Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-193/2023 07.12.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat 16:30 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Qubadlı rayonu Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Qubadlı rayonu Muradxanlı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Pirkəşkül hərbi şəhərciyi, bina 138, mənzil 60-da yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 1,466 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 07 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Cəlilabad şəhəri, H.Əliyev prospektində sərnişin qismində əyləşmiş tanışı Şahid4 ilə birlikdə qanuni əsaslarla idarə etdiyi “X3” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, rayon polis şöbəsinin inzibati binasında onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. 1 il 6 ay müddətdir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində tanımadığı müxtəlif şəxslərdən əldə etmişdir. 06 iyul 2023-cü il tarixdə, saat təxminən 11 radələrində yaşadığı Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman yerdə şəffaf sellofana bükülümüş halda bükülü olduğunu görmüşdür. Həmin bükülü diqqətini cəlb etdiyindən götürüb içərisinə baxmış və içərisində psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, həmin bükülünü gələcəkdə həmin metamfetamindən istifadə etmək məqsədilə şalvarının cibinə qoymuşdur. Şahid4 3 ilə yaxın müddətdir ki, tanıyır. Onunla dostluq münasibətləri vardır. 07 iyul 2023-cü il tarixdə, saat təxminən 11-12 radələrində Coşqunun istəyi ilə onlar cənub zonasına gəzmək məqsədilə getməyi qərara almışlar. Həmin gün saat təxminən 17-18 radələrində o, özünə məxsus “Azsamand” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şahid4 yaşadığı məhəlləyə gəlmiş və onlar oradan ona məxsus avtomobil ilə Lənkəran şəhərinə yola düşmüşlər. Onların fikri birbaşa Lənkəran şəhərinə getmək olmuşdur. Lakin yolda olarkən saat təxminən 20 radələrində avtomobilin yanacağının kifayət etməyəcəyini görüb Cəlilabad rayonuna doğru hərəkət etmişlər. Onlar Cəlilabad şəhər dairəsini də keçib rayonun içərisinə doğru irəliləmişlər. Düşünmüşlər ki, içəri hissədə yanacaq doldurma məntəqəsinə gedərlər, həm də rayonla tanış olmuş olarlar. Rayonun mərkəzi hissəsində olarkən ətrafda olan şəxslərdən yanacaq doldurma məntəqəsinin harada yerləşməsini maraqlanmışlar. Onlara “Bazar store” mağazasını keçərək irəliləmələri, həmin istiqamətdə yanacaq doldurma məntəqəsi olduğunu bildirmişlər. Onlar, “Bazarstore” mağazasını da keçib bir qədər irəlidə avtomobili saxlamışlar. Onlar, orada yerləşən mağazalardan su və şiriniyyat almaq istəyirmişlər. Bu zaman onlara 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək, üzərlərində hər hansı qanunsuz maddə olub-olmamasını soruşmuşlar. Onlar da hər ikisi üzərlərində psixotrop maddə olan metamfetamin olduğunu söyləmişlər. Bununla bağlı polis əməkdaşları onları Cəlilabad RPŞ-yə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyərək polis şöbəsinə gəlməyə razılıq vermişlər və idarə etdiyi “Azsamand” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə onları polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində ona hüquq və vəzifələrim izah edildikdən sonra ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarımın sol yan cibindən həmin psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmiş və həmin maddə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Daha sonra onların iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Lakin, avtomobildən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşmandır. Himayəsində iki azyaşlı uşağı vardır, ilk dəfədir ki, cinayət törədir, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla ədavət və düşmənçiliyi olmamışdır. Şahid4 Cəlilabad şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 07 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Şükürov X1 şəhəri, H.Əliyev prospektində “Azsamand” markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşməsi müəyyən edilərək tərəflərindən həmin avtomobil əməliyyat müşahidəsinə götürülnüşdür. Təxminən 10 dəqiqə sonra həmin avtomobil Cəlilabad şəhəri, H.Əliyev prospetində yolun kənarında dayanmış və Şahid4 avtomobildən düşmüşdür. Onlar dərhal Şahid4 yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını Şahid4 bildirmişlər. Həmin vaxt avtomobili idarə edən sonradan adı onlara məlum olan Qubadlı rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Onlar Şahid4 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirmişlər və ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşduqda Şahid4 üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı həmçinin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından onları idarə etdikləri avtomobil ilə birlikdə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi, həmçinin müvafiq sənədlərin tərtib olunması məqsədi ilə rayon polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də onlara etiraz etməyərək rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin bükülüyə baxış keçirildikdən sonra içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddəni 06 iyul 2023-cü il tarixdə Abşeron rayonunda yaşadığı məhlədə piyada hərəkət edən zaman yerdən tapdığını və gələcəkdə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs idarə etdiyi “Azsamand” markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Avtomobilə baxış Təqsirləndirilən şəxs yazılı razılığı ilə onun, Şahid4, onlara təqdim edilmiş müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, avtomobildə qanunla qadağan edilən əşya və ya predmet vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobildən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Cəlilabad RPŞ-nin NMQ-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla ədavət və düşmənçiliyi olmamışdır. Şahid4 Cəlilabad şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 07 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Şükürov X1 şəhəri, H.Əliyev prospektində “Azsamand” markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə sərnişin qismində əyləşməsi müəyyən edilərək tərəflərindən həmin avtomobil əməliyyat müşahidəsinə götürülnüşdür. Təxminən 10 dəqiqə sonra həmin avtomobil Cəlilabad şəhəri, H.Əliyev prospetində yolun kənarında dayanmış və Şahid4 avtomobildən düşmüşdür. Onlar dərhal Şahid4 yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını Şahid4 bildirmişlər. Həmin vaxt avtomobili idarə edən sonradan adı onlara məlum olan Qubadlı rayon sakini Təqsirləndirilən şəxs olmuşdur. Onlar Şahid4 qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğunu bildirmişlər və ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşduqda Şahid4 üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Şifahi sorğu zamanı həmçinin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs da üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından onları idarə etdikləri avtomobil ilə birlikdə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi, həmçinin müvafiq sənədlərin tərtib olunması məqsədi ilə rayon polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslər də onlara etiraz etməyərək rayon polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində sonuncunun müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə olan metamfetamin vardır. Həmin bükülüyə baxış keçirildikdən sonra içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin psixotrop maddəni 06 iyul 2023-cü il tarixdə Abşeron rayonunda yaşadığı məhlədə piyada hərəkət edən zaman yerdən tapdığını və gələcəkdə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Sonra isə həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Onlar da həmin protokola imza etmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs idarə etdiyi “Azsamand” markalı, **-SF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Avtomobilə baxış Təqsirləndirilən şəxs yazılı razılığı ilə onun, Şahid4, onlara təqdim edilmiş müdafiəçilərin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Baxış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs təklif edilmişdir ki, avtomobildə qanunla qadağan edilən əşya və ya predmet vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs avtomobildə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış keçirilməyə başlanılmış və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobildən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təxminən 3 il müddətdir ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində tanımadığı müxtəlif şəxslərdən əldə etmişdir. 07 iyul 2023-cü il tarixdə, saat təxminən 09 radələrində Xırdalan şəhəri ərazisində piyada hərəkətdə olan zaman yerdə siqaret kağızma bükülmüş halda bükülü olduğunu görmüşdür. Həmin bükülü onun diqqətini cəlb etdiyindən götürüb içərisinə baxmış və orada psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. O, həmin bükülünü gələcəkdə həmin metamfetamindən istifadə etmək məqsədilə şalvarının cibinə qoymuşdur. Bildirmişdir ki, Təqsirləndirilən şəxs 3 il müddətdir ki, tanıyır. Onunla dostluq münasibətləri vardır. Dilqəmin özünə məxsus “Azsamand” markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 07 iyul 2023-cü il tarixdə, saat təxminən 11-12 radələrində Dilqəm ilə cənub zonasına gəzmək məqsədilə getməyi qərara almışlar və həmin gün saat təxminən 17-18 radələrində Dilqəm onun yaşadığı məhəlləyə gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yola düşmüşlər. Bildirmişdir ki, onların fikri birbaşa olaraq Lənkəran şəhərinə getmək olmuşdur. Yolda olarkən saat təxminən 20 radələrində avtomobilin yanacağının kifayət etməyəcəyini görüb Cəlilabad rayonuna doğru hərəkət etmişlər. Onlar Cəlilabad şəhər dairəsini də keçib rayonun içərisinə doğru irəliləmişlər. Düşünmüşlər ki, içəri hissədə yanacaq doldurma məntəqəsinə gedərlər, həm də rayonla tanış olmuş olarlar. Rayonun mərkəzi hissəsində olarkən ətrafda olan şəxslərdən yanacaq doldurma məntəqəsinin harada yerləşməsini maraqlanmışlar və onlara “Bazar store” mağazasını keçərək irəliləmələrini, həmin istiqamətdə yanacaq doldurma məntəqəsi olduğunu bildirmişlər. Bundan sonra onlar, “Bazarstore” mağazasını da keçib bir qədər irəlidə avtomobili saxlamışlar. Onlar orada yerləşən mağazalardan su və şiriniyyat almaq istəmişlər. Bu zaman onlara 3 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək, üzərlərində hər hansı qanunsuz maddə olub-olmamasını soruşmuşlar. Onlar da hər ikisi üzərlərində psixotrop maddə olan metamfetamin olduğunu söyləmişlər. Bununla bağlı onları Cəlilabad RPŞ-yə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyərək polis şöbəsinə gəlməyə razılıq vermişlər. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə onları rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona hüquq və vəzifələrim izah edildikdən sonra ona təqdim edilmiş vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Həmin maddə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılar aq ekspertizaya təqdim ediləcəyi bildirilmişdir. Bundan başqa şəxsi axtarış zamanı o, özünə məxsus olan “XİAOMİ” markalı mobil telefonu da çıxarıb təqdim etmişdir. Daha sonra onların iştirakı ilə Təqsirləndirilən şəxs məxsus olan avtomobilə baxış keçirilmişdir Lakin, avtomobildən hər hansı qanunsuz predmet aşkar edilməmişdir. Bundan başqa bildirmişdir ki, onlar polis əməkdaşları tərəfindən saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olmasından heç bir məlumatı olmamışdır. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, baxış zamanı Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmiş, həmin bükülüyə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X2 Bölməsi tərəfindən verilmiş 08 iyul 2023-cü il tarixli 19/708 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir bükümdə kütlə....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 1,466 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Tədqiqata 0,05 qram sərf olunmuş, 1,416 qram qalıq qalmışdır. İşdə olan məhkəmə narkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli 743 saylı rəyindən görünür ki, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş, Abşeron RİHB-nın Pirəkəşkül kənd İnzibati nümayəndəliyo tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015-ci il təvəllüdlü Zəhra Hüseynli və 2018-ci il təvəllüdlü Fatimə Hüseynli adlı iki azyaşlı uşağı vardır. İş materiallarında olan, Abşeron RİHB-nın Pirələşkül kənd İnzibati nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, müsbət xarakterizə olunmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 07 iyul 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 22:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 09 iyul 2023-cü il tarixli “MSY-dən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 iyul 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 14:40-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, eyni zamanda təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməsini zəruri hesab edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 1,416 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351- 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 07 iyul 2023-cü il tarixdən 09 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclasından həbs edilsin. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 07 dekabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 1,416 qram qalan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökm 20 (iyirmi) gün keçdikdən sonra qanuni qüvvəyə minir, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-193/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-193/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver