Məhkəmə qərarları › İş №1(073)-178/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-178/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-178/2023 26.09.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X7 Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 iştirakı ilə, X2 barəsində Azərbaycan Respublikası CM-in 147.1, 147.2, 148, 154.2, 156.2, 271-1.2.2, 273-1.4.3 və 273.2-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148, 154.2, 156.2, 271-1.2.2, 273-1.4.3 və 273.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və 50000 min manat kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hzırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 xüsusi ittiham qaydasında şikayəti əsaslandıraraq bildirdi ki, o, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş X1 rayonu, Əliabad kənd sakini olmaqla onun barəsində yalan olduğunu bilə-bilə internet səhifələrində böhtan və təhqir xarakterli paylaşımlar etməklə öz qanunsuz hərəkətləri ilə onun şərəf və ləyaqətini alçaltmışdır. Ona görə də qərara gəlmişdir ki, məhkəməyə müraciət edərək məsələni qanuni şəkildə həllinə nail olsun. X2 yalan məlumatları əsasında onun şərəf və ləyaqəti alçaldılmış, eyni zamanda işgüzar nüfuzuna ləkə gətirilməklə ağır cinayətdə ittiham edilmişdir. Ona görə də də hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcələsinin 147.1 və 148-ci maddələrinin tərkibi vardır. Qeyd olunanlara əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2, 148, 154.2, 156.2, 271-1.2.2, 273-1.4.3 və 273.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və 50000 (əlli min) manat kompensasiya ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istinsa edilir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün) və yer, şikayəti vermiş şəxsin imzası göstərilir. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı X4 xüsusi ittham qaydasında şikayəti cinayət prosessual qanunvericiliyinin tələblərinə müvafiq tərtib edilmədiyindən, şikayət vermiş şəxsin dəlillərini təstiq edən sübutları əks etdirmədiyindən, həmçinin, Azərbaycan Respublikası Cinayət Purosessual Məcəlləsi ilə nəzərdə tutulmuş xüsusi ittiham qaydasında cinayət təqibi aparılmayan maddələrə əsasən ittiham irəli sürüldüyündən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: X4 şikayəti əsasında X2 barəsində Azərbaycan Respublikası CM-in 147.1, 147.2, 148, 154.2, 156.2, 271-1.2.2, 273-1.4.3 və 273.2-ci maddələrinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar