Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-18/2025 08.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamı müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləmdirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1957-ci tarixdə Cəlilabad rayonu, Prişib şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, aəzrbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, barəsində xx.xx.2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs bacısı X4 əlillik təqaüdü təyin etdirəcəyinə dair yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2023-cü ilin dekabr ayının əvvəllərində Cəlilabad rayonu, Göytəpə şəhərindəki bazar adlanan ərazidə Zərərçəkmiş şəxs ilk dəfə 500 manat, növbəti dəfə, yəni iki gün sonra da 500 manat pul almaqla sonuncuya məxsus ümumilikdə 1000 manat pulu ələ keçirərək verdiyi vədinə əməl etməməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə iclasında özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadələri və işdə olan sənədlərlə aşağıdakı qaydada tam sübuta yetirildi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımışdır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 2023-cü ilin noyabr ayının ortalarında Göytəpə şəhərində bazar adlanan ərazidə Səbuhi ona yaxınlaşıb demişdir ki, bacısına pensiya düzəltmək istəyir və ona bu işdə kömək etməyini istəmişdir. Səbuhiyə demişdir ki, bir adam var danışıb ona deyəcək. Təxminən 2023-cü ilin dekabr ayının əvvəllərində Göytəpə şəhərində bazar adlanan yerdə olan Səbuhi ona yaxınlaşıb işin nə yerdə olduğunu soruşmuşdur. Səbuhiyə demişdir ki, alınacaq və buna işə görə 1000 manat pul lazımdır. Səbuhi onunla razılaşmış və orada ona 500 manat pul vermiş, qalan 500 manat pulu isə 3- 4 gün sonra verəcəyini demişdir. Təxminən 3-4 gün sonra Göytəpə şəhərində bazar adlanan yerdə Səbuhi ona yaxınlaşıb qalan 500 manat pulu da gətirdiyini demişdir. Səbuhidən həmin 500 manat pulu da almış, Səbuhi ondan işin nə vaxt düzələcəyini soruşmuş və o, da Səbuhiyə demişdir ki, təxminən 6 ay çəkəcək. Həmin müddət ərzində Səbuhinin bacısına pensiya düzəldə bilməmiş, Səbuhi ona verdiyi 1000 manat pulu ondan tələb etmiş, onun isə pulu olmadığından Səbuhinin pulunu qaytara bilməmişdir. Əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs 1000 manat pul aldığı zaman onun bacısına 6 aya kimi pensiya düzəltdirəcəyi barədə vəd verdiyini, Zərərçəkmiş şəxs ona etibar etdiyindən ondan müəyyən məbləğdə pul almağa qərara gəldiyini, həmin pulları Zərərçəkmiş şəxs aldığı zaman yanında heç kimin olmadığı, ondan həmin pulları alması haqqında heç kimin məlumatının olmadığı və Zərərçəkmiş şəxs bacısın pensiya düzəltdirmək üçün heç bir imkanının olmadığını bildirmişdir. Əməlindən peşimandır. Bir daha belə əməllərə yol verməyəcəkdir. O,hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımışdır, onunla heç bir ədavət və düşmənçiliyi yoxdur. X7 Saleh epilepsiya xəstəliyindən əziyyət çəkir və ona xəstəliyi əlaqədar əlillik təqaüdü düzətldirmək istəyirmiş. Təxminən 2023-cü ilin dekabr ayının əvvəllərində Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən bazad adlanan ərazidə olduğu zaman Əyyuba yaxışlaşıb onunla salamlaşmış və söhbət etməyə başlamışdır. Söhbət əsnasında ona demişdir ki, bacısı X6 epilepsiya xəstəsidir, ona əlillik təqaüdü düzəltmək istəyir və bu işləri bacaran adam tanıyıb-tanımadığını soruşmuşdur. Əyyub ona demişdir ki, problem deyil həll edər. Əyyubdan soruşmuşdur ki, bu işə görə nə qədər pul lazım olacaq. Əyyub da demişdir ki, 1000 manat pul lazım olacaq. Əyyubla razılaşmış və Əyyub növbəti gün 1000 manat pulu gətirməyini istəmişdir. Oradan evə getmiş və Əyyuba vermək üçün 500 manat pul tapmışdır. Növbəti gün Əyyuba zəng edib demişdir ki, gəlirəm harada görüşək. Əyyub da demişdir ki, Göytəpə şəhərində yerləşən bazara gəlsin. Göytəpə şəhərində yerləşən bazara getmiş, orada Əyyubla görüşmüş, 500 manat pulu Əyyuba vermiş və qalan 500 manat pulu da iki gün sonra verəcəyini demişdir. Əyyub ona demişdir ki, problem deyil gözləyər. İki gün sonra qalan 500 manat pulu tapmış və Əyyuba zəng edib pulu düzəltdiyini deyərək harada görüşmələrini soruşmuşdur. Əyyub yenə də demişdir ki, Göytəpə şəhərində yerləşən bazara gəlsin. Göytəpə şəhərində yerləşən bazara gedib Əyyubla görüşmüş və qalan 500 manat pulu da ona vermişdir. Pulu ona verdikdən sonra Əyyub ona demişdir ki, təxminən 6 aya qədər olan müddət ərzində bacısı Ləmana əlillik təaqüdü düzəltdirəcək. Təxminən 6 ay keçdikdən sonra Əyyubla danışıb işin nə yerdə olduğunu soruşmuş, Əyyub da demişdir ki, hər şey yaxşı olacaq 2-3 günə ona xəbər edəcək. O, 1 ay daha gözləmiş və görmüşdür ki, Əyyub ona verdiyi vədi yerinə yetirmir və onu aldadır. Buna görə qərara gəlmişdir ki, ondan pulunu alsın. Ona dəfələrlə zəng edib pulunu istəsə də Əyyub müxtəlif bəhanələr gətirərək onun pulunu verməmiş və buna görə də polisə müraciət etmişdir. Əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bacısı Ləman Kərimovaya əlillik təqaüdü düzəltdirməsi üçün 1000 manat pul verməyi haqqında bacısı Ləmanın və ya hər hansı bir digər şəxsin məlumatının olmadığını, Təqsirləndirilən şəxs bacısı Ləman Kərimovaya əlillik təqaüdü düzəltdirməsi üçün verdiyi 1000 manat pulun ona məxsus olmasını, Təqsirləndirilən şəxs pul verdiyi zamanlar yanında heç kimin olmadığını, Təqsirləndirilən şəxs ondan aldığı pulu geri qaytarmadığını və Təqsirləndirilən şəxs pul verdiyi tarixləri dəqiq olaraq xatırlamasa da 2023-cü ilin dekabr ayının 10-dək olan müddət ərzində verdiyini bildirmişdir.Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam ödənmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur və işin icraatına xitam verilməsini xahiş etdi. Hakim məhkəmə baxış iclasında ifadəsi elan elan və təqdiq edilmiş şahid X2 ibtida istintaq dövründə verdiyi fadəsində göstərmişdir ki, uzun müddətdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkir və heç bir təqaüd almır. Qardaşı Zərərçəkmiş şəxs ona əlillik təqaüdü düzəltdirmək üçün Təqsirləndirilən şəxs hər hansı bir məbləğdə pul verməsi haqqında heç bir məlumatı olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçının Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30 sentyabr 2024-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs X1 ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayır və o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin Cəlilabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 127/2024-30-11 nömrəli, 05 sentyabr 2024-cü il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Cəlilabad rayon rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(073)-53/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2024-cü il tarixədək 03 (üç) ay 28 (iyirmi səkkiz) gün hissəsini çəkmiş, cəzanın 02 (iki) il 02 (iki) ay 02 (iki) gün hissəsi çəkilməmiş qalmaqdadır. İşin olan Cəlilabad RPŞ-dən daxil olan 16 sentyabr 2024-cü il tarixli raportdan görünür ki, Cəlilabad rayon Təqsirləndirilən şəxs Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs bacısı X4 əlillik təqaüdü düzəltdirəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış və bu adla 2023-cü ilin dekabr ayının əvvəllərində ondan ümumilikdə 1000 manat pul almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsya qarşı törətdiyi dələduzluq cinayəti barədə hər hansı bir şəxsin məlumatının olması, Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməkdə hər hansı bir şəxslə əlbir olması, eləcə də Təqsirləndirilən şəxs digər dələduzluq cinayətləri törətməsi ilə bağlı heç bir məlumat əldə olunmamışdır. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Zərərçəkmiş şəxs ərizəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş 1000 manat ziyan tam şəkildə ödənmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. İşin icraatına xitam verilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Təqsirləndirilən şəxs ərizəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmişdir. Onunla barışmışdır, əməlindən peşimandır. İşin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş mümkün və mötəbər sübutların məcmuyu ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs qəsdən, tamah niyyəti ilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsinə baxaraq qeyd edir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibi vardır, həmin əməl təqsirləndirilən şəxs tərəfindən törədilmişdir, təqsirləndirilən şəxs həmin cinayətin törədilməsində təqsirlilidir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə eyni zamanda hesab edir ki, cinayət işinin icraatına xitam verilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ondan heç bir şikayət və tələbi olmadığını göstərərək işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə verərək əməlindən peşiman olmasını, Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödədiyini, onunla barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını göstərərək barəsində olan işin icraatına xitam verilməklə cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş zərəri tam ödəməsini nəzərə alaraq Cinayət Məcəlləsinin 73-1.1ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini təklif etdi. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə görə bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin hallarını, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin barışmaqla işin icraatına xitam verilməsini xahiş etmələrini, dövlət ittihamçısının CM-nin 73-1.1-ci maddəsi tətbiq edilməklə cinayət işinin icraatına xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etməsini, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43.3, 321.2.1, 347 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinin icraatına Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-18/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-18/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver