Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-172/2024 18.09.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X1 iştrakı ilə, Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayəti əsaslandıraraq bildirdi ki, o, Azərbaycan Respublikası o, cümlədən yaşadığı rayonunda tanınan şəxsdir və bir cox titulları vardır. Hal-hazırda bələdiyyə sədri kimi fəaliyyət göstərir. Uzun illər bələdiyyə sədiri işləsə də rəhbərlik tərəfindən heç bir cəza və töhmət almamış, vəzifə borcunu laiqincə yerinə yetirir və bu sahədə ona mane olmaq istəyənlərlə mübarizə aparmağa çalışır. Yaşadığı Cəlilabad rayonunda və iş yerində onu böyük hörmətə və nüfuza sahib olan, ona etimad edilən vəzifə borcuna böyük ehtiram göstərən və onun öhdəsindən gələn şəxs kimi tanıyıllar. Bir müddət əvvəl kəndlərinin ərazisində suyun qarşısını almaqla özlərinə gəlir mənbəyi yaradan şəxslərin, o cümlədən qanunsuz olaraq torpaq sahəsini və gölü zəpt etdiyi üçün qanunsuz əməllərinin qarşısını alınması zamanı cavabdeh hesab etdiyi X2 özünü irəli verərək ona qarşı hörmətsizlik edərək ona nalayiq söyüşlər söyərək təhqir etmişdir. Onu öldürməklə Seyfəddin Məmmədov müstəqil mətbu yayım olan “Foocebook”səhifəsində və “Yootube” kanalında haqqında təhqiredici videolar yayılmasına rəhbərlik etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən prezident sekilərində seçkini pozmaq məqsədi ilə təbliğat apararaq onu bir seçici və seçki müşahidəçisi kimi hüquqları pozulmaqla qanunsuz çəkiliş və şəkillər paylaşmışdır. Bu səhifə və profillər vasitəsi ilə istədiyi vaxt haqqında şər və böhtan dolu yazılar yazmışdır. X1 yalan məlumatları əsasında onun şərəf və ləyaqəti alçaldılmış, eyni zamanda işgüzar nüfuzuna ləkə gətirmişdir. Ona görə də hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası Cinayət Məcələsinin 147 və 148-ci maddələri tərkibi vardır. Qeyd olunanlara əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxs X2 xüsusi ittiham qaydasında şikayəti qəbul etməyərək bildirdi ki, kəndlərinin ərazisində axan suyun qarşısını almamışlar sadəcə kənd cammatı su azaldığına görə heyvanlarını orada suvarmaq üçün göl kimi düzəltmişər suyun axımını saxlamamışlar. O, X4 barəsində “Foocebook”səhifəsində və “Yootube” internet portalında video paylaşmamış və onu təhqir etməmiş və ona böhtan atmayıb, Asəf İsmayılovun 1-ci dərəcəli deyil məhz 3-cü dərəcəli əlil olmasını demişdir. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinin təmin edilməməsini məhkəmdən xahiş etdi. Məhkəmə izahatları və işdə olan sənədləri araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. 302.1 Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3 şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda. 302.1.6 cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda. 302.1.7 şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittihamçı X4 şikayəti əsasında X1 barəsində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: X4 şikayəti əsasında X1 barəsində Azərbaycan Respublikası CM-in 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-172/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-172/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver