Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-186/2023 16.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1969-cu ildə Cəlilabad rayonunun Mollalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri V.Mürsəlov küçəsi ev 85-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,825 qram psixotrop maddə - metamfetamin əldə edib üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2023-cü ilin iyun ayının 10-da saat 18 radələrində Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Cəlilabad şəhəri Cavadxan küçəsində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli köynəyinin sol döş cibində qanunsuz olaraq saxladığı bir ədəd sellofan kəsiyi bükümündə ağ rəngli kristallardan ibarət təmiz çəkisi 0,825 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, aradabir psixotrop maddə olan metamfetamini kağızın arasında yandırıb tüstüsünü qəbul etmişdir. 10 iyun 2023-cü il tarixdə saat təxminən 12 radələrində Cəlilabad şəhərində «Silsilə» deyilən ərazidən piyada keçib gedərkən yerdə bir ədəd sellofan büküm olduğunu, həmin bükümü yerdən götürüb açıb baxarkən bükümün arasında psixotrop maddə - metamfetamin olduğunu görmüşdür. Metamfetamin qəbul etdiyi üçün həmin metamfetamini sonra özü qəbul etmək üçün əynində olan köynəyinin sol döş cibinə qoymuşdur. Metamfetamini qəbul etməmiş və köynəyinin cibində qalmışdır. Elə həmin günü saat 18 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsindən piyada keçib gedərkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək Cəlilabad RPŞ-nin əməkdaşları olduğlarını demişlər. Həmin polis əməkdaşları ondan üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər-hansı bir əşya və predmet olub-olmadığını xəbər almış, o da cibində bir büküm metamfetamin olduğunu, həmin metamfetamini həmin günü «Silsilə» deyilən ərazidən tapdığını və özü istifadə etmək üçün cibində saxladığını demişdir. Bundan sonra polis əməkdaşları ona onlarla birlikdə polis şöbəsinə gəlməsini demişlər. Ona görə də polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində sənədləşmə aparılaraq ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkliş vasitəsi üzərində şəxsi axtarış keçirilərkən polis əməkdaşları bir daha ondan üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər hansı bir əşya və predmet varsa təqdim etməsini demişlər. O da əynində olan köynəyinin sol döş cibində bir ədəd bükümdə metamfetamin olduğunu, həmin metamfetamini həmin günü saat 12 radələrində «Sil-Silə» deyilən ərazidən yerdən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını deyərək metamfetamini çıxardıb təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi sellofan bükümü açıb baxmışlar, sonra isə elektron tərəzidə çəkib zərfə qablaşdırmış, üzərində şəxsi axtarış aparılmış, təqdim etdiyi bir büküm metamfetamindən başqa üzərindən psixotrop maddə, narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Polis əməkdaşları zərfin ağzını möhürləmiş, bu barədə protokol tərtib olunmuş, protokolu ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır. Odur ki, bunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs Gülah oğlu narkotik vasitə və psixotrop maddə qəbul etməsi və üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edərək şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra o, CAB-nin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin günü saat 18 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri Cavadxan küçəsində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər hansı bir əşya və predmet olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs cibində psixotrop maddə metamfetamin olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlməsini demişlər. Ona görə də Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Bundan sonra ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə sənədləşmə aparılaraq şübhəli şəxs qismində tutulmuş, üzərində videoçəkliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanarkən ona üzərində narkotik vasitə, psixotrop maddə və cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki köynəyinin sol döş cibində bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini həmin günü Cəlilabad şəhərindən «Sil-Silə» deyilən ərazidən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını deyərək köynəyinin sol döş cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açılıb baxılarkən bükümün arasında ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu görmüşlər. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq psixotrop maddə və cinayət xarakterli hər-hansı bir əşya və predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdəki psixotrop maddə metafetaminə oxşar maddə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfə qoyularaq zərfin ağzı möhürlənmiş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs Gülah oğlu narkotik vasitə və psixotrop maddə qəbul etməsi və üzərində saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, daxil olmuş məlumatı 10 iyun 2023-cü il tarixdə raportla şöbə rəisinə məruzə etmiş, sonra isə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edərək qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. Bundan sonra o, CAB-nin əməliyyat müvəkkili Şahid2lə birlikdə Təqsirləndirilən şəxs Cəlilabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin günü saat 18 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri Cavadxan küçəsində olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edərək ondan üzərində narkotik vasitə, psixotrop maddə, cinayət xarakterli hər hansı bir əşya və predmet olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs cibində psixotrop maddə metamfetamin olduğunu demiş, sonra ona onlarla birlikdə polis şöbəsinə gəlməsini demişlər. Ona görə də Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş, sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyləri ilə əlaqədar şöbə rəisinə raportla məruzə etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim olunmuş müdafiəçinin iştirakı ilə sənədləşmə aparılaraq şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs üzərində videoçəkliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanarkən ona üzərində narkotik vasitə, psixotrop maddə və cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki köynəyinin sol döş cibində bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini həmin günü Cəlilabad şəhərindən «Sil-Silə» deyilən ərazidən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını deyərək köynəyinin sol döş cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açılıb baxılarkən bükümün arasında ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar maddə olduğunu görmüşlər. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı onun üzərindən əlavə olaraq psixotrop maddə və cinayət xarakterli hərhansı bir əşya və predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdəki psixotrop maddə metafetaminə oxşar maddə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfə qoyularaq zərfin ağzı möhürlənmiş, bu barədə təhqiqatçı Elnur Kazımov tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Alim Gözlov əynindəki köynəyinin sol döş cibində bir ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini həmin günü Cəlilabad şəhərindən «Sil- Silə» deyilən ərazidən tapdığını və özü qəbul etmək üçün cibində saxladığını deyərək köynəyinin sol döş cibindən bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 11 iyun 2023-cü il tarixli 19/635 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə....” sözləri və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,825 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf edilmiş, qalıq 0,775 qram olmuşdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 27 iyul 2022-ci il tarixli, 772 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan Opioidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon İHB-nin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 adlı bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 10 iyun 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdə saat 18:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması haqqında” 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə saat 16:20-də MSY-dən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,775 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 10 iyun 2023-cü il tarixdən 12 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,775 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-186/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-186/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver