Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-19/2023 09.08.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhəkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs, 28 avqust 1958-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 03 noyabr 2022-ci il tarixdə saat 03 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, M.Hadi küçəsində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,428 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək əynindəki şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək verdiyi ifadəsində göstərdi ki, heç vaxt narkotik vasitə istifadə etməmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təzyiq altında vermişdir. Belə ki, 03 noyabr 2022-ci il tarixdə gecə saat təxminən 03 radələrində yaşadığı evdə yatarkən evin qapısının döyülməsi və həyətdə kənar şəxslərin səslərini eşitdiyindən evdən həyətə çıxmış və tanımadığı adamları həyətdə görmüşdür. Həmin şəxslər kimliklərini bildirmədən evə daxil olub otaqlarda qanunsuz axtarış aparmağa başlamışlar. Lakin evdə heç bir qanunsuz əşya və eləcə də narkotik vasitə tapmamışlar. Həmin şəxslər polis əməkdaşları olduqları və oğlanları Musa və Neməti özləri ilə Lənkərana aparacaqlarını bildirmişlər. Həmin vaxt evdə oğlu Musa olmuş, digər oğlu Nemət isə evdə olmamışdır. Bundan sonra həmin şəxslər onu və oğlu Musanı məcburən evdən çıxarıb hər ikisini ayrı-ayrı avtomobillərə mindirib aparmışlar. Xüsusəndə onu sürüyərək qolları arxa vəziyyətdə avtomobilə mindirmişlər. Oğlu Musa polis şöbəsində bir gün qaldıqdan sonra buraxılmışdır. Polis bölməsində bilmişdir ki, onu aparan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsinin əməkdaşlarıdır. Orada onunla polislər kobud rəftar etmişlər, hətta ona az miqdarda narkotik vasitəni üzərinə götürməyəcəyi təqdirdə daha ağır çəkidə narkotik vasitə ilə şərləyəcəklərini və daha ağır cəza alacağını bildirmişlər. Buna görə də polis əməkdaşlarının dediyi ilə razılaşıb az miqdarda narkotik vasitə olan tiryəkin ona məxsus olduğunu və tanımadığı şəxsdən aldığını demişdir. Bundan sonra onu Cəlilabad rayon polis şöbəsinə gətirmişlər və orada onun üzərində özləri ilə gətirdiyi vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə axtarış keçirilmiş və axtarış zamanı onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuş tiryək aşkar edilmişdir. Həm ilkin izahatında, həm də video çəkilişdə həmin tiryəki 15 manata aldığını bildirmişdir. Lakin həqiqətdə onun üzərində tiryək olmamışdır. Təqsirləndirilən şəxs bütün dediklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməliyyət müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 03 noyabr 2022-ci il tarixdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün şöbəsinin rəhbərliyinin əmri əsasında onun rəhbərliyi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin təhqiqatçısı, polis mayoru Famil Həsənovdan, qrup üzvü kimi baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, polis nəfərləri, polis baş serjantı Şahid3 və polis baş serjantı Şahid4 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Daxil olan əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs əməliyyat nəzarətinə götürülmüşdür. 03 noyabr 2022-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Hadi küçəsində olduğunu görüb ona yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu ən yaxın olan Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Şöbəyə daxil olduqdan sonra birlikdə təhqiqatçı Famil Həsənov üçün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyi tərəfindən ayrılmış xidməti otağa gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Lənkəran rayon vəkillər bürosunun vəkili X4 dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükülünü çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin bükülüdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda bükümdə narkotik vasitə tiryək olduğunu, həmin maddəni Cəlilabad şəhəri ərazisində “Bağ” deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadə etmək üçün aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmişdir. Lakin üzərindən qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan bükülü açıldıqdan sonra baxış keçirilən zaman narkotik vasitə tiryəkə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə şəffaf sellofanda elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumilikdə çəkisi 1,50 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs sərbəst dindirmə zamanı ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəkin özünə məxsus olduğunu və tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin polis nəfəri Şahid4 ifadəsində göstərmişdir ki, 03 noyabr 2022-ci il tarixdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Həmin gün şöbəsinin rəhbərliyinin əmri əsasında Şahid1 rəhbərliyi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin təhqiqatçısı, polis mayoru Famil Həsənovdan, qrup üzvü kimi baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, polis nəfəri, polis baş serjantı Şahid3 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Daxil olan əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs əməliyyat nəzarətinə götürülmüşdür. 03 noyabr 2022-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Hadi küçəsində olduğunu görüb ona yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu ən yaxın olan Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Şöbəyə daxil olduqdan sonra birlikdə təhqiqatçı Famil Həsənov üçün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyi tərəfindən ayrılmış xidməti otağa gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Lənkəran rayon vəkillər bürosunun vəkili X4 dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükülünü çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin bükülüdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda bükümdə narkotik vasitə tiryək olduğunu, həmin maddəni Cəlilabad şəhəri ərazisində “Bağ” deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadə etmək üçün aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmişdir. Lakin üzərindən qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan bükülü açıldıqdan sonra baxış keçirilən zaman narkotik vasitə tiryəkə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə şəffaf sellofanda elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumilikdə çəkisi 1,50 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs sərbəst dindirmə zamanı ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəkin özünə məxsus olduğunu və tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs sərbəst dindirmə zamanı ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəkin özünə məxsus olduğunu və tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin polia nəfəri Şahid3 ifadəsində göstərmişdir ki, 03 noyabr 2022-ci il tarixdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Həmin gün şöbəsinin rəhbərliyinin əmri əsasında Şahid1 rəhbərliyi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin təhqiqatçısı, polis mayoru Famil Həsənovdan, qrup üzvü kimi baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, polis nəfəri polis baş serjantı Şahid4 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Daxil olan əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs əməliyyat nəzarətinə götürülmüşdür. 03 noyabr 2022-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Hadi küçəsində olduğunu görüb ona yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu ən yaxın olan Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Şöbəyə daxil olduqdan sonra birlikdə təhqiqatçı Famil Həsənov üçün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyi tərəfindən ayrılmış xidməti otağa gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Lənkəran rayon vəkillər bürosunun vəkili X4 dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükülünü çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin bükülüdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda bükümdə narkotik vasitə tiryək olduğunu, həmin maddəni Cəlilabad şəhəri ərazisində “Bağ” deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadə etmək üçün aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmişdir. Lakin üzərindən qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan bükülü açıldıqdan sonra baxış keçirilən zaman narkotik vasitə tiryəkə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə şəffaf sellofanda elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumilikdə çəkisi 1,50 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs sərbəst dindirmə zamanı ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəkin özünə məxsus olduğunu və tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin baş əməliyyət müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 03 noyabr 2022-ci il tarixdə Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” Şahid1 tərəfindən qərar qəbul edilmişdir. Həmin gün şöbəsinin rəhbərliyinin əmri əsasında Şahid1 rəhbərliyi ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin təhqiqatçısı, polis mayoru Famil Həsənovdan, qrup üzvü kimi polis nəfərləri, polis baş serjantı Şahid3 və polis baş serjantı Şahid4 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Daxil olan əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs əməliyyat nəzarətinə götürülmüşdür. 03 noyabr 2022-ci il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, M.Hadi küçəsində olduğunu görüb ona yaxınlaşaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə daha da şübhə yaratmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu ən yaxın olan Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. Şöbəyə daxil olduqdan sonra birlikdə təhqiqatçı Famil Həsənov üçün Cəlilabad rayon polis şöbəsinin rəhbərliyi tərəfindən ayrılmış xidməti otağa gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Lənkəran rayon vəkillər bürosunun vəkili X4 dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində olan bir ədəd sellofan bükülünü çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin bükülüdə aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda bükümdə narkotik vasitə tiryək olduğunu, həmin maddəni Cəlilabad şəhəri ərazisində “Bağ” deyilən yerdə tanımadığı şəxsdən şəxsi istifadə etmək üçün aldığını və üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmişdir. Lakin üzərindən qanunla qadağan olunan hər hansı əşya, maddə predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd sellofan bükülü açıldıqdan sonra baxış keçirilən zaman narkotik vasitə tiryəkə bənzər maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə şəffaf sellofanda elektron tərəzidə çəkilmiş və həmin maddənin ümumilikdə çəkisi 1,50 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 07 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərilməmiş, Təqsirləndirilən şəxs sərbəst dindirmə zamanı ifadələrində üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəkin özünə məxsus olduğunu və tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 03 noyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində atası ilə birlikdə yaşadıqları evdə olmuşdur. Gecə saatları olduğu üçün otağında yatmışdır. Anidən evdə səs-küy çıxmış və yuxudan oyanmışdır. Otağından çıxarkən evdə tanımadığı şəxsləri görmüşdür. Onlar evdə nəsə axtarırmışlar. Həmin polislər onu və atasını kobudluqla heç bir səbəb olmadan evlərindən götürüb avtomobilə mindirmişlər. Onu ayrı, atasını ayrı avtomobildə aparmışlar. Apardıqları yerə çatanda olduqları yerin Lənkəran rayonunda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsi olduğunu bilmişdir. Orada onunla kobud rəftar edərək məcburən əlini stolun üzərində olan ağ rəngli nəyəsə uzatdırıb şəkilini çəkmişlər. Həmin günün səhəri onu evə buraxmışlar. Bir gün sonra isə atasını buraxmışlar. Sonradan bilmişdir ki, atasını güya ki, narkotik vasitə istifadəçisi və saxlaması maddəsi ilə cinayət işi başlayıb tutduqlarını bilmişdir. Lakin nə atası, nə də özü, nə dəki ailəsindən kimsə narkotik vasitə istifadə etməmiş və həmin işlə məşğul olmamışdır. Bundan başqa atası heç siqaretdə çəkməmişdir. Bu səbəbdən polislərin ifadələrində atasının yaşadığı evin qarşısında siqaret çəkməyi və evin qarşısında tutduqları ilə bağlı dedikləri yalandır. Atasının və özünün polis şöbəsinə aparılmasını qonşuluqda yaşayan qohumları görmüşlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdaır. O, qardaşı Məhəmmədlə qonşudur və bir həyətdə qalırlar. 03 noyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində səs küy eşitmiş küçəyə çıxmış küçədə bir neçə nəfər əli avtomatlı şəxsləri görmüş, həyətə keçərkən qardaşı Məhəmmədi apardığlarını görmüş, ondan sonra oğlu Musanda apardılar. Təxminən yarım saat öz avtomobili ilə onların arxasınca Lənkərana getmişdir. Orada onu ilk əvvəl heç kim qəbul etməmiş, bir az sonra tanımadığı mayor rütbəsində olan polis çıxaraq Məhəmmədin burada olmadığı, oğlu Musanın isə səhər buraxılacağını demişdir. Musa 03 noyabr 2022-ci il tarixdə saat 11 radələrində buraxılmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 03 noyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməktşaları evə zorla girərək onu və atası Təqsirləndirilən şəxsu döyərək zor tətbiq edərək, atasını başqa maşınla özünü başqa maşınla Lənkəran şəhərinə aparmışlar. Orda da onu döyərək masanın üzərində ağ rəngdə bilmədiyi nəyəsə əlini uzatdıraraq foto şəklini çəkimişlər, o, savatsız olduğundan onlar yazmış o, da imza etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. Təqsirləndirilən şəxs evi ilə onun evi yaxındır. 03 noyabr 2022-ci il tarixdə gecə saat 03 radələrində evdə yatmışdır. Səs-küy eşitmiş və yerindən durub həyətə çıxmışdır. Məhəmmədin evinə tərəf getmiş və nə olduğu soruşmuşdur. Ona polislərin Məhəmmədi və oğlu Musanı apardıqlarını demişlər. O ora gedəndə artıq polislər hər ikisini aparmışdır. Bu səbəbdən heç nə görməmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş, vidoçəklişdə Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə bənzər maddə aşkar edilib götürülməsi görülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM X5 tərəfindən verilmiş məhkəmə ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 19/1142 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,428 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Qeyd: - tiryəkin təmiz çəkisi – 1.428 qram, cəmi tədqiqata sərf edildi – 0.05 qram, qalıq -1.378 qramdır. İşdə olan Cəlilabad rayon Mərkəzi xəstəxanası X7 daxil olan 22 noyabr 2022-ci il tarixli, PHŞ/6-32-2-2022-669 saylı məktuba əsasən Nəbiyev X3 RMX-nın polikinika şöbəsinin psixoloji və narkoloji kabinetində xəstə kimi qeydiyyatda yoxdur. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 03 noyabr 2022-ci il tarixli 1145 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən yaş məhdudiyyəti ilə əlaqədar narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş əlavə məhkəmə narkoloji ekspetizasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X12 yoxlamanın 14 iyun 2023-cü il tarixli 629 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 17 noyabr 2022-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 19 noyabr 2022-ci il tarixli 58/75 nömrəli xasiyyətnamədən görünür ki, Nəbiyev X3 şəhəri, H.Aslanov küçəsi, 48 ünvanda yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il gecə saat 03:00-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən saat 17:00-da azad edilmişdir. Bundan əlavə iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin materiallarındakı ifadələrində cinayət əməllərini törətməkdə təqsirini etiraf etmiş və bütün sənədlərə imza etmiş, hər hansı etiraz etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hall, eləcə də ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, yaşlı olmasını, yaşayış yerindən müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Bundan başqa məhkəmə iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X12 yoxlamanın 14 iyun 2023-cü il tarixli 629 №-li rəyini nəzərə alır. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,378 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə cəmi 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə… Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 03 noyabr 2022-ci il tarixdən 04 noyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri, M.Hadi küçəsi, ev 02 ünvanındakı yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,378 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhvedilsin. İş üzrə cəmi 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) keçirilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-19/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-19/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver