Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-182/2023 15.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -6,329 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 17 iyun 2023-cü il tarixdə, saat 21:20-də Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, H.Əliyev prospektində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki açıq mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunun içərisindən həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 16 radələrində yaşadığı Şirvan şəhərində taksi fəaliyyəti ilə məşğul olan əvvəldən tanıdığı Rauf adlı şəxslə qarşılaşmışdır. O, Rauf adlı şəxsə Lənkəran şəhərinə getmək istədiyini və Raufdan onu istirahət etmək məqsədi ilə Lənkəran şəhərinə aparmasını istəmişdir. Rauf da onun təklifini qəbul etmiş və o, həmin vaxt 20 manat dəyərində Raufun idarə etdiyi avtomobilə benzil vurduqdan sonra 20 manat da Raufun özünə vermişdir. Onlar razılaşdıqdan sonra Lənkəran şəhərinə yola düşmüşlər. Onlar Lənkəran şəhərinə köhnə Bakı-Astara yolu ilə gəlmişlər. Biləsuvar rayonunu keçib Cəlilabad rayonu ərazisinə daxil olduqda Rauf ona avtomobilə yanacaq vurmaq lazım olduğunu demişdir. O da Raufa demişdir ki, Cəlilabad rayonu ərazisində yanacaq dolduma məntələrinin birində saxlayıb avtomobilə yanacaq vurarıq. Onlar Cəlilabad şəhərinə daxil olmuşlar, lakin Cəlilabad şəhərini yaxşı tanımadıqları üçün səhvən Cəlilabad şəhəri ərazisinə daxil olmuşlar. Cəlilabad şəhəri ərazisinə daxil olduqdan sonra taksi sürücüsü Raufa adlı su almaq üçün avtomobili mağazaların birinin yanında saxlamasını xahiş etmişdir. Taksi sürücüsü Cəlilabad şəhərində adını xatırlamadığı mağazanın yanında saxlamış və onlar avtomobildən düşmüşlər. Bu zaman iki-üç nəfər mülki geyimdə tanımadığı şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onlardan üzərlərində hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmadığını soruşmuşlar. Həmin vaxt Rauf adlı şəxs üzərində və avtomobildə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. O isə həmin şəxslərə üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onları Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər və onları taksi sürücüsü Rauf adlı şəxsin idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə birlikdə Cəlilabad rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim edilmişdir. Bundan sonra ona təqdim edilmiş vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra o, əynindəki göy rəngli cins şalvarın sol yan cibində şəxsi istifadəsi üçün gəzdirdiyi bir ədəd kibrit qutusunun içərisində olan narkotik vasitə qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Bundan sonra üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuş və o həmin protokolu imzalamışdır. Üzərindən aşkar edilmiş həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Şirvan şəhəri ərazisində piyada hərəkət edən zaman yerdən tapmış, özü narkotik vasitə istifadəçisi olduğundan gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirmiş və və həmin narkotik vasitənin üzərində olmasından heç kimin məlumatı olmamışdır. Daha sonra onun, taksi sürücüsü Rauf adlı şəxsin, onlara təqdim edilmiş vəkillərin və polis əməkdaşlarının iştirakı ilə Rauf adlı şəxsin idarə etdiyi “Opel Astra” markalı avtomobilə baxış keçirilmiş və avtomobildən qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş və onlar həmin protokolu imzalamışlar. Hazırda əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Qeyd edilənlərin nəzərə alınaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və Cəlilabad RPŞ-nin KQ-nin F və DH üzrə kiçik inspektor təlimatçısı, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 17 iyun 2023-cü il tarixdə, saat 21:20 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, H.Əliyev prospektində “Opel Astra” markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşməsi müəyyən edilərək həmin avtomobil əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin avtomobildə bir nəfər sürücü olmuşdur. Təxminən 10 dəqiqə sonra həmin avtomobil Cəlilabad şəhəri, H.Əliyev prospetində yolun kənarında dayanmış və Təqsirləndirilən şəxs və avtomobilin sürücüsü avtomobildən düşmüşdür. Onlar dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt avtomobili idarə edən sonradan adı onlara məlum olan Şirvan şəhər sakini X5 olmuşdur. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirib ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs də üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi narkotik vasitə marixuana olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və avtomobili idarə edən şəxsi Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də onların dəvətinə etiraz etməyərək rayon polis şöbəsinə gəlməyə razılıq vermişlər. Sonra onlar rayon polis şöbəsinə gəlmişlər. Rayon polis şöbəsində həmin şəxslər Cəlilabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Elnur Kazımov tərəfindən şübhəli şəxs qismində tutularaq onlara hüquqlarını müdafiə etmələri üçün Cəlilabad rayon Vəkil Bürosunun vəkilləri təqdim olunmuşdur. İlk öncə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış polis əməkdaşları, Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçinin iştirakı ilə Cəlilabad rayon polis şöbəsinin KTQ-nin inspektor kriminalisti Valeh Abdullayev tərəfindən videoçəkiliş aparılmaqla keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilən əşya və ya predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik maddə marixuana olduğunu bildirmiş və əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunu təqdim edərək içərisində narkotik maddə marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik maddəni xx.xx.2023cü il tarixdə, səhər saatlarında yaşadığı Şirvan şəhəri ərazisində piyada hərəkət edən zaman yerdən tapdığını və gələcəkdə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq həmin narkotik maddənin onun üzərində olmasında heç kimin məlumatı olmadığını bildirmişdir. Bundan sonra şübhəli şəxs qismində tutulmuş X3 üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış polis əməkdaşları, Rauf Səfərova təqdim edilmiş müdafiəçinin iştirakı ilə Cəlilabad rayon polis şöbəsinin KTQ-nin inspektor kriminalisti Valeh Abdullayev tərəfindən videoçəkiliş aparılmaqla keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Rauf Səfərova təklif edilmişdir ki, üzərində qanunla qadağan edilən əşya və ya predmet vardırsa təqdim etsin. Rauf Səfərov üzərində qanunla qadağan edilən əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra Rauf Səfərovun üzərində şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilən əşya və ya predmet aşkar edilməmişdir. Hər iki şəxsin üzərində şəxsi axtarış aparıldıqdan sonra Rauf Səfərovun idarə etdiyi “Opel Astra” markalı, **-CA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış Rauf Səfərovun yazılı razılığı ilə onun, Təqsirləndirilən şəxs, onlara təqdim edilmiş müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə Cəlilabad rayon polis şöbəsinin KTQ-nin inspektor kriminalisti Valeh Abdullayev tərəfindən videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı şübhəli şəxs qismində tutulmuş Rauf Səfərova təklif edilmişdir ki, avtomobildə qanunla qadağan edilən əşya və ya predmet vardırsa təqdim etsin. Rauf Səfərov avtomobildə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməyə başlanılmış və X3 idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobildən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sonda isə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və onlar da həmin protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Şahid2 və Şahid3 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onun əynindəki açıq mavi rəngli cins şalvarın sol yan kiçik cibindən 1 ədəd kibrit qutusunun içərisindən narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin X4 tərəfindən verilmiş 18 iyun 2023-cü il tarixli, 19/663 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd kibrit qutusunda təmiz çəkisi -6,329 qram maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (tədqiqata sərf edildi 0,05 qram, qalıq 6,279 qram təşkil edir). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 696 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü Tunar və xx.xx.2023-cü il təvəllüdlü Yusuf adlı azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının və ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:20də şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, xx.xx.2023-cü il tarixdə, saat 12:40-da Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 6,279 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 4 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 17 iyun 2023-cü ildən 19 iyun 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şirvan Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən evi tərk etməmək, Şirvan rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 6,279 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan şəxsi axtarış və götürmə haqqında istintaq hərəkətlərinin videoçəkilişini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Hökmün icrası Şirvan Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-182/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-182/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver