozsoranın dəyərinin 110 manat, 01 ədəd eurolux markalı ütünün dəyərinin 75 manat, 01 ədəd “arnica” markalı ətçəkən maşının dəyərinin 259 manat, 01 “itimat” markalı yemək sobasının dəyərinin 174 manat, 01 ədəd marqus markalı su nasosunun dəyərinin 95 manat, “reoona” markalı 5-li qazan dəstinin dəyərinin 33 manat, 01 ədəd “eurolux” markalı mikrodalğalı sobanın dəyərinin 215 manat, 02 ədəd tavanın hər birinin dəyərinin 20 manat, 6-lı fincan dəstinin dəyərinin 25 manat, 6-lı çaşqa dəstinin dəyərinin 30 manat, 01 ədəd “forester” markalı manqan dəstinin dəyərinin 30 manat, “eurolux” markalı elektrik çaydanının dəyərinin 38 manat, 2-li qəndqabı dəstinin dəyərinin 10 manat, 01 ədəd hamam üçün duş dəstinin dəyərinin 50 manat və 01 ədəd yataq dəstinin dəyərinin 40 manat olduğunu, həmçinin baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1554 manat maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən şəxsə daha ciddi cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram göndərərək, teleqramda ona dəymiş ziyan ödənilməsə də təqsirləndirilən şəxsdən şikayətçi olmadığını, işə onun iştirakı olmadan baxılmasını və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-nin Göytəpə PB-nə ərizə ilə müraciət edərək qardaşı X1 məxsus yaşayış olmayan evdən 150 manat dəyərində 30 ədəd çaynikin oğurlanmasını bildirmişdir. Həmin ev ona məxsusdur, həmçinin evdən oğurlanmış 30 ədəd çaynik də onundur. Həmin ev təxminən 10 il əvvəl qardaşı Rahibin olmuş və o da təxminən 10 il əvvəl həmin evi qardaşı Rahibdən almışdır. Sadəcə olaraq fikrində ad olaraq qardaşının evi kimi qaldığından müraciətində və izahatında evin qardaşına məxsus olması kimi yanlış məlumat vermişdir. Hazırda həmin evdə heç kim yaşamır. Yaşadığı evdə istifadə etmədiyi əşyaları həmin evin birinci mərtəbəsinə yığıb orada saxlayır və mütəmadi olaraq 10-15 gündən bir həmin evə gedib yoxlayır. xx.xx.2024-cü il tarixdə həmin evə getmiş, həyətə daxil olmuş və görmüşdür ki, evin birinci mərtəbəsində olan pəncərələrdən birinin layı çıxarılaraq yerə qoyulub. Bu zaman şübhələnmişdir ki, evdən kimsə oğurluq edib. Dərhal evə daxil olub evdə yığdığı əşyaları yoxlamış və bir ədəd qutuda saxladığı hər biri 5 manat dəyərində olan 30 ədəd çaynikin oğurlanmasını müəyyən etmişdir. Həmin zaman vaxtı olmadığı üçün polisə müraciət etməmişdir. İşlərini qaydasına qoyduqdan sonra xx.xx.2024-cü il tarixdə polisə gedib ərizə ilə oğurluq barədə müraciət etmişdir. Əlavə suallara cavab olaraq baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 150 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatı olmasa da onu üzdən tanımışdır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 1 ilə yaxındır ki, mikroavtobusla Masallı-Göytəpə xəttində sərnişin daşıyır. Elşən mütəmadi olaraq onun avtomobili ilə Masallı rayonuna gedib gəlir. Təxminən cari ilin may ayının ortalarında Masallı rayonunda avtobus dayanacağında dayandığı zaman Elşən əlində bir ədəd qutu ilə ona yaxınlaşıb pula ehtiyacı olduğunu və evinin çayniklərini satdığını demişdir. Elşəndən neçə ədəd çaynik satdığını soruşmuş və o da 30 ədəd çaynik satdığını demişdir. Qutuda çayniklərə baxmış, fikirləşmişdir ki, qiymətini soruşsun və münasib olsa alsın. Elşəndən neçəyə satdığını soruşmuş və o da demişdir ki, hamısını 100 manata verər. Onunla razılaşmış və ona 100 manat verib bir ədəd qutuda olan 30 ədəd çayniki ondan almışdır. Həmin gün axşam saatlarında həmin çaynikləri yaşadığı evə aparmışdır. Əlavə suallara cavab olar Elşənin həmin çaynikləri oğurlamasından məlumatının olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatı olmasa da onu üzdən tanımışdır. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 8 ilə yaxındır ki, mikroavtobusla Masallı-Göytəpə xəttində sərnişin daşıyır. Təxminən cari ilin may ayının ortalarında səhər saatlarında Masallı rayonunda avtobus dayancağında dayandığı zaman Elşən ona yaxınlaşıb demişdir ki, pula ehtiyacı olduğundan evində olan məişət əşyalarını satır və ona həmin əşyaları satması üçün adam tapmağımı istəmişdir. Ondan soruşmuşdur ki, hansı əşyaları satır, o da demişdir ki, tozsoran, su nasosu, yemək sobası, ütü, qab qacaq dəsti kimi əşyalardır. Ona evdə həmin əşyalardan lazım olduğu üçün qərara gəlmişdir ki, həmin əşyaları qiyməti uyğun olsa ondan alsın. Bundan başqa həmin əşyaları neçəyə satacağını soruşmuş, Elşən də demişdir ki, 500 manata satacaq. Elşənə demişdir ki, həmin əşyaları gətirsin, bəyənsə özü alar. Elşən əşyaları gətirəcəyini deyib getmiş və təxminən 2 saat sonra tanımadığı bir taksi ilə onun yanına gəlmişdir. Elşən taksi avtomobilindən əşyalar çıxarıb onun avtobusuna yığmağa başlamışdır. Həmin əşyalara bir-bir baxmış və görmüşdür ki, həmin əşyalar 01 ədəd su nasosu, 01 ədəd elektrik yemək sobası, 01 ətçəkən maşın, 01 ədəd tozsoran, 01 ədəd fincan dəsti, 01 ədəd ütü, qazan dəsti, qəndqabı dəsti, çaşqa dəsti, 01 ədəd yataq dəsti, 01 ədəd manqal dəsti, 02 ədəd tava, 01 ədəd duş dəsti, 01 ədəd elektrik çaydanı və 01 ədəd mikrodalğalı sobadır. Həmin əşyalar hamısı işlənməmiş təzə əşyalar olmuşdur. Elşəndən həmin əşyaları neçəyə satacağını soruşmuş, Elşən də demişdir ki, pula ehtiyacı var və hamısını 500 manata verər. Onunla razılaşmış, avtobusdan pul götürüb 500 manat sayıb Elşənə vermiş və həmin əşyaları ondan almışdır. Həmin gün axşam saatlarında Elşəndən aldığı əşyaları evimə aparmışdır. Əlavə suallara cavab olar Elşənin həmin əşyaları oğurlamasından məlumatının olmadığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməyən məhkumluğu yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2013-cü il təvəllüdlü Zeynəb adlı bir azyaşlı uşağı vardır. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmasının əvvəli 24 may 2024-cü ildən hesablanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən həmçinin onun daha əvvəllər də bir neçə dəfə oğurluq əməlinə görə təqsirli bilinərək məhkum edildiyini də nəzərə alır. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs Şahid2 satdığı 01 ədəd “Eurolux” markalı tozsoran, 01 ədəd “Eurolux” markalı ütü, 01 ədəd “Arnica” markalı ətçəkən maşın, 01 ədəd “İtimat” markalı yemək sobası, 01 ədəd “Marqus” markalı su nasosu, “Reoona” markalı 5-li qazan dəsti, 01 ədəd “Eurolux” markalı mikrodalğalı soba, 02 ədəd tava, 6-lı fincan dəsti, 6-lı çaşqa dəsti, 01 ədəd “Forester” markalı manqal dəsti, 01 ədəd “Eurolux” markalı elektrik çaydanı, 2-li qəndqabı dəsti, 01 ədəd hamam üçün duş dəsti və 1 ədəd yataq dəstinin Şahid2 götürülməsi, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 01 iyul 2024-cü il tarixli qərarla maddi sübut hesab edilməsi və Zərərçəkmiş şəxs2 təhvil verilməsi, həmçinin Təqsirləndirilən şəxs Şahid1 satdığı 30 ədəd çaynikin Şahid1 götürülməsi, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 01 iyul 2024-cü il tarixli qərarla maddi sübut hesab edilməsi və Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 24 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs Şahid2 satdığı 01 ədəd “Eurolux” markalı tozsoran, 01 ədəd “Eurolux” markalı ütü, 01 ədəd “Arnica” markalı ətçəkən maşın, 01 ədəd “İtimat” markalı yemək sobası, 01 ədəd “Marqus” markalı su nasosu, “Reoona” markalı 5-li qazan dəsti, 01 ədəd “Eurolux” markalı mikrodalğalı soba, 02 ədəd tava, 6-lı fincan dəsti, 6-lı çaşqa dəsti, 01 ədəd “Forester” markalı manqal dəsti, 01 ədəd “Eurolux” markalı elektrik çaydanı, 2-li qəndqabı dəsti, 01 ədəd hamam üçün duş dəsti və 1 ədəd yataq dəstinin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 01 iyul 2024-cü il tarixli qərarla maddi sübut hesab edilməsi və Zərərçəkmiş şəxs2 təhvil verilməsi, həmçinin Təqsirləndirilən şəxs Şahid1 satdığı 30 ədəd çaynikin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 01 iyul 2024-cü il tarixli qərarla maddi sübut hesab edilməsi və Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-165/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-165/2024
02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver