Məhkəmə qərarları › İş №1(073)-177/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-177/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-177/2024 23.10.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Cəlilabad rayonu Maşlıq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmamış, Cəlilabad rayonu Maşlıq kəndində yaşayan - Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 02 sentyabr 2024-cü il tarixdə, saat 15-də Cəlilabad rayonu Maşlıq kəndində yerləşən atası evində anası Şahid2 Məmmədli qızına məxsus olan mobil telefonla azyaşlı övladı X1 oynadığını görən həyat yoldaşı Zərərçəkmiş şəxs azyaşlı uşağa mobil telefonun verilməsinə narazılığını bildirib qaynanası Şahid2 ünvanına nəlayiq ifadələr səsləndirdiyinə görə şəxsi ədavət zəminində aralarında yaranmış mübahisə nəticəsində həmin evin eyvan hissəsində Zərərçəkmiş şəxs boğaz nahiyyəsindən tutub divara çırpmaqla, daha sonra sağ ayağını tutub dişləməklə, sonuncu yerə yıxıldıqdan sonra təpiklə onun bədəninin müxtəlif nahiyyələrindən vurmaqla ona qəsdən “alın, sol yanaq, sağ çənəaltı, boyun, sol əl nahiyyəsində sıyrıqlar,sol said nahiyəsində qançır” dan ibarət sağlamlığa zərər vurmayan,“sağ baldır nahiyyəsində əzilmiş yara”dan ibarət isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü tam təqsirli bilərək, verdiyi ifadəsində göstərdi ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır. Təxminən 3 il əvvəl Maşlıq kənd sakini Zərərçəkmiş şəxs ilə evlənib ailə həyatı qurmuş, birgə ailə həyatından bir azyaşlı Duyğu adlı qız övladları vardır. Aysel onların evinə gəlin köçəndən sonra anası Fəridə ilə yola getmir, o vaxtdan bəri aralarında münaqişə vardır. Atası Sakit xx.xx.2023-cü il tarixdə vəfat etdiyi üçün hazırda özü, anası Fəridə və Aysel evdə 3 nəfər yaşayırlar, Aysellə anası Fəridə arasında uzun müddətli münaqişə olduğu üçün münasibətləri kəskinləşib. Sonuncu dəfə, 02 sentyabr 2024-cü il tarixdə, Bakı şəhərindən daş karyerindən təzəcə evə gəlmiş, həmin günü saat təxminən 15-də azyaşlı qızı Duyğu onun anası Fəridəyə məxsus mobil telefonla oynadığı üçün Aysel qaynanası Fəridənin ünvanına nəlayiq söyüşlər vermişdir ki, “ifritənin” mobil telefonunu uşağa vermə, bundan sonra anasının ünvanına nəlayiq söyüşlər söyməyə başlamışdır. Anasının ünvanına söyüşlər verdiyinə görə Ayselə irad tutmuş, lakin Aysel sakitləşmək əvəzinə onuda söyüb demeşdir ki, “sən kişi deyilsən, sən oğraşsan”. Bu səbəbdən aralarında münaqişə yaranmış. Münaqişə zamanı Aysel üstünə hücüm çəkib xayasına təpik atmış, bu zaman onun sağ ayağını tutub dişlədikdən sonra boğazından tutub sıxaraq özündən kənara divara tərəf itələmişdir ki, sakitləşsin, hadisəni görən anası Fəridə gəlib onları ayırmışdır. Hadisənin səhərisi günü, 03 sentyabr 2024-cü il tarixdə Aysel çıxıb atası Azərin evinə getdikdən sonra onu daha görməmiş. 04 sentyabr 2024-cü il tarixdə özü və anası Fəridə Göytəpə PB-nə çağıralanda məlum olmuşdur ki, Aysel ondan şikayət etmişdir. Hadisə zamanı Aysel onun üstünə hücum çəkib xayasına təpik atsa da ona xəsarət yetirməmişdir, sadəcə qarnı sancılanmış, zərbə nəticəsində ona xəsarət yetirilməmiş, hal-hazırda bədənində heç bir xəsarət yoxdur. Hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır, təxminən 2 il 8 ay əvvəl Maşlıq kənd sakini Təqsirləndirilən şəxs ərə getmişdir. Birgə ailə həyatından onların bir azyaşlı Duyğu adlı qız övladları vardır. Ərə gedəndən təxminən bir ay ərzində Elməddin onunla yola getmiş, lakin sonradan onu evdə səbəbsiz yerə təhqir etməyə başlamışdır. Elməddinin anası Fəridə oğlunu ona qarşı öyrədir, çünkü onlarla bir yerdə yaşayır ki, onlar da onun orada yaşamağını istəmirlər. Əvəllər 4 aylıq hamilə olarkən Elməddin ona deyirmiş ki, qız uşağını istəmir, uşağı saldır və bunun üstündə onun “gününü qara” etmişdir. Əvəllərdə, yəni 20 iyun 2022-ci il tarixdə Elməddin onu döydüyü üçün onun şikayəti əsasında Göytəpə polis bölməsində təhqiqat araşdırılması aparılmışdır. Sonuncu dəfə, 02 sentyabr 2024-cü il tarixdə, təxminən saat 15- radələrində evdə olduğu zaman əri Elməddin 2 gün Bakı şəhərində işlədiyi daş karyerindən evə gəlib ona “ilişməyə” başlayıb ki, nəyə görə işləmir. Bundan əlavə, azyaşlı qızı Duyğunun əlində qaynanası Fəridəyə məxsus mobil telefonla oynadığını görüb Elməddinə kəskin iradını bildirib ki, anasının telefonunu nahaq uşağa verib və uşağda mobil telefona asıllığ yaratdığı üçün qaynanasının ünvanına narazılığını bildirmişdir. Bunun üstündə əri Elməddinlə aralarında mübahisə yaranmış, evdə olan qaynanası Fəridə səs-küyə gəlib çıxmış, Elməddin anasının yanında onun boğazından tutub sıxmış, sonra onu divara tərəf itələmiş, yerə yıxılandan sonra yerdə təpiklə qarnından vurmuş. Bundan sonra Elməddin ondan əl çəksin deyə onun xayasına tərəf təpik atmağ istəyərkən Elməddin sağ ayağını tutub dişlədikdən sonra onu öldürməklə hədələmiş, hadisəni görən qaynanası Fəridə onu Elməddinin əlindən güclə almışdır. Həmin günü üstündə mobil telefon olmadığı üçün 102-yə şikayət edə bilməmiş, hadisənin səhərisi günü, xx.xx.2024-cü il tarixdə Elməddin azyaşlı uşağı özündə saxlayıb onu evdən qovmuş, oda ata evinə gedib Bakıdan qayıdan atası Azərə hadisəni danışmış, həmin günü gec olduğu üçün, səhərisi, 04 sentyabr 2024-cü il tarixdə atası Azərlə birlikdə Göytəpə PBnə gəlib hadisə barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Hadisə zamanı Elməddinin əlində heç bir alət yox imiş, Elməddinə heç bir xəsarət yetirməmiş, özünü qorumaq üçün xayasına tərəf təpik atmış, lakin təpik onun xayasına dəymədiyinə görə Elməddinə heç bir xəsarət yetirilməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonu Maşlıq kəndində yaşayır,həyat yoldaşı rəhmətə getdiyi və eddə heç kim olmadığı üçün çox vaxtı Bakı şəhərində olura,orada müxtəlif fərdi işlərdə çalışır. Zərərçəkmiş şəxs qızıdır,təxminən 2 il 8 ay olar ki,həmkəndlisi Təqsirləndirilən şəxs ərə getmiş,ondan 1 azyaşlı Duyğu adlı qız uşağı vardır.X3 ərə gedəndən bir müddət sonra ondan hamilə qaldığı zaman Elməddin qız uşağının doğulmasının əleyhinə olduğuna görə hərdəfə qızını qınayır, bu səbəbdən evdə münaqişə yaradırmış. Hətta 20 iyun 2022-ci il tarixdə Elməddin qızı Ayseli döydüyü üçün həmin hadisə Göytəpə PB-də araşdırlmışdır.Bundan nəticə çıxartmayan Elməddin qızı Ayselə qarşı şiddətini davam edirmiş.Sonuncu dəfə, 03 sentyabr 2024-cü il tarixdə Bakı şəhərindən evə gəldiyi zaman qızı Aysel onun evinə gəlib 02 sentyabr 2024-cü il tarixdə əri Elməddin tərəfindən döyülməsi barədə məlumat verərək ağlayıb,bir daha həmin evə qayıtmayacağını bildirmişdir.Ayselin boğazında qızartı, sağ ayağında isə yara var imiş,nə baş verdiyini ondan soruşanda Aysel bnildirmişdir ki, əri Elməddin Bakıda daş karyerindən evə qayıdandan sonra onu işləmədiyinə, havayı çərək yediyinə görə qınayaraq evdə münaqişə yaradıb, sonra boğazından tutub sıxmış,yerə yıxmış,yerdə təpiklə bədəninə vurmuş,sağ ayağını dişləmiş, səhərisi isə Ayseli evdən qovaraq azyaşlı qızı Duyğunu özündə saxlamışdır. Qızını elə vəziyyətdə görüb narahat olmuş, həmin günü vaxtı olmadığı üçün 04 sentyabr 2024-cü il tarixdə qızı Aysellə birlikdə Göytəpə PB-nə gəlib orada Aysel əri tərəfindən döyülməsi barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad rayonun Maşlıq kəndində yaşayır, Təqsirləndirilən şəxs oğludur. Elməddin təxminən 3 il əvvəl Maşlıq kənd sakini Zərərçəkmiş şəxs ilə evlənib ailə həyatı qurmuş, birgə ailə həyatından onların 1.5 yaşı olan Duyğu adlı azyaşlı qız uşaqları vardır. Oğlu və gəlini Aysel ikisidə onunla bir evdə yaşayır, əri Sakit ötən ilin oktyabr ayında rəhmətə getmişdir.Onlar evləndikdən sonra təxminən 5 ay yaxşı yaşayıb sonradan gəlini Aysel oğlunun sözünə qulaq asmamış, öz bildiyini edərək icazəsiz atası Azərin evinə çıxıb getməyə başladığı və sair əməllərinə görə ona irad tutduğ üçün Aysel ondan qərəzli qalmış,onunla evdə yola getmir,evdə qab-qaşığları sındırmışdır. Bunun üstündə onların ərarvad arasında tez-tez narazılıqlar əmələ gəlir və mübahisələri düşür. Ayselə qarşı heç bir təzyiq və zor göstərmir, onunla heç bir işi yoxdur. Sadəcə olaraq Ayselin özünün psixi vəziyyəti və əsəbləri yerində deyil, evdə özü səbəbsiz oğlu Elməddinlə tez-tez münaqişə yaradır. Əvəllərdə oğlu Elməddin haqqında Ayselin şikayəti ilə bağlı Göytəpə PB-də araşdırmalar aparılmışdır.Sonuncu dəfə, 02 sentyabr 2024-cü il tarixdə, təxminən saat 15də oğlu Elməddinlə Ayselin arasında səs-küy eşidib hadisə yerinə gəlib görüb ki, onlar mübahisə edirlər, sonra Aysel oğlu Elməddinin xayasına təpik atdığı üçün Elməddin onun sağ ayağını tutub dişlədikdən sonra Aysel onun üstünə hücüm çəkdiyi üçün Elməddin Ayselin boğazından tutub onu divara tərəf itələmiş, onların dalaşdığlarını görüb,onları ayırmış,səhərisi günü Aysel uşağıda evdə qoyub xx.xx.2024-cü il tarixdə atası Azərin evinə çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə özü və oğlu Elməddin Göytəpə PB-nə dəvət edilərkən onlara məlum olub ki, Aysel oğlu Elməddin haqqında polisə şikayət etmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi tam sübuta yetirilir. İşdə olan Cəlilabad rayon MTE və PA şöbəsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 757 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs “alın, sol yanaq, sağ çənəaltı, boyun və sol əl nahiyyəsində sıyrıqlar, sol said nahiyəsində qançır və sağ baldır nahiyəsində ızilmiş yara” müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-ci il tarixə uyğun gəlir,dərəcəsində görə sağ baldır nahiyyəsindəki əzilmiş yara sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.Digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyyin edilmir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, tələb və şikayətinin olmadığını, hadisə zamanı ona heç bir maddi ziyan dəymədiyini göstərərək, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, göstərərək, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. İş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. İctimai təhlükəli əməli törətdikdən sonra Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, hadisə zamanı ona maddi ziyanın dəymədiyini göstərərək, işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanıödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuşəməli (əməlləri) törətmişşəxs zərərçəkmişşəxslə barışdıqda və ona dəymiş ziyanı tamamiləödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, “Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda” məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə... qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə təqsirləndirilməsinə dair olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat xitam verilsin. Qərardan, elan olunduğu andan 20 gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar