Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-19/2025 11.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:00 X1 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə iştirakı ilə xx xxxxxx 1995-ci il tarixdə Cəlilabad rayonunun Uzuntəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının sonlarında Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurluq etmək qərarına gələrək niyyətini həyata keçirtmək üçün həmin tarixdə gecə saat 02:00 radələrində pəncərədən həmin yaşayış sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 3 ədəd üzərinə “Michael Cors” yazılmış hər birinin dəyəri 80 manat olan qol saatını, çəkisi 5 qram olan üzərinə “Michael Cors” yazılmış dəyəri 170 manat olan 1 ədəd gümüş sırğa dəstini, çəkisi 5 qram olan üzərinə “Calvin Clein” yazılmış dəyəri 60 manat olan 1 ədəd gümüş qolbağı, çəkisi 5 qram olan üzərinə “Svarovski” yazılmış dəyəri 60 manat olan 1 ədəd gümüş boyunbağını, 1 (bir) ədəd üzərinə “Philips” yazılmış dəyəri 30 manat olan qulaqlığı və 30 manat pulu - ümumilikdə 590 (beş yüz doxsan) manat məbləğində özgənin əmlakını yaşayış sahəsinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli hesab edərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Uzuntəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs qonşusu kimi tanıyır, onunla aralarında ədavət və düşmənçilik olmamışdır. 2024-cü ilin avqust ayının sonlarında oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə qonşusu Zərərçəkmiş şəxs evdə olmamasından istifadə edib gecə vaxt saat 01:30 radələrində onun yaşadığı evin həyətinə dəmir hasardan tullanıb həyətə girmiş və pəncərədən içəri daxil olmuşdur. O, içəri daxil olan kimi otaqları gəzmiş, sonuncu otağa daxil olanda həmin otaqda olan skafı açmış, həmin şkafdan 3 ədəd qol saatı, 1 cüt qızıl olmayan sırğa, 1 ədəd qulaqcıq, 1 ədəd gümüş qolbaq, 1 ədəd gümüş boyunbağı və pul kisəsindən 30 manat pul oğurlayıb evi tərk etmişdir. Daha sonra həmin qol saatlarından ikisini hər birinin qiyməti 15 manat olmaqla 30 manata, 1 cüt sırğanı 25 manata və 1 ədəd gümüş boyunbağı və qolbağı 30 manata satmışdır. Yerdə qalan digər qol saatını isə işləmədiyi üçün atmışdır. Qulaqcığı da 10 manata tanımadığı şəxsə satmışdır. 30 manat pulu isə özünə xərcləmişdir. O, ümumilikdə bu oğurluqdan 125 manat pul əldə etmişdir. Oğurluq etməsi barədə heç kimin məlumatı olmamışdır. Qeyd olunan cinayətdən başqa cinayət əməli törətməmişdir. O, oğurluğu tək etmiş, oğurluq edən zaman ona heç kim köməklik etməmişdir. Həmin əşyaların oğurluq olması barədə heç kimin məlumatı olmamışdır. Oğurladığı qol saatlarının markasını bilmir, sırğa qızıl olmamış, qolbaq və boyunbağı isə gümüş olmuşdur. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, səhvini etiraf edir və bir daha oğurluq etməyəcəyinə söz verir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmişin ondan heç bir şikayəti və tələbi yoxdur. Bunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ona istinad edilən cinayəti törətməsi özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadə verərək göstərdi ki, o, 2024-cü ilin iyul ayında istirahət məqsədilə Bakı şəhərinə getmiş, sonra isə Almaniya Respublikasıına oğlu Vaqif Mehtiyevin yanına getmişdir. 14 sentyabr 2024-cü il tarixdə yenidən Bakı şəhərinə geri qayıtmışdır. 25 sentyabr 2024-cü il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndindndə yerləşən yaşadığı evə gəlmiş, əlində olan çantanı yataq otağına qoyub çıxan zaman yatağının azca dağınıq olmasını görmüşdür. Otağa göz gəzdirəndə şkafda bəzi əşyalarının yerində olmadığını, dağınıq olmasını bilmişdir. Sonra evin pəncərələrinə baxmış, evin qarşı tərəfindən olan pəncərələrin birinin açıq olduğunu, pəncərənin qarşısında olan tozda əl izlərinin olmasını görmüşdür. Sonra yataq otağında olan şkafa baxanda üzərlərinə “Michael cors” yazılmış 3 ədəd qol saatının, bir ədəd ölçüsü 5 qram olan üzərinə “Michael Cors” yazılmış gümüş sırğa dəstinin, bir ədəd ölçüsü 5 qram olan üzərinə “Clavin Clein” yazılmış gümüş qolbağın, bir ədəd ölçüsü 5 qram olan üzərinə “Svarovski” yazılmış gümüş boyunbağının və 1 (bir) ədəd üzərinə “Philips” yazılmış qulaqlığın və 30 manat pulunun oğurlanmasını aşkar etmişdir. O, həmin tarixdə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Oğurluq nəticəsində ona 500 manatdan artıq maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinə əlavə olunmuş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 25 sentyabr 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Cəlilabad rayonunun Uzuntəpə kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış yeridir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs 25 sentyabr 2024-cü il tarixdə ona məxsus mənzildən əmlaklarının oğurlandığı yeri göstərmişdir. Cinayət işinə əlavə olunmuş “Rizvan” şirkəti tərəfindən verlmiş arayışdan görünür ki, “1 ədəd üzərinə “Michael Cors” yazılmış qol saatının orta bazar qiyməti 80 manat, bir ədəd ölçüsü 5 qram olan üzərinə “Michael Cors” yazılmış gümüş sırğa dəstinin orta bazar qiyməti 170 manat, bir ədəd ölçüsü 5 qram olan üzərinə “Calvin Clein” yazılmış gümüş qolbağın orta bazar qiyməti 60 manat, bir ədəd ölçüsü 5 qram olan üzərinə “Svarovski” yazılmış gümüş boyunbağının orta bazar qiyməti 60 manat və 1 (bir) ədəd üzərinə “Philips” yazılmış qulaqlığın orta bazar qiymətinin 30 manat olması müəyyən edilmişdir. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi bu cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tam ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Uzuntəpə kəndindəki yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm 20 müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-19/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-19/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver