Məhkəmə qərarları › İş №1(073)-168/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-168/2024

12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-168/2024 12.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 03 iyul 2000-cı ildə Cəlilabad rayonu, Adnalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Adnalı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nuriyev X1 yerləşən qardaşı İsmayıl Nuriyevin yaşadığı fərdi yaşayış evində rəsmi nikaha daxil olmadan faktiki ailə münasibətləri ilə yaşadığı arvadı Zərərçəkmiş şəxs 29 iyul 2024-cü tarixdə saat 11 radələrində anası X5 ilə mübahisə etməsi, eləcə də sonuncunun evə qayıtmaqla bağlı təklifini eşitmədiyinə görə bu barədə məlumatı olduqdan sonra həmin gün saat təxminən 12 radələrində qardaşı İsmayıl Nuriyevin yaşadığı fərdi yaşayış evinə gedərək Aygün Nuriyevanın evə qayıtmasını təklif etmiş, lakin sonuncu evə qayıtmadığına görə aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı həmin fərdi yaşayış evinin dəhlizindən götürdüyü araşdırma zamanı müəyyən edilməyən oduncaq parçası ilə sonuncunun sağ və sol ayaq nahiyəsinə qəsdən bir neçə dəfə vuraraq ona hər iki bud və hər iki diz oynağı nahiyəsindəki hematoma ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi onun özünün etirafedici ifadəsindən əlavə, işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da aşağıdakı qaydada tam sübuta yetirilir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2024-cü ilin may ayında həmkəndlisi Zərərçəkmiş şəxs ilə sevgi münasibətləri olduğu üçün öz razılığı ilə onunla rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşdur. Onlar ailə həyatı qurduqdan sonra onun ata evində anası X5 ilə birlikdə yaşamışlar. Birlikdə yaşamağa başladıqları zamanlarda anası Nüşabə Nuriyeva ilə arvadı Zərərçəkmiş şəxs arasında tez-tez sözlü mübahisə olmuş, onların mübahisəsi zamanı onunla Aygün arasında da tez-tez sözlü mübahisə yaranmışdır. Sonuncu dəfə 28 iyul 2024-cü il tarixdə anası Nüşabə Nuriyeva ilə arvadı Zərərçəkmiş şəxs arasında sözlü mübahisə olduğu üçün Aygün yaşadıqları kənddə yerləşən qardaşı İsmayılın evinə qonaq getmiş, Aygün onlarda bir gün qonaq qalmışdır. Növbəti gün yəni, 29 iyul 2024-cü il tarixdə saat 11 radələrində anası Nüşabə Nuriyeva qardaşı İsmayılın evinə getmiş və arvadı Aygünün hansı səbəbdən evdən getməsini ona bildirmiş, həmin vaxt onların arasında mübahisə yaranmış, mübahisə zamanı anası Nüşabə əsəbiləşərək arvadı Aygünün üz, qarın və sağ qol nahiyəsinə yumruqla vuraraq xəsarət yetirmiş, sonra oradan çıxıb evə gəlmişdir. Anası evə gəldikdən sonra ona Aygünü gətirmək istədiyini, lakin Aygünün evə gəlmədiyini bildirdiyi üçün aralarında mübahisə yaranmasını, mübahisə zamanı əsəbiləşərək onu döydüyünü bildirmişdir. O, da həmin gün saat 12 radələrində Aygünün anasının sözünü eşitmədiyi və evə gəlmədiyi üçün əsəbiləşib Aygünün qaldığı qardaşı İsmayılın evinə getmiş, Aygünə evə qayıtmasını bildirmiş, lakin Aygün onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da nalayiq ifadələr işlətdiyi üçün əsəbiləşərək evin dəhlizindən götürdüyü oduncaq parçası ilə Zərərçəkmiş şəxs sağ və sol ayaq nahiyəsinə bir neçə dəfə zərbə vuraraq ona xəsarət yetirmiş, daha sonra isə yaşadığı evə qayıtmışdır. Hazırda əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs ilə barışmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayında həmkəndlisi Təqsirləndirilən şəxs ilə sevgi münasibətləri olduğu üçün öz razılığı ilə onunla rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuşdur. Təqsirləndirilən şəxs ilə ailə həyatı qurduqdan sonra onun ata evində qayınanası X5 ilə birlikdə yaşamışlar. Birlikdə yaşamağa başladığı zamanlarda qayınanası Nüşabə Nuriyeva onların ailə işlərinə qarışırmış, buna görə də evdə Fuadla, eləcə də qayınanası Nüşabə ilə tez-tez aralarında sözlü mübahisələr olmuşdur. Sonuncu dəfə 28 iyul 2024-cü il tarixdə qayınanası Nüşabə Nuriyeva ilə aralarında sözlü mübahisə olduğu üçün o, baş vermiş mübahisənin daha da şiddətlənməsinin qarşısını almaq üçün qaynı X3 Cəlilabad rayonu, Adnalı kəndində yerləşən fərdi yaşayış evinə qonaq getmiş, bir gün onlarda qonaq qamışdır. Növbəti gün yəni, 29 iyul 2024-cü il tarixdə saat 11 radələrində qayınanası Nüşabə Nuriyeva qaynı İsmayılın evinə onun arxası ilə gəlmiş, o, evə çatan kimi hansı səbəbdən evdən getməsini əsas gətirərək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt onunla arasında mübahisə yaranmış, baş vermiş mübahisə zamanı qayınanası Nüşabə Nuriyevə üzərinə hücum edərək yumruqla onun üz və qarın nahiyəsinə, eləcə də sağ qoluna bir neçə dəfə zərbə vuraraq ona xəsarət yetirmişdir. O, isə həmin vaxt qaynanası Nüşabə Nuriyevaya heç bir müqavimət göstərməyib baş vermiş mübahisədən yayınmışdır. Daha sonra isə qayınanası Nüşabə Nuriyeva oradan çıxaraq öz yaşadığı eyə getmişdir. Həmin gün təxminən bir saatdan sonra əri Təqsirləndirilən şəxs onun qonaq qaldığı qaynı İsmayılın evinə gəlmiş, o, evə çatan kimi, anası ilə mübahisədə onu günahkar bilərək evin dəhlizindən götürdüyü oduncaq parçası ilə onun sağ və sol ayaq nahiyəsinə bir neçə dəfə vuraraq ona xəsarət yetirmiş, daha sonra oradan çıxıb getmişdir. Hal-hazırda qaynı Təqsirləndirilən şəxslə barışmamış, məhkəmədən ona qanuni cəza verilməsini xahiş edir. İşə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 PHŞ-nin Cəlilabad rayon şöbəsinin 05 avqust 2024-cü il tarixli 663 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol yanaq, sağ bazu və sağ said nahiyəsində qançır, hər iki bud və hər iki diz oynağı nahiyəsində hematoma müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 29 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, hər iki bud və hər iki diz oynağı nahiyəsindəki hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir, sol yanaq, sağ bazu və sağ said nahiyəsindəki qançır isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan 20 avqust 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X2 29 iyul 2024-cü il tarixdə Cəlilabad rayonu, Adnalı kəndində Zərərçəkmiş şəxs sağlamlığına zərər vurmayan xəsarətlər yetirməsinə görə onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Cəlilabad RPŞ-nin İTB-na göndərilmişdir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan, Cəlilabad RİHB-nın Şiləvəngə kənd İnzibati nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması, yaşayış yerində müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfinən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzasını yüngülləşdirən halı, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib qazancının 15 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən:Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar