Məhkəmə qərarları › İş №1(073)-195/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-195/2023

30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-195/2023 30.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 13:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1958-ci il tarixdə Cəlilabad rayonu, Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Ə.Rəhimov küçəsi ev 69-da qeydiyyatda olan və Cəlilabad şəhəri, Azərbaycan küçəsi ev 36/3-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakım ələ keçirmək məqsədi ilə Cəlilabad şəhəri, M.Hadi küçəsində yaşayan tanışı Zərərçəkmiş şəxs övladı X2 həqiqi hərbi xidmətdən saxlatdıraraq sonuncuya hərbi bilet alacağı barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2022-ci ilin sentyabr ayının ortalarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin inzibati binasının həyətində 2000 (iki min) manat, 2022-ci ilin sentyabr ayının 18-də həmin yerdə 500 (beş yüz) manat və 2022-ci ilin oktyabr ayının əvvəllərində qeyd olunan yerdə 100 (bir yüz) manat olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus 2600 (iki min altı yüz) manat pulu ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, ilkin olaraq 10 iyun 2005-ci il tarixdən 22 fevral 2012-ci il tarixədək olan müddət ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində müfəttiş vəzifəsində işləmiş, kadrların ixtisarı səbəbilə işdən çıxarılmışdır. 24 dekabr 2017-ci ildə yenidən imtahan verib 02 fevral 2018-ci il tarixdən hazırki vaxta qədər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində gözətçi vəzifəsində işləyir. Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs əvvəllər tanımış, həmin şəxslə aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 2022-ci ilin iyul ayında Cəlilabad şəhəri ərazisində, “Silsilə” adlanan ərazidən işlədiyi SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin inzibati binasına gəlmək üçün taksi avtomobili saxlatdırıb sonradan Zərərçəkmiş şəxs olmasını bildiyi şəxsə məni SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin inzibati binasına aparmasım bildirmiş, taksi sürücüsü Vahid onun SHXÇDX-nin Cəlilabad rayon şöbəsində işlədiyini bilib oğlu Cəlilin 18 yaşı tamam olduğu üçün 2022-ci ilin iyun ayında ona SHXÇDX-nin Cəlilabad rayon şöbəsindən çağırış vərəqəsi gəldiyini, lakin ilkin müayinə zamanı Cəlildə yastı pəncəlik əlamətləri aşkar edildiyini bildirib oğlunu hərbi xidmətdən saxlatdırmaq istədiyini demişdir. O, Vahidə 2500 manat pul verəcəyi halda SHXÇDX-nin Cəlilabad rayon şöbəsində işləyən vəzifəli şəxslər vasitəsilə oğlu Cəlili müddətli həqiqi hərbi xidmətdən saxlatdıra biləcəyini və ona müddətli həqiqi hərbi xidmətə yararsız olması barədə hərbi bilet ala biləcəyini demişdir. Vahid onunla razılaşıb həmin vaxt maddi imkanı olmadığını bildirib həmin pulu təqribən 2022-ci ilin sentyabr ayında ona verə biləcəyini demişdir. O da Zərərçəkmiş şəxsla razılaşıb həmin vaxta qədər gözləyəcəyini bildirmişdir. Daha sonra onlar birbirilərinin mobil telefon nömrəsini götürüb ayrılmışlar. O, Cəlilin ayağının yastıpəncəliliyi ilə əlaqədar müddətli həqiqi hərbi xidmətə yararsız olmasını ehtimal edib onun onsuz da hərbi xidmətə yararsız olacağını düşünüb Vahid Mirəlıəmovdan 2500 manat pul almağı qərarlaşdırmışdır. 2022-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxsla telefonla danışdığı vaxt Vahid ona danışdıqları məbləği hazır etdiyini bildirib onunla görüşmək istədiyini demişdir. Həmin gün Vahid SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin inzibati binasının yanma gələrək onunla görüşüb 2500 (iki min beş yüz) manat pulu təklikdə ona vermişdir. Həmin vaxt yanlarında başqa şəxs olmamışdır. O, 2500 manat pulu aldıqdan sonra SHXÇDX-nin Cəlilabad rayon şöbəsində işləyən vəzifəli şəxslər vasitəsilə Cəlilin məsələsini qısa müddətə həll edəcəyini və hərbi bileti 2022-ci ilin oktyabr ayının sonunadək alıb onlara verəcəyini demişdir. O, Vahidi sözlərinə inandırmaq üçün ona oğlu Cəlilin məsələsini SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin vəzifəli şəxsləri vasitəsilə həll edəcəyini desə də konkret olaraq kiminlə həll edəcəyimi deməmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində 100 (bir yüz) manat pula ehtiyacı olduğu üçün Vahidə zəng edərək ona 100 (yüz) manat borc verməsini xahiş edib, qısa müddətə pulunu qaytaracağını demişdir. Həmin gün də Zərərçəkmiş şəxs SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin inzibati binasının yanına gələrək onunla görüşüb 100 (bir yüz) manat pulu vermişdir. Pulu aldığı vaxt Zərərçəkmiş şəxs imkanı olanda onun 100 manatını qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs oğlu Cəlil müxtəlif müayinələrdən keçirilərək müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilərək 2023- cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Oğlu Cəlil müddətli həqiqi hərbi xidmətə göndərildikdən sonra Zərərçəkmiş şəxs ondan pulunu geri tələb etmişdir. O da buna görə 2023-cü ilin fevral ayında Vahiddən aldığı 100 manat borcla birlikdə ümumilikdə 2600 manat pulun 500 manatını Cəlilabad şəhəri ərazisində “Kapital Bank”ın Cəlilabad filialının yaxınlığında ona geri qaytarmışdır. Həmin vaxt maddi imkanı olmadığı üçün qalan 2100 manatı da sonra qaytaracağını ona bildirmişdir. Zərərçəkmiş şəxs aldığı pul vəsaitlərini özü şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin pul vəsaitlərindən heç kimə heç bir məbləğdə pul verməmişdir. Hazırda törətdiyi əməlindən peşmandır. Zərərçəkmiş Zərərçəkmiş şəxsla barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bunu nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, onun övladı 06 may 2004-cü il təvəllüdlü X1 18 yaşı tamam olduğu üçün 2022-ci ilin iyun ayında oğluna Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsindən çağırış vərəqəsi gəlmiş, həmin ay Cəlil SHXÇDX-nin Cəlilabad rayon şöbəsində rayon çağırış komissiyasından keçirilərkən tibbi müayinələr zamanı onun ayağında yastı pəncəlik əlamətləri aşkar olunduğu üçün o, iyul çağırışında müddətli həqiqi hərbi xidmətə göndərilməmişdir. 2022-ci ilin oktyabr çağırışa hazırlıq zamanı sentyabr ayında yenidən oğlu Cəlili SHXÇDX-nin Cəlilabad rayon şöbəsinə çağırmışlar. Buna görə də o da Cəlillə birlikdə 2022-ci ilin sentyabr ayında, dəqiq xatırlamadığı tarixdə SHXÇDXnin Cəlilabad rayon şöbəsinə getmişdir. Oradan onlara Cəlilin ayağında yastı pəncəlik əlamətləri olduğunu, buna görə də Cəlilin daha ixtisaslı müayinə göndərilcəyini bildirmişlər. Həmin gün Təqsirləndirilən şəxs onu SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin inzibati binasının həyətində görüb orada nə etdiyini soruşmuşdur. O, Şəmsəddinə oğlu Cəlilin müddətli həqiqi hərbi xidmətə getməsi ilə bağlı hərbi həkim komissiyasından keçməsi üçün gəldiklərini, ilkin müayinə zamanı Cəlildə yastı pəncəlik əlamətləri aşkar edildiyini bildirdmiş, Şəmsəddin isə ona müəyyən məbləğdə pul verəcəyi halda Cəlili müddətli həqiqi hərbi xidmətdən saxlatdıra biləcəyini və ona müddətli həqiqi hərbi xidmətə yararsız olması barədə hərbi bilet ala biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs bunun üçün nə qədər pul lazım olduğunu soruşduqda ona 5000 (beş min) manat pul verəcəyi halda Cəlilin məsələsini qısa müddətə həll edəcəyini və hərbi bileti 2022-ci ilin oktyabr ayının sonunadək alıb verəcəyini demişdir. O, Şəmsəddinin Cəlilin məsələsini kimin vasitəsilə həll edəcəyini soruşduqda işi həll edəcəyini demişdir. Lakin, o, Şəmsəddinə 5000 manat pulun çox olduğunu və həmin məbləği düzəldə bilməyəcəyini demişdir. Şəmsəddin isə onun telefon nömrəsini götürüb məbləğin azaldılması barədə SHXÇDX-nin Cəlilabad rayon şöbəsi rəisi ilə danışıb xəbər edəcəyini demişdir. Həmin vaxtdan iki gün sonra Şəmsəddin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək rəislə danışdığını və 3500 manata məsələni həll edəcəyini demişdir. Lakin, o həmin vaxt da Şəmsəddinə 3500 manatı verməyə də imkanı olmadığını bildirmişdir. Şəmsəddin isə yenidən danışıb ona xəbər edəcəyini bildirmişdir. Həmin gündən 2-3 gün sonra Şəmsəddin yenidən ona zəng edib həmin gün 2500 manat pul verəcəcəyi halda oğlunun hərbi xidmətə göndəriləcəyini demişdir. O, bundan sonra 2000 manat pul toplayıb həmin gün SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin inzibati binasının yanına gedərək Şəmsəddinlə görüşüb 2000 (iki min) manat pulu təklikdə Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt yanlarında başqa şəxs olmamışdır. O, 2000 manat pulu Şəmsəddinə verib ertəsi gün də 500 manatı da verəcəyini bildirmişdir. Ertəsi gün də 500 (beş yüz) manat düzəldib həmin yerdə Şəmsəddinlə görüşüb 500 manatı ona vermişdir. Şəmsəddin 500 manatı aldıqdan sonra ondan aldığı ümumilikdə 2500 manatı SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Vüsal Həsənova verəcəyini və onun da onun məsələsini həll edəcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayının ortalarında Şəmsəddin yenidən ona zəng edərək əlavə 100 manat da lazım olduğunu demiş, o da ertəsi gün əvvəlki yerə gedərək Şəmsəddinlə görüşüb yüz manatı da ona vermişdir. 2022-ci ilin oktyabr ayının sonlarında Şəmsəddinlə əlaqə saxlayıb ondan Cəlilin məsələsini həll olunub-olunmadığını sorumuş, o isə yaxın noyabr ayında Cəlilin hərbi biletini verəcəyini bildirmişdir. Lakin, Şəmsəddin verdiyi vədə əməl etməmiş, 2022-ci ilin dekabr çağırışına hazırlıq zamanı oğlu Cəlil 2022-ci ilin noyabr ayında SHXÇDX-nin Cəlilabad rayon şöbəsi tərəfindən göndərişlə müayinə olunması üçün Biləsuvar rayon mərkəzi xəstəxanasına göndərilmiş və oradan verilən rəyə əsasən müddətli həqiqi hərbi xidmətə yararlı hesab edilmişdir. Oğlu Cəlil 2023-cü ilin yanvar ayında SHXÇDX-nin Cəlilabad rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. O, Təqsirləndirilən şəxs pulunu geri qaytarmasını tələb etsə də Şəmsəddin onun pulunu qaytarmadığından bu barədə polisə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyini, hal-hazırda Şəmssəddin Hümbətovla barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş, nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs vurduğu ziyanı tamamilə ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək cinayət məsuliyyətindən azad olunmasını və işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, cinayət məsuliyyətindən azad edilıməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan ləğv edilsin. Qərar 20 gün müddətinə qanuni qüvvəsini alır, qərardan elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar