Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-168/2023 05.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Xüsusi ittihamçı X1 iştrakı ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 X5 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyən etdi: Xüsusi ittihamçı X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 onu ağır cinayətdə ittiham etməklə təhqir etdiyinə görə Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittihamçı X4 ərizə təqdim edərək barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 ilə barışdıqlarını, Asəf İsmayılovun barəsində şikayət və tələbinin olmadığını göstərərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışınını keçrilməsindən imtina edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikas Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin Azərbaycan Respublikas Cinayət Prosessual Məcəlləsinin 302.2.3-ci maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 barəsində Azərbaycan Respublikası CM-in 148-ci maddəsinə əsasən başlanılmış xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması ilə əlaqədar məhkəmə baxışınını keçrilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 302.1 və 302.2.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə... Qərara aldı: X2 barəsində Azərbaycan Respublikası CM-in 148-ci maddəsinə əsasən başlanılmış xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması ilə əlaqədar məhkəmə baxışınını keçrilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-168/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-168/2023
05.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver