Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-190/2024 03.12.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 12:00 X9 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs iştirakları ilə, 29 mart 1981-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10 iyul 2024-cü il tarixdə saat 20 radələrində Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında ona xəyanət etməsdi üstündə yaranmış ailə münaqişəsi zəmnində yumruqla iki dəfə Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən vuraraq ona başın sağ təpə nahiyəsində hematoma əmələ gəlməsi ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır, onunla 2003-cü ildə ailə həyatı qurmuş, birgə nikahdan 4 (dörd) övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs ilə birgə nikaha daxil olduqdan son iki il müddətədək aralarında heç bir ciddi problem və münaqişələri olmamışdır. Lakin son iki ilə yaxın müddətdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında müxtəlif səbəblərdən narazılıq yaranmağa başlamışdır. Zərərçəkmiş şəxs guya ona xəyanət etdiyini bildirmişdir. Lakin o, arvadı Zərərçəkmiş şəxs xəyanət etməmişdir. Arvadı buna görə onunla əsassız mübahisələr etməyə başlamış, yaşadıqları evdə olan narazılıqdan məlumat alan anası X5 ötən il iyul ayında Zərərçəkmiş şəxs yaşadıqları evdən götürərək öz evinə aparmışdır. Zərərçəkmiş şəxs həmin zaman dörd gün anası Pakizənin evində qaldıqdan sonra yenidən yaşadıqları evə qayıtmış və 2024-cü ilin yanvar ayının 19-dək onunla eyni evdə yaşamışdır. O, yenidən inciyərək evdən çıxaraq getmişdir. 2024-cü ilin mart ayının 17-də bacısı Aidə Ağayeva və qardaşı Mais Ağayev, yeznəsi Famil Məmmədov, bibisi oğlu Faiq Məmmədov və qardaşı Zahid Ağayev yaşadıqları evə gəlmişlər. Həmin zaman arvadı Zərərçəkmiş şəxs da onlarla birlikdə gəlmişdir. Həmin şəxslər onları barışdıraraq getmişlər. Həmçinin arvadı Zərərçəkmiş şəxs anası Päkizə Ağayevadan üzr istəmişdir. 10 iyul 2024-cü il tarixdə saat 20 radələrində qardaşı Zahid Ağayevin evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə baş vermiş, Zərərçəkmiş şəxs X11 bacısı Zərərçəkmiş şəxs özü ilə aparacağını demiş və arvadı Zərərçəkmiş şəxs götürüb aparmışdır. O, həmin zaman arvadı Zərərçəkmiş şəxs ilə mübahisə edərək yumruqla iki dəfə onun baş nahiyəsindən vurmuşdur. Qeyd olunan hadisə Cəlilabad rayonu Provolnoye kəndində yerləşən fərdi yaşayış evində baş vermiş, həmin hadisəni kənar şəxslərdən heç kim görməmiş, bu hadisə 5 dəqiqə davam etmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bunu nəzərə alaraq onu cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə zərərçəkmiş şəxs X3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, onunla 2003-cü ildə ailə həyatı qurmuş, birgə nikahlarından 4 (dörd) övladları dünyaya gəlmişdir. O, əri Təqsirləndirilən şəxslə 20 il mehriban yaşamışlar. Əri Təqsirləndirilən şəxs ona xəyanət etdiyini öyrəndikdən sonra münasibətləri korlanmışdır. 19 yanvar 2024-cü il tarixdə saat 22 radələrində əri Təqsirləndirilən şəxs başqa bir qadınla mobil telefonla danışmasının şahidi olmuş, buna görə də aralarında mübahisə baş vermiş və Təqsirləndirilən şəxs onu evdən qovmuşdur. O, təxminən 3 ay qaynı Zahid Ağayevin evində qalmışdır. 3 aydan sonra Rusiya Federasiyasında yaşayan qaynı Mais Ağayev gələrək onları barışdırmışdır. 23 aprel 2024cü il tarixdə yenidən evdən çıxıb qayınanası Pakizə Ağayevanın evində qalmışdır. 10 iyul 2024-cü il tarixdə saat 20 radələrində əri Təqsirləndirilən şəxs anası Pakizə Ağayevanın evinə gələrək qardaşı Şahini də ora çağırtdırmış, Təqsirləndirilən şəxs X11a onu evlərinə götürüb aparmasını demişdir. Buna görə onunla aralarında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs X11un, bacısı Şahid1 və qızı Şahid2 yanında yumruqla iki dəfə onun baş nahiyəsindən vurmuşdur. X6 evdən götürüb aparmışdır. Qeyd olunan hadisə Cəlilabad rayonu Provolnoye kəndində yerləşən fərdi yaşayış evində baş vermiş, həmin hadisəni bacısı Şahid1, X11dan, qayınanası Pakizə Ağayevadan və qızı Şahid2 başqa kənar şəxslərdən heç kim görməmiş, bu hadisə 5 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Şahid – Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Zərərçəkmiş şəxs 2003-cü ildə Cəlilabad rayonu Privolnoye kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur, birgə nikahlarından dörd övladları var. Son iki ildə bacısı Şəlalənin əri Təqsirləndirilən şəxs Gülşən adlı qadınla qeyri-rəsmi münasibətdə olması səbəbindən onların münasibəti korlanmışdır. Təqsirləndirilən şəxs son iki il müddətində dəfələlə bacısı Şəlaləni birgə yaşadıqları evdən qovmuşdur. 2024-cü ilin iyul ayının 10-da bacısı Ağayeva Zərərçəkmiş şəxs ailəsində yaranmış problemlərlə maraqlanmaq üçün Rusiya Federasiyasından gəlmiş qardaşı X7 onunla birlikdə Şəlalənin yaşadığı ünvana getmişdir. Həmin vaxt artıq Zərərçəkmiş şəxs əri Azadın qardaşı Zahid Ağayevin evində yaşamışdır. O və qardaşı X4ynı Zahid Ağayevin evinə getmişlər. X11 Şəlalə ilə Təqsirləndirilən şəxs asında olan problemlərin nədən ibarət olması və onları barışdırmaq üçün Təqsirləndirilən şəxs də dəvət etmişdir. Həmin vaxt qardaşı Şahin Şəlalənin qaynanası Pakizəyə Şəlalənin evi ola-ola nə vaxtadək onlarla yaşayacağını soruşmuşdur. Bu zaman orada olan Təqsirləndirilən şəxs qəfildən ağaya qalxaraq Şəlaləni nəlayiq ifadələrlə təhqir etmiş və Şəlalənin baş nahiyəsinə iki dəfə yumruqla vurmuşdur. Buna görə də Zərərçəkmiş şəxs X11un evinə gətirmişlər. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş 18 iyul 2024-cü il tarixli 606 saylı rəydən görünür ki, müayinə zamanı X2 başın sağ təpə nahiyəsində hematoma müəyyən olunmuş, müəyyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 10 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət törətməmiş və məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. X3 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş və işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxs X3 ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək, cinayət məsuliyyətindən azad edilıməsini və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X1 məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. Böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxs X3 ilə barışmışdır. Zərərçəkmiş şəxs X1 Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə, işin müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq işin icraatına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci madddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır: Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-190/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-190/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver