Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-17/2025 26.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi (vəkil) Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs1 və xx.xx.2006-cı ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Sabirabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 18 iyul 2024-cü il tarixdə saat 23:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs təşkil edərək Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən Qorxmaz Şərifovun fərdi yaşayış evinin həyətinə gəlib Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 haqqında xoşagəlməz sözlər işlətməsini bəhanə gətirmiş, o, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, orada olan və həmin ərazidən keçən şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək Zərərçəkmiş şəxs nüfuzdan salacaq ifadələr işlədib, sonuncuya zor tətbiq etməklə Təqsirləndirilən şəxs2 yumruqla bir dəfə ağız nahiyəsindən vuraraq ona üst dodağın selikli qişasında əzilmiş yara və o isə yumruqla bir dəfə burun nahiyəsindən və təpiklə bir dəfə sağ diz nahiyəsindən vuraraq, ona burun nahiyəsində şişkinlik və qançır, sağ diz oynağı nahiyəsində sıyrıq əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül bədən xəsarətləri yetirməklə bir qrup şəxs tərəfindən zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 18 iyul 2024-cü il tarixdə saat 23:30 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs təşkil edərək Cəlilabad rayonu, Sabirabad kəndində yerləşən Qorxmaz Şərifovun fərdi yaşayış evinin həyətinə gəlib Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 haqqında xoşagəlməz sözlər işlətməsini bəhanə gətirmiş, o, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, orada olan və həmin ərazidən keçən şəxslərə qarşı laqeydlik və etinasızlıq göstərərək Zərərçəkmiş şəxs nüfuzdan salacaq ifadələr işlədib, sonuncuya zor tətbiq etməklə yumruqla bir dəfə ağız nahiyəsindən vuraraq ona üst dodağın selikli qişasında əzilmiş yara və Təqsirləndirilən şəxs1 isə yumruqla bir dəfə burun nahiyəsindən, təpiklə bir dəfə sağ diz nahiyəsindən vuraraq, ona burun nahiyəsində şişkinlik və qançır, sağ diz oynağı nahiyəsində sıyrıq əmələ gəlməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül bədən xəsarətləri yetirməklə bir qrup şəxs tərəfindən zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadə verməkdən imtina etmişdir. Cinayət prosesi iştirakçılarının verdiyi suallara cavab olaraq verdiyi cavablarda göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onun qonşu həmkəndlisidir, aralarında ədavət və şəxsiqərəzçilik olmamışdır. 18 iyul 2024-cü il tarixdə o, Təqsirləndirilən şəxs2lə zəngləşmiş və onlara getmişdir. Həmin zaman o, Dadaşla birlikdə onların yaşadığı evin həyətində oturub çay içmişlər, bundan sonra o, Dadaşla kəndin aralığına çıxmışdır. Bu zaman yolda həmkəndlisi Rövşəni görmüşlər və onunla salamlaşmışlar. Həmin vaxt o, Rövşənə demişdir ki, sən nə üçün mənim arxamca danışmısan. Lakin Şahid ona demişdir ki, sənin arxanca mən yox Məhəmməd danışıbdır. Bundan sonra o, Şahid Zərərçəkmiş şəxsla danışıb bu məsələyə aydınlıq gətirəcəyini demişdir. Sonra Rövşənlə sağollaşıb öz yollarına davam etmişlər. Bundan sonra Dadaş onun mobil telefonu ilə Məhəmmədə zəng etmiş və ona demişdir ki, vaxtın varsa çıx qapının ağzına səninlə söhbət edək. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 demişdir ki, gecdir mən heç yerə çıxa bilmərəm. Bundan sonra o, Dadaşla Məhəmmədin yaşadığı evə getmişlər. Həmin vaxt Məhəmmədi öz yaşadığı evin qarşısında görmüşlər və ona yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs demişdir ki, sən niyə Elçinin arxasınca artıq əskik sözlər danışmısan. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 demişdir ki, mən heç kimin arxasınca danışmamışam. Bu zaman Dadaş yumruqla yalan danışdığı üçün Məhəmmədin ağız nahiyəsindən, Təqsirləndirilən şəxs1 isə burun nahiyəsindən vurmuş, həmin zaman Məhəmməd arxa-arxaya getmiş, lakin yerə yıxılmamışdır. Dadaş Məhəmmədi vurduqdan sonra o, Məhəmmədə demişdir ki, görürsən Rövşən düz deyir ki, sən mənim arxamca danışmısan, buna görə də o da əsəbiləşərək sillə ilə bir dəfə Məhəmmədin sifət nahiyəsindən vurmuşdur. Bundan sonra Məhəmməd öz evlərinə daxil olmuş və o da Dadaşla birlikdə yaşadıqları evə qayıtmışlar. Qeyd olunan hadisə Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs fərdi yaşayış evin həyətində və qarşısında baş vermiş, həmin hadisəni kənar şəxslərdən heç kim görməmiş, bu hadisə 30-40 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs onu və Təqsirləndirilən şəxs1 vurmayıbdır. O və Təqsirləndirilən şəxs1 narkotik vasitə almağa görə Zərərçəkmiş şəxs pul istəməmişlər. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxsdən üzr istəmiş və onunla barışmışdır. Ailədə yeganə qazanc gətirən şəxsdir və himayəsində yaşlı və xəstə anası vardır. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək imtina verməkdən imtina etmişdir. Cinayət prosesi iştirakçılarının verdikləri suallara cavab olaraq verdiyi cavablarda göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onun qonşu həmkəndlisidir, aralarında ədavət və şəxsiqərəzçilik olmamışdır. 18 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlmiş və onunla birlikdə həyətdə oturub çay içmişdir. Bundan sonra onlar kəndə çıxmışlar. Bu zaman yolda həmkəndliləri Rövşəni görmüşlər və onunla salamlaşmışlar. Həmin zaman Təqsirləndirilən şəxs1 Şahid demişdir ki, sən nə üçün arxamca danışmısan. Lakin Şahid Təqsirləndirilən şəxs1 onun arxasınca onun yox, Zərərçəkmiş şəxs danışmasını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Şahid Məhəmmədlə danışıb bu məsələyə aydınlıq gətirəcəyini demiş, sonra Rövşənlə sağollaşıb öz yollarına davam etmişlər. Bundan sonra Elçinin mobil telefonu ilə Məhəmmədə zəng edərək “vaxtın varsa çıx qapının ağzına səninlə söhbət edək” sözlərini demiş, lakin Məhəmməd ona “gecdir heç yerə çıxa bilməz.” sözlərini demişdir. O, Təqsirləndirilən şəxs1lə Məhəmmədin yaşadığı evə getmişlər, həmin vaxt Məhəmmədi yaşadığı evin qarşısında görmüşlər və ona yaxınlaşmışlar. Həmin vaxt o, Zərərçəkmiş şəxs demişdir ki, sən nə üçün Elçinin arxasıyca artıq-əskik danışmısan. Zərərçəkmiş şəxs ona demişdir ki, mən heç kimin arxasıyca danışmamışam. Bu zaman Təqsirləndirilən şəxs1 Şahid zəng vurmuş və ona demişdir ki, Məhəmməd yanımızdadı, deyir ki, heç kimin arxasıyca danışmamışam. Bu zaman Zərərçəkmiş şəxs yalan danışdığı üçün əsəbiləşərək yumruqla bir dəfə sonuncunun dodaq nahiyəsindən vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs arxa-arxaya getmiş, lakin yerə yıxılmamışdır. O, Məhəmmədi vurduqdan sonra Elçin də Zərərçəkmiş şəxs “görürsən Rövşən düz deyir ki, sən mənim arxamca danışmısan” sözlərini deyərək əsəbiləşib Məhəmmədin sifət və burun nahiyəsinə sillə ilə vurmuşdur. Bundan sonra Məhəmməd öz evlərinə daxil olmuş və o, Elçinlə birlikdə yaşadıqları evə qayıtmışlar. Əməlindən səmimi peşman olmasını, səhvini etiraf etdiyini qeyd etmişdir. Həmçinin dava-dalaş zamanı Zərərçəkmiş şəxs yerə yıxılmamışdır. Qeyd olunan hadisə Qarazəncir kəndində yerləşən Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətində və qarşısında baş vermiş, həmin hadisəni kənar şəxslərdən heç kim görməmiş, bu hadisə 30-40 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs onu və Təqsirləndirilən şəxs1 vurmayıbdır. O və Təqsirləndirilən şəxs1 narkotik vasitə almağa görə Zərərçəkmiş şəxs pul istəməmişlər. Hazırda əməlindən səmimi peşmandır, lakin zərərçəkmişdən üzr istəmək niyyəti yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istinad olunan cinayəti törətməkdə təqsirləri özlərinin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, onlar həmkəndliləridir, aralarında ədavət və şəxsi qərəzçilik olmamışdır. 18 iyul 2024-cü il tarixdə saat 21:30 radələrində işdən evə gəlmiş, yorğun olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan mobil zəng vuraraq onun harada olduğunu soruşmuşdur. O da bildirmişdir ki, evdədir. Təqsirləndirilən şəxs1 ona demişdir ki, onunla görüşə bilər. O, Təqsirləndirilən şəxs1 demişdir ki, valideyni icazə vermədiyindən görüşə bilməz. Təqsirləndirilən şəxs1 təkidlə ona bildirmişdir ki, kənddə yerləşən İlkin adlı şəxsin işlətdiyi ərzaq mağazasının qarşısına gəlsin. O isə gələ bilməyəcəyini bildirmişdir. Elçin onun “yox” cavabı verdiyini görüb ünvanına təhqiramiz sözlər işlətmişdir. Sonra Təqsirləndirilən şəxs1 telefonu söndürmüşdür. Bir neçə dəqiqə sonra Elçinin mobil nömrəsindən təkrar zəng gəlmiş, o da telefona cavab vermişdir. Danışan Təqsirləndirilən şəxs1 deyil, Təqsirləndirilən şəxs2 olmuş, sonuncu da ondan harada olmağını soruşmuş, o, Təqsirləndirilən şəxs2 evdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 də onu İlkinin ərzaq mağazasının qarşısına çağırmışdır. O, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, gələ bilməz. Təqsirləndirilən şəxs2 də bildirmişdir ki, gəlməsən onu evdən çıxaracaqdır. Hətta valideynlərinin ünvanına da təhqiramiz sözlər işlətmişdir. Sonra o, mobil telefonu söndürmüşdür. Saat 23:00 radələri olardı o, yaşadığı evin həyətində əyləşən zaman həyətin qapısı döyülmüşdür. O, qapını açmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 güman ki içkili vəziyyətdə qapının qarşısında dayanmışlar. Onlar onunla təxminən 20-25 dəqiqə söhbət etmişlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, ona pul lazımdır. O da Təqsirləndirilən şəxs2 pulu neynəməsini soruşmuş, Təqsirləndirilən şəxs2 bildirmişdir ki, nəşənin (marixuananın) vaxtı gəlib, almağa pulları yoxdur. O, Təqsirləndirilən şəxs2 nə qədər pul lazım olmasını demiş, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 500 manat pul lazımdır. Onlara pul verə bilməyəcəyini bildirmiş, bu zaman aralarında mübahisə güclənmişdir. Gözləmədiyi halda Təqsirləndirilən şəxs2 yumruqla bir dəfə burun nahiyəsindən vurmuş, Təqsirləndirilən şəxs1 mübahisəni və dava-dalaşı sakitləşdirmək əvəzinə o da yumruqla bir dəfə dodaq nahiyəsindən zərbə endirmişdir. Sonra onu yerə yıxmışlar, yerdə olan zaman təpiklə bir neçə dəfə bədənindən və ayaq nahiyələrindən vurmuşlar, hətta Təqsirləndirilən şəxs1 onun sağ diz nahiyəsindən təpiklə bir neçə dəfə vurmuşdur. O da bu barədə atası Qorxmaz Şərifova məlumat vermiş, atası da öz növbəsində DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermiş, polis əməkdaşları ünvanda olmuş, döyülməyi ilə bağlı RPŞ-nə ərizə yazmış, hətta xəstəxanaya müraciət etmiş və həmçinin xəsarəti olmasına görə ekspert müayinəsindən keçirilmişdir. Qeyd olunan hadisə Qarazəncir kəndində yerləşən fərdi yaşayış evinin həyətində baş vermiş, həmin hadisəni kənar şəxslərdən heç kim görməmiş, bu hadisə 30-40 dəqiqə davam etmişdir. Hadisədən sonra təqisləndirilən şəxslər onun mobil telefonunu da götürüb getmişlər, üzərindən yarım saat sonra telefonu atasına qaytarmışlar. Sonradan Elçin onu gördükdə ona “sən hələ sağsan?” sualını vermişdir. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurmamış, onlara hər hansı xəsarət yetirməmişdir. Hazırda təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 qismən də olsa bağışlamışdır, bunu Elçinin xəstə anasına görə edir, Elçinin özünü isə bağışlamır. Digər Təqsirləndirilən şəxs2 isə şikayətçidir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, onlar həmkəndliləridir, aralarında ədavət və şəxsi-qərəzçilik olmamışdır. 18 iyul 2024-cü il tarixdə saat 21 radələrində o kəndlərində ərzaq mağazasının qarşısında əyləşmişdir. Təqsirləndirilən şəxs1 içkili halda onun yanına gələrək bildirmişdir ki, guya onun barəsində xoşagəlməz ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs1 haqqında danışmadığını desə də sonuncu ona demişdir ki, onun haqqında Məhəmmədə nə demişdir. O, Təqsirləndirilən şəxs1 sual formasında soruşmuşdur ki, Məhəmmədə nə demişdir, Təqsirləndirilən şəxs1 isə onun Məhəmmədlə birlikdə gəzməməsini dediyini bildirmişdir. Sonra söhbət aydınlaşmış, o, öz evinə getmişdir. Saat 23:30 radələrində Təqsirləndirilən şəxs1 Məhəmmədin mobil nömrəsi ilə ona zəng vurub ona bildirmişdir ki, Zərərçəkmiş şəxs onun haqqında danışıbdır. O da, bildirmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 haqqında danışıbdır. Daha sonra Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, söhbət aydındır. Sonra telefonu yerə qoymuşdur. O, daha sonra baş verən hadisə barədə heç nə deyə bilməz. Sonradan təqsirləndirilən şəxslərin özləri bildirmişdirlər ki, Məhəmmədi döyüblər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT X1 Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 630 saylı rəydən və həmin Birlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əlavə ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş burun nahiyəsində şişkinlik və qançır, üst dodağın selikli qişasında əzilmiş yara və sağ diz oynağı nahiyəsində sıyrıq müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 18 iyul 2024cü il tarixə uyğun gəlir. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Həmin rəyə əlavədən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş burun nahiyəsində şişkinlik və qançır, üst dodağın selikli qişasında əzilmiş yara və sağ diz oynağı nahiyəsində sıyrıq müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, kənar şəxslər tərəfindən yumruqla və təpiklə vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 18 iyul 2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib Cəlilabad Rayon Məhkəməsi tərəfindən 02 il 11 ay 29 gün azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəza 01 il sınaq müddəti təyin edilməklə şərti hesab edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 01 il şərti sınaq müddəti cəzasını xx.xx.2025-ci il tarixdə bitirmişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İşdə olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Cəlilabad rayonu ərazisində tutularaq Cəlilabad Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. İşdə olan xasiyyətnamələrdən görünür ki, təqsirləndirlən şəxslər hər ikisi müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir, onlar qəsdən ictima qayda və ümumdavranış normalarını pozaraq zərərçəkmiş şəxsə zor tətbiq etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin, şahidin ifadələri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Belə ki, iş materiallarında olan tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və 2 il islah işlərinə məhkum edilmiş, xx.xx.2013-cü ildə Milli Məclisin amnistiya qərarına əsasən cəzadan azad edilmişdir, həmin Məhkəmənin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinmiş və 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində 3 il sınaq müddəti tətbiq edilməklə şərti məhkum edilmişdir, cəzasını xx.xx.2017-ci il çəkib qurtarmışdır. Qeyd olunan halları məhkəmə şəxsiyyəti xarakterizə edən hallar kimi nəzərə alır və hesab edir ki, şəxsin islah olunması üçün barəsində azadlıqdan məhrum etmə növündə cəzanın tətbiq edilməsi ədalətli və əsaslıdır, həmçinin cəzanın məqsədinə xidmət edir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cinayət əməlini əvvəlki hökmlə müəyyən edilmiş sınaq müddəti ərzində törətməsini, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İş üzrə məhkəmə xərci, maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 02 dekabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(073)-169/2023 nömrəli hökmü ilə təyin edilmiş 2 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsi ləğv edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü üzrə təyin edilmiş 2 il 11 ay 29 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 26 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından həbsə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxsə münasibətdə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Osman Vəliyev
Məhkəmə qərarları › İş №1(073)-17/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-17/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver