Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-178/2024 27.11.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1974-cü ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, Soyuqbulaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Cəlilabad rayonu, Hamarqışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə sonuncunun razılığı ilə daxil olmuş, həmin gün saat 13 radələrində ev sahibi Zərərçəkmiş şəxs evdə olmamasından istifadə edib tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə evin qonaq otağındakı saxlanc yeri olan divanın altından 01 ədəd qızıl sığra-üzük dəstini, 01 ədəd qızıl boyunbağını, 01 ədəd ürək formalı kulonu olan qızıl boyunbağını, 01 ədəd ay-ulduz formalı kulonu olan qızl boyunbağı, 01 ədəd qızıl qolbağı və 01 ədəd üzərində ağ-şəffaf qaşları olan üzüyü, ümumilikdə 3500 manat dəyərində qızılzinət əşyalarını saxlanc yerinə qanunsuz daxil olaraq gizli talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bibisi oğlu, həm də bacısı X5 əridir. Onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Cəlilabad rayonu, Hamarqışlaq kəndinə Müslümün qardaşı Aləddinin yas mərasiminə getmişdir. Müslümlə birlikdə yas mərasimindən çıxıb Müslümün evinə getmiş, onun evində çay içdikdən sonra yuxusu gəldiyindən evdə olan otaqlardan birində divanın üzərinə uzanıb yatmışdır. Təxminən saat 13 radələrində yuxudan oyanmış, Müslümü çağırmış və cavab verən olmadığından bilmişdir ki, Müslüm evdə yoxdur. Həmin zamanlar pula ehtiyacı olduğundan və evdə heç kimin olmadığına görə bu şəraitdən istifadə edib oğurluq etmək qərarına gəlmişdir. Üzərində yatdığı divanı qaldırıb altına baxmış və görmüşdür ki, kiçik ölçülü qadın çantası var. Çantanı divanın altından götürmüş, açıb içərisinə baxmış və içərisində qızıl-zinət əşyaları olduğunu müəyyən etmişdir. Çantanın içərisində olan qızıl-zinət əşyalarını divanın üzərinə qoymuş və götürdüyü çantanı divanın altındakı yerinə qoyub divanı aşağı salaraq bağlamışdır. Divanın üzərinə yığdığı qızıllara bir-bir baxmış və görmüşdür ki, 3 ədəd sep, 1 ədəd qolbağ, 2 ədəd üzük, 1 cüt sırğa götürmüşdür. Seplərdən ikisinin üzərində aralıq olmuş, digər bir ədədinin üzərində isə heç nə olmamışdır. Cibində olan dəsmalı çıxarıb həmin qızılları dəsmalın içərisinə yığmış və dəsmalı düyünləyib əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra evdən çıxıb Aləddinin yas mərasiminə getmiş, yas mərasimi yekunlaşdıqdan sonra təxminən saat 23 radələrində oradan yaşadığı evə getmişdir. Oğurladığı qızılları satmağa qorxduğundan qızılları üzərində saxlamış və bu barədə heç kimə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 16 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində piyada hərəkətdə olduğu zaman bir nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb polis əməkdaşı olduğunu bildirmiş və oğurluq etməkdə şübhəli olduğu üçün onunla Cəlilabad rayon polis şöbəsinə gəlməyini istəmişdir. Polis əməkdaşının dediklərinə əməl edib onunla birlikdə Cəlilabad rayon polis şöbəsinə gəlmiş və oğurladığı qızılları istintaqa təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, vurduğu ziyanı istintaq zamanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət edərək Cəlilabad rayonu, Hamarqışlaq kəndində yerləşən evindən 3 ədəd qızıl sep, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qolbaq və 2 ədəd qızıl sep aralığının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmiş və bu barədə tədbir görülməsini xahiş etmişdir. Cəlilabad rayonu, Hamarqışlaq kəndində yerləşən yaşadığı evin qonaq otağında yerləşən divanın altında kiçik ölçülü qadın çantasında 3 ədəd qızıl sep, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qolbaq və 2 ədəd qızıl sep aralığı saxlayırmış. xx.xx.2024-cü il tarixdə səhər saatlarında divanın atlında saxladığı qızılların yerini dəyişmək qərarına gəlmiş, evdə qonaq otağına daxil olub divana tərəf getmiş və divanı qaldırıb altından kiçik ölçülü qadın çantasını götürmüşdür. Çantanı açıb içərisinə baxdıqda qızılların çantada olmadığını müəyyən etmişdir. Evdə arvadı X4 qızılları götürübgötürmədiyini soruşmuş və arvadı da qızılları götürmədiyini demişdir. Bundan sonra ona aydın olmuşdur ki, kimsə evinə daxil olub divanın altında saxladığı qızılları oğurlamışdır. Buna görə də dərhal Cəlilabad RPŞ-nə gəlib baş vermiş oğurluq hadisəsi barəsində məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3500 manat maddi ziyan dəymiş, oğurlanmış 3 ədəd qızıl sep, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qolbaq və 2 ədəd qızıl sep aralığının ayrı-ayrılıqda qiymətlərini bilmir, həmin qızılları cari ilin mart ayında Bakı şəhərində yerləşən zərgərlik mağazasından ümumilikdə 3500 manata almışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədəmiş, ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və səhhəti ilə əlaqədar olaraq növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini gəstərərək onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan 24 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, qeyd edilən cinayət hadisəsi Cəlilabad rayonu, Hamarqışlaq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs hadisə yerini təqdim etmişdir. İş materiallarında olan 28 iyul 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus Cəlilabad rayonu, Hamarqışlaq kəndində yerləşən evdən oğurladığı 3 ədəd qızıl sep, 2 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl qolbaq və 2 ədəd qızıl sep aralığını istintaqa təqdim etmiş və həmin predmetlər qablaşdırılaq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq 28 avqust 2024-cü il tarixli, 6/4266-9/6926 saylı ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların metalı 583/585 əyarlı qızıla uyğundur, ümumi çəkisi 33.98 qramdır, qaşları qiymətli qaşlara aid deyil. Ayrı-ayrılıqda göstəricilər tədqiqi hissədə qeyd edilmişdir. Ekspertiza tədqiqatına təqdim olunmuş məmulatların 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2888.0 manat müəyyən edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlər məhkəməsi tərəfindən xx.xx.2009-cu il taridə 14 il müddətinə azadlığdan məhrum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 3 il 22 gün vaxtından əvvəl şərti azad edilmişdir və məhkumluğu ödənilməmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçının Cəlilabad rayon Soyuqbulaq kəndi inzibati dairəsi üzrə nümayəndəliyinin 04 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Soyuqbulaq kəndində ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən, zərərçəkmiş şəxsin ifadəsi biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yerində müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinəəsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CMnin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinəəsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə novundə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növundə cəzanın ciddi rejimli cəzacəkmə muəssisələrində cəkilməsi müəyyən edilir. İşdə olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:20-də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:50-də Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd sığra cütü-üzük dəsti, 01 ədəd boyun bağı, 01 ədəd ürək formalı kulonu olan boyunbağı, 01 ədəd ay-ulduz formalı kulonu olan boyunbağı, 01 ədəd qolbaq və 01 ədəd üzərində ağ-şəffaf qaşları olan üzük cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 30 avqust 2024-cü il tarixdə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikasının CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək il 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X2 hazırkı iş üzrə ibtidai istintaq zamanı 28 iyul 2024-cü il tarixdən 30 iyul 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclasından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə ekspertiza xərci olan 200 (iki yüz) manat təqsirləndirilən şəxs X1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd sığra cütü-üzük dəsti, 01 ədəd boyun bağı, 01 ədəd ürək formalı kulonu olan boyunbağı, 01 ədəd ay-ulduz formalı kulonu olan boyunbağı, 01 ədəd qolbaq və 01 ədəd üzərində ağ-şəffaf qaşları olan üzük Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-178/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-178/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver