Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-198/2023 23.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 17:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Masallı rayonu, Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Masallı rayonu Şərəfə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Cəlilabad rayonu, Muğan kəndində yerləşən fərdi yaşayış evinin həyətində 26 mart 2021-ci il təvəllüdlü azyaşlı oğlu Toğrulu sonuncundan geri almaq istəməsi səbəbi ilə bağlı həmin zəmində aralarında yaranmış mübahisə zamanı həyətdən götürdüyü daşla əvvəlcə evin birinci mərtəbəsinin pəncərəsini sındırmış və daha sonra həyətdən götürdüyü daşla Zərərçəkmiş şəxs baş nahiyəsinə, daha sonra əl zərbələri ilə sonuncunun bədənin müxtəlif nahiyələrinə vuraraq ona başın sol təpə nahiyəsində əzilmiş yara, sol said nahiyyəsində sıyrıq kimi xəsarətlərin əmələ gəlməsi ilə müşaiyət olunan sağlamlığa zərər vurmayan və sağ qaş-alın nahiyəsində qançır kimi xəsarətin əmələ gəlməsi ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ilə 2020-ci ilin iyun ayında ailə həyatı qurmuş və birgə nigahdan bir övladları olmuşdur. Ailə qurduqdan sonra o, Zərərçəkmiş şəxs valideynlərinin yaşadığı Cəlilabad rayonu, Muğan kəndində olan ata evində yaşamağa başlamışdır. Ailə qurduqdan sonra həyat yoldaşı ilə əvvəllər münasibətləri yaxşı olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün onunla 2021-ci ilin yanvar ayında ayrılmışdır. Boşanan zaman qarşılıqlı olaraq məhkəmədə qərara gəlmişdirlər ki, həftənin şənbə və bazar günləri azyaşlı uşağı Toğrul atası Ramal ilə qalan günləri isə onunla yaşayacaqdır. 04 aprel 2023cü il tarixdə Ramal onların yaşadıqları evə gəlmiş və o, uşağı saxlaması üçün Ramala vermişdir. Bundan bir qədər sonra o, dəfələrlə Ramala mobil telefonda zəng edib uşağı geri verməsini istəsə də Ramal bunu etməmişdir. Ramal ona demişdir ki, məhkəməyə müraciət etmişdir. Buna görə o, uşağı geri almaq qərarına gəlmiş və 26 aprel 2023-cü il tarixdə Ramalın yaşadığı evə getmişdir. O, bir qədər darvazanı döyüb orada gözlədikdən sonra Ramalın qardaşı Afiq darvazanı açmış və qardaşı Ramalın evdə olmadığını bildirmişdir. Buna görə o, Ramala zəng edərək evin qarşısında olduğunu bildirmiş və bir neçə dəqiqə sonra Ramal oraya gəlmişdir. O, Zərərçəkmiş şəxs uşağı ona verməsini tələb etmişdir. Lakin Ramal uşağı ona verməyəcəyini dediyi üçün əsəbləşərək yerdən daş götürüb əvvəlcə evin pəncərədinə atıb pəncərəni sındırmış, daha sonra yenə sağ əli ilə daş götürüb pəncərəyə atmaq istədikdə Zərərçəkmiş şəxs onun qarşısına keçmiş və daşla onun baş nahiyəsindən vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs evin birinci mərtbəsinə daxil olmuşdur. O da Zərərçəkmiş şəxs arxasınca evə daxil olub şillə ilə onun sifət nahiyəsindən vurmuşdur. Törətdiyi cinayət əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxsla barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də bunları nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onunla 2020-ci ilin iyun ayında ailə həyatı qurmuşdur. Birgə nigahdan bir övladları olmuşdur. Ailə qurduqdan sonra valideynləriylə və onunla birlikdə Cəlilabad rayonu, Muğan kəndində olan ata evində yaşamışlar. Ailə qurduqdan sonra Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri yaxşı olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün onunla 2021-ci ilin yanvar ayında ayrılmışlar. Uşaqla ünsiyyıətlə bağlı Təqsirləndirilən şəxs ilə aralarında narazılıq olmuşdur. 23 fevral 2023-cü il tarixdə Nərmin işlədiyini bildirərək qarşılıqlı razılaşma əsasında hər ayın 14-dən 31-nə kimi uşağın anası ilə ünsiyyət saxlaması şərti ilə onda qalmasına razılaşmışlar. Lakin Nərmin ona uşağın bir qədər onda qalmasını xahiş edib təyin edilən qayda ilə verəcəyini bildirdiyi üçün ona etiraz etməmişdir. Lakin Nərmin buna əməl etmədiyi üçün o, 27 mart 2023-cü il tarixdə uşaqla ünsiyyətlə bağlı Masallı rayon məhkəməsinə müraciət etmişdir. Nərmin bundan xəbər tutan kimi ona zəng edib uşağı aparmağını istəmişdir. O da 04 aprel 2023-cü il tarixdə gedib uşağı yaşadığı evə gətirmişdir. Həmin vaxt uşaq xəstə olduğuna görə onu tez-tez həkimə aparmışdır. 23 aprel 2023-ci il tarixdə Nərmin ona zəng edərək uşağı ona verməyini istəmiş və o, buna etiraz etməmişdir. Daha sonra uşaqla birlikdə Nərminin yaşadığı ünvana getmişdir. Orada Nərminin darvazasını düyüb mobil telefonla zəng etsə də Nərmin nə qapını açmış, nə də ki, telefona cavab verməmişdir. Təxminən 3-4 saat Nərminin gəlib uşağı götürməyini gözləmişdir. Lakin Nərmin gəlməmişdir. Bundan sonra o, Nərminin qapını açmadığını görüb bununla bağlı dayısı Ziyaya zəng vurmuş və bu barədə ona demişdir. Daha sonra orada 1-2 saatda gözləyib heç bir nəticə olmadığını görüb yenidən Ziyaya zəng etdikdə Ziya ona “Sən uşağını çöldən tapmamısan, onlar düzələn deyil, apar uşağını özün saxla” demişdir. Növbəti gün Masallı rayon polis şöbəsindən ona zəng gəlmiş və həmin polis əməkdaşı Nərminin uşağı qaytarmamağı barədə müraciət etidiyini bildirmişdir. O da həmin şəxsə bu barədə məhkəməyə müraciət etdiyini bildirmişdir. 26 aprel 2023-cü il tarixdə saat 19:38-də Nərmin ona zəng edərək uşağı aparmağa gəldiyini demişdir. O, Nərminə evdə olmadığını və tez bir zamanda oraya gələcəyini bildirib gözləməyini istəmişdir. O, evə getdikdə Nərminin küçədə dayandığını görmüşdür. Ona çatan kimi Nərmin nalayiq ifadələr işlədərək “Sən kimsən axı, uşağı mənə vermirsən” demişdir. O, Nərminə qonşulardan ayıb olduğunu deyib ona içəri keçməsini demişdir. Nərmin həyətə keçdikdən sonra yenə də onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Ona həyətdə oturub bir qədər sakitləşməsini demiş və onun səsinə evdə olan anası və qardaşı çıxmışlar. Nərmin bundan sonra ayaq zərbəsi ilə həyətdə olan stol və stulları vurub aşırmışdır. Daha sonra sağ əli ilə yerdən daş götürüb evin pəncərəsinə tərəf atmış və pəncərənin birini sındırmışdır. Nərmin yenə sağ əli ilə daş götürüb pəncərəyə atmaq istədikdə onun qarşısına keçmiş və Nərmin daşla onun baş nahiyəsindən vurmuşdur. O, Nərminin sakitləşmədiyini görüb evin birinci mərtbəsinə daxil olmuşdur. Lakin Nərmin onun arxasınca evə daxil olub şillə ilə sifət nahiyəsindən vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki nəzərə alınmasını məhkəmədən xahiş edir. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin Cəlilabad rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 488/2023 saylı rəydən görünür ki, Vətəndaş Zərərçəkmiş şəxs sol təpə nahiyəsinin əzilmiş yarası, sağ qaş-alın nahiyəsinin şişkinliklə müşayiət edilən qançırı, sol saidin sıyrığı olmuşdur. Qeyd edilən xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağ qaş-alın nahiyəsinin şişkinliklə müşayiət edilən qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan, Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmadığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdikləri ifadələri, onların ərizələrində göstərdikləri halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətmişdir. Böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdikdən sonra zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Məhkəmə, işin müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmasını əsas tutaraq işin icraatına xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində işin icraatına xitam verilməsi zərərçəkmiş şəxsin və başqa şəxslərin mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir, eyni zamanda həmin cinayət təqibi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.5-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci madddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır: Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi mümkün sayılır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-198/2023
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-198/2023
23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver