Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-169/2024 26.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:55 X10 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Cəlilabad rayonu Əsədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, 28 May küçəsi ev 87-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə saat 11-12 radələrində Cəlilabad şəhəri H.Əliyev prospekti 154 ünvanında yerləşən Cəlilabad rayon X7 binasının giriş hissəsində, 4 nömrəli otağın qarşısında insanların gur toplaşdığı yerdə orada olan insanlara heç bir əhəmiyyət verməyib hər hansı əsaslı səbəb olmadan əvvəlcə ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi - Cəlilabad RPŞ-nin DYPB-nin inspektoru, polis serjantı Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyərək, Zərərçəkmiş şəxs onun qardaşı Şahid6 “Great Wall” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilini etibarnaməsiz idarə etdiyi üçün guya əsassız inzibati məsuliyyətə cəlb edəcəyini bəhanə edərək, hər hansı bir əsaslı səbəb olmadan əlləri ilə Zərərçəkmiş şəxs əynində olan qara rəngli köynəyin yaxa hissəsindən tutub onu özünə tərəf dartaraq, baş nahiyəsi ilə bir dəfə Vüsalın üz nahiyəsinə vurub, ona alt dodağın sağ yarısının selikli qişasında qansızma və əzilmiş yara, sağ almacıq nahiyəsində şişkinlik ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Vüsal ilə arasında nifaq və münaqişə olmamışdır. 19 iyun 2024-cü il tarixdə saat 11 radələrində yaşadıqları evdə olarkən, qardaşı Şahid6 atası Hilala zəng edərək, idarə etdiyi “Great Wall” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnaməsiz idarə etdiyi üçün dayanacağa aparıldığını bildirmişdir. O, atası ilə birlikdə Polis Şöbəsinə gəlmiş, X11 X17 tərəfdən girişinə daxil olarkən qardaşı Şəmşir ilə sonradan adının Vüsal olduğunu öyrəndiyi DYPB-nin inspektorunu görmüşdür. O, əsgərlikdə olarkən yaxınlığında əsgər yanaraq öldüyü üçün, onda həmin vaxtdan travma yaranmış, tez özündən çıxmışdır. Həmin vaxt onu və atasını içəri buraxmadıqları üçün qəfildən onda əsəb yaranmış və Vüsal ilə mübahisə etməyə başlamışdır. Vüsala nə səbəbə qardaşına məxsus avtomobili cərimə meydançasına gətirdiklərini soruşmuş. Zərərçəkmiş şəxs ona yaxınlaşaraq onu sakitlədirməyə çalışmışdır. Lakin o, Zərərçəkmiş şəxs yaxasından tutaraq, sağa-sola hərəkət elətdirmiş, bir neçə dəfə eyni hərəkəti etdikdən sonra Vüsal yaxasından tutub özünə tərəf çəkmiş və baş nahiyəsilə Vüsalın üz nahiyəsinə bir dəfə zərbə endirmişdir. Ətrafa toplaşmış insanlar araya girərək onu sakitləşdirmək üçün aralaşdırmışlar. Polis şöbəsində də əsəbi sakitləşmədiyi üçün təxminən 10 dəqiqə nalayiq sözlər istifadə edərək polisin iş rejimini pozmağa davam etmişdir. Hadisə 19 iyun 2024-cü il tarixdə saat 11 radələrində Cəlilabad şəhəri H.Əliyev prospekti 154 ünvanında yerləşən X7 binasında 4 nömrəli otağın qarşısında baş vermişdir. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, hadisə zamanı o, əsəbi halda ətrafa toplaşmış xeyli şəxslərə məhəl qoymadan qışqırsa da Zərərçəkmiş şəxs ünvanına uca səslə nalayiq söyüşlər söyməmişdir. O, Zərərçəkmiş şəxs qardaşı Şahid6 idarə etdiyi avtomobili gətirməsinə və inzibati protokol yazmasına görə əsəbləşdiyi üçün Vüsalla sözlə mübahisə edib, baş nahiyəsilə Vüsalın üz nahiyəsinə bir dəfə zərbə endirmişdir. Zərərçəkmiş şəxs üzərində Polis geyim forması olmamış, o, qara rəngli maykada olmuşdur. O, mübahisədən sonra baş nahiyəsilə xəsarət yetirdiyi şəxsin polis əməkdaşı olmasını bilmişdir. O, əsəbi olduğu üçün X7 binasında yüksək səslə qışqırmışdır. Törətdiyi cinayət əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Himayəsində üç azyaşlı uşağı vardır. Ona görə də bu halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Cəlilabad RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində çalışır. 19 iyun 2024-cü il tarixdə saat 11-12 radələrində dislokasiya üzrə xidməti ərazidə, yəni Cəlilabad şəhəri Qurtuluş prospektində DYPB-nin inspektorları Şahid4 və Nurlan Həsənov ilə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xidmətdə olarkən “İran Bazarı” istiqamətində hərəkətdə olan “Great Wall” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün sənədlərinin qaydasında olubolmamasını yoxlamaq üçün saxlatdırmış, həmin avtomobilin sürücüsüsünə yaxınlaşıb özünü təqdim etmiş və avtomobili idarə etmək üçün zəruri sənədlərini təqdim etməsini bildirmişdir. Sürücü idarə etdiyi avtomobildə sənədləri axtarmağa başlamış. O, sürücünün sənədləri tapa bilmədiyini görüb, planşet vasitəsilə sürücünün zəruri sənədlərinin olubolmamasını yoxlamışdır. Məlum olmuşdur ki, sürücü avtomobili etibarnamə olmadan idarə edir. O, bu barədə sürücüyə bildirib, avtomobilini xüsusi mühafizə olunan duracağa yerləşdiriləcəyini demişdir. Sürücü etiraz etməyərək, avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. O, isə sükan arxasına əyləşərək avtomobili idarə etməyə başlamışdır. O, və sürücü ilə birlikdə Cəlilabad RPŞ- nin İnzibati binasının həyətinə gəlmiş, yolda olarkən sürücü mobil telefon vasitəsilə kiməsə zəng edərək, etibarnaməsiz avtomobil idarə etdiyi üçün avtomobilinin xüsusi mühafizə olunan duracağa yerləşdiriləcəyini bildirmişdir. Polis Şöbəsinin həyətində sürücünün iştirakı ilə avtomobilə baxış keçirtmiş və avtomobilin qapıların bağlamışdır. Bundan sonra sürücü barəsində inzibati protokol tərtib olunması üçün X7 binasına dəvət eləmişdir. Sürücü ilə birlikdə inzibati binanın içərisinə daxil olmuş və 4 nömrəli otağa yaxınlaşmışdır. Hava isti olduğu üçün o, üzərində olan DYP uniformasının köynəyini əynindən çıxarıb, otağa qoymuşdur. Bu zaman 4 nömrəli otağın qarşısında olarkən qəfildən bir nəfər şəxs içəri inzibati binaya daxil olmuşdur. Həmin şəxs onun üzərinə gələrək, yüksək səslə “sən kimsən maşını içəri qoyursan”-deyə qışqırmışdır. Sonradan ona məlum olmuşdurki, həmin şəxs sürücü Şahid6 qardaşı Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs sakitləşdirməyə çalışsa da, həmin şəxs aqressiv hərəkətinə davam edərək, səs-küy salaraq onun ünvanına “oğraş, cındır, şərəfsiz” kimi nalayiq ifadələr işlətmişdir. O, yenidən Təqsirləndirilən şəxs sakitləşdirməyə, ictimai asayişi pozmamağa dəvət edib, söyüş söyməməsini xahiş etmişdir. Bu zaman Rəşad heç bir əsaslı səbəb olmadan yüksək səslə qışqıraraq, nalayiq söyüşlər söyməklə Polis Şöbəsinin iş rejimi pozmuşdur. Təqsirləndirilən şəxs əli ilə üzərində dövlət atributları olan Polis formamın yaxasından tutub onu özünə tərəf çəkib, qəfildən baş nahiyəsi ilə onun sifət nahiyəsinə bir dəfə zərbə endirmişdir. Rəşadın zərbəsindən sonra o, özünü itirərək yerə yıxılmışdır. Bu zaman ətrafa toplaşmış şəxslər həmin şəxsi sakitləşməyə çalışsalar da, lakin Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətlərinə davam edərək, yüksək səslə nalayiq ifadələr işlədərək, Polis Şöbəsinin iş rejimini təxminən 20 dəqiqəyə yaxın pozmuşdur. Hadisə zamanı ətrafa xeyli sayda şəxslər toplaşmışdır. Təqsirləndirilən şəxs onunla mübahisə edərkən əynində qolu qısa qara rəngli mayka olmuşdur. Üzərində dövlətin atributları və rütbə olan uniformanın köynəyini isə hadisədən qabaq çıxarıb otağa qoymuşdur. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Şahid – Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, hazırda Cəlilabad RPŞ-nin PPXB -nin polis nəfəri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Rəşad ilə nifaqı və münaqişəsi olmamışdır. 19 iyun 2024-cü il tarixdə saat 11 radələrində dislokasiya üzrə 1 nömrəli postda PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3 ilə birlikdə xidmətdə olarkən, X7 binasının X18 Xidməti Bölməsi yerləşən girişində səs küy olmasını eşitmişdir. Həmin giriş hissədə pilləkəndə bir nəfər sonradan adının Təqsirləndirilən şəxs olmasını öyrəndiyi şəxs ilə DYPB-nin inspektoru Zərərçəkmiş şəxs sözlə mübahisə etdiyini, yüksək səslə “cındır, şərəfsiz, oğraş və .. ” kimi nalayiq ifadələr işlətdiyini görmüşdür. Həmin şəxsi o və digər polis əməkdaşları ilə birlikdə sakitləşməyə və ictimai asayişi pozmamağa dəvət etsələr də, həmin şəxs öz əməlinə davam edərək, aqressiv formada davranmağa davam etmişdir. Həmin şəxs ilə polis əməkdaşı Zərərçəkmiş şəxs mübahisə edə-edə pilləkənlə inzibati binaya daxil olmuşlar. 4 nömrəli otağın qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından tutaraq, sağa-sola tərəf hərəkət etdirdikdən sonra özünə tərəf çəkərək baş nahiyəsi ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə zərbə endirmişdir. O, digər polis əməkdaşları ilə birlikdə nə qədər çalışsa da Təqsirləndirilən şəxs sakitləşdirə bilməmişlər. Təqsirləndirilən şəxs baş nahiyəsi ilə zərbə endirdikdən sonra yüksək səslə söyüşlər söyməyə, ictimai asayişi və polisin iş rejimini pozmağa davam etmişdir. Təqsirləndirilən şəxs öz hərəkətləri ilə təxminən 20 dəqiqəyə yaxın polisin iş rejimini pozmuşdur. Hadisə 19 iyun 2024-cü il tarixdə saat 11 radələrində Cəlilabad şəhəri H.Əliyev prospekti 154 ünvanında yerləşən X7 binasında baş vermişdir. Hadisə zamanı o, xəsarət almamışdır. Lakin o, Təqsirləndirilən şəxs mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyəsi ilə başı qəsdən 1 dəfə vuraraq xəsarət yetirməsini görmüşdür. Həmin vaxt o, həmin şəxsləri aralaşdırmağa çalışmışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Cəlilabad RPŞ-nin PPXB -nin polis nəfəri Şahid2 və Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Şahid – Şahid4 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, hazırda Cəlilabad RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışam, onunla nifaqım və münaqişəm olmamışdır. 19 iyun 2024-cü il tarixdə 11 radələrində dislokasiya üzrə xidməti ərazidə, yəni Cəlilabad şəhəri Qurtuluş prospektində DYPB-nin inspektorları Zərərçəkmiş şəxs və Nurlan Həsənov ilə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xidmətdə olarkən “İran Bazarı” iqamətində hərəkətdə olan “Great Wall” markalı ** GL *** dövlət qeydiyyat nişanlı tomobilin sürücüsünün sənədlərinin qaydasında olub-olmamasını yoxlamaq üçün saxlatdırmışlar. Zərərçəkmiş şəxs həmin avtomobilin sürücüsünə yaxınlaşaraq, özünü təqdim edərək sənədlərini tələb etmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs onlara yaxınlaşıb, saxladıqları avtomobilin sürücüsünün etibarnamə olmadan avtomobil idarə etdiyi üçün, avtomobili xüsusi mühafizə olunan duracağa yerləşdiriləcəyini bildirmişdir. Daha sonra Vusal Haxverdiyev həmin sürücü ilə birlikdə həmin avtomobilə əyləşib, Cəlilabad RPŞ-nə yola düşmüşlər. Təxminən yarım saat sonra o da başqa bir sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən sürücü X3 müəyyən edib, həmin sürücünün idarə etdiyi “VAZ-2107” markalı avtomobili duracağa gətirmişdir. Bu zaman Polis Şöbəsinin DYPB tərəfdən girişində çoxlu sayda insanların toplaşdığını görmüş və yaxınlaşanda öyrənmişdir ki, “Great Wall” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid6 qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı Təqsirləndirilən şəxs Vüsal Haxverdiyrvin yaxasından tutaraq baş nahiyəsi ilə Vüsalın üz nahiyəsinə zərbə endirmişdir. Şahid- Şahid6 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında nifaq və münaqişə olmamışdır. 19 iyun 2024-cü il tarixdə saat 11 radələrində etibarnamə əsasında idarə etdiyi “Great Wall” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri Qurtuluş prospekti ilə hərəkətdə olarkən, bu zaman DYPB-nin əməkdaşları onun avtomobilini saxlatdırmışlar. Adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi polis əməkdaşı onun avtomobilinə yaxınlaşaraq özünü təqdim etmiş və avtomobili idarə etmək üçün müvafiq sənədlərini istəmişdir. O, avtomobildə sənədləri axtarsa da tapa bilməmiş. Bu zaman polis əməkdaşı əlində planşetlə onun sürücülük hüququna aid sənədlərə baxmış və ona sürmək üçün verilmiş etibarnamənin vaxtının bitdiyini, artıq onun avtomobili idarə etmək hüququnun olmadığını, avtomobilin duracağa yerləşdiriləcəyini demişdir. O, avtomobildən aşağı düşmüş və qabaq sərnişin oturacağında əyləşmiş, polis əməkdaşı onun iştirakı ilə “Great Wall” markalı ** GL *** dövlət qeydiyyat nişanlı avtomobili Cəlilabad rayon Polis Şöbəsinin müvəqqəti dayanacağına gətirmişdir. Yolda olarkən o, atası Hilal Nuriyevə etibarnamənin müddəti bitdiyi üçün avtomobilin DYPB-nin duracağına aparıldığım demişdir. Duracaqda Zərərçəkmiş şəxs avtomobilə baxış keçirmiş, avtomobildə hər hansı qanunsuz əşya və predmet aşkar edilməmiş, daha sonra qapılarını kilidləyib, açarı ona təqdim etmişdir. Daha sonra Zərərçəkmiş şəxs ilə birlikdə Cəlilabad RPŞ-nin DYPB hissəsində inzibati binaya daxil olmuşdur. Zərərçəkmiş şəxs hava isti olduğu üçün əynindəki polis mundirini çıxarıb 4 nömrəli otağa qoymuşdur. Bu zaman atası Hilal Nuriyev və qardaşı Təqsirləndirilən şəxs inzibati binaya daxil olmuşlar. Zərərçəkmiş şəxs atası və qardaşına nə səbəbə gəldiklərini soruşmüş və inzibati binanı tərk etməklərini bildirmişdir. Qardaşı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özünü və atasını inzibati binaya buraxmamasına əsəbləşərək Vüsalla mübahisə etməyə başlamışdır. Qardaşı Rəşad əsgərlikdə olarkən yaxınlığında əsgər yanaraq öldüyü üçün, onda həmin vaxtdan travma yaranmış, o, tez özündən çıxmışdır. Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs sakitləşdirməyə, ictimai asayişi pozmamağa dəvət etsə də, Təqsirləndirilən şəxs aqressiv hərəkətlərinə davam etmiş, polisin iş rejimini pozmuşdur. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından tutaraq özünə tərəf çəkməsini və sağa-sola hərəkət elətdirməsini, daha sonra baş nahiyəsi ilə Təqsirləndirilən şəxs üz nahiyəsinə zərbə endirməsini görmüşdür. Ətrafa toplaşmış insanların köməkliyi ilə qardaşı Təqsirləndirilən şəxs təxminən 15 dəqiqəyə sakitləşdirə bilmişlər. Hadisə 19 iyun 2024-cü il tarixdə saat 11 radələrində Cəlilabad şəhəri H.Əliyev prospekti 154 ünvanında yerləşən X7 binasında 4 nömrəli otağın qarşısında baş vermişdir. Hadisənin baş vermə səbəbi Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs və ataaı Hilal Nuriyevi inzibati binaya buraxmaq istəməməsi və ona inzibati protokol tərtib etməsi olmuşdur. Hadisə təxminən 15 dəqiqə ərzində davam etmiş, ətrafa təxminən 20 nəfərə yaxın şəxslər toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 da eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş, “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, mübahisə Cəlilabad şəhəri, H.Əliyev prospekti 154 ünvanında yerləşən Cəlilabad RPŞ-nin inzibati binasında baş vermişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X9-Təcrübi və X2 rayon şöbəsinin 20 iyun 2024-cü il tarixli, 511 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs alt dodağın sağ yarısının selikli qişasında qansızma və əzilmiş yara, sağ almacıq nahiyəsində şişkinlik müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 19 iyun 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 iyul 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü X8, 2018-ci il təvəllüdlü X4 və 2020ci il təvəllüdlü X6 adlı üç azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Konistitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından biləvasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konistitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konistitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konistitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs,onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 35-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının CPM-nin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikasının CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikasının CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Həmin Qərarın 8-ci bəndinə görə cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bundan başqa, həmin Qərarın 1-ci bəndinin 3-cü hissəsində Plenum cinayətin ictimai təhlükəliliyini azaldan halların nədən ibarət olmasını izah edərək göstərir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarına əlavə olunmuş, 19 iyun 2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2024-cü il tarixdə saat 20:10-da Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 19 iyun 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, onun barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikasının CM-nin 58.3. maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şaraitinə təsirini nəzərə alaraq onun ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında tutulmuş islah işləri cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 19 iyun 2024-cü il tarixdən 12 sentyabr 2024-cü il tarixədək həbsdə saxlandığı 2 ay 23 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə islah işləri cəzasının 11 ay 2 gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla1 (bir) il 28 (iyirmi səkkiz) gün islah işləri cəzası saxlansın. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs aylıq qazancından ilk məbləğin dövlət nəfinə tutulduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-169/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-169/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver