Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-175/2023 11.10.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Cəlilabad rayonunun Ağusəm kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Cəlilabad rayon Dələli kənd ümumi orta məktəbində riyaziyyat və informatika müəllimi işləyən, məhkum olunmamış, Cəlilabad rayonunun Ağusəm kəndində qeydiyyatda olan və Cəlilabad şəhəri, R.Nəsirov küçəsində yerləşən nömrəsiz evində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasındabaxaraq, Müəyyə netdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 19 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində yaşadığı, Cəlilabad şəhəri, R.Nəsirov küçəsində əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, tanışı Zərərçəkmiş şəxs ilə mübahisə edib onu nalayiq söyüşlərlə söyərək sonra onu qəsdən yumruqla vuraraq ona sol gözyuvası ətrafında və sağ göz qapağı üzərində qançır, sol gözün konyuktivasına yayılmış qansızma ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyi, eləcə də digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Cəlilabad şəhərində yaşayaraq Cəlilabad rayon Dələli kənd ümumi orta məktəbində riyaziyyat və informatika müəllimi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun yaşadığı evdən təxminən 500 metr aralıda yerləşən alça bağında gözətçi işləyərək orada olan kiçik evdə də ailəsi ilə birlikdə yaşayır. Təxminən 1 il əvvəldən Zərərçəkmiş şəxslə aralarında olan torpaq mübahisəsinə görə həmin vaxtdan münasibətləri olmayaraq küslü olmuşlar. 19 fevral 2023-cü il tarixdə sat 16:30 radələrində evdən həyətə çıxarkən Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətində olduğunu görmüş, Elşad onun həyətinə oğurluqa, yaxud da evini yandırmaq üçün gəldiyini güman etmiş, Elşadı həyətində görəndən sonra ona həyətinə niyə görə girdiyini xəbər almış, onun bu sözündən sonra Elşad qaçıb küçəyə çıxmaq istəyərkən onun ardınca qaçıb küçə qapısına yaxınlaşarkən əl atıb Elşadı tutmuşdur. Sonra Elşad əynində olan gödəkçəsinin içəri qoltuq cibindən dolu vəziyyətdə bir ədəd araq şüşəsi çıxardaraq onun baş nahiyəsindən həmin şüşə butulka ilə vurmaq istəyərkən əlini qarşıya vermiş, şüşə butulka onun boyun nahiyəsinə dəymiş, bundan sonra isə Elşad onun küçə qapısını açaraq qaçıb küçəyə çıxmış, o da Elşadın ardınca küçəyə çıxaraq qaçıb onu tutmuşdur. Sonra Elşad yenə də əlində olan həmin araq şüşəsini onun başından vurandan sonra araq şüşəsi Elşadın əlindən yerə düşərək sınmışdır. Sonra isə Elşad cibindən bıçaq çıxardaraq bıçaqla onun sol qaş nahiyəsindən vuraraq ona xəsarət yetirərək qaş nahiyəsindən qan axmağa başlamışdır. Həmin vaxt səsə qonşuları Siyasət və Rəşad çıxıb küçəyə gələrək onları aralaşdırmışlar. Bundan sonra Elşad qaçıb getmiş, Elşad gedəndən sonra o da çıxıb evinə getmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmadığını, ona xəsarət yetirmədiyini bildirərək məhkəmədən dediklərinin nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs ona istinad edilmiş cinayət əməlini törətməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs ona istinad edilmiş cinayət əməlini törətməsi iş üzrə toplanmış aşağıdakı sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Cəlilabad şəhəri, R.Nəsirov küçəsinin sonu ilə bitişik olan ərazidə Xəqani Eyvazovun alça bağındakı kiçik bir evdə ailə üzvüləri ilə birlikdə yaşayaraq həmin alça bağında fəhlə işləyir. Yaşadığı evdən təxminən 100 metr kənarda Təqsirləndirilən şəxs yaşadığı ev yerləşir. Təxminən 1 il əvvəl Ehtiramın evinin qarşı tərəfində bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olmuş, o, həmin torpaq sahəsini bələdiyyədən almaq istəmiş, lakin Ehtiram ondan qabaq tərpənərək həmin torpağı almış, elə bu səbəbdən onların arasında olan münasibət korlanmışdır. O, Ehtiramla danışmasa da bir neçə dəfə Ehtiramın evinin qarşı tərəfindən yoldan keçib getdiyi üçün Ehtiram onu təhqir etmişdir. Ordan keçərkən Ehtiram onu təhqir etdiyinə görə sonrakı vaxtlarda ordan keçib getməyərək başqa qonşu küçə ilə keçib evlərinə getmişdir. O, 19 fevral 2023-cü il tarixdə saat 16:30 radələrində öz yaşadığı evdən gələrək Ehtiramın küçəsindən yolla piyada keçib toy şənliyinə getmək istəyərkən onunla küçələrində rastlaşmış, Ehtiram onu görən kimi onu nəlayiq sözlərlə təhqir edərək niyə görə oradan keçib getdiyini demişdir. O da Ehtirama niyə görə onu nəlayiq sözlərlə təhqir etdiyini xəbər almış, o, bu sözü ona deyəndən sonra Ehtiram onun üstünə gələrək onun sol və sağ göz nahiyəsindən bir neçə dəfə yumruqla vuraraq onu yerə yıxmışdır. Yerə yıxılı vəziyyətdə Ehtiram onu yenə də vurduğu üçün onun əynində olan köynəyinin yaxasından tutmuş, həmin vaxt Ehtiramın köynəyi cırılmış, elə bu zaman qonşuları Afiq Mustafayev, Şahid1 və Şahid2 Ehtiramın onu döydüyünü görüb yaxınlaşaraq onu Ehtiramın əlindən almışlar. Sonra o, yerdən qalxıb oradan uzaqlaşaraq Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermiş, sonra da Cəlilabad RPŞ-nə gəlib şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxsla barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Cəlilabad şəhərində yaşayaraq fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onlarla münasibəti olmamışdır. 19 Fevral 2023-cü il tarixdə saat 16:30 radələrində qonşuları Şahid4lə birlikdə fəhlə işlədiyləri kartof sahəsindən qayıdıb piyada Cəlilabad şəhəri, R.Nəsirov küçəsi ilə gedərkən onlardan təxminən 30 metr qarşıda bir nəfər şəxsin yolda başqa bir şəxsi nəlayiq sözlərlə təhqir etdiyini və sonra onu yumruq və təpiklə vuraraq döyməyə başladığını görmüşlər. Onlar ora çataraq orada onlara həmin şəxslər Ehtiram və Elşad olduğu məlum olmuşdur. Ehtiram Elşadı vuraraq yerə yıxmış, Elşad da özünü müdafiə etmək üçün dartınıb Ehtiramın əlindən çıxmaq istəmiş, həmin vaxt Ehtiramın əynində olan köynəyidə cırılmış, sonra o, Amid və orada olan tanımadığı digər şəxslər Elşadı Ehtiramın əlindən almışlar. Bundan sonra orada olanlar Ehtiramı evlərinə yola salmış, Elşadda çıxıb getmiş, lakin Elşadın hara getdiyini bilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qapı bir qonşusu, Zərərçəkmiş şəxs isə onların yaşadığı evdən təxminən 150 metr aralıda yerləşən alça bağında tikilmiş evdə ailəsi ilə birlikdə yaşayır. Ehtiram onunla qonşu olsa da münasibətləri olmamışdır. Elşadla isə onun heç bir qohumluq əlaqəsi olmamış, Elşad təbiətcə sakit adam olduğunu bilmişdir. 19 fevral 2023cü il tarixdə qonşuluğunda yaşayan Əzizin toy şənliyi olmuş, toy şənliyi Cəlilabad şəhərində yerləşən «Qızıl Tac» şadlıq sarayında keçirilmiş, o da həmin toya dəvət olunmuşdur. Elə həmin günü saat 16:30 radələrində kartof sahəsindən çıxıb toya getməyə görə paltarını dəyişməsi üçün evlərinə gedərkən küçə qapılarına çatmağa təxminən 30-40 metr qalmış küçələrində yolda Təqsirləndirilən şəxs yolla gedən Zərərçəkmiş şəxs ucadan nəlayiq söyüşlərlə söyərək sonra da onunla əlbə-yaxa olub savaşmağa başladığını görmüşdür. Ehtiramın Elşadı döyməsini görən qonşular Afiq, Cəmil və digərləri Ehtiramı Elşaddan aralaşdırmış, o artıq həmin yerə çatana qədər orada olanlar Ehtiramı həyətlərinə keçirtmiş, Elşad isə küçənin axır tərəfinə getmişdir. Ora çatandan sonra Ehtiramın Elşadla nəyə görə savaşdığını maraqlanarkən qonşu uşaqlar ona Elşad yoldan keçib toya getmək istədiyi üçün Ehtiram onu nalayiq söyüşlərlə söyüb döydüyünü demişlər. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, Cəlilabad şəhərində yaşayaraq Cəlilabad rayon Ocaqlı 1 kənd orta məktəbində riyaziyyat müəllimi işləyir. Təqsirləndirilən şəxs onun qonşusu, Zərərçəkmiş şəxs isə onların evndən bir qədər aralıda alça bağında işləyərək oradakı kiçik tiklidə yaşayır. Ehiram və Elşadla onun münasibəti yaxşıdır, onların heç biri ilə qohumluq əlaqəsi yoxdur. O, 19 fevral 2023cü il tarixdə saat təxminən 16:30 radələrində yaşadığı evdə olarkən küçədə bərk səs-küy gəldiyini eşidərək küçəyə çıxmış, küçəyə çıxandan sonra Ehtiram Elşadı döydüyünü, qonşularda onları aralaşdırdığını görmüşdür. Gedib onların yanına çatarkən qonşular Ehtiram və Elşadı araşdırmış, sonra qonşular Ehtiramı həyətinə keçirmiş, Elşad isə yolla çıxıb getmişdir. O, əlavə olaraq ifadəsində həmin vaxt Elşadın əlində araq şüşəsi və bıçaq olmadığını, Ehtiramın sol qaş nahiyəsindən qan axdığını görmədiyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, Cəlilabad şəhərində yaşayaraq fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır. Bir qonşu kimi Ehtiram və Elşadla onun münasibəti yaxşıdır. 19 fevral 2023-cü il tarixdə digər qonşuları Əzizin toy olmuş, o da həmin toya dəvət edilmiş, elə həmin gün qonşuları Elşad, digər qonşusu Afik Mustafayev birlikdə küçədə görüşüb bir yerdə Cəlilabad şəhərində yerləşən «Qızıl Tac» şadlıq sarayında keçirilən Əzizin toy şənliyinə getmək istəmişlər. Həmin günü saat 16:30 radələrində evlərindən küçəyə çıxaraq qonşuları Afiklə görüşərək və orada dayanıb Elşadın gəlməsini gözləmişlər. Elə bu zaman onlar küçədə qonşuları Ehtiramın evin qarşısında yolda Elşadın oradan keçdiyini Ehtiram görərək üstünə hücum edərək Elşadı yumruq və təpiklə vuraraq döyməyə başladığını görmüşlər. X2 döydüyünü görüb Afiklə onların yanına gedərək Elşadı Ehtiramın əlindən almağa çalışmışlar. Elə həmin vaxt digər qonşuları Şahid2 və tanımadığı başqa 5-6 nəfər şəxsdə ora gələrək birlkikdə köməkləşib Elşadı Ehtiramın əlindən almışlar. Bundan sonra orada olanlardan Ehtiramı evlərinə aparmış, sonra isə Elşad DİN-nin 102 xidmətinə zəng edərək Ehtiram tərəfindən döyülüb xəsarət alması barədə məlumat vermiş, bundan sonra isə Afiqlə Elşad orada qalmış, o isə çıxıb toya getmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 22 fevral 2023-cü il tarixli 101 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol gözyuvası ətrafında və sağ göz qapağı üzərində qançır, sol gözün konyuktivasına yayılmış qansızma müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti 19 fevral 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə Cəlilabad R.Nəsirov küçəsində yolda baş vermişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Beləliklə məhkəmə bütün bu qeyd edilənləri araşdırıb belə nəticəyə gəlir ki, X1 ona verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi və barəsində bəraət hökmünün çıxarılması ilə bağlı göstərdiyi xüsusatlar özünü müdafiə xarakterli olmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən zərərçəkmiş şəxsin, şahid ifadələri və iş üzrə ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-tibb ekspertizasının rəyi biri-digərinə uyğun gəlir, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona, təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 01 may 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı Amalya Şahbazova, xx.xx.2016-cı il təvəllüdlü oğlu Elmir Şahbazov və xx.xx.2014-cü il təvəllüdlü oğlu Samir Şahbazovdan ibarət ailə tərkibi var və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada vermiş olduğu xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış və ondan şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs iki az yaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasına, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə maddi sübut, məhkəmə xərci və müki iddia yoxdur. Qeyd edilənlərəəsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını əsas iş yeri üzrə çəksin. Cəzasının əvvəli aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-175/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-175/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver