Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-18/2024 14.03.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Cəlilabad rayon vəkil bürosunun üzvü vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 4 ay 25 gün cəzadan vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, M.Hüseyn küçəsi ev 13, mənzil 06-da qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 04 sentyabr 2023-cü il tarixdən həbsdə olan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda 1 ədəd zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik soyuq silah hesab olunan qatlanan tipli ov bıçağını qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş və istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 04 sentyabr 2023-cü il tarixdə saat 07:20 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində saxlanılan zaman üzərində gəzdirdiyi soyuq silah hesab olunan qatlanan tipli ov bıçağı polis əməkdaşları tərəfindən əlindən alınmış və Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd şəffaf sellofanda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,480 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin əynindəki qara rəngli parça şalvarın sağ yan üst kiçik ölçülü cibindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda qismən təqsirli bildi və ifadəsində göstərdi ki, psoriaz və hepatit xəstəliyindən əziyyət çəkir. O, narkotik vasitə və psixotrop maddə istifadəçisidir. 04 sentyabr 2024-cü il tarixdə səhər saatlarında qardaşı Nihal İsayevlə birlikdə Cəlilabad rayonu “Heydər Əliyev” prospektində yerləşən “Sünbül” marketə ərzaq malları almaq üçün daxil olmuşlar. Həmin vaxt o və qardaşı mağazanın içərisində vitrinlərdən ərzaq məhsulları yığmışlar. Düşmənli olduğu üçün üzərində bıçaq gəzdirmişdir. Həmin bıçaq əynində olan şalvarın cibində olmuşdur. Bir müddət sonra onların olduğu mağazanın qarşısına polis formasında post patrul əməkdaşları yaxınlaşmışlar. O və qardaşı həbs olunmaqlarından qorxduqları üçün o, üzərində olan bıçağı çıxardıb özünə xəsarət yetirmək qərarına gəlmiş və bıçağı sağ buduna vurmuşdur. Polislər onun əlində olan bıçağı almış və onu zərərsizləşdirərək Cəlilabad rayon polis şöbəsinə aparmışlar. O özünə xəsarət yetirən əsnada qardaşı Nihal oradan qaçaraq uzaqlamışdır. Onu polis şöbəsinə gətirib Turab adlı polis əməkdaşının yanına aparmışlar. Bildiyi kimi Turab Cəlilabad rayon polis şöbəsində rəis müavini vəzifəsində işləyir. Turab ona qardaşının tutulmaması hədəsi ilə bir büküm psixotrop maddə metamfetamin təqdim etmiş və ona məxsus olmasını boynuna almasını tələb etmişdir. O da onsuzda tutulacağını bildiyindən və qardaşının da əsassız yerə tutulması üçün məcbur qalıb metamfetaminin ona məxsus olduğunu və tapdığını bildirmişdir. Lakin həqiqətdə o polis şöbəsinə aparılarkən üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Lakin özünə xəsarət yetirdiyi bıçaq ona məxsusdur. O, bütün bu qeyd edilənlərin nəzərə alınaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsini və Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə isə aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərmiş olduğu xüsusatlara tənqidi yanaşır və belə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməklə məsuliyyətdən yayınmaq istəyir. Törədilmiş cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Cəlilabad rayon polis şöbəsinin Cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Cəlilabad RPŞ-də əməliyyat-istintaq qrupunun üzvü kimi növbədə olmuşdur. xx.xx.2023-cü il tarixdə 07:05-də ***-***-**-** saylı mobil nömrədən Cəlilabad RPŞ-nin Növbətçi Hissəsinə zəng gəlmiş, özünü X3 təqdim edən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Sünbül” marketin içərisində tanımadığı iki nəfər şəxsin davranışlarından şübhələndiyini və ehtiyat etdiyini bildirməklə köməklik göstərilməsini xahiş etmişir. O da həmin günü xidmətdə olan Cəlilabad RPŞ-nin PPXB-nin taqım komandiri, polis baş leytenantı Şahid2, PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 ilə birlikdə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Sünbül” marketin qarşısına gəlmişdir. Bu zaman həmin iki nəfər şəxsin əvvəllər məhkum olunmuş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları barədə məlumatlı olduğu Təqsirləndirilən şəxs və X5 olmasını görmüşdür. Onlar marketə daxil olmaq istəyəndə Təqsirləndirilən şəxs üzərindən bir ədəd bıçaq çıxartmış və ona yaxınlaşmamağı bildirib özünə xəsarət yetirməyə başlamışdır. Onlar da tez davranıb Təqsirləndirilən şəxs əlindəki bıçağı almış və diqqətlərinin Sübhana yönəlməsindən Nihal İsayev də istifadə edərək hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və ya güc tətbiq olunmamışdır. xx.xx.2023-cü il tarixdə saat 07:20-də Təqsirləndirilən şəxs özünə xəsarət yetirdiyi üçün saxlayıb Cəlilabad RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs şöbədə tibbi yardım göstərilmiş və Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün birlikdə təhqiqatçı Həbib Nəsirovun xidməti otağına gəlmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Cəlilabad rayon vəkillər bürosunun vəkili Müdafiəçi dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli parça şalvarının sağ yan cibindən 82 manat pulu, şalvarının sol yan cibindən “Redmi Note 12” markalı bir ədəd mobil telefonu, “Sobranie” markalı siqaret qutusunu, bir ədəd alışqanı, 13 manat pulu və şalvarının sağ yan üst balaca cibindən 1 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddəni çıxardaraq təqdim etmişdir. Təhqiqatçı həmin bir ədəd şəffaf sellofana bükülmüş bükülünün içərisində nə olmasını Təqsirləndirilən şəxs soruşduqda soruşduqda bükülünün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin metamfetaminə bənzər maddəni Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmişdir. Sübhana məxsus mobil telefonun qabının arxasında 1 ədəd “Kapital” bank kartı aşkar edilmiş, həmin kart, 95 manat pul, siqaret qutusu və 1 ədəd alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Lakin üzərindən əlavə olaraq qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə olan metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumilikdə çəkisi 1,55 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 141 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman əlindən götürülmüş 1 ədəd qatlanan bıçaq 1 ədəd zərfdə qablaşdırılaraq üzəri DİN-in 141 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir fiziki təzyiq göstərilməmiş və zorakılıq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında ifadələri elan və tədqiq edilmiş Cəlilabad RPŞ-nin PPXB-nin tağım komandiri Şahid2 və PPXB-nin polis nəfəri Şahid3 da Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən o, o, əynində olan qara rəngli parça şalvarının sağ yan üst kiçik ölçülü cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxararaq təqdim etmiş və 04 sentyabr 2023-cü il tarixdə saat 07 radələrində Cəlilabad şəhəri, M.Hüseyn küçəsində piyada hərəkətdə olarkən asfalt örtüyünün üzərindən tapdığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin X6 tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının 04 sentyabr 2023-cü il tarixli, 19/843 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükülünün içərisində təmiz çəkisi 1,480 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,480 qram, cəmi tədqiqata sərf olunmuş 0,05 qram və 1,430 qram qalıq qalmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmə Narkoloji Ekspertizasının 06 sentyabr 2023-cü il tarixli, 864 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4 X10 məhkəmə-tibbi kriminalistika şöbəsinin 04 oktyabr 2023-cü il tarixli, 453 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq - zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan tipli ov bıçağıdır və deşici-kəsici xassəyə malik soyuq silahdır, bıçağın üzərində sonradan əlavə və dəyişiklik edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X4 X9 Cəlilabad rayon şöbəsinin məhkəmə-tibb ekspertinin xx.xx.2023cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ bud və qarın nahiyəsində kəsilmiş səthi yaralar müəyyən olundu. Həmin xəsarətlər kəsici əşyanın təsirindən törənmişdir, bıçağın təsirindən törənməsi inkar olunmur, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs aşkar olunan xəsarətlər onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. İşdə olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs psorioz xəstəliyi vardır. Beləliklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsi cinayət məsuliyyətindən yaxa qurtulmaq məqsədi daşıyır Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzası 06 ay azaldılmış, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 4 ay 25 gün cəzadan vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xəstə olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxsnoğlu əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,430 qram olan psixotrop maddə olan metamfetamin və bir ədəd ümumi təyinatlı qatlanan tipli soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 04 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğluna polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,430 qram olan psixotrop maddə olan metamfetamin və bir ədəd ümumi təyinatlı qatlanan tipli soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəyə minir, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-18/2024
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-18/2024
14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver