Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-167/2024 25.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə İran İslam Respublikasının Kaşan şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikasının vətəndaşı, İran İslam Respublikasının Kaşan şəhərində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargah tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrində tətbiq edilən məhdudiyyətlərlə bağlı həmin məntəqələrdən piyada keçid zolağı ilə qanunla müəyyən edilmiş qaydada ölkə ərazisinə gələ bilmədiyindən, Azərbaycan Respublikasına hava yolu ilə gəlməyə maddi imkanı olmadığından, yaşamaq və işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmək üçün 10 iyul 2024-cü il tarixdə, saat 22 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Cəlilabad rayonunun Bayxanlı kəndində yerləşən 9-cu sərhəd zastavasının 8-ci sahəsindən piyada hərəkət edərək, İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində qəsdən, qanunsuz olaraq keçmiş, dövlət sərhəd xəttindən 700 metr Azərbaycan Respublikası istiqamətində, 81/2 №- li köməkçi sərhəd nişanından təqribən 1500 metr aralıda, zastavanın sağ cinahında, mühəndis-texniki çəpərinin yaxınlığında, nəzarət-iz zolağında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 13 radələrində İran İslam Respublikasının Ərdəbil şəhərində taksi ilə Udulu kəndinə yollanmış, saat tərqribən 15 radələrində Udulu kəndinə çatmışdır. Taksi sürücüsü ona Azərbaycan Respublikasının ərazisini, dövlət sərhəd xəttini göstərib oraya necə getməyin yollarını izah etmişdir. Daha sonra o, taksidən düşüb havanın qaralmasını gözləmiş, hava qaralandan sonra saat təqribən 21 radələrində Azərbaycan Respublikasının ərazisinə doğru hərəkət etməyə başlamışdır. Müəyyən müddət piyada hərəkət edəndən sonra saat təqribən 22 radələrində sərhədçilər tərəfindən saxlanılmışdır. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DSX-nin “N” saylı hərbi hissəsinin «N» saylı zastavasının əsgəri Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20:00-dan saat 00:00-dək 9-cu sərhəd zastavasında “Növbətçi operator” xidmətinə təyin olunmuşdur. Həmin gün saat 22 radələrində zastavada xidməti ərazini video-müşahidə kamera vasitəsi ilə müşahidə edən zaman 8-ci sahə istiqamətində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədini pozan 1 nəfər şəxsin hərəkətini müşahidə etmiş və dərhal bu barədə zastava rəisinə məruzə etmişdir. Zastavanın şəxsi heyəti “Silaha” komandası ilə qaldırılmış, “Mobil qrup” leytenant Şahid2, “Həyəcan qrupu” isə kapitan Məftun Qasımlının başçılığı altında dərhal həmin istiqamətə doğru hərəkət etmiş və xidməti ərazi qapadılmışdır. Saat 22:10 radələrində dövlət sərhədini pozan həmin 1 nəfər şəxs Təqsirləndirilən şəxs “Sərhəd gözətçisi” sərhəd naryadı tərəfindən aşkar edilərək saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İşdə olan xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Cəlilabad rayonu Bayxanlı ərazisində yerləşən 9-cu sərhəd zastavasının 8-ci sahəsinə baxış keçirilmişdir, ərazi mürəkkəb relyefə malik əkin sahələrindən ibarətdir, 9-cu sərhəd zastavasından 8-ci sahəyə qədər olan məsafə təqribən 2200 metrdir. 9-cu sərhəd zastavasından Cəlilabad rayonu, Bayxanlı kəndinə qədər olan məsafə təqribən 7000 metrdir. 9-cu sərhəd zastavasının 8-ci sahəsindən Cəlilabad rayonu, Bayxanlı kəndinə qədər olan məsafə təqribən 9200 metrdir. 9-cu sərhəd zastavasının 8-ci sahəsində İran İslam Respublikası istiqamətində Udulu kəndi yerləşir. 9cu sərhəd zastavasının 8-ci sahəsindən Udulu kəndinə qədər olan məsafə təqribən 2500 metrdir. Udulu kəndindən 9-cu sərhəd zastavasına qədər olan məsafə təqribən 3300 metrdir. 9-cu sərhəd zastavasının 8-ci sahəsində Azərbaycan Respublikası istiqamətində Cəlilabad rayonu, Bayxanlı kəndi yerləşir. Əraziyə baxış keçirilən zaman nəzarət-iz zolağında bir nəfərə məxsus ayaq izləri aşkar edilmişdir. Mühəndis-texniki çəpərlərə baxış keçirilən zaman məftillərin əyilməsi, kəsilməsi və ya deformasiyaya uğraması aşkar olunmamışdır. Ərazidə digər əhəmiyyət kəsb edən predmetlər aşkar edilməmişdir. İşdə olan “N” saylı hərbi hissənin komandiri, polkovnik Rauf Abdullayevin 10 iyul 2024-cü il tarixli, 3-38-/2-16/2264/24 nömrəli məlumatında və həmin hərbi hissənin 9-cu sərhəd zastavasının rəisi, kapitan Məftun Qasımlının 10 iyul 2024-cü il tarixli raportunda göstərilmişdir ki, 10 iyul 2024-cü il tarixdə, “Növbətçi operator” sərhəd naryadı tərəfindən video-müşahidə kamerası vasitəsi ilə saat 22:05 radələrində 9-cu sərhəd zastavasının 8-ci sahəsi istiqamətində bir nəfər şəxsin hərəkəti müşahidə olunmuşdur. Zastava dərhal “Silaha!” komandasına qalxmış, “Mobil qrup” və “Həyacan qrupu” sərhəd naryadları həmin istiqamətə doğru hərəkət etmişdirlər. Sərhəd pozucusunun təqibi istiqamətində tədbirlər həyata keçirilmiş və nəticədə həmin gün saat 22:10 radələrində sərhəd xəttindən təqribən 700 metr Azərbaycan Respublikası istiqamətində, 81/2 №-li köməkçi sərhəd nişanından təqribən 1500 metr aralıda, zastavanın sağ cinahında, mühəndis-texniki çəpərin yaxınlığında, nəzarət-iz zolağında bir nəfər şəxs 4 fevral 1987-ci il təvəllüdlü, İran İslam Respublikası vətəndaş Təqsirləndirilən şəxs saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistika və İnformasiya İdarəsi tərəfindən icra edilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, özünün etirafı, şahidlərin ifadələri və işin digər materialları ilə də tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə də təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(009)- 357/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 iyul 2024-cü ildən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikasının CM-nin 318.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və cəzasını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349,351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətinə Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-167/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-167/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver