Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-187/2023 01.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 2006-cı il tarixdə Masallı rayonu, Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, yetkinlik yaşına çatmayan, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham olunur ondan ötrü ki, о, tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Cəlilabad rayonu, Privolnoye kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlibətrafda kiminsə olmadığına əmin olduqdan sonra, evin həyətinin bağlı vəziyyətdə olan darvazasını açaraq qanunsuz olaraq həyətə daxil olmuş, daha sonra Zərərçəkmiş şəxs evin həyətində saxladığı “Ford Transit” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin kilidlənməmiş sağ ön qapısını açaraq avtomobilin saxlanc yerinə qanunsuz olaraq daxil olub orada olan 3000 manat nağd pulusaxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonuşusdur, onunla münasibəti həmişə çox yaxşı olmuş və onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində Ramil ona zəng edib sahəyə getmək üçün onlara gəlməyini istəmişdir. Evdən çıxıb onların evinə doğru getmiş və Ramilin idarə etdiyi Ford markalı avtomobillə evlərinin qarşısında dayandığını görmüşdür. Avtomobilin sağ ön qapısını açıb əyləşmiş və Ramil avtomobili işə salıb Göytəpə şəhərinə doğru getməyə başlamışdır. Ramil avtomobili Göytəpə şəhərində parkın qarşısında saxlayıb avtomobildən düşmüş və sonra o, da avtomobildən düşüb avtomobilin yanında dayanmışdır. Daha sonra Ramil gəlib avtomobilə əyləşmiş, avtomobili işə salmış və Göytəpə şəhərinin mərkəzinə doğru getməyə başlamışlar. İşıqforda Ramil avtomobili yolun kənarında saxlayıb avtomobildən düşərək bir nəfər şəxslə görüşüb ona pul vermişdir. Daha sonra avtomobilə əyləşmiş və Privolnoye kəndinə doğru getməyə başlamışlar. Evlərinin qarşısında avtomobili saxlamış və evlərinə gedib daha sonra geri qayıtmışdır. Avtomobilə əyləşmiş və Masallı rayonuna doğru getməyə başlamışlar. Masallı rayonunda işlərini bitirdikdən sonra Masallı rayonunda Köhnə Alvadı kəndidə yerləşən çiyələk sahəsinə getmişlər. Oradan çiyələk alıb yenidən Privolnoye kəndinə goğru getməyə başlamışlar. Privolnoye kəndində tanımadığı bir evin qarşısında Ramil avtomobili saxlamış və avtomobilin bardaçokunu açıb oradan pul götürüb ona həmin evin sahibini çağırmasını və həmin şəxsə 3000 manat pul verməli olduğunu bildirmişdir. Avtomobildən düşüb evin sahibi çağırmış, lakin evdən heç kim çıxmamışdır. Buna görə Ramil ona avtomobilə əyləşməsini bildirmişdir. Avtomobilə əyləşmiş və Ramilin götürdüyü pulu yenidən bardaçoka qoyduğunu görmüşdür. Daha sonra oradan çıxıb Privolnoye kəndindəki soyuducuya gedərək aldıqları çiyələkləri soyuducuya yerləşdirib yenidən həmin evə getmişlər. Ramil avtomobili yenə də həmin evin qarşısında saxlamış, o, isə avtomobildən düşüb evin sahibini çağırmışdır. Yenə də evdən heç kim çıxmadığına görə evlərinə qayıtmışlar. Ramil avtomobili evlərinin qarşısında saxlamış və o, da orada avtomobildən düşüb evinə getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 00.10 radələrində evdə olduğu zaman qərara gəlmişdir ki, Ramilin avtomobilin bardaçokuna qoyduğu pulu oğurlasın. Bu məqsədlə evdən çıxıb Ramilin evinə doğru getməyə başlamışdır. Ramilin evinin qarşısında olan zaman ətrafa baxmış və heç kimin olmadığını müəyyən etmişdir. İlk öncə darvazanı üstündən və altından açmışdır. Kiminsə görəcəyindən ehtiyat edib divarın yanına çəkilib orada gözləmiş və ətrafda heç kimin olmadığını görüb darvazanı özü keçə biləcəyi ölçüdə açıb həyət daxil olmuşdur. Həyətdə Ramilin avtomobilinə doğru getmiş, avtomobilin sağ qapısının dəstəyini çəkərək qapısını açmışdır. Avtomobilə əyləşib bardaçoku açmış və orada olan pulları götürmüşdür. Avtomobildən düşüb qapını açıq vəziyyətdə saxlamış və həyətə daxil olduğu darvazadan çıxmışdır. Səs gələcəyindən qorxub darvazanı da açıq vəziyyətdə qoyub evlərinə getmişdir. Evdə oğurladığı pulları yastığının altına qoyub yatmışdır. Səhər yuxudan oyanmış və oğurladığı pulları sayıb 3000 manat pul oğurladığını müəyyən etmişdir. Həmin puldan 215 manat götürmüş və qalan pulu həyətlərində olan ağacın altında gizlədib üzərinə daş qoymuşdur. Daha sonra Göytəpə şəhərinə getmiş, həmin pullarla özünə paltar və ərzaq alıb evə qayıtmışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı ünvana tanımadığı polis əməkdaşı gəlmiş, onu anası Tamilə ilə birlikdə Cəlilabad RPŞ-nə dəvət etmişdir. Onlar polis əməkdaşı ilə birlikdə Cəlilabad RPŞ-nə gəlmişdir. Daha sonra oğurladığı pulun qalan hissəsini yəni 2785 manat pulu gizlətdiyi yerdə polis əməkdaşlarına təqdim etmişdir.Zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tamamilə ödəmişdir. Törətdiyi əməldən peşmandır. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, ibtidai istintaq zamanı ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia tələbi və şikayəti olmadığını bildirmişdir. Üzürlü səbəblərdən məhkəməyə gələ bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Zərərçəkmiş şəxs ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə və Göytəpə PB-nə müraciət edərək ona məxsus Ford markalı **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobildən 3000 manat nağd pulun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. İfadəsində göstərmişdir ki, həmin avtomobilli qanuni əsaslarla icarə əsasında istifadə edir və onunla Cəlilabad rayonunda çiyələk sahələrində işləyən fəhlələri daşıyır. xx.xx.2023-cü il tarixdə avtomobilin saxlanc yerində ona məxsus 3000 manat pul olduğunu və həmin pulu birgə işlədiyi fəhlələrə verməli olduğunu qeyd etmişdir. Həmin gün bir neçə yerə gedib çiyələk aparacağı üçün qonşusu Təqsirləndirilən şəxs ona kömək etmək məqsədilə onunla gəlməsini istəmişdir. Əli onunla gəlməyə razılaşmış və birlikdə işi ilə əlaqədar olaraq müxtəlif yerlərə getmişlər. Pul verməli olduğu şəxslərdən birinin evinin qarşısında avtomobili salxamış, avtomobilin saxlanc yerindən həmin pulu götürmüş və Əliyə evindən həmin şəxsi çağırmasını demişdir. Əli avtomobildən düşmüş və bir müddət sonra geri qayıdaraq evdə heç kimin olmadığını demişdir. Daha sonra avtomobilə əyləşmiş, o, isə həmin pulu saxlanc yerinə qoymuş və yaşadıqları ünvana qayıtmışlar. Bundan sonra Əli avtomobildən düşüb evlərinə getmiş, o, isə avtomobili yaşadığı evin həyətində saxlamış, lakin qapıları kilidləməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələrində yaşadığı evdən həyətə çıxmış və avtomobilin sağ ön qapısının açıq vəziyyətdə olduğu görmüşdür. Avtomobilə yaxınlaşmış və avtomobildə olan hər iki saxlanc yerinin açıq vəziyyətdə olduğunu və saxlanc yerinə qoyduğu 3 min manat nağd pulun orada olmadığını müəyyən etmişdir. Atasına zəng edib avtomobildən pul götürüb-götürməməsini soruşmuşdur. Atası avtomobildən pul götürmədiyini bildirmiş, bundan sonra ona aydın olmuşdur ki, 15.08.202-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə kimsə həmin 3 min manat nağd pulu onun avtomobilinin saxlanc yerindən oğurlamışdır. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə və Göytəpə PB-nə baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciət etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 16 avqust 2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşadığı evində həyətində saxladığı “Ford Transit” markalı **-SH-*** markalı avtomobildə baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs hadisə yerini təqdim etmişdir. Baxış keçirilməsi və götürmə 17 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı puldan qalan 2785 manat hissəni gizlətdiyi yerdə təqdim etmiş və həmin pullar araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, digər iş materialları ilə Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olaraq tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla maddi ziyan vurması, yəni oğurluq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il, 1 nömrəli Qərarının 19-cu bəndinin ikinci abzasında göstərilmişdir ki, “avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə qanunsuz daxil olma kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan “avtomobilin saxlanc yerinə” ifadəsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yetkinlik yaşına çatmamasını, zərər çəkmiş şəxsə vurduğu maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmamasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halların olması, ağırlaşdırıcı halların olmaması nəzərə alınaraq, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Cəlilabad rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341- 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan “avtomobilin saxlanc yerinə” ifadəsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən ümumi ittihamdan xaric edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək yaşadığı Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən yaşayış evini tərk etməmək, Cəlilabad rayonu hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-187/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-187/2023
01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver