Məhkəmə qərarları › İş №1(073)-167/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-167/2023

19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-167/2023 19.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Feyzullazadə Əli Elşən oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 orlunun Azərbaycan Respublikasının CM-in 147 və 148-ci maddələri ilə nəzərdə tutulan əməli törətməsinə dair X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X5 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 24 may 1974-ci il tarixdə Cəlilabad rayonu Əliabad kəndində anadan olmuşdur. İlk dəfə 1 yanvar 1993-cü il tarixdə Cəlilabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə göndərilmişdir. X1 iştirakçısı olmuş, Ağdərə rayonu, Talış, Suqovuşan istiqamətindəki döyüşlərdə iştirak etmişdir. 1995-ci ildə nümunəvi xidmətinə görə, qulluq etdiyi hərbi hissənin komandanlığı tərəfindən zabit təhsili almağı üçün Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə göndərilmişdir. 1999-cu ilin iyul ayında həmin məktəbdəki təhsilini “leytenant” hərbi rütbəsi ilə ümumqoşun ixtisası üzrə başa vurmuşdur. Həmin tarixdən etibarən zabit olaraq tağım komandiri vəzifəsindən başlayaraq, hərbi hissə komandiri vəzifəsinə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qüsursuz xidmət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Naziri tərəfindən “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, habelə, Silahlı Qüvvələrin 95-ci və 100 illiyi medalları ilə təltif olunmuşdur. 25 il qüsursuz hərbi xidmətlərinə görə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı” medalı ilə də təltif olunmuşdur. X4 də işitrakçısıdır. X9 başlayandan Murovdağ yüksəkliyi, Taliş kəndi və Suqovuşan istiqamətində döyüşən hərbi hissələrdən birinin N saylı Hərbi Hissənin komandiri olmuşdur. Komandiri olduğu hərbi hissə müharibənin ilk günündən qələbəyə qədər rəşadətlə döyüşüb, verilmiş döyüş tapşırıqlarını qüsursuz şəkildə icra etmişdir. Müharibədən sonra Baş Nazir tərəfindən ‘‘Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Müharibədən sonrakı dövrdə komandiri olduğu hərbi hissə düşmənlə üzbə-üz ərazilərdə xidməti davam etdirib, döyüş tapşırıqlarını icra etmişdir. 08 fevral 2021-ci il tarixdə Ordu Korpusu komandiri tərəfindən verilən döyüş tapşırığını Talış yaşayış məntəqəsinin Arakəsər dağ silsiləsinin 1351 metr yüksəkliyində icra edərkən düşmən qüvvələri tərəfindən quraşdırlmış piyada əleyhinə minaya düşmüşdür. Bunun nəticəsində “Mina partlayış travması, sol baldırın yuxarı 1/3-i səviyyəsində travmatik qopması, sağ baldır sümükləri diafizinin aşağı 1/3-nin açıq, çoxqəlpəli, yerdəyişmiş sınığı ilə müşayət olunan, hər iki sağn, hər iki budun arxa səthinin və sağ baldırın ön səthinin cınlmış-didilmiş yaralan, Travmatik-hemorrogik şok 3-cü dərəcə” diaqnozlu xəsarət almışdır. Uuzun sürən müalicələrdən sonra “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. Barəsində “İkinci dərəcəli əlillik” müəyyən edilmiş, 2021-ci ildə Silahlı Qüvvələr sıralarından tərxis edilmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından “yaşadığı ərazi üzrə kardioloq və nevroloqun dinamik nəzarətində olsun. Əmək və istirahət rejiminə əməl etsin. Fiziki və emosional gərginlikdən qorunsun” tövsiyyəsi ilə buraxılmışdır. Həmin vaxtdan doğulub boya-başa çatdığı Əlİabad kəndində yaşayır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etdiyi dövrdə həmişə nümunəvi xidmət etmiş, xidmət illərində hərbi xidmətdə olan bütün vətəndaşlara qayğı göstərmiş, onların vətən sevgisi ruhunda formalaşmalarına çalışmış, buna nail olmuşdur. Həm buna, həm də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı, X6masına görə, hər zaman rayon ictimaiyyətindən hörmət, ehtiram görmüşdür. Hazırda da fiziki xüsusiyyətləri imkan verdiyi dərəcədə gənclərin vətənə sevgi ruhunda formalaşmasına bacardığı töhfələri verməyə çalışır, söhbətlərində onlara bu hissləri aşılamağa səy göstərir. Rayonun ictimai həyatnda, xüsusilə də müharibə veteranlarının durumunun yaxşılaşdırlması, onların qayğı ilə əhatə olunması işində yaxından iştirak edir. Şikayətçinin üzləşdiyi qanunazidd hərəkətlər haqqında 2023-cü ilin avqust ayından başlayaraq, sosial mediada, xüsusilə də facebook platformasında və WhatsApp mesajlaşma platformasında onun şərəf və ləyaqətinə, hərbçi-zabit-X10 nüfuzuna qarşı heç bir əxlaqa sığmayan qanunsuz hərəkətlərə yol verilir. Cəlilabad rayon sakini, hazırda Cəlilabad Rayon Ağdaş kəndinin bələdiyyə sədri vəzifəsini icra edən X11 onun şəxsiyyətini hədəfə alaraq statuslar paylaşır, müxtəlif şəxslərin paylaşdıqları statusların şərh bölməsində ünvanına təhqirlər, böhtanlar yayır, şərəf və ləyaqətini aşağılayan ifadələr işlədir. Avqust ayının 14-16-da belə paylaşımlar xüsusilə geniş yayılmışdır. X11 onu aşağılamaq, gözdən salmaq üçün özünün facebook profilində təhqir və böhtanla dolu olan aşağıdakı statusu paylaşmışdır (statusun fotosu şikayətə əlavə edilir): “Əziz xalqım, bu Kamil Duniyev özünü insanlara qazi kimi sırımaq istəyir. Amma həqiqət budur ki, o vətən müharibəsindən sonra azad olunmuş torpaqlarda dəmir oğurlayıb satarkən 8 fevral 2021-ci il tarixdə minaya düşərək yaralanmışdır. Bu qoduğa mən X16 haqqında xoşagəlməz sözlər yazdıran Cəlilabad rayon İcra Hakimiyyətinin Qazi və Şəhid ailələrinin şöbə müdiri Füzuli Cəfərovdur. Bu Dumbiliyev də icranın troludur. 5 manata əsil qaziləri şər böhtan şantaj edən bir QODUQDUR”. X11 eyni vaxtda müxtəlif şəxslərin statuslarında eyni məzmunlu mətnlər paylaşmaqla, onun cəmiyyət arasındakı şərəf və layaqətini aşağılayıb, onu təhqir edib, böhtan atmışdır. Onun statusu, eləcə də başqa statuslardakı şərhləri başqaları tərəfindən 100 dəfələrlə izlənilib, onun fikirlərinə rəylər yazılmışdır. X11 eyni zamanda “Cəlilabad Qaziləri” adlanan WhatsApp mesajlaşma platformasındakı qrupda eyni məzmunlu paylaşımlar etmişdir. Həmin qrupa 30-dan artıq X12 daxildir. A.İsmayılov facebook statusunda paylaşdığı mətnlə eyni məzmunlu fikirləri WhatsApp qrupunda da paylaşmaqla, onu həmin qrupda olan onlarla müharibə veteranının gözündə qaralamağa, gözdən salmağa çalışmışdır. O, həmçinin səsli yazışmalarında onun dövlət tərəfindən verilmiş ali rütbəsini (ulduzları), özünün avtomobilinin diskləri ilə müqayisə etmişdir (səs yazılan şikayətə əlavə edilir). X11 həmçinin, X2 sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Azərbaycan Respublikasının Baş Naziri tərəfindən təltif edildiyi 3 medala da təhqiramiz yanaşıb - o, facebook statusunun şərh hissəsində montaj edilmiş 3 medal təsvirini paylaşmışdır (medal təsviri ilə bağlı paylaşımın surəti iddiaya əlavə edilir). Hesab edir ki, X11 ona xitabən yaydığı “Kamil Duniyev özünü insanlara qazi kimi sırımaq istəyir”, “dəmir oğurlayıb satarkən minaya düşərək yaralanmışdır”, “Bu Dumbiliyev icranın trolüdür”, “5 manata əsil qaziləri şər böhtan şantaj edən bir qoduqdıır” ifadələri ilə, habelə, yazışmalarında onun dövlət tərəfindən verilmiş ali rütbəsini özünün avtomobilinin diskləri ilə müqayisə etməklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Azərbaycan Respublikasının Baş Naziri tərəfindən ona verilmiş 3 medalı təhqiramiz montajla ictimaiyyətə təqdim etməklə, onu təhqir etmiş, ona böhtan atmış, onun şərəf və ləyaqətini publik şəkildə aşağılayıb, gözdən, nüfuzdan salmaq məqsədilə onu cəmiyyətə oğru, saxtakar kimi təqdim etmişdir. Hesab edir ki, X5 ona yönəlik davranışları ictimai təhlükə doğuran əməllərdir, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə məsuliyyət yaradır və onun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yüksək rütbəli zabitinə, X10na qarşı əməllərinə ədalətli hüquqi qiymət verilməlidir. Hesab edir ki, X11 ona münasibətdə “böhtan” cinayət əməlinə vol vermişdir. X11 paylaşımında onu 2 fərqli cinayəti törətməkdə ittiham etmişdir. Birincisi, o, yazıb ki, “bu Kamil Dunıyev özünü insanlara qazı kimi sırımaq istəyir. O 1993-cü ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində sıravi əsgər statusundan başlayaraq, polkovnik - leytenent, hərbi hissə komandiri vəzifəsinə qədər xidmət etmişdir. Hər 2 Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. Xidmətinə görə, Azərbaycan Respublikasının hərbi rəhbəriyi, xüsusilə də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən təltif edilmişdir. Bunu rəsmi sənədlər təsdiq edir. X11 öz paylaşımı ilə onun rəsmi təltiflərini, hərbi xidməti ilə bağlı ictimaiyyətdə olan məlumatları qəsdən şübhə altına almışdır. Sanki elə göstərməyə çalşmışdır ki, onunla bağlı məlumatlar uydurmadır, o 1993-cü ildən bu yana hərbi xidmət keçməmiş, təltiflərini, müharibə əlili olmağını - hərbi xidmətlə bağlı bütün göstəricilərini hansısa saxta yollarla əldə etmişdir. Belə iddialar onu açıq-aşkar saxtakarlıq cinayətində ittiham etməkdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-çi maddəsinə görə “rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə” cinayət məsuliyyəti yaradır. X11 öz paylaşımında “bu Kamil Duniyev özünü insanlara qazi kimi sırımaq istəyir” deməklə, faktiki olaraq onu dövlət təltiflərini saxtalaşdırmaqda ittiham etmişdir. İkincisi, X11 öz paylaşımında həmçinin yazıb ki, “həqiqət budur ki, o ... dəmir oğurlayıb satarkən ... minaya düşərək yaralanmışdır”. Onun minaya düşüb xəsarət almağının, əlil olmağının hekayəsi bəllidir, bunu rəsmi sənədlər, habelə Azərbaycan hərbi rəhbərliyinin onun xidmətinə təltiflərlə verdiyi qiymət təsdiq edir. O Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi hissə komandiri olaraq, yuxan komandanlığın döyüş tapşırığını yerinə yetirərkən minaya düşmüşdür, sağlamlığını, Orqanizminin parçalarını itirmişdir. X11 isə paylaşımında “o, dəmir oğurlayıb satarkən minaya düşərək yaralanmışdır” yazaraq, onu həm də “oğurluq” cinayətində ittiham etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə görə, oğurluq, dedikdə, özgənin əmlakını gizli olaraq talama başa düşülür və cinayət məsuliyyəti yaradır. X11 öz paylaşımında “həqiqət budur ki, o ... dəmir oğurlayıb satarkən ... minaya düşərək yaralanmışdır”, yazmaqla, faktiki olaraq onu və eləcə də onun komandanlığı altında döyüş tapşırığını icra edən hərbi birliyi həm də oğurluqda ittiham etmişdir. Həm saxtalaşdırma, həm də oğurluq ittihamları tamamilə yalan, böhtan olduğundan A. İsmayılov ona münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsində təsbit edilmiş cinayət əməlinə yol vermişdir. Hesab edir ki, X11 ona münasibətdə həm də “təhqir” cinayət əməlinə yol vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir dedikdə, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Həmin maddəyə görə, belə əməllər min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X11 paylaşımlarının ümumi məzmunu ona münasibətdə təhqiramiz məzmunda olmuşdur. Ömrünü hərbi xidmətə həsr etmiş, orqanizminin hissələrini, sağlamlığını hərbi xidmətdə itirmiş yüksək rütbəli zabitin xidmətlərini şübhə altna almaq, bu zaman ən aşağılayıcı ifadələrdən istifadə etmək, onu saxtakar, oğru damğası vurmaq ümumilikdə bir şərəfli zabit üçün ən yüngül halda təhqirə bərabərdir. Bunlarla yanaşı, X5 azı 4 fərqli epizodda ona yönəlik təhqirə yol verdiyi aşkar nəzərə çarıpır. Birincisi, X11 paylaşımında yazıb ki, “Bu qoduğa ... xoşagəlməz sözlər yazdıran Füzuli Cəfərovdur... 5 manata əsil qaziləri şər böhtan şantaj edən bir qoduqdur”. Ümumiyyətlə, A.İsmayılovun onun yazdıqlarından bəhs edərkən nələri nəzərdə tutduğu bəlli deyil, o sosial mediada aktiv iştirakçı deyil, amma Cəlilabad rayonu ilə bağlı, müharibə veteranlarının durumu ilə bağlı müzakirələrdə bəzən iştirak edir. Fikirlərini bölüşərkən də hər zaman obyektivliyi, yaxşıya yaxşı, pisə-pis prinsipini əsas götürür. Onun bölüşdüyü fikirlər də demək olar ki, həmişə yerli ictimaiyyət tərəfindən xeyirxahlıqla qarşılanır, izləyicilər onun fikirlərinə qoşulduqlarını bildirirlər. Belə müzakirə kontekstində X5 ona münasibətdə istifadə etdiyi ifadələr heç bir ölçüyə sığmır. Onun istifadə etdiyi “qoduq” ifadəsi təhqirdir. Azərbaycan dilinin izahlı lüğətinə görə, “qoduq” “eşşəyin balası” mənasında, həm də söyüş yerinə işlədilir. İkincisi, X11 paylaşımında yazıb ki, “Bu Dumbiliyev icranın troludur. Onun soyadı bəllidir, ancaq A.İsmayılov onu bilərkdən aşağılayıcı məzmunda ifadə etmişdir. Güman ki, onun soyadını aşağılayıcı məzmun daşıyan “düdük”, “dümbələk” ifadələri ilə eyniləşdirmək istəişdir. Azərbaycan dilinin izahlı lüğətinə görə, “düdük”, “dümbələk” ifadələri təhqir kimi işlənir, ancaq “kiçik dəf’ (nağara) anlamına gələn, fars mənşəli sözdür. Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, hər kəsin ad, soyad hüququ var, bu hüquq, ad-soyadın təhqiramiz məzmunda dəyişdirilməsi qanunaziddir. Üçüncüsü, X11 paylaşımlarında X2 sonra təltif edildiyi 3 medala münasibətdə təhqir məzmunlu davranışa yol vermişdir. Müharibədən sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Azərbaycan Respublikasının Baş Naziri tərəfindən 3 medalla təltif olunmuşdur. X11 ona xitabən 3 medal təsviri paylaşmışdır. Həmin təsvirdə medallardan ikisində sabun, birində isə maz rəsmini montaj etməklə qəsdən onu təhqir etmək, başqalarının gözündə nüfuzdan salmağa cəhd etmişdir. Dördüncüsü, X11 yazışmalarında onun dövlət tərəfindən verilmiş ali rütbəsini ifadə edən iri ulduzları özünün avtomobilinin diskləri ilə müqayisə etməklə, onun şərəf və ləyaqətini publik şəkildə aşağılamağa çalışmışdır. Beləliklə, aydın görünür ki, X11 ictimai qaydada ona xitabən “qoduq” ifadəsini bir neçə dəfə xüsusi vurğu ilə (böyük hərflərlə) işlədib yaymaqla onun soyadını təhqiramiz məzmunda ifadə etməklə X2 sonra təltif edildiyi 3 medala münasibətdə təhqir məzmunlu montajla dəyişdirib yaymaqla, dövlət tərəfindən verilmiş ali rütbəni ifadə edən dövlət atributlarını özünün avtomobilinin diskləri ilə müqayisə etməklə onu təhqir etmək, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq, onu ictimayətin gözündən salmaq niyyəti güdmüşdür. Bununla da A.İsmayılov ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində təsbit edilmiş cinayət əməlinə yol vermişdir. Hesab edir ki, X5 əməllərində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri mövcuddur. Qeyd olunanlara əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrindəki cinayət əməllərinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılmasını nəzərdə tutan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq xüsusi ittihamçı X8 və barəsində xüsusi ittiham qaydasında şikayət verimiş şəxs X11 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 iştiraklarıı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayətdə şikayət vermiş şəxsin doğulduğu tarix və şikayətin verildiyi yer göstərilməmişdir. Bundan başqa, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş etsə də, şikayətdə Asəf İsmayılovun CM-nin 147-ci maddəsinin hansı hissəsi ilə, yəni CM-nin 147.1-ci və yaxud 147.2-ci maddəsi ilə məsuliyyətə cəlb edilməli olduğunu konkret göstərməmişdir. Azərbaycan Respublikasının CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Bundan başqa, iş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 üzrlü səbəb olmadan təkrarən məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Azərbaycan Respublikasının CPM-nin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Azərbaycan Respublikasının CPM-in 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar