Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-17/2023 24.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafəçisi (vəkil) X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Cəlilabad rayonunun Xanəgah kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Cəlilabad rayonunun Pərdi kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə olan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 03 sentyabr 2019-cu il tarixdən başlayaraq 09 iyun 2014-cü il təvəllüdlü Xəyal Nurilinin və 25 yanvar 2017-ci il təvəllüdlü Röyal Nuruyevin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat, cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(073)- 1836/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 13 avqust 2021-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 05 yanvar 2022-ci il tarixədək Zərərçəkmiş şəxs 4220 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2011ci ildə rəsmi nikaha daxil olmadan evlənmişdir. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Evləndikdən sonra Arifə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuş və ayrılmışlar. Cəlilabad Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh kimi 03 sentyabr 2019-cu il tarixdən başlayaraq 09 iyun 2014-cü il təvəllüdlü Xəyal Nurilinin və 25 yanvar 2017-ci il təvəllüdlü Röyal Nuruyevin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat, cəmi 180 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs ödəməlidir. Bu barədə icra sənədi Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq aliment borclarını vaxtında ödəmədiyindən dəfələrlə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməyi barədə bildiriş verilmişdir. Qalıq aliment borcunu ödəmədiyindən barəsində cinayət işi başlanmış və baxılması üçün məhkəməyə verilmişdir. İşə məhkəmədə baxıldığı müddətdə zərərçəkmiş şəxsə olan borcunu tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışlar və zərərçəkmiş şəxs onu bağışlamışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2011-ci ildə faktiki evlənmişlər, lakin nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Ayrıldıqdan sonra yaşadıqları müddətdə Xaləddin uşaqları ilə maraqlanmamış, həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Cəlilabad Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 03 sentyabr 2019-cu il tarixdən başlayaraq 09 iyun 2014-cü il təvəllüdlü Xəyal Nurilinin və Röyal Nuruyevin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş borcunu tam və vaxtında ödəməmişdir. Buna görə Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protkol tərtib edilmiş və Təqsirləndirilən şəxs inzibati qaydada həbs edilmişdir. Bundan sonra da, Təqsirləndirilən şəxs yaranmış borcunu ödəməmiş və bu səbəbdən barəsində cinayət işi başlanaraq baxılması üçün məhkəməyə verilmişdir. İşə məhkəmədə baxıldığı müddətdə Təqsirləndirilən şəxs cinayət işi üzrə müəyyən edilmiş məbləği, yəni aliment borcunu tam şəkildə ona ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 01 oktyabr 2019-cu il tarixli, 2(073)-1836/2019 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasından qərəzli olaraq yayındığı üçün inzibati məsuliyyətə cəlb edilərək, Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Borclu Təqsirləndirilən şəxs icra müddətində aliment borcundan 1000 manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək Zərərçəkmiş şəxs qalıq 4220 manat aliment borcunu ödəmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(073)-1836/2019 saylı qətnaməsindən görünür ki, 03 sentyabr 2019-cu ildən başlayaraq 09 iyun 2014-cü ildə doğulmuş X3 və 25 yanvar 2017-ci ildə doğulmuş X8 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 90 (doxsan) manat, cəmi 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraat başlamaq haqqında qərarından və bildirişdən görünür ki, Cəlilabad Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(073)-1836/2019 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borcluya tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(073)-612/2019 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(073)-327/2021 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, icra orqanı tərəfindən Təqsirləndirilən şəxs yaranmış 2840 (iki min səkkiz yüz qırx) manat borcun 20 (iyirmi) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İşdə olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cəlilabad şəhərində tutularaq Cəlilabad Rayon Polis Şöbəsinin MSY-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Arifə Məmmədova Təqsirləndirilən şəxs tərəfindən yaranmış aliment borcunun tam şəkildə ona ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin «Qeyd» hissəsinə əsasən “Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir”. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətdən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-17/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-17/2023
24.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver