Məhkəmə qərarları › İş №1(073)-2/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-2/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-2/2024 16.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X16, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə3 və zərərçəkmiş hüquqi şəxs Cəlilabad RMX-nın PHŞ-in nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi (vəkil) Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, Cəlilabad rayonunun Məlikqasımlı kəndində qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 308.1, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs qismində vahid şəxsi niyyətlə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları şəxsən və qeyriləri vasitəsilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, hüquq verən rəsmi sənədləri vahid niyyətlə qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, o 10 noyabr 2020-ci il tarixli, 1477-K saylı əmrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Rayon X43 hüquqi şəxsin X42 Konsultativ Poliklinika şöbəsinə (hazırda uşaq şöbəsi) həkim-pediatr vəzifəsinə təyin edilib həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını, pediatriya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı məsələləri, öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri, tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını bilmək, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicəprofilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, öz işini planlaşdırmaq və öz fəaliyyətinin göstəricilərini təhlil etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, sanitar-maarifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək və digər səlahiyyətləri üzrə başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri yerinə yetirən inzibati-təsərrüfat funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edərək Cəlilabad şəhər sakini xx.xx.2017-ci il təvəllüdlü Kərimzadə Cəsur Cahid oğlunun xəstəliyi və əlillik təyin edilməsi ilə bağlı sənədlərin hazırlanması ilə əlaqədar 2021-ci ilin yanvar ayında özünə müraciət edən, sonuncunun atası Şahid10 qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə, eləcə də şəxsin sağlamlıq imkanının məhdudluğuna görə düzgün olmayan əsaslarla pul müavinəti almasına köməklik etmək məqsədi ilə Cəsur Kərimzadədə “İkitərəfli xroniki neyrosensor ağır eşitmə, İİİ-İV dərəcə, İkitərəfli koxlear nevrit, anadan gəlmə nitq qüsuru” xəstəliklərinin olmamasına baxmayaraq barəsində fərqli diaqnozlar hesabına gələcəkdə sağlamlıq imkanının məhdudluğunun təyin edilməsinə nail olmaq niyyəti ilə 2021-ci ilin yanvar ayının sonlarında ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında həmin dövrdə fəaliyyət göstərməyən, üst hissəsində “Tibbi nəticə” yazılmış, Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinə məxsus istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi boş blanka Kərimzadə Cəsur Cahid oğlunun adını və soyadını, diaqnoz hissəsinə “ikitərəfli XR İİİ-İV dərəcəli neyrosensor, ağır eşitmə, İkitərəfli koxlear nevrit, anadan gəlmə nitq qüsuru”, məsələhət hissəsinə “TSEK, təqdim etmək üçün”, tarix hissəsinə “6.İ.21” kimi düzgün olmayan diaqnozları və məlumatları, həmçinin həmin tibbi nəticəyə əlavə edilmiş və üst hissəsində “Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzi” yazılmış boş blanka Cəsur Kərimzadənin adını soyadını, yaşı hissəsinə “2018”, diaqnoz hissəsinə yuxarıda qeyd edilən diaqnozu, tarix hissəsinə 6.İ.2021-ci il” və Cəsur Kərimzadənin həmin Mərkəzdə xx.xx.2021-ci il tarixdə guya müayinə olunması kimi düzgün olmayan diaqnozları və məlumatları diyircəkli qələmlə qəsdən başqa formada yazıb, Mərkəzin rəhbəri, həkim qrafasının qarşısında qəsdən başqa formada imza etməklə Cəsur Kərimzadənin xx.xx.2021-ci il tarixdə həmin Mərkəzdə guya müayinə olunaraq tibbi nəticə verilməsi görüntüsünü yaradaraq istintaqa məlum olmayan şəraitdə üzərində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi”, “Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika mərkəzi” sözləri yazılmış dairəvi möhürü texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş təsvirini müvafiq qrafik proqram təminatından istifadə etməklə tərtib edilmiş çıxarış üzərinə axıntılı printerlə çap edərək, həmçinin, cinayətkar niyyətini davam etdirərək 2022-ci ilin fevral ayının sonlarında qeyd edilən xidməti otağında eyni niyyətlə həmin dövrdə fəaliyyət göstərməyən, üst hissəsində “Tibbi nəticə” yazılmış, Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinə məxsus istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi boş blanka Kərimzadə Cəsur Cahid oğlunun adını və soyadını, diaqnoz hissəsinə “ikitərəfli XR İİİ-İV dərəcəli neyrosensor, ağır eşitmə, İkitərəfli koxlear nevrit, nitq qüsuru”, məsələhət hissəsinə “TSEK göndərilir”, tarix hissəsinə “28.03.22” kimi düzgün olmayan diaqnozları və məlumatları, həmçinin həmin tibbi nəticəyə əlavə edilmiş və üst hissəsində “Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzi” yazılmış boş blanka Cəsur Kərimzadənin ad, soyad, ata adını, yaşı hissəsinə “xx.xx.2017”, peşəsi hissəsinə “Himayədə”, diaqnoz hissəsinə yuxarıda qeyd edilən diaqnozu, tarix hissəsinə “xx.xx.2022” və Cəsur Kərimzadənin həmin Mərkəzdə xx.xx.2022-ci il tarixdə guya müayinə olunması kimi düzgün olmayan diaqnozları və məlumatları diyircəkli qələmlə şəxsən yazıb, Mərkəzin rəhbəri, həkim qrafasının qarşısında şəxsən imza etməklə Cəsur Kərimzadənin xx.xx.2022-ci il tarixdə həmin Mərkəzdə guya müayinə olunaraq tibbi nəticə verilməsi görüntüsünü yaradaraq istintaqa məlum olmayan şəraitdə üzərində “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi”, “Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika mərkəzi” sözləri yazılmış dairəvi möhürü texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş təsvirini müvafiq qrafik proqram təminatından istifadə etməklə tərtib edilmiş çıxarış üzərinə axıntılı printerlə çap edərək vahid niyyətlə qeyd edilən 2 ədəd hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamış, hazırladığı saxta sənədləri Şahid10 vasitəsi ilə 2022-ci ilin iyun ayında Cəlilabad rayon X43 Hüquqi Şəxsdə fəaliyyət göstərən Həkim məsləhət komissiyasına təqdim edərək komissiyanın cinayətdən xəbərsiz sədri Şahid2 və komissiya digər üzvlərini həmin diaqnozların düzgün olduğuna inandırıb komissiyanın müsbət rəyini aldıqdan sonra həmin komissiyanın sədri, cinayətdən xəbərsiz olan Şahid2, cinayətdən xəbərsiz olan üzvləri Şahid4, Şahid6, Şahid3 və Şahid5 vasitəsi ilə 13 iyun 2022-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüterdə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq Kərimzadə Cəsur Cahid oğlunun əsas diaqnozu qismində “Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki koxlear nevrit çox ağır (İİİ-İV) dərəcəli sensonevral ağıreşitmə”, ağırlaşma diaqnozu qismində “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, xroniki iki tərəfli ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı” diaqnozlarına dair məlumatları informasiya resursu sayılan xx.xx.2022-ci il tarixli, 0340003AA2A7 nömrəli elektron göndərişə daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada həkim məsləhət komissiyasının sədri və üzvlərinin adından təsdiq edilib, həmin göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibb Sosial Ekspertiza və X9 Sosial Ekspert Komissiyasına göndərilməklə Cəsur Kərimzadəyə ümumi xəstəlik səbəbindən 18 yaşa çatanadək, yəni xx.xx.2035-ci il tarixədək sağlamlıq imkanının məhdudluğunun təyini barədə xx.xx.2022-ci il tarixli qərar verildikdən sonra həmin tarixdən 2023-cü ilin yanvar ayına qədər olan müddətdə ümumilikdə 1.306,67 manat (bir min üç yüz altı manat altmış yeddi qəpik) məbləğində sağlamlıq imkanının məhdudluğuna görə sosial müavinətin və Cəsur Kərimzadəyə himayə etməsi səbəbindən sonuncunun anası X34 həmin müddətdə ümumilikdə 522,67 manat (beş yüz iyirmi iki manat altmış yeddi qəpik) Prezident təqaüdünün, cəmi 1.829,34 manat (bir min səkkiz yüz iyirmi doqquz manat otuz dörd qəpik) pul vəsaitinin ödənilməsinə nail olub, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində Cəlilabad Rayon X43 hüquqi şəxsin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun isə dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində qeyriləri vasitəsilə şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Cəlilabad rayonu, Məmmədrzalı kənd sakini xx.xx.2012-ci il təvəllüdlü Hüseynov Ramal Tacəddin oğlunun xəstəliyi və əlillik təyin edilməsi ilə bağlı sənədlərin hazırlanması ilə əlaqədar 2021-ci ilin avqust ayında özünə müraciət edən, sonuncunun atası Şahid8 qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə Ramal Hüseynovda “Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici, tetraparetik forma, sol aşağı ətrafın əzələ atrofiyası” xəstəliklərinin olmamasına baxmayaraq, barəsində fərqli diaqnozlar hesabına gələcəkdə əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə sonuncunun müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 2021-ci ilin avqust ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında Hüseynov Ramal Tacəddin oğlunun adına xx.xx.2021-ci il tarixli, 969 nömrəli anket tərtib edərək, həmin anketin “Qeyd” hissəsinə “Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici, tetraparetik forma, sol aşağı ətrafın əzələ atrofiyası” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları diyircəkli qələmlə anketə şəxsən yazıb öz imzası ilə təsdiq edərək, həmçinin sonuncunun adına tarixi və nömrəsi qeyd olunmayan ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışına “Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici, tetraparetik forma, sol aşağı ətrafın əzələ atrofiyası” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları diyircəkli qələmlə şəxsən yazıb öz imzası ilə təsdiq edərək vahid şəxsi niyyətlə təkrarən vəzifə saxtakarlığı törədib, bundan sonra, hüquq verən saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə 2021-ci ilin avqust ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında X27 məxsus istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi boş blanka Hüseynov Ramal Tacəddin oğlunun adını və anket məlumatlarını, diaqnoz hissəsinə “Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici, tetraparetik forma, əzələnin baş başqa rubrikalarda təsnif olunmayan sol aşağı ətrafın əzələ atrofiyası” kimi düzgün olmayan diaqnozları və məlumatları 872 nömrəli, xx.xx.2021-ci il tarixli rəyə diyircəkli qələmlə şəxsən yazıb, X18 baş həkimi və komissiya üzvlərinin soyadlarının qarşısında qəsdən fərqli formada imza etməklə Ramal Hüseynovun xx.xx.2021-ci il tarixdə həmin xəstəxanada ambulator müayinə olaraq epikriz verilməsi görüntüsünü yaradaraq istintaqa məlum olmayan şəraitdə həmin xəstəxananın möhürünü texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş təsvirini müvafiq qrafik proqram təminatından istifadə etməklə tərtib edilmiş epikriz üzərinə birbaşa axıntılı printerlə çap edərək hüquq verən saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla hazırlayaraq, həmin tarixdə və qeyd edilən xidməti otağında eyni niyyətlə Ramal Hüseynovun adına tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndərişə sonuncuya dair anket məlumatlarını qeyd edib guya Ramal Hüseynovun X19 xx.xx.2021-ci il tarixdə müalicə almasını, həmçinin həmin göndərişin diaqnoz hissəsində “aşağı ətraf əzələ atrofiyası, sol aşağı ətrafın qısalması, sol aşağı qısalması və funksiyaların pozulması, Uşaq serebral iflic” kimi olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları diyircəkli qələmlə şəxsən yazıb öz imzası ilə təsdiq edərək qanunsuz olaraq hazırlayıb şəxsi niyyətlə təkrarən vəzifə saxtakarlığı törədərək, hazırladığı saxta sənədləri Şahid8 vasitəsi ilə 2021-ci ilin oktyabr ayında Cəlilabad Rayon X43 hüquqi şəxsdə fəaliyyət göstərən Həkim məsləhət komissiyasına təqdim edərək komissiyanın cinayətdən xəbərsiz sədri Şahid2 və komissiyanın digər üzvlərini həmin diaqnozların düzgün olduğuna inandırıb komissiyanın müsbət rəyini aldıqdan sonra həmin həkim məsləhət komissiyasının sədri, cinayətdən xəbərsiz olan Şahid2, cinayətdən xəbərsiz olan üzvləri X17, Şahid4 Əlihüseyn oğlu və Şahid3 vasitəsi ilə 15 oktyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüterdə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq Hüseynov Ramal Tacəddin oğlunun əsas diaqnozu qismində “Serebral iflic, Uşaq serebral iflici, Tetraparetik forma”, ağırlaşma diaqnozu qismində “Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol aşağı ətrafın əzələ atrofiyası, sol aşağı ətrafın qısalması və funksiyanın pozulması ilə hərəkət məhdudluğu, inkişaf etaplarında ləngiməsi” diaqnozlarına dair məlumatları informasiya resursu sayılan xx.xx.2021-ci il tarixli, 0340003AAX55 nömrəli elektron göndərişə daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada həkim məsləhət komissiyasının sədri və üzvlərinin adından təsdiq edilib, həmin göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Sosial Ekspert Komissiyasına göndərilməklə Ramal Hüseynova ümumi xəstəlik səbəbindən üç il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək sağlamlıq imkanının məhdudluğunun təyini barədə xx.xx.2021-ci il tarixli qərar verildikdən sonra həmin tarixdən 2023-cü ilin yanvar ayına qədər olan müddətdə ümumilikdə 2.733,87 manat (iki min yeddi yüz otuz üç manat səksən yeddi qəpik) məbləğində sağlamlıq imkanının məhdudluğuna görə sosial müavinətin və Ramal Hüseynova himayə etməsi səbəbindən sonuncunun anası X23 həmin müddətdə ümumilikdə 960 manat (doqquz yüz altmış) manat Prezident təqaüdünün, cəmi 3.693,87 manat (üç min altı yüz doxsan üç manat səksən yeddi qəpik) pul vəsaitinin ödənilməsinə nail olub, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində Cəlilabad Rayon X43 hüquqi şəxsin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun isə dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsən və qeyriləri vasitəsilə şəxsi niyyətlə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, qanunsuz olaraq istifadə etmək məqsədilə hüquq verən rəsmi sənədləri təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, o, təkrarən, Cəlilabad rayonu, Komanlı kənd sakini xx.xx.2007-ci il təvəllüdlü X35 xəstəliyi və əlillik təyin edilməsi ilə bağlı sənədlərin hazırlanması ilə əlaqədar 2021-ci ilin noyabr ayında özünə müraciət edən, sonuncunun atası Şahid12 köməklik etmək məqsədilə 2021-ci ilin noyabr ayının sonlarında ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında X27 məxsus istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi boş blanka X35 adını və anket məlumatlarını, diaqnoz hissəsinə sonuncuda həqiqətən də həmin xəstəliklər olan “Generalizə olunmuş idiopatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmalarla, fokal epilepsiya, tez-tez təkrarlanan qıcolmalarla” kimi düzgün olan diaqnozları və sonuncunun həmin xəstəxanada qeyd edilən tarixdə guya müayinə olunmasına dair məlumatları 2633 nömrəli, xx.xx.2021-ci il tarixli rəyə diyircəkli qələmlə şəxsən yazıb, X18 baş həkimi və komissiya üzvlərinin soyadlarının qarşısında qəsdən fərqli formada imza etməklə Cavad Məmmədovun xx.xx.2021-ci il tarixdə həmin xəstəxanada ambulator müayinə olaraq epikriz verilməsi görüntüsünü yaradaraq istintaqa məlum olmayan şəraitdə həmin xəstəxananın möhürünün texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş təsvirini müvafiq qrafik proqram təminatından istifadə etməklə tərtib edilmiş epikriz üzərinə birbaşa axıntılı printerlə çap edərək hazırladığı saxta sənədi Şahid12 təqdim etməklə, hüquq verən saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, o, təkrarən, xəstəliyi və əlillik təyin edilməsi ilə bağlı köməklik göstərilməsi ilə əlaqədar özünə müraciət edən Cəlilabad rayonu, Mirzəli kənd sakini xx.xx.1989-cu il təvəllüdlü Şahid14 köməklik etmək məqsədilə 2021-ci ilin dekabr ayında ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi boş blanka Şahid14 adını və anket məlumatlarını, rentgen-tomoqrafik, laborator və digər məlumatları, məsləhət görüldü hissəsinə, xəstəlik vərəqəsi uzadıldı hissəsinə və diaqnoz hissəsinə sonuncuda həqiqətən də həmin xəstəliklər olan “Qalça sümüyünün sınığı, sirkə kasasının arxa divarının qapalı yerdəyişmiş sınığından sonrakı halı, hərəkət məhdudluğu” kimi düzgün olan diaqnozları, həmçinin Şahid14 həmin İnstitutda xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə guya stasionar müalicə almasına dair məlumatları diyircəkli qələmlə şəxsən yazıb, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi və müayinə aparan həkim qrafalarının qarşısında şəxsən imza etməklə Şahid14 xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə həmin xəstəxanada guya stasionar müalicə olaraq çıxarış verilməsi görüntüsü yaradaraq istintaqa məlum olmayan şəraitdə həmin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsə aid olmayan ştampı surətçıxaran aparat vasitəsilə printerlə çap edərək hazırladığı saxta sənədi 2021-ci ilin dekabr ayında Şahid14 təqdim etməklə, həmçinin 2022-ci ilin may ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi boş blanka Şahid14 adını və anket məlumatlarını, rentgen-tomoqrafik, laborator və digər məlumatları, məsləhət görüldü hissəsinə, xəstəlik vərəqəsi uzadıldı hissəsinə və diaqnoz hissəsinə sonuncuda həqiqətən də həmin xəstəliklər olan “Baş-beyin silkələnməsi, Qalça sümüyünün sınığı, hər iki qalça sümüyünün, sirkə kasasının arxa divarının qapalı yerdəyişmiş sınığı, hərəkətin və yerişin ciddi məhdudluğu, sol aşağı ətrafı 5 sm qısadır” kimi düzgün olan diaqnozları, həmçinin Şahid14 həmin İnstitutda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə guya stasionar müalicə almasına dair məlumatları diyircəkli qələmlə şəxsən yazıb, Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi və müayinə aparan həkim qrafalarının qarşısında şəxsən imza etməklə Şahid14 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə həmin xəstəxanada guya stasionar müalicə olunaraq çıxarış verilməsi görüntüsünü yaradaraq istintaqa məlum olmayan şəraitdə həmin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsə aid olmayan ştampı axınlı printer vasitəsilə çap edərək hüquq verən saxta rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, Cəlilabad rayonu, İncili kənd sakini xx.xx.2016-cı il təvəllüdlü Mütəllimova Mələk Heybət qızının xəstəliyi və əlillik təyin edilməsi ilə bağlı sənədlərin hazırlanması ilə əlaqədar 2022-ci ilin fevral ayında özünə müraciət edən, sonuncunun babası X13 qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə Mələk Mütəllimovada “Bazu kələfinin zədələnməsi, Yuxarı ətrafın parezi, Yerişin və hərəkətin pozulması, Yuxarı ətrafın qısalması 4sm” xəstəliklərinin olmamasına baxmayaraq, barəsində fərqli diaqnozlar hesabına gələcəkdə sağlamlıq imkanının məhdudluğunun təyin edilməsinə nail olmaq niyyətilə sonuncunun müayinə və müalicə edilmədən, barəsində obyektiv, laborator və instrumental müayinələr aparılmadan 2022-ci ilin fevral ayında ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında X13 qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət vahid şəxsi niyyətlə Mələk Mütəllimovanın adına tərtib etdiyi xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarışa “Bazu kələfinin zədələnməsi, Yuxarı ətrafın qısalması (4sm), Yerişin və hərəkətin pozulması,” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları diyircəkli qələmlə şəxsən yazıb öz imzası ilə təsdiq edərək, həmçinin 2022-ci ilin may ayında ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında Mütəllimova Mələk Heybət qızının adına xx.xx.2022-ci il tarixli, 7861 nömrəli anket tərtib edərək, həmin anketin “Qeyd” hissəsinə “Bazu kələfinin zədələnməsi, Yerişin və hərəkətin zədələnməsi, Yuxarı ətrafın qısalması (4sm),” kimi düzgün olmayan diaqnozlara dair bilə-bilə yalan məlumatları diyircəkli qələmlə şəxsən yazıb öz imzası ilə təsdiq edərək təkrarən vəzifə saxtakarlığı törətmiş, bundan sonra hüquq verən saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədi ilə 2022-ci ilin fevral ayında ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi boş blanka Mütəllimova Mələk Heybət qızının adını və anket məlumatlarını, rentgen-tomoqrafik, laborator və digər düzgün olmayan məlumatları, məsləhət görüldü hissəsinə “sol yuxarı ətrafın 4 sm qısalığındandır”, xəstəlik vərəqəsi uzadıldı hissəsinə “mütəmadi olaraq müalicə alsın”, diaqnoz hissəsinə “Bazu kələfinin zədələnməsi” kimi düzgün olmayan diaqnozları, həmçinin Mələk Mütəllimovanın həmin İnstitutda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə guya stasionar müalicə almasına dair məlumatları diyircəkli qələmlə şəxsən yazıb, Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi və müayinə aparan həkim qrafalarının qarşısında şəxsən imza etməklə Mələk Mütəllimovanın xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə həmin xəstəxanada guya stasionar müalicə olunaraq çıxarış verilməsi görüntüsü yaradaraq istintaqa məlum olmayan şəraitdə həmin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsə aid olmayan ştampı texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş təsvirini müvafiq qrafik proqram təminatından istifadə etməklə tərtib edilmiş çıxarış üzərinə birbaşa axıntılı printerlə çap edərək, habelə, 2022-ci ilin fevral ayında ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında X27 məxsus istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi boş blanka Mütəllimova Mələk Heybət qızının adını və anket məlumatlarını, diaqnoz hissəsinə “Bazu kələfinin zədələnməsi, Yuxarı ətrafın parezi, Yerişin və hərəkətin pozulması, Yuxarı ətrafın qısalması 4sm” kimi düzgün olmayan diaqnozları və həmin xəstəxanada guya müayinə olunmasına dair məlumatları 4963 nömrəli, xx.xx.2022-ci il tarixli rəyə diyircəkli qələmlə şəxsən yazıb, X18 baş həkimi və komissiya üzvlərinin soyadlarının qarşısında qəsdən fərqli formada imza etməklə Mələk Mütəllimovanın xx.xx.2022-ci il tarixdə həmin xəstəxanada ambulator müayinə olaraq epikriz verilməsi görüntüsünü yaradaraq istintaqa məlum olmayan şəraitdə həmin xəstəxananın möhürünü texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş təsvirini müvafiq qrafik proqram təminatından istifadə etməklə tərtib edilmiş epikriz üzərinə birbaşa axıntılı printerlə çap edərək hüquq verən saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla hazırlamış, həmçinin həmin tarixdə və qeyd edilən xidməti otağında eyni niyyətlə Mələk Mütəllimovanın adına tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndərişə sonuncuya dair anket məlumatlarını qeyd edib guya Mələk Mütəllimovanın X2 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, X19 xx.xx.2022-ci il tarixdə müvafiq olaraq müalicə və müayinə olunmasını, həmçinin həmin göndərişin diaqnoz hissəsində “Bazu kələfinin zədələnməsi, Yuxarı ətrafın qısalması (4sm), Yerişin və hərəkətin pozulması” kimi düzgün olmayan diaqnozlara dair məlumatları diyircəkli qələmlə şəxsən yazıb öz imzası ilə təsdiq edərək qanunsuz olaraq hazırlayıb vahid şəxsi niyyətlə təkrarən vəzifə saxtakarlığı törədərək, hazırladığı saxta rəsmi sənədləri 2022-ci ilin may ayında istintaqa məlum olmayan Cəlilabad Rayon X43 hüquqi şəxsin cinayətdən xəbərsiz əməkdaşı vasitəsi ilə Bayram Mütəllimova təqdim etməklə, sonuncunun da öz növbəsində 2022-ci ilin iyun ayında qeyd edilən sənədləri Cəlilabad Rayon X43 hüquqi şəxsdə fəaliyyət göstərən Həkim məsləhət komissiyasına təqdim edərək komissiyanın cinayətdən xəbərsiz sədri Şahid2 və komissiyanın digər üzvlərini həmin diaqnozların olduğuna inandırıb komissiyanın müsbət rəyini aldıqdan sonra həkim məsləhət komissiyasının sədri, cinayətdən xəbərsiz olan Şahid2, cinayətdən xəbərsiz olan üzvləri Şahid4, Şahid6, Şahid3 və Şahid5 vasitəsi ilə 22 iyun 2022-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüterdə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq Mütəllimova Mələk Heybət qızının əsas diaqnozu qismində “Bazu kələfinin zədələnməsi, Soltərəfli postravmatik pleksiti”, ağırlaşma diaqnozu qismində “Yuxarı ətrafı qısaldan defektlər, Yuxarı ətrafın qısalığı-4sm” diaqnozlarına dair məlumatları informasiya resursu sayılan xx.xx.2022-ci il tarixli, 0340003AA2E3 nömrəli elektron göndərişə daxil edərək xəstəliyi və diaqnozu bilərəkdən ağırlaşdırıb təhrif edilmiş formada həkim məsləhət komissiyasının sədri və üzvlərinin adından təsdiq edilib, həmin göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Sosial Ekspert Komissiyasına göndərilməklə Mələk Mütəllimovaya ümumi xəstəlik səbəbindən üç il müddətinə, yəni xx.xx.2025-ci il tarixədək sağlamlıq imkanının məhdudluğunun təyini barədə xx.xx.2022-ci il tarixli qərar verildikdən sonra həmin tarixdən 2023-cü ilin yanvar ayına qədər olan müddətdə ümumilikdə 1.206,67 manat (bir min iki yüz altı manat altmış yeddi qəpik) məbləğində sağlamlıq imkanının məhdudluğuna görə sosial müavinətin və Mələk Mütəllimovaya himayə etməsi səbəbindən sonuncunun anası X14 həmin müddətdə ümumilikdə 482,67 manat (dörd yüz səksən iki manat altmış yeddi qəpik) məbləğdə Prezident təqaüdünün, cəmi 1.689,34 manat (bir min altı yüz səksən doqquz manat otuz dörd qəpik) məbləğdə pul vəsaitinin ödənilməsinə nail olub, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində Cəlilabad Rayon X43 hüquqi şəxsin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun isə dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsən və qeyriləri vasitəsilə vahid şəxsi niyyətlə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, hüquq verən saxta rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, Cəlilabad rayonu, Göytəpə şəhər sakini xx.xx.2012-ci il təvəllüdlü X58 xəstəliyi və əlillik təyin edilməsi ilə bağlı sənədlərin hazırlanması ilə əlaqədar 2022-ci ilin fevral ayında özünə müraciət edən, sonuncunun atası Şahid9 qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 2022-ci ilin fevral ayının sonlarında ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi boş blanka X58 adını və anket məlumatlarını, rentgentomoqrafik, laborator və digər məlumatları, məsləhət görüldü hissəsinə, xəstəlik vərəqəsi uzadıldı hissəsinə və diaqnoz hissəsinə sonuncuda həqiqətən də həmin xəstəliklər olan “Anadangəlmə ikitərəfli əyripəncəlik, anadangəlmə ikitərəfli bud-çanaq oynaqlarının kontrakturası” kimi düzgün olan diaqnozları, həmçinin Rza Qasımovun həmin İnstitutda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə guya stasionar müalicə almasına dair məlumatları diyircəkli qələmlə şəxsən yazıb, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi və müayinə aparan həkim qrafalarının qarşısında şəxsən imza etməklə Rza Qasımovun xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə həmin xəstəxanada guya stasionar müalicə alaraq çıxarış verilməsi görüntüsünü yaradaraq istintaqa məlum olmayan şəraitdə həmin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsə aid olmayan ştampı texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş təsvirini müvafiq qrafik proqram təminatından istifadə etməklə axıntılı printer vasitəsilə çap edərək hüquq verən rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla hazırlamış, həmçinin, həmin tarixdə və qeyd edilən xidməti otağında eyni niyyətlə Rza Qasımovun adına tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndərişə sonuncuya dair anket məlumatlarını qeyd edib Rza Qasımovun adına hazırladığı yuxarıda qeyd edilən saxta çıxarışa istinad edərək guya sonuncunun X2 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə müalicə almasına dair məlumatları diyircəkli qələmlə şəxsən yazıb öz imzası ilə təsdiq edərək qanunsuz olaraq hazırlayıb şəxsi niyyətlə təkrarən vəzifə saxtakarlığı törədərək, hazırladığı saxta sənədləri 2022-ci ilin fevral ayında Şahid9 təqdim etməklə, sonuncunun da öz növbəsində 2022-ci ilin aprel ayında qeyd edilən sənədi Həkim məsləhət komissiyasına təqdim edərək komissiyanın cinayətdən xəbərsiz sədri Şahid2 və komissiyanın digər üzvlərini Rza Qasımovun həmin institutda müalicə aldığına inandırıb komissiyanın müsbət rəyini aldıqdan sonra Cəlilabad Rayon X43 hüquqi şəxsdə fəaliyyət göstərən həkim məsləhət komissiyasının cinayətdən xəbərsiz olan sədri Şahid2, cinayətdən xəbərsiz olan üzvləri Şahid4, Şahid6, Şahid3 və Şahid5 vasitəsi ilə 25 aprel 2022-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüterdə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq X58 müalicə aldığı müəssisə qismində “ET Travmatologiya və Ortopediya institutu”, daxil olma qismində “xx.xx.2022”, çıxma tarixi qismində “xx.xx.2022” müalicə aldığı yerə dair düzgün olmayan məlumatları informasiya resursu sayılan xx.xx.2022-ci il tarixli, 0340003AAİT3 nömrəli elektron göndərişə daxil edərək həkim məsləhət komissiyası sədri və üzvlərinin adından təsdiq edilib, həmin göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Sosial Ekspert Komissiyasına göndərilməsinə nail olub, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində Cəlilabad Rayon X43 hüquqi şəxsin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsən və qeyriləri vasitəsilə şəxsi niyyətlə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, hüquq verən saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Cəlilabad rayonu, Abazallı kənd sakini xx.xx.2008-ci il təvəllüdlü X38 xəstəliyi və əlillik təyin edilməsi ilə bağlı sənədlərin hazırlanması ilə əlaqədar 2022-ci ilin mart ayında özünə müraciət edən, sonuncunun atası Şahid13 qarşısında özünü nüfuzlu tibb işçisi və etibarlı şəxs kimi göstərməkdən ibarət şəxsi niyyətlə 2022-ci ilin mart ayının sonlarında ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında X27 məxsus istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi boş blanka X38 adını və anket məlumatlarını, diaqnoz hissəsinə “Generalizə olunmuş ideopatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmalarla ayda 13-15 dəfə qavrama və dərketmənin ləngiməsi, qeyri-üzvü təbiətli enurez” kimi düzgün olan diaqnozları və həmin xəstəxanada guya müayinə olunmasına dair məlumatları 4761 nömrəli, xx.xx.2022-ci il tarixli rəyə diyircəkli qələmlə şəxsən yazıb, X18 baş həkimi və komissiya üzvlərinin soyadlarının qarşısında qəsdən fərqli formada imza etməklə Zəhra Kərimlinin xx.xx.2022-ci il tarixdə həmin xəstəxanada ambulator müayinə olunaraq epikriz verilməsi görüntüsü yaradaraq istintaqa məlum olmayan şəraitdə həmin xəstəxananın möhürünü texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş təsvirini müvafiq qrafik proqram təminatından istifadə etməklə tərtib edilmiş epikriz üzərinə birbaşa axıntılı printerlə çap edərək, həmçinin eyni niyyətlə həmin yerdə və tarixdə X27 məxsus Zəhra Kərimlinin adına üst tərəfində “Elektroensefaloqrafiya müayinəsi” yazılan boş blanka X38 adını və təvəllüdünü, nəticə hissəsinə “EEQ müayinə zamanı xəstə oyanıqdır, depakin preparatı qəbul etmişdir, tez-tez təkrarlanan generalizə olunmuş kəskin ləng epidalğalar qeyd olunur” kimi düzgün olmayan məlumatları, xx.xx.2022-ci il tarixində həmin xəstəxanada guya EEQ müayinə olunmasına dair məlumatları diyircəkli qələmlə şəxsən yazıb, “həkim” sözünün qarşısında qəsdən fərqli formada imza etməklə vahid niyyətlə hüquq verən saxta rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla hazırlamış, bundan sonra həmin tarixdə və qeyd edilən xidməti otağında eyni niyyətlə Zəhra Kərimlinin adına tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndərişə sonuncuya dair anket məlumatlarını qeyd edib Zəhra Kərimlinin adına hazırladığı yuxarıda qeyd edilən saxta çıxarışa istinad edərək guya sonuncunun X19 xx.xx.2022-ci il tarixlərdə müayinə olunmasına dair məlumatları diyircəkli qələmlə şəxsən yazıb öz imzası ilə təsdiq edərək qanunsuz olaraq hazırlayıb şəxsi niyyətlə təkrarən vəzifə saxtakarlığı törədərək, hazırladığı saxta sənədləri 2022-ci ilin may ayının əvvəllərində Şahid13 təqdim etməklə, Şahid13 öz növbəsində 2022-ci ilin may ayında qeyd edilən sənədləri Cəlilabad Rayon X43 hüquqi şəxsdə fəaliyyət göstərən Həkim məsləhət komissiyasına təqdim edərək komissiyanın cinayətdən xəbərsiz sədri Şahid2 və komissiyanın digər üzvlərini Zəhra Kərimlinin həmin xəstəxanada xx.xx.2022-ci il tarixdə müayinə olunduğuna inandırıb komissiyanın müsbət rəyini aldıqdan sonra həmin həkim məsləhət komissiyasının cinayətdən xəbərsiz olan sədri Şahid2, cinayətdən xəbərsiz olan üzvləri Şahid4, Şahid6, Şahid3 və Şahid5 vasitəsi ilə 30 may 2022-ci il tarixdə, ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otaqda quraşdırılmış kompüterdə “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Forma AZS 088 proqram modulu” elektron informasiya sisteminə daxil olaraq X38 müalicə aldığı müəssisə qismində “X44”, daxil olma qismində “xx.xx.2022”, çıxma tarixi qismində “xx.xx.2022” müalicə aldığı yerə dair düzgün olmayan məlumatları informasiya resursu sayılan xx.xx.2022-ci il tarixli, 0340003AA180 nömrəli elektron göndərişə daxil edərək həkim məsləhət komissiyası sədri və üzvlərinin adından təsdiq edilməsinə və həmin göndərişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X9 Sosial Ekspert Komissiyasına göndərilməsinə nail olub, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində Cəlilabad Rayon X43 hüquqi şəxsin səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, sağlamlıq imkanının məhdudluğu ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması kimi qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsən və qeyriləri vasitəsilə şəxsi niyyətlə rəsmi sənədlərə və informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, hüquq verən saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, o, təkrarən, Cəlilabad rayonu, Əliabad kənd sakini xx.xx.2008-ci il təvəllüdlü X59 xəstəliyi və əlillik təyin edilməsi ilə bağlı sənədlərin hazırlanması ilə əlaqədar 2022-ci ilin iyun ayında özünə müraciət edən, sonuncunun babası Şahid15 köməklik etmək məqsədilə şəxsi niyyətlə 2022-ci ilin iyun ayında ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında X27 məxsus istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi boş blanka X59 adını və anket məlumatlarını, diaqnoz hissəsinə sonuncuda hazırki vaxtda həmin xəstəliklər mövcud olmayan “Mərkəzi sinir sisteminin hipoksik zədələnməsi, baş beyinə qansızma qalıq əlaməti, tez-tez təkrarlanan qıcolmalar” kimi diaqnozları və həmin xəstəxanada guya müayinə olunmasına dair məlumatları 3821 nömrəli, xx.xx.2022-ci il tarixli rəyə diyircəkli qələmlə şəxsən yazıb, X18 baş həkimi və komissiya üzvlərinin soyadlarının qarşısında qəsdən fərqli formada imza etməklə Əli Əhmədovun xx.xx.2022-ci il tarixdə həmin xəstəxanada ambulator müayinə olaraq epikriz verilməsi görüntüsü yaradaraq istintaqa məlum olmayan şəraitdə həmin xəstəxananın möhürünü texniki qurğu vasitəsi ilə kompüterə köçürülmüş təsvirini müvafiq qrafik proqram təminatından istifadə etməklə tərtib edilmiş epikriz üzərinə birbaşa axıntılı printerlə çap edərək hüquq verən saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Bundan başqa, o, təkrarən, Cəlilabad rayonu, Təzəkənd kənd sakini xx.xx.2015ci il təvəllüdlü X11 xəstəliyi və əlillik təyin edilməsi ilə bağlı sənədlərin hazırlanması ilə əlaqədar 2022-ci ilin iyul ayında özünə müraciət edən, sonuncunun babası Şahid11 köməklik etmək məqsədilə şəxsi niyyətlə 2022-ci ilin iyul ayında ünvan 1 ünvanında yerləşən Cəlilabad Rayon X43 hüquqi şəxsin inzibati binasındakı xidməti otağında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi boş blanka X11 adını və anket məlumatlarını, rentgentomoqrafik, laborator və digər məlumatları, məsləhət görüldü hissəsinə, xəstəlik vərəqəsi uzadıldı hissəsinə və diaqnoz hissəsinə sonuncuda həqiqətən də həmin xəstəliklər olan “Budun anadangəlmə ikitərəfli çıxığı, sirkə kasasının tağının inkişafdan qalması, oynaqların kontrakturası, hət iki bud çanaq oynaqlarının yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası” kimi düzgün olan diaqnozları, həmçinin Rüqayyə Şəmmədzadənin həmin İnstitutda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə guya stasionar müalicə almasına dair məlumatları diyircəkli qələmlə şəxsən yazıb, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş həkimi və müayinə aparan həkim qrafalarının qarşısında şəxsən imza etməklə Rüqayyə Şəmmədzadənin xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə həmin xəstəxanada guya stasionar müalicə alaraq çıxarış verilməsi görüntüsünü yaradaraq istintaqa məlum olmayan şəraitdə həmin Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsə aid olmayan ştampı axıntılı printer vasitəsilə çap edərək hüquq verən saxta rəsmi sənədi qanunsuz olaraq istifadə etmək məqsədilə təkrarən saxtalaşdırmaqla hazırlamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Zərərçəkmiş şəxs publik hüquqi şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək vurulmuş maddi ziyana görə Təqsirləndirilən şəxs 7212.55 manat (yeddi min iki yüz on iki manat əlli beş qəpik) manat məbləğində maddi ziyanın zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin hesabına tutulmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin izahftları, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilməyərək, verdiyi ifadəsində göstərmişdir ki, 15 noyabr 2020-ci ildə müsahibə yolu ilə Cəlilabad rayon X43 hüquqi şəxsin pediatriya şöbəsində həkim-pediatr işləyir. Həkim-pediatr kimi əsas vəzifəsi uşaqların müayinə və müalicəsindən, stasionar şöbənin həkimi olmaqla HMK-na gedən anketlərin və forma 088-lərin əlyazmalarını yazmaqdan ibarətdir. Xəstələr azyaşlı olduğundan onların valideyinləri və yaxınları Cəlilabad rayon X43 hüquqi şəxsə gələrək ilk öncə xəstə olan övladlarını ambulator və ya stasionar qeydiyyata aldırırlar. Əgər ambulator xəstədirsə təyinatları verilərək evdə müalicələri davam etdirilir, stasionar xəstə olduğu təqdirdə isə xəstəxanada palataya alınaraq stasionar müalicəsi davam etdirilir. Stasionar xəstəni qeydiyyat şöbəsində qeydiyyatçılar qeydiyyata alırlar, o, yalnız xəstəlik tarixçəsini yazır. Bununla yanaşı uşağın müalicəsi işlədiyi yerin şəraitinə uyğun olmadıqda həmin xəstəni ixtisaslaşdırılmış xəstəxanaya göndərişlə göndərir. Bundan başqa sağlamlıq imkanları məhdud uşaqlara aylıq müavinət təyin edilməsi ilə bağlı vətəndaşlar müraciət etdikdə onlara tərəfindən istiqamət verilir. Belə ki, TSEK-dən keçməyən uşaqların valideyinləri müraciət etdikdə onlara komissiyaya qədər hansı prosedurlardan keçmələrinə dair həkim pediatr tərəfindən göndərişlər verilir. Mahiyyəti üzrə bildirir ki, işlədiyi publik hüquqi şəxsin direktoru Şahid1dur, onunla ədavəti və düşmənçiliyi olmamışdır. Həkim-pediatr kimi heç bir qanunsuzluğa yol verməmiş, heç bir xəstənin valideyni və ya yaxını onlara qarşı qanunsuzluq etdiyini, həmçinin onlardan pul istəməsini deyə bilməzlər, çünki bütün xəstələrə eyni yanaşmış, onlara əlindən gələn köməkliyi göstərmişdir. Xidməti otağında aşkar edilmiş digər xəstəxanalara məxsus möhürlənmiş, imzalı boş blankları nə vaxt və necə əldə etməsini xatırlamır. Mələk Mütəllimova onun xəstəsi olmuşdur, Bayram Mütəllimov da ona bununla bağlı hər hansı bir söz deməmişdir. Cəlilabad Rayon X43 hüquqi şəxsin direktoru Şahid1 onun barəsində epikrizlər və diaqnozlarda təhriflər və hiperdiaqnostika (diaqnozun artıq yazılması) hallarına yol verməsi ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, bütün diaqnozları demək olar ki, xəstənin şikayəti və vizual müşahidə əsasında yazmışdır. Bakı şəhər X28 və X29 və Ortopediya İnstitutuna məxsus saxta tibbi rəyləri özü hazırlamışdır, lakin bunu pul və sair maddi nemət qarşılığında deyil, xəstələr maddi imkansızlıqdan əziyyət çəkdiklərinə görə etmişdir. X48, X39, X84, X85, Hüseynov Ramal Tacəddin oğlu, Mütəllimova Mələk Heybət qızı, X66 və digər xəstələr barədə də Cəlilabad rayon mərkəzi xəstəxanasına aid saxta epikriz yazmamış, həmin xəstələrin diaqnozlarını demək olar ki, doğru yazmışdır. Belə ki, həmin xəstələrin hamısı stasionar qaydada palatada yatmışlar, ola bilsin ki, qeydiyyat şöbəsi hansısa səbəbdən qeydiyyata almamışdır. X35 adına olan 2633 nömrəli xx.xx.2021-ci il tarixli X18 rəyindəki yazılar onun yazısıdır, həmin sənədi hər hansı pul və sair maddi nemət qarşılığında hazırlamamışdır, Cavad həqiqətən də xəstədir, Cavadın atası Cavid oğlunu onun yanına müayinəyə gətirmiş, Cavad X10 stasionar müalicə almışdır. Həmin X27 məxsus sənədi hazırlamaqda məqsədi Cavadın həqiqətən də xəstə olması səbəbindən onların əlavə xərc çəkərək Bakı şəhərinə gəlib-getməmələri olmuşdur. Həmçinin qeyd edir ki, Cavadın adına olan həmin sənədi öz xidməti otağında təxminən 2021-ci ilin noyabr ayının sonlarında hazırlamışdır. Həmin blankıda və blankda olan möhürü isə hansı şəraitdə əldə etməyini xatırlamır. Bayram Mütəllimov nəvəsi Mələyi xəstə olduğu üçün onun yanına gətirmiş, Mələkdə həqiqətən xəstəliklər vardır, lakin onda olan xəstəlik diaqnozlarını nisbətən ağır formada yazmış, ona aid olan sənədləri də özü hazırlamışdır. Mələk X10 stasionar müalicə almışdır. Elmi- Tədqiqat Travmatologiya və Ortopediya institutuna məxsus sənədi hazırlamaqda məqsədi Mələyin həqiqətən də xəstə olması səbəbindən onların əlavə xərc çəkərək Bakı şəhərinə gəlib-getməmələri olmuşdur. Həmin sənədi hər hansı pul və sair maddi nemət qarşılığında hazırlamamışdır. Həmçinin qeyd edir ki, Mələyin adına olan həmin sənədləri öz xidməti otağında təxminən 2022-ci ilin fevral ayında hazırlamışdır. Həmin blankları və blanklarda olan möhürü isə hansı şəraitdə əldə etməyini xatırlamır. X38 adına olan 4761 nömrəli xx.xx.2022-ci il tarixli X18 rəyindəki yazılar onun yazısıdır, həmin sənədi hər hansı pul və sair maddi nemət qarşılığında hazırlamamışdır, Zəhra həqiqətən də xəstədir, Zəhranın atası Kənan Zəhranı onun yanına müayinəyə gətirmiş, Zəhra X10 stasionar müalicə almışdır. Həmin sənədi hazırlamaqda məqsədi Zəhranın həqiqətən də xəstə olması səbəbindən sadəcə köməklik etmək olmuşdur. Həmçinin qeyd edir ki, Zəhranın adına olan həmin sənədi və EEQ müayinəsini öz xidməti otağında təxminən 2022-ci ilin mart ayının sonlarında hazırlamışdır. Həmin blankı və blankda olan möhürü isə hansı şəraitdə əldə etməyini üzərindən uzun müddət keçdiyindən xatırlamır. Ramal Hüseynovun atası Şahid8 Ramalı onun yanına gətirmiş, Ramalda həqiqətən xəstəliklər vardır, lakin onda olan xəstəlik diaqnozlarını nisbətən ağır formada yazmış, həmin sənədləri də özü hazırlamışdır. Ramal həqiqətən də X10 stasionar müalicədə almışdır. Ramalın adına olan X27 məxsus sənədi hazırlamaqda məqsədi Ramalın həqiqətən də xəstə olması, həmçinin maddi imkanlarının aşağı olması səbəbindən olmuşdur. Həmin sənədi hər hansı pul və sair maddi nemət qarşılığında hazırlamamışdır. Həmçinin qeyd edir ki, Ramalın adına olan həmin sənədləri öz xidməti otağında təxminən 2021-ci ilin avqust ayının əvvəllərində hazırlamışdır. Həmin blankı və blankda olan möhürü isə hansı şəraitdə əldə etməyini xatırlamır. X58 adına olan xx.xx.2022-ci il tarixli Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutuna aid çıxarışdakı yazılar onun yazısıdır, həmin sənədi hər hansı pul və sair maddi nemət qarşılığında hazırlamamışdır, Rza həqiqətən də xəstədir, Rzanın atası İlham oğlunu uzun müddətdir ki, onun yanına gətirir, Rza X10 stasionar müalicələr almışdır. Həmin sənədi hazırlamaqda məqsədi Rzanın həqiqətən də xəstə olması səbəbindən onlara kömək etmək olmuşdur. Həmçinin qeyd edir ki, həmin sənədi öz xidməti otağında təxminən 2022-ci ilin fevral ayının sonlarında hazırlamışdır. Həmin blankı və blankda olan möhürü isə hansı şəraitdə əldə etməyini üzərindən uzun müddət keçdiyindən xatırlamır. Cəsur Kərimzadə onun xəstəsidir, yaxınları Cəsuru yanına müayinə və müalicə üçün gətirirlər, Cəsurda həqiqətən xəstəliklər vardır, lakin onda olan xəstəlik diaqnozlarını nisbətən ağır formada yazmışdır, Cəsurun adına olan sənədləri də özü hazırlamışdır. Cəsur həqiqətən də X10 stasionar müalicə almışdır. Həmin sənədləri hazırlamaqda məqsədi Cəsurun həqiqətən də xəstə olması səbəbindən onlara köməklik etmək olmuşdur. Həmin sənədləri hər hansı pul və sair maddi nemət qarşılığında hazırlamamışdır. Həmçinin qeyd edir ki, Cəsurun adına olan həmin sənədləri öz xidməti otağında təxminən 2022-ci ilin fevral ayının sonlarında hazırlamışdır. Həmin blankları və blanklarda olan möhürü isə hansı şəraitdə əldə etməyini xatırlamır. Şahid14 adına olan xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutuna aid çıxarışlardakı yazılar onun yazısıdır, həmin sənədləri hər hansı pul və sair maddi nemət qarşılığında hazırlamamışdır, Rəmal həqiqətən də xəstədir, sonuncu, tibbi sənədlərini ona göstərərək pensiya almaq istədiyini bildirmiş, həmin tibbi sənədlərə baxıb həqiqətən də xəstə olduğunu, əsa ilə gəzdiyini görüb qeyd edilən sənədləri öz xidməti otağında xx.xx.2021-ci il tarixli çıxarışı 2021-ci ilin noyabr ayının ortalarında, xx.xx.2022-ci il tarixli çıxarışı isə 2022-ci ilin may ayının əvvəllərində hazırlamışdır. Həmin blankları və blanklarda olan möhürü isə hansı şəraitdə əldə etməyini üzərindən uzun müddət keçdiyindən xatırlamır. X59 adına olan 3821 nömrəli xx.xx.2022-ci il tarixli X18 rəyini və X11 adına olan xx.xx.2022-ci il tarixli Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutuna aid çıxarışı necə, nə vaxt və hansı şəraitdə hazırlamasını xatırlamır. Hüseynov Ramal Tacəddin oğluna, Mütəllimova Mələk Heybət qızına və X49 diaqnozları vizual baxışla müəyyən etmişdir. Onlarda yazılan xəstəlikləri, yəni diaqnozları işlədiyi publik hüquqi şəxsdə müəyyən etmək mümkün deyildir, buna görə onlara ancaq diaqnozlar ixtisaslaşdırılmış xəstəxanalar tərəfindən verilir. Onların xəstəliklərini vizual baxışla hesab edir ki, düzgün müəyyən etmişdir. Özünü təqsirli hesab etmədiyinə görə barəsində bəraət hökmünün çıxarılmasını və mülki iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 verdiyi izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs etmiş olduğu əməllər nəticəsində zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 7212.55 (yeddi min iki yüz on iki manat əlli beş qəpik) manat zərər dəymişdir. Qeyd edilənlərin nəzərə alınaraq mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Cəlilabad RMX-nın PHŞ-in nümayəndəsi Nümayəndə2 verdiyi ifadəsində göstərmişdir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Şakir oğlundan şikayətlərinin olmadıqlarını və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən hazıradək Cəlilabad rayon X43 hüquqi şəxsin direktorunun inzibati məsələlər üzrə müavini vəzifəsində işləyir, bununla yanaşı olaraq təxminən 2020-ci ilin avqust ayından xx.xx.2022-ci il tarixədək həmin publik hüquqi şəxsdə fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının sədri vəzifəsində işləmişdir. Direktor müavini kimi vəzifəsi kadrlarla, maliyyə və təchizatla bağlı məsələlərlə bağlı işlərin görülüb direktora təqdim edilməsi, həmin məsələlər üzrə direktorun göstərişlərini icra etmək və sairdən ibarətdir. Bildirir ki, tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim Məsləhət Komissiyasının tərkibinə daimi üzv kimi həkim-əmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah, nevropatoloq və pediatr daxil edilir. Lakin sədri olduğu komissiyada nevropatoloq olmadığından həmin üzvün yerinə həkim-psixiatr götürülmüşdür. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə, birləşmiş xəstəxanalarda poliklinika şöbəsinin müdirinə (baş həkimin poliklinika işləri üzrə müavininə), publik hüquqi şəxsdə isə tibbi təhsilli müavinlərdən birinə həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. Lakin praktikada direktor tərəfindən təyin edilir. Cəlilabad RMX publik hüquqi şəxsdə fəaliyyət göstərən HMK aşağıdakı tərkibdə təsdiq edilmişdir. Həmin həkim məsləhət komissiyası bir sədr və 4 üzvdən ibarət olmuşdur. Qeyd etmişdir ki, komissiyanın tərkibində həkim travmatoloq olmamışdır. 2022-ci ilin yanvar ayından həkim komissiyasının üzvləri - sədr, yəni özü, terapevt həkim kimi Şahid4, həkim cərrah kimi Əfqan həkim, həkim psixiatr kimi Şahid5 və həkim-pediatr kimi Davud həkim daxil edilmişdir. Həmin komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafıq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (35 n-li nömrəli forma) yazılır. Sədri olduğu həkim məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir. Xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfindən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması və aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi: əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddəti başa çatmış şəxslərə TSEK tərəfındən əlilliyin təkrar qiymətləndirilməsi, sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün), əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin əmək fəaliyyəti ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və s. Həkim Məsləhət Komissiyası yuxarıda qeyd olunduğu kimi komissiyaya müraciət edən şəxslərin xəstəliyinin müayinə və müalicə metodları ilə dəqiqləşdirərək əlillik dərəcələrinin təyinatı üzrə forma-088-lərin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya xidmətinə göndərilməsini həyata keçirir. Ona elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən ona məxsusdur. Bildirir ki, elektron imzanı şəxsən özləri sistemə daxil edirlər. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropotoloq tərəfindən, pediatriya sahəsində isə həkim pediatr tərəfindən müayinə olunur, lazım gəldikdə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu Forma 088-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan asan imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin Forma 088-i sistemə daxil etmək mümkün olmurdu. Lakin xx.xx.2022-ci il tarixdən həmin sistemə bir həkimin imzası olmadan da Forma-088-i göndərmək mümkün olur. Əvvəllər Tibbi Sosial Ekspert komissiyaları rayon ərazisində yerləşsə də sonradan həmin mərkəzlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya xidmətinə tabe edildi. Mahiyyəti üzrə bildirir ki, Şükürov X54 Rayon X43 hüquqi şəxsin pediatriya şöbəsində həkim-pediatr vəzifəsində işləyir, onunla hər hansı düşmənçiliyi və ədavəti yoxdur. Cinayət işində adları keçən xəstə uşaqlar, yəni X84, Hüseynov Ramal Tacəddin oğlu, X76, X24, X60, X85, Mütəllimova Mələk Heybət qızı, X66, Cəsur Kərimzadə, Ləman Məmmədova və Mehdi İsgəndərlinin həkim məsləhət komissiyasında xəstəlikləri ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 088 göndərilmişdir və həmin uşaqları, həmçinin valideyinlərini şəxsən tanımır, adlarını qeyd etdiyi uşaqlar həkim-pediatr Təqsirləndirilən şəxs xəstələri olmuşlar. Həmin xəstələri Təqsirləndirilən şəxs təqdim etdiyi müayinə və tibbi sənədlər əsasında komissiyanın üzvləri və üzv olan həkim pediatr müayinə etmiş və göndərişi TSEK-na göndərmişlər. O, yalnız müalicə həkiminin qoyduğu diaqnozun düzgünlüyünə inanaraq göndərişi elektron imzası ilə təsdiq etmişdir. Yəni həmin şəxslərə hansı diaqnozun qoyulması, onların həkim məsləhət komissiyasından keçərkən ambulator və ya stasionar qaydada müayinə və müalicəsi barədə məlumatı yoxdur. Hazırda həmin xəstə uşaqlara TSEK tərəfindən hansı qərarın verilib-verilməməsini xatırlamır. Həmçinin qeyd edir ki, əlillik təyin edilə biləcək xəstəliklər üzrə işlədiyi xəstəxanada tibbi avadanlıqlar tam olmadığından həmin xəstələr ixtisaslaşdırılmış xəstəxanalara göndərilir və həmin xəstəxanaların rəyləri, çıxarışları və epikrizləri əsasında göndərişlər onlar tərəfindən TSEK-ə göndərilir. X80 Tacəddin oğlu atası tərəfindən komissiyaya qucaqda gətirilmiş, buna baxmayaraq onlar tərəfindən Ramala diaqnoz qoyulması mümkün olmamış, yalnız ixtisaslaşdırılmış xəstəxanadan rəy verildiyinə görə həmin şəxs barəsində göndəriş göndərilmişdir, yəni Ramal kimi digər xəstələrdə də eyni vəziyyət olmuşdur. Bildirir ki, elektron imzanın şəxsi olduğunu və istifadə qaydalarını bilir, həmin imzanı həkim məsləhət komissiyasının digər üzvləri kimi o da şəxsən özü istifadə edib, başqa şəxsə etibar etməmişdir. Ona və eləcə də həkim məsləhət komissiyasının digər üzvlərinə vətəndaş X61 və qeyrilərinin sədri olduğu həkim məsləhət komissiyasında xəstəlikləri ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 088 göndərilməsi ilə əlaqədar hər hansı pul və bu kimi maddi nemət təklif olunaraq verilməmişdir. Təqsirləndirilən şəxs xidməti otağında aparılmış axtarışda digər xəstəxanalara məxsus möhürlənmiş, imzalı boş blankların, həmçinin digər xəstəxanalara məxsus sənəd əsasında xəstələrə verilmiş arayışların aşkar edilərək götürülməsi barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs xidməti otağında aparılmış axtarışda aşkar edilmiş X18 rəylərində adları olan həkimlərin sonradan həmin dövrdə qeyd edilən xəstəxanada işləmədikləri müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən epikrizlər və diaqnozlarda təhriflər və hiperdiaqnostika (diaqnozun artıq yazılması) hallarına yol verdilməsi barədə məlumatı olmamışdır. Bildirir ki, sənədləri yoxlayarkən X58 adına verilmiş X29 və Ortopediya İnstitutunun tibbi rəyində görmüşdür ki, həmin tibbi rəy başqa tibbi rəylərdən fərqlənir. Bundan sonra həmin tibbi rəy şübhə doğurduğundan bu barədə direktor Şahid1 məlumat vermiş və araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin tibbi rəydə olan həkimlər hazırda orada işləmirlər. Bundan sonra Şahid1 rəsmi olaraq ərizə ilə müraciət edib Elnur Şükürovun tərtib etdiyi xəstələri barədə sənədlərin yoxlanmasını xahiş etmişdir. Həmin sənədlərin kim tərəfindən tərtib edilməsini bilmir. Təqsirləndirilən şəxs hər hansı şəxsdən tibbi rəy verməsi və ya digər xidmətlərə görə qanunsuz olaraq pul və sair maddi nemət tələb etməsi və ya alması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, 2005-ci ildən hazıradək isə Cəlilabad rayon X43 hüquqi şəxsdə həkimpediatr işləyir, bununla yanaşı olaraq da təxminən 2020-ci ildən publik hüquqi şəxsdə fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının üzvüdür. Mahiyyəti üzrə bildirir ki, Şükürov X54 Rayon X43 hüquqi şəxsin pediatriya şöbəsində həkim-pediatr vəzifəsində işləyir, onunla hər hansı düşmənçiliyi və ədavəti yoxdur. Cinayət işində adları keçən xəstə uşaqlar, yəni X84, Hüseynov Ramal Tacəddin oğlu, X76, X24, X60, X85, Mütəllimova Mələk Heybət qızı, X66, Cəsur Kərimzadə, Ləman Məmmədova və Mehdi İsgəndərlinin həkim məsləhət komissiyasında xəstəlikləri ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 088 göndərilib-göndərilmədiyini xatırlamır və həmin uşaqları, həmçinin valideyinlərini şəxsən tanımır. Həmin uşaqların onun yaxud həkimpediatr Təqsirləndirilən şəxs xəstələri olub-olmadığını da xatırlamır. Əgər qeyd edilən xəstələr barəsində TSEK-ə forma-088 göndərilibsə həmin xəstələri onların müalicə həkiminin təqdim etdiyi müayinə və tibbi sənədlər əsasında komissiyanın üzvləri və onun özü, yəni həkim pediatr müayinə etmiş və göndərişi TSEK-na göndərmişlər. Pediatriya sahəsi, yəni 18 yaşından aşağı olan xəstələr onun sahəsi olsa da Komissiyanın tərkibindəki fəaliyyəti müalicə həkiminin qoyduğu diaqnozun düzgünlüyünə və həmin həkimin təqdim etdiyi tibbi sənədlərə inanaraq göndərişi elektron imza ilə təsdiq edir. Çünki beyin, serebral iflic, epilepsiya kimi xəstələri onlar müayinə edə bilmirlər, adətən bunu Bakı şəhərində yerləşən ixtisaslaşdırılmış xəstəxanalara, yəni X28 və X29 və Ortopediya İnstitutuna göndərirlər. Həmin xəstələrə hansı diaqnozun qoyulması, onların həkim məsləhət komissiyasından keçərkən ambulator və ya stasionar qaydada müayinə və müalicə olunmaları barədə hər hansı məlumatı xatırlamır. Həmçinin hazırda həmin xəstə uşaqlara TSEK tərəfindən hansı qərarın verilib-verilməməsini xatırlamır. Elektron imzanın şəxsi olduğunu və istifadə qaydalarını bilir. Həmin imzanı həkim məsləhət komissiyasının digər üzvləri kimi o da şəxsən istifadə edib, başqa şəxsə etibar etməmişdir. Ona və eləcə də həkim məsləhət komissiyasının digər üzvlərinə vətəndaş X61 və qeyrilərinin üzvü olduğu həkim məsləhət komissiyasında xəstəlikləri ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 088 göndərilməsi ilə əlaqədar hər hansı pul və bu kimi maddi nemət təklif olunaraq verilməmişdir. Təqsirləndirilən şəxs xidməti otağında aparılmış axtarışda digər xəstəxanalara məxsus möhürlənmiş, imzalı boş blanklar, həmçinin digər xəstəxanalara məxsus sənəd əsasında xəstələrə verilmiş arayışlar barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxs xidməti otağında aparılmış axtarışda aşkar edilmiş X18 rəylərində olan həkimlərin sonradan həmin dövrdə qeyd edilən xəstəxanada işləmədikləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən epikrizlər və diaqnozlarda təhriflər və hiperdiaqnostika (diaqnozun artıq yazılması) hallarına yol verməsi barədə məlumatı yoxdur. Əlavə olaraq bildirir ki, komissiya sədri Şahid2 hansısa tibbi rəyin digər tibbi rəylərlə uyğun gəlmədiyini müəyyən edib direktor Şahid1 məlumat vermişdir. Həmin sənədlərin kim tərəfindən tərtib edilməsini bilmir. Təqsirləndirilən şəxs hər hansı şəxsdən tibbi rəy verməsi və ya digər xidmətlərə görə qanunsuz olaraq pul və sair maddi nemət tələb etməsi və ya alması, sağlamlıq imkanları məhdud olan uşaqları xəstəxananın pediatriya şöbəsində yatırmadan, yəni stasionar müalicə almadan, onlara tibbi sənədlər üçün möhür vurduraraq saxta epikrizlər təqdim etməsi barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, 1994-cü ildə Azərbaycan Dövlət Tibb universitetinin pediatriya fakultəsini bitirmişdir. 1997-2009-cu illərdə Azərbaycan Respublikası ərazisində yerləşən müxtəlif hərbi hissələrdə həkim cərrah kimi, 2009-2019-cu illərdə Sumqayıt şəhərində yerləşən Təcili Tibbi yardım xəstəxanasında həkim-cərrah kimi işləmiş, 2019-cu ildən hazıradək isə Cəlilabad rayon X43 hüquqi şəxsdə həkim-cərrah işləyir, bununla yanaşı olaraq təxminən 2022-ci ilin yanvar ayından publik hüquqi şəxsdə fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasının üzvüdür. Tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə Həkim Məsləhət Komissiyası haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamə əmək qabiliyyətinin itirilməsinin ekspertizasını, tibbi və əmək reabilitasiyası məsələlərinin təşkilini tənzimləyən sənəddir. Həkim Məsləhət Komissiyasının tərkibinə daimi üzv kimi həkim-əmək ekspertizası sahəsində bilik və təcrübəsi olan həkim terapevt, cərrah, nevropatoloq və pediatr daxil edilir. Lakin üzvü olduğu komissiyada nevropatoloq olmadığından həmin üzvün yerinə həkim-psixiatr götürülmüşdür. Ehtiyac yaranan hallarda komissiyanın işinə həmin müəssisənin və digər tibb müəssisələrin müvafiq mütəxəssisləri cəlb oluna bilər. HMK-nın sədri funksiyası tibb müəssisəsinin baş həkiminə, birləşmiş xəstəxanalarda poliklinika şöbəsinin müdirinə (baş həkimin poliklinika işləri üzrə müavininə), publik hüquqi şəxsdə isə tibbi təhsilli müavinlərdən birinə həvalə edilir. HMK-nın tərkibi yuxarı səhiyyə təşkilatının əmri ilə təyin olunur. Lakin praktikada direktor tərəfindən təyin edilir. Cəlilabad RMX publik hüquqi şəxsdə fəaliyyət göstərən HMK aşağıdakı tərkibdə təsdiq edilmişdir. Həmin həkim məsləhət komissiyası bir sədr və 4 üzvdən ibarət olmuşdur. Komissiyanın tərkibində həkim travmatoloq olmamışdır. 2022-ci ilin yanvar ayından həkim komissiyasının üzvləri - sədr Şahid2, terapevt həkim kimi o, həkim cərrah kimi Əfqan həkim, həkim psixiatr kimi Şahid5 və həkim-pediatr kimi Davud həkim daxil edilmişdir. Həmin komissiya tərəfindən xəstəyə baxıldıqdan və aparılan müayinələrin nəticələri öyrənildikdən sonra müvafıq rəy qəbul olunur. HMK-sı tərəfindən verilən rəylər və qərarlar barədə məlumatlar həmin gün HMK-nın jurnalına (35 n-li nömrəli forma) yazılır. Üzvü olduğu həkim məsləhət komissiyasının funksiyaları aşağıdakılardan ibarətdir. Xəstəyə müəyyən olunmuş diaqnozun, aparılmış müayinələrin və müalicənin düzgünlüyünə, əmək qabiliyyəti olmamaq vərəqələrinin verilməsinin əsaslılığına nəzarət edilməsi, müalicə həkimi tərəfindən verilmiş əmək qabiliyyəti olmamaq vərəqələrinin müddətinin qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması, ehtiyac olduqda xəstələrin ixtisaslaşdırılmış müalicə müəssisələrinə məsləhətə göndərilməsi, sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa, həmin sənədlərin xəstəlik vərəqələri ilə əvəz olunması və aşağıda göstərilən məsələlərin həll edilməsi məqsədilə Tibbi Sosial Ekspert Komissiyalarına göndərişin verilməsi : - əlillik əlamətləri olan xəstələrə əlillik dərəcəsinin müəyyən edilməsi və ya müalicə müddətinin artırılması, əlillik müddəti başa çatmış şəxslərə TSEK tərəfındən əlilliyin təkrar qiymətləndirilməsi, - sağlamlıq imkanı məhdud uşaqlara müavinətin müəyyən edilməsi, - əlillik dərəcəsi olan şəxslərin vaxtından əvvəl təkrar əlilliyin qiymətləndirilməsi (əlillik qrupundan çıxarılması, əlillik dərəcəsinin azaldılması və ya artırılması üçün); - əlilliyin səbəbinin dəyişdirilməsi, şəxsin əmək fəaliyyəti ilə əlaqədar aldığı zədə və ya sağlamlığın digər pozulması halları zamanı əmək qabiliyyətinin itirilməsi dərəcəsinin (faizinin) müəyyən edilməsi, - əlillərin texniki və digər reabilitasiya vasitələri (avtomobil, əlil arabaları və s.) ilə təmin olunması və s. Həkim Məsləhət Komissiyası yuxarıda qeyd olunduğu kimi komissiyaya müraciət edən şəxslərin xəstəliyinin müayinə və müalicə metodları ilə dəqiqləşdirərək əlillik dərəcələrinin təyinatı üzrə forma-88-lərin doldurularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya xidmətinə göndərilməsini həyata keçirir. Ona elektron imza müvafiq Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən təqdim edilmişdir. Həmin elektron imza şəxsən ona məxsusdur. Elektron imzanı şəxsən özləri sistemə daxil edirlər. Xəstənin tibbi sənədləri onun xəstəliyindən asılı olaraq müalicə həkimi tərəfindən toplanılır. Xəstədə terapevtik xəstəliklər olarsa həkim məsləhət komissiyasına müraciət etdikdə terapevt tərəfindən, cərrahi xəstəliklər olarsa həkim cərrah tərəfindən, psixi nevroloji xəstəliklər olarsa həkim nevropotoloq tərəfindən, pediatriya sahəsində isə həkim pediatr tərəfindən müayinə olunur, lazım gəldikdə xəstə stasionar müalicə olunması üçün ixtisaslaşmış tibb müəssisəsinə göndərilir və sonradan diaqnoz təsdiq olunduqda xəstənin məlumatları və diaqnozu Forma 88-ə yazılaraq imzalanır və hər bir komissiya üzvünün özünə məxsus olan asan imzası ilə sistemə daxil olunur. Bir nəfər komissiya üzvünün asan imzası olmadıqda həmin Forma 88-i sistemə daxil etmək mümkün olmurdu. Lakin xx.xx.2022-ci il tarixdən həmin sistemə bir həkimin imzası olmadan da Forma-88-i göndərmək mümkün olur. Əvvəllər Tibbi Sosial Ekspert komissiyaları rayon ərazində yerləşsə də sonradan həmin mərkəzlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya xidmətinə tabe edilmişdir. Şükürov X54 Rayon X43 hüquqi şəxsin pediatriya şöbəsində həkim-pediatr vəzifəsində işləmişdir, onunla hər hansı düşmənçiliyi və ədavəti yoxdur. Cinayət işində adları keçən xəstə uşaqlar, yəni X84, Hüseynov Ramal Tacəddin oğlu, X76, X24, X60, X85, Mütəllimova Mələk Heybət qızı, X66, Cəsur Kərimzadə, Ləman Məmmədova və Mehdi İsgəndərlinin həkim məsləhət komissiyasında xəstəlikləri ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 088 göndərilib-göndərilmədiyini xatırlamır və o həmin uşaqları, həmçinin valideyinlərini şəxsən tanımır, onlar onun xəstəsi olmamışlar, həmçinin adları qeyd edilən uşaqların həkim-pediatr Təqsirləndirilən şəxs xəstələri olub-olmadığını da xatırlamır. Əgər qeyd edilən xəstələr barəsində TSEK-ə forma-88 göndərilibsə həmin xəstələri onların müalicə həkiminin təqdim etdiyi müayinə və tibbi sənədlər əsasında komissiyanın üzvləri və üzv olan həkim pediatr müayinə etmiş və göndərişi TSEK-na göndərmişlər. O yalnız ixtisası olmayan xəstə barədə müalicə həkiminin qoyduğu diaqnozun düzgünlüyünə inanaraq göndərişi elektron imzası ilə təsdiq edir. Yəni həmin şəxslərə hansı diaqnozun qoyulması, onların həkim məsləhət komissiyasından keçərkən ambulator və ya stasionar qaydada müayinə və müalicə barədə məlumatı yoxdur. Həmçinin hazırda həmin xəstə uşaqlara TSEK tərəfindən hansı qərarın verilib-verilməməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 və Şahid4 Əlihüseyn oğlu Şahid6 ifadəsinə uyğun ifadələr vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 2011-2020-ci illərdə X20 Mərkəzində həkim-kardioloq, poliklinika şöbəsinin müdiri vəzifələrində işləmişdir. Bununla yanaşı 2011-2014-cü illərdə Bakı şəhərində yerləşən Mərkəz Klinikdə konsultant həkim-kardioloq işləmişdir. 11 mart 2020-ci il tarixdən hazıradək Cəlilabad rayon X43 hüquqi şəxsin direktoru vəzifəsində işləyir. Direktor kimi vəzifəsi xəstəxananı idarə etmək, tibbi xidmətinin təşkilinə nəzarət etmək, xəstəxananın maddi-texniki və dərman təminatını təmin etmək, İcbari Tibbi Sığorta çərçivəsində xidmətlər zərfinə uyğun tibb xidmətlərinin əl çatanlığını və vətəndaşların bundan yararlanmasını təmin etmək, tibb işçilərinin işə götürülməsi və işdən azad edilməsi, Həkim Məsləhət Komissiyasının sədrinin təqdimatının verilməsi və həmin komissiyanın üzvlərinin təyin edilməsi və sairdən ibarətdir. Hazırda Cəlilabad rayon Mərkəzi Xəstəxanasında təxminən 1438 nəfər tibb işçi vardır. Mahiyyəti üzrə bildirir ki, təxminən 2020-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs direktoru olduğu Cəlilabad rayon Mərkəzi Xəstəxanasına gələrək işlə təmin olunması üçün müraciət etmişdir. Həmin ərəfədə Cəlilabad rayonunda həkim çatışmamazlığı olduğundan Təqsirləndirilən şəxs qəbul edərək danışıqlar apardıqdan sonra sonuncunun sənədlərinə baxış keçirərkən həmin şəxsin Beynəlxalq Universitetin pediatriya fakültəsini bitirdiyini müəyyən etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin həkimlərin tibb fəaliyyətlə məşğul olması üçün verdiyi sertifikasiya şəhadətnaməsinə baxış keçirdikdən sonra həmin şəxsin işə alınması barədə qərar vermiş, Təqsirləndirilən şəxs ilə əmək müqaviləsi bağlayaraq Cəlilabad rayon X8 şöbəsinə həkim pediatr kimi işə götürmüşdür. Bir müddət sonra Təqsirləndirilən şəxs işində bir çox nöqsanları müəyyən etməyə başlamışdır. Buna misal olaraq Təqsirləndirilən şəxs tərəfindən yazılan epikrizlər və diaqnozlarda təhriflər və hiperdiaqnostika (diaqnozun artıq yazılması) faktları aşkar edilmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs tərəfindən şifahi qaydada xəbərdarlıq edilmiş, bir müddət sonra pediatriya şöbəsinə daha çox əlilliklə bağlı sağlamlıq imkanları məhdud olan uşaqların stasionar müalicəsini təmin etməyə başladığını müşahidə etmişdir. Bu barədə Cəlilabad rayon Xəstənasının inzibati işlər üzrə müavini, eyni zamanda Həkim Məsləhət Komissiyasının sədri Şahid2 ona Təqsirləndirilən şəxs tərəfindən doldurulan 088 saylı formalarda (əlilliyin təyin edilməsi TSEK-ə göndərilən sənəd) şübhəli məqamların olmasını bildirmişdir. Daha sonra əlilliyə görə Təqsirləndirilən şəxs müraciət edən xəstələrin anket məlumatlarına və tibbi kartalarına baxış keçirərkən müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayına qədər bir çox rayon sakinlərinə Bakı şəhərinin müxtəlif xəstəxanalarının (Bakı şəhər X28, X29 və Ortopediya İnstitutu) tibbi rəylər üçün nəzərdə tutulmuş blankların və möhürlərin saxtalaşdırılmış formasını düzəldərək saxta tibbi rəylər verərək, daha sonra 088 saylı tibbi formanı dolduraraq HMK-ya təqdim etmişdir. Daha sonra Bakı şəhərindəki yuxarıda adlarını qeyd etdiyi xəstəxanaların direktoru və baş həkimləri ilə telefon vasitəsilə əlaqə saxlayaraq həmin xəstələrin ümumiyyətlə həmin xəstəxanalara tibbi rəydə göstərilən tarixlərdə müraciət etmədiklərini və ümumiyyətlə həmin tibbi rəylərin onlar tərəfindən verilmədiyini müəyyən etmişdir. Buna misal olaraq X18 hazırlanmış saxta blankında adları göstərilən həkim komissiyasının üzvlərindən M.Sadıqov, S.Səfərov, M.Mirəliyev və G.Musayeva yaş həddinə çatması ilə əlaqədar 2 (iki) ilə yaxındır ki, təqaüdə göndərilmişdir. Digər 2 nəfər isə Yelena Həsənbəyova və Aynur Axundova komissiya üzvləri deyillər. Bundan başqa X29 və Ortopediya İnstitunun saxta tibbi rəylərinə baxdıqda isə açıq-aşkar Təqsirləndirilən şəxs tərəfindən yazıldığı və Səhiyyə Nazirliyi qeydiyyatında olan köhnə möhürlə möhürləndiyi müəyyən edilmişdir. Halbuki X29 və Ortopediya İnstitunun möhürü tam başqa formadadır və üzərində TƏBİB-in loqosu vardır. Təqsirləndirilən şəxs HMK və Tibbi Sosial Ekspert Komissiyasını (TSEK) aldadaraq bəzi şəxslərə pensiya təyin olunmasına nail olmağa çalışır və nəticə olaraq dövlət büdcəsinə ziyan vurur. Əlavə olaraq bildirmək istəyir ki, Təqsirləndirilən şəxs sağlamlıq imkanları məhdud uşaq xəstələrini Cəlilabad RMX-nın pediatriya şöbəsində yatırmadan onlara tibbi sənədlər üçün möhür vurduraraq (baş həkimlikdə) saxta epikrizlər təqdim etmişdir. Həmin şəxslərin X48, X39, X84, X85, Hüseynov Ramal Tacəddin oğlu, Mütəllimova Mələk Heybət qızı olduğunu müəyyən etmişdir. Yuxarıda qeyd etdiyi şəxslərə dair sənədləri, o cümlədən anket məlumatları, stasionar kartadan çıxarışlar saxta tibbi rəylər və 088 saylı formaları araşdırmaya təqdim etmişdir. Ona, eləcə də həkim məsləhət komissiyasının sədri və üzvlərinə vətəndaş Hüseynov Ramal Tacəddin oğlunun və qeyrilərinin həkim məsləhət komissiyasında xəstəlikləri ilə bağlı yoxlanılaraq barələrində TSEK-ə forma 088 göndərilməsi ilə əlaqədar hər hansı pul və bu kimi maddi nemət təklif olunaraq verilməmişdir. Təqsirləndirilən şəxs hər hansı xəstədən və ya xəstə yaxınından konkret olaraq pul və sair maddi nemət almasının şahidi olmasa da, sonuncunun saxta sənədlər hazırlaması onda şübhə yaradır ki, bunlar hər hansı madiyyat qarşılığında edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X36 verdiyi ifadəsində göstərmişdir ki, nəvəsi Mələk Mütəllimovanın beyin qıc olması xəstəliyi vardır. Bununla bağlı olaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişlər. Mələk Mütəllimova müalicə aldıqdan sonra əlillik təyin olunması üçün dəfələrlə TSEK-nə müraciət etməklərinə baxmayraq əlillik təyin edilməmişdir. Növbəti dəfə Cəlilabad Rayon Xəstəxanasının qarşısında olarkən tanımadığı hündürboylu, seyrək saçları olan, təxminən 40-45 yaşlarında olan şəxs yaxınlaşaraq ona hər-hansı köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. Həmin şəxsin adının X67 olduğunu öyrənmişdir. İlkin olaraq ona nəvəsinin xəstəliyi ilə bağlı məlumat vermiş, Arif Mahmudov ona nəvəsi Mələk Mütəllimova əlillik təyin edilməsi üçün köməklik göstərə biləcəyini bildirib, lakin həmin işin müqabilində 1.000 manat pul istəmişdir. O, hazırda maddi imkanının zəif olduğunu, pensiya düzəldikdən sonra 1000 manat pul verə biləcəyini demişdir. Arif Mahmudov ilk öncə Mələyin tibbi sənədlərinə baxıb ona köməklik edə biləcəyini demiş, daha sonra Mələyin ad, soyadını soruşub 3-4 gün sonra sənədləri gəlib pediatriya şöbəsindən götürüb Həkim Məsləhət Komissiyasına təqdim etməyini deyərək onlardan uzaqlaşmışdır. O, Arif Mahmudov dediyi kimi bir neçə gün sonra Mələk Mütəllimovanın sənədlərini Cəlilabad Rayon X43 hüquqi şəxsdə pediatriya şöbəsində adını bilmədiyi və özünü tanımadığı xadimə və ya tibb bacısı görünüşündə olan, hal-hazırda üz quruluşunu xatırlamadığı qadından götürüb Həkim Məsləhət Komissiyasının üzvlərinə təqdim etmişdir. X37 rayon Mərkəzi Xəstəxanasında dəfələrlə stasionar müalicə almış, sonuncu dəfə isə dəqiq tarixini xatırlamasa da 2022-ci ilin əvvələrində həmin xəstəxanada stasionar müalicə almış, başqa heç bir xəstəxanada stasionar müalicə almamışdır. Mələyin Cəlilabad rayon Mərkəzi Xəstəxanasında müalicə həkimi pediatr Təqsirləndirilən şəxs olmuşdur. Əlavə olaraq bildirir ki, nəvəsi M.Mütəllimovanın adına tərtib edilmiş X18 28 aprel 2022-ci il tarixli 4963 nömrəli və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İstitutunun möhürlü və imzalı 19 mart 2022-ci il tarixli X33ın saxta olması barədə məlumatsızdır. Həmin sənədlərin kim tərəfindən hazırlanmasından məlumatı yoxdur, ehtimal edir ki, 1000 manat pul vəd verdiyinə görə bunu Arif Mahmudov hər hansı həkim vasitəsi ilə düzəltmişdir. Nəvəsi M.Mütəllimovanın adına tərtib edilmiş X18 28 aprel 2022-ci il tarixli 4963 nömrəli və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İstitutunun möhürlü və imzalı 19 mart 2022-ci il tarixli X33 kim tərəfindən hazırlanması barədə, həmçinin qeyd edilən sənədlərin saxta olması barədə heç bir məlumatı olmamışdır. Həmin sənədləri ona Arif Mahmudovun dediyi Cəlilabad Rayon X43 hüquqi şəxsdə pediatriya şöbəsində adını bilmədiyi və özünü tanımadığı xadimə və ya tibb bacısı görünüşündə olan, hal-hazırda üz quruluşunu xatırlamadığı qadından götürüb Həkim Məsləhət Komissiyasının üzvlərinə təqdim etmişdir. Həmçinin qeyd edir ki, Arif Mahmudovu əvvəllər tanımamış, onunla münasibəti olmamışdır, daha sonra da onu görməmişdir, onun həmin vaxt mobil nömrəsini götürmək fikrindən çıxmışdır. Arif Mahmudov ondan 1000 manat pul vəsaitini istəyərkən yanında 6 yaşlı nəvəsi Mələk Mütəllimovadan başqa heç kim olmamışdır. Araşdırma zamanı izahatında Arif Mahmudovun ona pensiya məsələsini burada tanıdığı həkim Təqsirləndirilən şəxs vasitəsilə həll edəcəyini, gördüyü işin müqabilində 1.000 manat pul istədiyini, bu işi tək görmədiyini bildirməsi ilə bağlı qeyd edir ki, X91 Mütəllimovaya əlillik təyin etdirməsi müqabilində 1000 manat pul istədiyini bildirmişdir, lakin Arifin bu işi Təqsirləndirilən şəxs vasitəsi ilə və ya başqa hər hansı şəxs vasitəsi ilə edəcəyini deməmişdir, o, belə bir izahat verməmişdir, lakin qeyd edir ki, Arif Mahmudov ona bu işi ad deməsə də tibbi sənədlərə baxdıqdan sonra həkim vasitəsi ilə sənədləri həll edəcəyini bildirmişdir. Mələk Mütəllimovaya aid xəstəliyi ilə bağlı bütün sənədləri baxmaq üçün Arif Mahmudova təqdim etmiş və daha sonra ona həmin sənədləri geri qaytarmışdır. Araşdırma zamanı izahatında Arif Mahmudovla görüşdükdən bir neçə gün sonra sonuncunun M.Mütəllimovanın Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Səhiyyə İdarəsi X19 və Elmi-Tədqiqat Travmatologiya və ortopediya institunun stasionar müalicəsi ilə bağlı kartdan çıxarışlarının imzalanmış, möhürlənmiş formada hazır olduğunu bildirməsi ilə bağlı qeyd edir ki, belə bir izahat verməmişdir, ona Arif özü bildirmişdir ki, sənədləri gedib yuxarıda qeyd etdiyi kimi Cəlilabad rayon X8 şöbəsindən götürsün. Həmin sənədlərin nə olduğuna dair anlayışı olmadığından baxmamışdır. Həmin sənədləri ona Arif Mahmudov təqdim etməmişdir, lakin həqiqətən də həmin sənədlərin saxta olması barədə məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 verdiyi ifadəsində göstərmişdir ki, oğlu 4 yaşlı Cəsur Kərimli eşitmə sinirinin xəstəliklərindən və ürək xəstəliyindən əziyyət çəkir, həmin xəstəlik onda anadan olandan mövcuddur. Bununla bağlı olaraq Bakı şəhərində yerləşən müxtəlif xəstəxanalarda və Cəlilabad rayon Mərkəzi Xəstəxanasında müalicələr almışdır, lakin nəticəsi olmamışdır. Bakı şəhərində OMD adlanan xəstəxanada stasionar və X19 isə ambulator müalicələr almış, bununla yanaşı Bakı şəhərində yerləşən “Baku Clinic” xəstəxanasında komputerli EEG müayinəsindən də keçmiş, həmçinin dəqiq tarixini xatırlamadığı vaxtda Cəlilabad rayon Mərkəzi Xəstəxanasında stasionar müalicələr almış, Cəsurun həkimi Təqsirləndirilən şəxs olmuşdur. X92 xəstəliyi ilə bağlı sənədləri həkim Təqsirləndirilən şəxs hazırlamış, həmin sənədləri 2022-ci ildə Cəlilabad rayon Mərkəzi X21 Komissiyasına təqdim etmişdir. Bundan sonra oğlunu yenidən müayinə etmişlər və 2022-ci ilin iyun ayında mobil nömrəsinə Cəsur Kərimliyə əlillik təyin olunması ilə bağlı SMS gəlmişdir. Hal-hazırda oğlunun xəstəliyi ilə bağlı 280 manat təqaüd alır. Dəqiq tarixini xatırlamasa da X72 rayon Mərkəzi Xəstəxanasında stasionar müalicələr almışdır, oğlu Kərim həqiqətən də xəstədir. Cəsur Kərimliyə təyin olunmuş əlillik müqabilində Cəlilabad rayon X43 hüquqi şəxsdə hər hansı həkim və ya digər şəxs ondan pul və sair maddi nemət tələb etməmiş, həmçinin bununla bağlı hər hansı şəxsə pul və sair maddi nemət verməmişdir. Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinin tibbi nəticələri ona təqdim edildi, Cəsur Kərimli eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzində müayinə və müalicə olunmamışdır. Həmin sənədin kim tərəfindən hazırlanması barədə məlumatı yoxdur, həmin sənədləri Cəsurun həkimi Təqsirləndirilən şəxs təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər kənd təsərrüfatı ilə məşğul olsa da avtomobil qəzası keçirdikdən sonra heç bir fəaliyyətlə məşğul olmur. 2020-ci ilin yanvar ayında Cəlilabad rayon ərazisində avtomobil qəzası keçirərək çanaq sümüyü, çənə sümüyü qırılıb, həmçinin ağciyəri zədələndiyindən əməliyyat olmuşdur. Həmin vaxtdan sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dəfələrlə stasionar müalicələr almış, lakin hansı həkimlərin onu müayinə və müalicə etmələrini hazırda xatırlamır. Bundan başqa qeyd edir ki, ağciyərindən Zəfəran klinikasında, çanaq sümüyündən isə 1 saylı Klinik xəstəxanasında əməliyyat olmuşdur. Xəstəliyi ilə bağlı bir neçə dəfə Cəlilabad Rayon Mərkəzi X21 Komissiyasına müraciət etmiş, lakin əlillik dərəcəsi verilməkdən imtina edilmişdir. Hazırda da əlillik dərəcəsi yoxdur. Əlavə olaraq bildirir ki, Cəlilabad RMX-da həkim pediatr işləyən tanışı Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin dekabr ayında sonuncunun iş otağında əlillik dərəcəsi almasına köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da köməklik göstərəcəyini bildirərək ona sənədlər vermişdir ki, HMK-na müraciət etsin. Həmin sənədi saxta olmasından heç bir məlumatı olmamışdır. Nə əlillik təyinatı ilə bağlı, nə də Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus və adına tərtib edilmiş çıxarışların verilməsində ondan Cəlilabad rayon X43 hüquqi şəxsdə həkim pediatr işləyən Təqsirləndirilən şəxs, hər hansı başqa həkim və ya digər şəxs pul və sair maddi nemət tələb etməmiş, həmçinin bununla bağlı hər hansı şəxsə pul və sair maddi nemət verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 verdiyi ifadəsində göstərmişdir ki, nəvəsi xx.xx.2008-ci il təvəllüdlü Əli Əhmədovun anadangəlmə ürəyində xəstəlik vardır. Bununla bağlı olaraq Bakı şəhərində yerləşən müxtəlif xəstəxanalarda və Cəlilabad rayon Mərkəzi Xəstəxanasında stasionar müalicələr almış, lakin nəticəsi olmamışdır. Bakı şəhərində Elmi Tədqiqat pediatriya institutunda da stasionar müalicə almışdır. Qeyd edir ki, Cəlilabad rayon mərkəzi xəstəxanasında sonuncu dəfə Əlinin müalicə həkimi Təqsirləndirilən şəxs olmuşdur. Əli Əhmdov əvvəllər xəstəliyinə görə pensiya almış, lakin 7-8 ay olar ki, pensiya müddəti bitdiyindən pensiyası dayandırılmışdır. Pensiya dayandırıldıqdan sonra 2022-ci ilin yay aylarında Cəlilabad rayon X30 pediatr işləyən Təqsirləndirilən şəxs müraciət etmiş, Təqsirləndirilən şəxs ondan Əli Əhmədovun adına Elmi-Tədqiqat pediatriya institutunda xx.xx.2008-ci il tarixdə tərtib edilmiş epikrizi və digər sənədləri alıb qısa müddətdə sənədləri hazır etdikdən sonra gəlib ondan götürməsini və həkim məsləhət komissiyasına verməsini bildirmişdir. Təxminən 2022-ci ilin avqust ayında sənədləri geri almaq üçün Təqsirləndirilən şəxs müraciət etmiş, lakin Təqsirləndirilən şəxs sənədlərin onda olmadığını, yoxlama üzvləri tərəfindən götürüldüyünü, geri verilsə məsələni həll edəcəyini bildirmişdir. Bu səbəbdən nəvəsi Əli Əhmədova hələ də pensiya ala bilmir. Əli Əhmədova əlillik təyin edilməsi üçün müraciət etdikdə Cəlilabad rayon X43 hüquqi şəxsdə həkim pediatr işləyən Təqsirləndirilən şəxs, hər hansı başqa həkim və ya digər şəxs ondan pul və sair maddi nemət tələb etməmiş, həmçinin bununla bağlı hər hansı şəxsə pul və sair maddi nemət verməmişdir. Əli Əhmədovun adına tərtib edilmiş X18 30 iyun 2022-ci il tarixli 3821 nömrəli rəyi ona təqdim edildi, həmin rəyi ilk dəfədir ki, görür, ona X19n belə bir sənəd verilməmişdir, kim tərəfindən hazırlanmasından məlumatı yoxdur, 2022-ci ildə Əli Əhmədovu X27 aparmamışdır. Şahid13 məhkəməyə teleqram göndərərək, teleqramda ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid11 məhkəməyə ərizə göndərərək, ərizəsində ibtidai istintaqda verdiyi ifadəni təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid13 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X106nin anadan gəlmə epilepsiya xəstəliyi vardır. Zəhra xəstəliyi ilə bağlı 2016-cı ildən 2022-ci ilə qədər əlillik pensiyası almışdır. Zəhra Kərimli il ərzində 2 dəfə stasionar müalicə aldığı üçün sonuncu dəfə 2022-ci ilin mart ayında Cəlilabad Rayon Mərkəzi xəstəxanasında 10 gün müddətində stasionar müalicə almışdır. Bundan başqa Zəhra Bakı şəhərində də müxtəlif xəstəxanalarda müayinə və müalicələr almışdır. Zəhra Kərimlinin əlillik müddəti başa çatdığı üçün 2022-ci ilin təxminən mart ayının ortalarında yenidən ona pensiya təyin olunması üçün müvafiq sənədləri toplayarkən Cəlilabad Rayon X30 pediatr işləyən Təqsirləndirilən şəxs müraciət etmişdir. Qeyd edir ki, Təqsirləndirilən şəxs uzaq qohumudur, onunla hər hansı düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs müraciət edərkən sonuncu ona kömək etməyə çalışacağını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs ona müəyyən sənədləri toplamağı, yəni Zəhranın yenidən müayinə edilib tibbi sənədləri yığmağını, qalanını isə özünün həll edəcəyini demişdir. Zəhra Kərimlinin halhazırda əlillik dərəcəsi yoxdur və təqaüd almır. X106 həqiqətən də anadan gəlmə epilepsiya xəstəsi olmasına baxmayaraq, dövlət tərəfindən verilən dərman preparatlarının alınması üçün qeydiyyatda olmadığından ona əlillik təyin olunmasından imtina edilmişdir. X27 məxsus Zəhra Kərimlinin adına olan xx.xx.2022ci il tarixli, 4761 nömrəli rəy ona təqdim olundu, həmin rəyi ona Cəlilabad Rayon X30 pediatr işləyən Təqsirləndirilən şəxs təqdim etmişdir. Həmin rəyin kim tərəfindən hazırlanması, həmçinin saxta olması barədə heç bir məlumatı olmamışdır, həmin rəyin qanuni olduğunu düşünmüşdür. Zəhra Kərimli X19 stasionar müalicələr almamışdır. Əlavə olaraq qeyd edir ki, Zəhra Kərimli Bakı şəhərində yerləşən “Atlas” Klinikasında, həmçinin adını xatırlamadığı müxtəlif xəstəxanalarda da müalicələr almışdır. Zəhra Kərimliyə əlillik təyin olunması üçün və ya başqa hər hansı qanunsuz məqsəd üçün nə Təqsirləndirilən şəxs, nə də başqa hər hansı şəxsə pul və sair maddi nemət verməmişdir. X73 Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə stasionar müalicələr almışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 7 yaşlı nəvəsi X25 anadangəlmə ikitərəfli bud başının çıxığı və əqli inkişafdan geri qalma xəstəliklərindən əziyyət çəkdiyindən Bakı şəhərində yerləşən müxtəlif xəstəxanalarda və Cəlilabad rayon Mərkəzi Xəstəxanasında müalicələr alsa da, nəticəsi olmamışdır. Bakı şəhərində “City Hospital” klinikasında, “Funda Hospital” klinikasında, “X45”ndə, X29 və Ortopediya institutnda və hazırda adını xatırlamadığı digər xəstəxanalarda müalicələr almışdır. Hazırda Bakı şəhərində yerləşən X57 müalicə olunur. Hansı xəstəxanalarda stasionar müalicə almasını xatırlamır. Rüqəyyanı bütün xəstəxanalara şəxsən özü aparmışdır. Həmçinin dəqiq tarixini xatırlamadığı vaxtda Cəlilabad rayon Mərkəzi Xəstəxanasında stasionar müalicələr almış, Rüqəyyanın həkimi Təqsirləndirilən şəxs olmuşdur. X31 xəstəliyi ilə bağlı 2016-cı ildən əlillik təyin edilərək təqaüd alır, 2022-ci ilin iyul ayında 3 illik müddət tamam olduğundan onun sənədlərini həmin ay Təqsirləndirilən şəxs təqdim etmiş, lakin cavab ala bilməmişdir. Rüqəyya Şəmmədzadəyə təyin olunmuş əlillik müqabilində və ya bundan sonra əlillik təyin olunması üçün Cəlilabad rayon X43 hüquqi şəxsdə Təqsirləndirilən şəxs, hər hansı başqa həkim və ya digər şəxs ondan pul və sair maddi nemət tələb etməmiş, həmçinin bununla bağlı hər hansı şəxsə pul və sair maddi nemət verməmişdir. Rüqəyya Şəmmədzadənin X29 və Ortopediya institutunda əvvəllər stasionar müalicə alıb-almamasını xatırlamır, lakin 22 aprel 2022ci il tarixdə Rüqəyya həmin institutda ambulator müalicə almışdır, bununla bağlı olaraq arayış təqdim edilmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu 10 yaşlı Ramal Hüseynov serebral iflic xəstəsidir, 8 aylığından həmin xəstəlikdən əziyyət çəkir, belə ki, tez-tez qıc olur və nəfəs darlığı baş verir, bununla bağlı olaraq İran İslam Respublikasında da həkimlərə aparıb, lakin nəticəsi olmamışdır. Bundan başqa uşaqlıqdan Bakı şəhərində yerləşən adını xatırlamadığı xəstəxanalara müalicə üçün aparıb, həmçinin Cəlilabad rayon Mərkəzi Xəstəxanasında da dəfələrlə müalicə almışdır, lakin hazırda hansı xəstəxanalarda stasionar müalicə almasını xatırlamır. Ramal Hüseynov xəstəliyi ilə bağlı 2018-ci ildə əlillik təyin olunaraq pensiya alır. 2021-ci ildə 3 illik müddət tamam olduğundan yenidən onda olan tibbi sənədlərini, yəni X27 məxsus 159 nömrəli xx.xx.2018-ci il tarixli epikrizi və xx.xx.2018-ci il tarixli TSEK-in müayinəyə dair məlumatın verilməsi sənədini Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında adını bilmədiyi həkimə təqdim etmişdir. Bundan sonra onun mobil telefonuna Ramal Hüseynova 3 illik əlillik təyin edilməsi barədə mesaj gəlmişdir. Ramal Hüseynovu 2021 və 2022-ci illərdə Bakı şəhərində hər hansı xəstəxanaya, o cümlədən X27 aparmamışdır. Ramal Hüseynov həmin xəstəxanada yalnız 2018-ci ildə müalicə almışdır. X27 məxsus 872 nömrəli, xx.xx.2021-ci il tarixli rəydən məlumatı yoxdur. Həmin epikrizin saxta olub-olmamasını, həmçinin kimin tərəfindən hazırlanmasını bilmir, oğlu Ramal Hüseynov həqiqətən də xəstədir, oğluna əlillik təyin edilməsi üçün hər hansı şəxsdən xahiş etməmiş, həmçinin bunun müqabilində hər hansı şəxsə pul və sair maddi nemət verməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10 yaşlı oğlu Rza Qasımov budun anadangəlmə iki tərəfli çıxığı, fiziki inkişafdan geri qalma, hərəkət məhdudluğu, dizinin deformasiyası və digər xəstəliklərindən əziyyət çəkir, həmin xəstəliklər onda anadangəlmə mövcuddur. Bununla bağlı olaraq Bakı şəhərində yerləşən müxtəlif xəstəxanalarda və Cəlilabad rayon Mərkəzi Xəstəxanasında müalicələr almışdır, lakin nəticəsi olmamışdır. Bakı şəhərində “Medical House” klinikasında, “X100” klinikasında, X7, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicələr almış, həmin xəstəxanalardan yalnız “X100” klinikasında stasionar müalicə, digərlərində isə ambulator müalicə almışdır. Bundan başqa X93 rayon Mərkəzi Xəstəxanasında da tarixini xatırlamadığı vaxtda stasionar müalicə almışdır. X1 müalicə həkimi pediatr Təqsirləndirilən şəxs olmuşdur. X108 xəstəliyi ilə bağlı 2022-ci ildə Cəlilabad rayon Mərkəzi X21 Komissiyasına bir neçə dəfə müraciət edərək hər dəfəsində oğlunun tibbi sənədlərini həmin komissiyaya təqdim etmiş, lakin hər dəfəsində əlillik təyin olunmasından imtina edilmişdir. Daha sonra Masallı rayonunda yerləşən 15 nömrəli Tibbi-Sosial Ekpert Komissiyasına müraciət etmiş, orada Rza Qasımovu yenidən müayinə etmişlər və təxminən 2022-ci ilin iyun ayında öyrənmişdir ki, oğlu Rzaya əlillik təyin edilmişdir. Halhazırda oğlu xəstəliyi ilə bağlı 280 manat təqaüd alır. Əlavə olaraq qeyd edir ki, Rza Qasımova 2013-cü ildən 2016-cı ilə qədər hər il olmaqla bir ildən bir əlillik təyin olunmuşdur, 2016-cı ildə 3 illik, həmçinin 2019-cu ildə də 3 illik əlillik təyin olunmuşdur. Rza Qasımov tarixini xatırlamadığı vaxtda Cəlilabad rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə almış, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ambulator müalicə almışdır. X74 Rayon Mərkəzi Xəstəxanasında müalicə həkimi olan pediatr Təqsirləndirilən şəxs onları Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərib ki, orada uşaq müayinə olunsun, müayinə olunduqdan sonra sənəd verəcəklər həmin sənədi gətirib ona versin ki, forma 088 yazsın. O da həmin vaxtı, yəni 2022-ci ilin mart ayında Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna getmiş, orada Rza Qasımovu müayinə edərək ona sənəd vermişlər. Həmin sənədi gətirib Təqsirləndirilən şəxs təqdim edtmiş, daha sonra, yəni təxminən 10-15 gün sonra gəlib Emil həkimdən həmin sənədi və digər tibbi sənədləri götürüb Cəlilabad rayon Mərkəzi X21 Komissiyasına təqdim etmişdir. Lakin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan aldığı sənədlə Emil həkimdən aldığı sənədin eyni olub-olmamasını bilmir. Qeyd edir ki, oğlu X115-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda stasionar qaydada müalicə almamışdır. Rza Qasımova nə əlillik təyinatı ilə bağlı, nə də əlillik təyin olunarkən Cəlilabad rayon X43 hüquqi şəxsdə həkim pediatr Təqsirləndirilən şəxs, hər hansı başqa həkim və ya digər şəxs ondan pul və sair maddi nemət tələb etməmiş, həmçinin bununla bağlı hər hansı şəxsə pul və sair maddi nemət verməmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X104 epilepsiya xəstəliyindən əziyyət çəkir, həmin xəstəlik onda 10 yaşından mövcuddur. Bununla bağlı olaraq Bakı şəhərində yerləşən müxtəlif xəstəxanalarda və Cəlilabad rayon Mərkəzi Xəstəxanasında müalicələr almışdır, lakin nəticəsi olmamışdır. Bakı şəhərində X19 1 dəfə ambulator müalicə almış, həmin müalicə nəticəsində onlara heç bir tibbi sənəd, yəni epikriz, arayış, həmçinin rəy verilməmişdir. Cavad Məmmədov dəqiq tarixini xatırlamadığı vaxtlarda Cəlilabad rayon Mərkəzi Xəstəxanasında stasionar müalicələr almış, onun həkimi pediatr Təqsirləndirilən şəxs olmuşdur. X94 xəstəliyi ilə bağlı Cəlilabad rayon Mərkəzi X21 Komissiyasına müraciət edərək tibbi sənədlərini də həmin komissiyaya təqdim etmişdir. Cavadı yenidən müayinə edib əlavə müalicəyə ehtiyacı olması səbəbindən əlilliyin təyin olunmasından imtina edilmişdir. Cavadın həkimi olan Təqsirləndirilən şəxs əlavə müalicə üçün yenidən müraciət edərək sonuncudan Cavada əlillik təyin olunması üçün sənədlərin düzgün yığılmasında köməklik göstərməsini xahiş etmişdir. Emil həkim də ona kömək etməyə çalışacağını bildirmiş, o, təqaüd təyin ediləcəyi halda ona hörmət edəcəyini bildirsə də, Təqsirləndirilən şəxs imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs müəyyən sənədləri toplamağı, yəni Cavidin yenidən müayinə edilib tibbi sənədləri yığmasını, qalanını isə özünün həll edəcəyini bildirmişdir. Cavad Məmmədovun hal-hazırda əlillik dərəcəsi yoxdur və təqaüd almır. X104 dəqiq tarixini xatırlamasa da Cəlilabad rayon Mərkəzi Xəstəxanasında stasionar və ambulator müalicələr almışdır. Cavad Məmmədova əlillik təyin edilməsi üçün müraciət etdikdə Cəlilabad rayon X43 hüquqi şəxsdə həkim pediatr işləyən Təqsirləndirilən şəxs, hər hansı başqa həkim və ya digər şəxs ondan pul və sair maddi nemət tələb etməmiş, həmçinin bununla bağlı hər hansı şəxsə pul və sair maddi nemət verməmişdir. Sadəcə yuxarıda qeyd etdiyi ki, Təqsirləndirilən şəxs bunu xahiş etmiş, həll edildikdən sonra hörmət edəcəyini bildirmiş, lakin Təqsirləndirilən şəxs onun heçnə lazım olmadığını bildirmişdir. Cavad Məmmədovun adına tərtib edilmiş X18 10 dekabr 2021-ci il tarixli 2633 nömrəli rəyin surəti ona təqdim edildi, həmin rəyi ilk dəfədir ki, görür, X19n belə bir sənəd verilməmişdir, kim tərəfindən hazırlanmasından məlumatı yoxdur. İşdə olan kompleks məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizasının 22 dekabr 2022-ci il tarixli, 4/1747-5/1510 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, X35 adına olan uşaqlar üçün göndərişdəki yazılar və “Təqsirləndirilən şəxs” soyadı önündəki imza, Mütəllimova Mələk Heybət qızının adına olan uşaqlar üçün göndərişdəki yazılar və “Təqsirləndirilən şəxs” soyadı önündəki imza, X38 adına olan uşaqlar üçün göndərişdəki yazılar və “Müalicə həkimi” soyadı önündəki imza, Hüseynov Ramal Tacəddin oğlunun adına olan uşaqlar üçün göndərişdəki yazılar və “Şükürov” soyadı önündəki imza, X38 adına olan uşaqlar üçün göndərişin kserosurətində əks olunan yazılar və “Müalicə həkimi” qrafasındakı imza, Mütəllimova Mələk Heybət qızının adına olan xx.xx.2022-ci il tarixli stasionar kartadan çıxarışdakı yazılar və imzalar, Hüseynov Ramal Tacəddin oğlunun adına olan ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdakı yazılar və “Müalicə həkimi” qrafasındakı imza, Mütəllimova Mələk Heybət qızının adına olan ailə sağlamlıq mərkəzinin 7861 nömrəli anketindəki yazılar və həmin yazıların aşağısındakı imza, Mütəllimova Mələk Heybət qızının adına olan 4963 nömrəli xx.xx.2022-ci il tarixli X18 rəyindəki yazılar, Mütəllimova Mələk Heybət qızının adına olan xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarışdakı yazılar və “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, X58 adına olan xx.xx.2022-ci il tarixli stasionar kartadan çıxarışdakı yazılar və imzalar, X35 adına olan 2633 nömrəli xx.xx.2021-ci il tarixli X18 rəyindəki yazılar, Hüseynov Ramal Tacəddin oğlunun adına olan ailə sağlamlıq mərkəzinin 969 nömrəli anketində “Qeyd:” qrafasından aşağıdakı yazılar, anketin 2-ci səhifəsindəki yazılar və imza, Hüseynov Ramal Tacəddin oğlunun adına olan 872 nömrəli xx.xx.2021-ci tarixli X18 rəyinin kserosurətində əks olunan yazılar, Hüseynov Ramal Tacəddin oğlunun adına olan uşaqlar üçün göndərişin kserosurətinin əks olunan yazılar və “Şükürov” soyadı önündəki imza, X35 adına olan ambulator kitabçadan çıxarışlardakı yazılar və “Təqsirləndirilən şəxs” yazıları önündəki imza, X59 adına olan xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarışdakı yazılar və “Təqsirləndirilən şəxs” yazıları qarşısındakı imza, X11 adına olan xx.xx.2022-ci il tarixli stasionar kartadan çıxarışdakı yazılar və imzalar, X38 adına olan 4761 nömrəli xx.xx.2022-ci il tarixli X18 rəyindəki yazılar, X38 adına olan xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarışdakı yazılar və “Rzayev Rövşən” qrafasındakı imza, X11 adına xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarışdakı yazılar və “Təqsirləndirilən şəxs” qrafasındakı imza, Kərimzadə Cəsur Cahid oğlunun adına olan 7825 nömrəli 28.03.22-ci il tarixli tibbi nəticədə olan yazılar və “Həkimin imzası” qrafasındakı imza, Kərimzadə Cəsur Cahid oğlunun adına olan 28.03.22-ci il tarixli eşitmənin, səsin və nitqin patologiyası üzrə sənəddə olan yazılar və “Həkimin imzası” qrafasındakı imza, Şahid14 adına olan xx.xx.2021-ci il tarixli X33 kserosurətindəki yazılar və imzalar, Şahid14 adına olan xx.xx.2022-ci il tarixli stasionar kartadan çıxarışdakı yazılar və imzalar, X38 adına olan xx.xx.2021-ci il tarixli X15 kserosurətində əks olunan yazılar və imza, X38 adına olan xx.xx.2021-ci il tarixli X15 kserosurətində əks olunan yazılar və imza, Şahid14 adına olan tibbi sosial ekspert komissiyasına göndərişdəki yazılar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, X6 İnstituna məxsus olduğu göstərilən spirometriya adlı sənədlərin kserosurətlərində “A.N.İsgəndərova” qrafalarında əks olunan imzalar (2 ədəd) - X40 tərəfindən icra olunmuş imzanın əksidir. Ekspertizaya təqdim olunmuş, X6 İnstituna məxsus olduğu göstərilən spirometriya adl sənədlərin kserosurətlərində “N.M.Mahmudova” qrafalarında əks olunan imzalar (2 ədəd) - X50 tərəfindən icra olunmuş imzanın əksidir. Ekspertizaya təqdim olunmuş, X59 adına olan 3821 nömrəli xx.xx.2022-ci il tarixli, Mütəllimova Mələk Heybət qızının adına olan 4963 nömrəli xx.xx.2022-ci il tarixli, X35 adına olan 2633 nömrəli xx.xx.2021-ci il tarixli, Hüseynov Ramal Tacəddin oğlunun adına olan 872 nömrəli xx.xx.2021-ci il tarixli, X38 adına olan 4761 nömrəli xx.xx.2022-ci il tarixli X18 rəylərində “Axundova A.” sözlərinin qarşısındakı imzalar - X41 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, X59 adına olan 3821 nömrəli xx.xx.2022-ci il tarixli X18 rəyindəki yazılar, X38 adına olan ailə sağlamlıq mərkəzinin 4616 nömrəli anketindəki yazılar, X35 adına olan 6317 nömrəli xx.xx.2020-ci il tarixli xəstənin ambulator, stasionar tibbi kartasından çıxarışdakı yazılar və imza, X35 adına olan uşaqlar üçün göndərişdəki yazılar, X35 adına olan xx.xx.2020-ci il tarixli çıxarışdakı yazılar və imza, Şahid14 adına olan xx.xx.2020-ci il tarixli X15 kserosurətində əks olunan yazılar və imzalar, Hüseynov Ramal Tacəddin oğlunun adına olan ailə sağlamlıq mərkəzinin 969 nömrəli anketində “Soyadı:-Qeyd:” qrafalarındakı yazılar, X38 adına olan elektroensefaloqrafiya müayinəsindəki yazılar və “Həkim” qrafasındakı imza, Kərimzadə Cəsur Cahid oğlunun adına olan 06.01.22-ci il tarixli tibbi nəticənin kserosurətində əks olunan yazılar və “Həkim imzası” qrafasındakı imza, Kərimzadə Cəsur Cahid oğlunun adına olan 06.01.21-ci il tarixli eşitmənin, səsin və nitqin patologiyası üzrə sənədin kserosurətində əks olunan yazılar və “Həkim imzası” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, X32 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, X59 adına olan 3821 nömrəli xx.xx.2022-ci il tarixli, Mütəllimova Mələk Heybət qızının adına olan 4963 nömrəli xx.xx.2022-ci il tarixli, X35 adına olan 2633 nömrəli xx.xx.2021-ci il tarixli, Hüseynov Ramal Tacəddin oğlunun adına olan 872 nömrəli xx.xx.2021-ci il tarixli, X38 adına olan 4761 nömrəli xx.xx.2022-ci il tarixli X18 rəylərində “Həsənbəyova Y.” sözlərinin qarşısındakı imzalar - X32 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş X35 adına verilmiş xx.xx.2021-ci il tarixli, Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışın, xx.xx.2020-ci il tarixli, 1599 nömrəli Çıxarışın, xx.xx.2020-ci il tarixli, 6317 nömrəli Xəstənin ambulator, stasionar tibb kartasından çıxarışın; Mütəllimova Mələk Heybət qızının adına verilmiş xx.xx.2022-ci il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışın; X38 adına verilmiş xx.xx.2022-ci il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışın; X11 adına verilmiş xx.xx.2022-ci il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışın; Hüseynov Ramal Tacəddin oğlunun adına verilmiş xx.xx.2021-ci il tarixli, 969 nömrəli Ailə Sağlamlıq Mərkəzi Anketin; X59 adına verilmiş xx.xx.2022-ci il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışın üzərlərində olan möhür əksi relyef klişedən sənədlərin üzərinə bir başa vurulmuşdurlar. Təqdim edilmiş X35 adına verilmiş xx.xx.2021-ci il tarixli, 2633 nömrəli Səhiyyə Nazırliyi X18; Mütəllimova Mələk Heybət qızının adına verilmiş 05.05.22-ci il tarixli, 7861 nömrəli Ailə Sağlamlıq Mərkəzi Anketin, xx.xx.2022-ci il tarixli, 4963 nömrəli Səhiyyə Nazirliyi X18, 19 mart 2022-ci il tarixli Stasionar kartasından Çxarışın; Hüseynov Ramal Tacəddin oğlunun adına verilmiş Ambulator, Stasionar, Xəstənin Tibb kartasından Çıxarışın, xx.xx.2021-ci il tarixli, 872 nömrəli Səhiyyə Nazirliyi Baş Səhiyyə İdarəsi X18; X59 adına verilmiş xx.xx.2022-ci il tarixli, 3821 nömrəli Səhiyyə Nazırliyi Baş Səhiyyə İdarəsi X18; X58 adına verilmiş 15 mart 2022-ci il tarixli X12; Şahid14 adına verilmiş xx.xx.2022-ci il tarixli Stasionar kartadan Çxarışın; X11 adına verilmiş 30 may 2022-ci il tarixli X33; X38 adına verilmiş xx.xx.2022-ci il tarixli, 4761 nömrəli Səhiyyə Nazırliyi Baş Səhiyyə İdarəsi X18; Kərimzadə Cəsur Cahid oğlunun adına verilmiş xx.xx.2022-ci il tarixli, 7825 nömrəli tibbi nəticənin, xx.xx.2022-ci il tarixli Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinin blanklarının üzərlərində olan ştamp və möhür əksləri axınlı printer vasitəsilə çap edilmişdirlər. Təqdim edilmiş X38 adına verilmiş xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışların; Hüseynov Ramal Tacəddin oğlunun adına verilmiş Ambulator, Stasionar, Xəstənin Tibb kartasından Çıxarışın, xx.xx.2021-ci il tarixli, 872 nömrəli Səhiyyə Nazırliyi Baş Səhiyyə İdarəsi X18 rəyinin; X51 adına verilmiş xx.xx.2020-ci il tarixli, C69 nömrəli X15, 14 dekabr 2021-ci il tarixli, X33; Kərimzadə Cəsur Cahid oğlunun adına verilmiş 2021-ci il tarixli tibbi nəticənin, 2021-ci il tarixli Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinin, Uşaqlar üçün göndərişin blankları, üzərlərində olan imzalar və möhür əksləri reproqrafik surət olub, surətçıxaran aparat vasitəsilə sənədlərin surətləri çıxarılmışdır. Təqdim edilmiş X35 adına verilmiş xx.xx.2021-ci il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışın, xx.xx.2020-ci il tarixli, 1599 nömrəli Çıxarışın, xx.xx.2020-ci il tarixli, 6317 nömrəli Xəstənin ambulator, stasionar tibb kartasından çıxarışın, xx.xx.2021-ci il tarixli, 2633 nömrəli Səhiyyə Nazırliyi X18 rəyinin; Mütəllimova Mələk Heybət qızının adına verilmiş xx.xx.2022-ci il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışın, 05.05.22-ci il tarixli, 7861 nömrəli Ailə Sağlamlıq Mərkəzi Anketin, xx.xx.2022-ci il tarixli, 4963 nömrəli Səhiyyə Nazirliyi X18, 19 mart 2022-ci il tarixli Stasionar kartasından Çxarışın, Uşaqlar üçün göndərişin; X38 adına verilmiş xx.xx.2022-ci il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışın, xx.xx.2022-ci il tarixli, 4761 nömrəli Səhiyyə Nazırliyi Baş Səhiyyə İdarəsi X18, X44 elektroensefaqrafiya müayinəsi, Uşaqlar üçün göndərişin; X11 adına verilmiş xx.xx.2022-ci il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışın, 30 may 2022-ci il tarixli X33; Hüseynov Ramal Tacəddin oğlunun adına verilmiş xx.xx.2021-ci il tarixli, 969 nömrəli Ailə Sağlamlıq Mərkəzi Anketin, Ambulator, Stasionar, Xəstənin Tibb kartasından Çıxarışın, xx.xx.2021-ci il tarixli, 872 nömrəli Səhiyyə Nazırliyi Baş Səhiyyə İdarəsi X18, Uşaqlar üçün göndərişin; X59 adına verilmiş xx.xx.2022-ci il tarixli Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışın, xx.xx.2022-ci il tarixli, 3821 nömrəli Səhiyyə Nazırliyi Baş Səhiyyə İdarəsi X18; X58 adına verilmiş 15 mart 2022-ci il tarixli X12; Şahid14 adına verilmiş xx.xx.2022-ci il tarixli X33, Uşaqlar üçün göndərişin; Kərimzadə Cəsur Cahid oğlunun adına verilmiş xx.xx.2022-ci il tarixli, 7825 nömrəli tibbi nəticənin, xx.xx.2022-ci il tarixli Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinə məxsus tibbi nəticənin; Uşaqlar üçün göndərişin; X33 boş blanklarının üzərlərində olan imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vastəsilə icra edilmişdirlər. Təqdim edilmiş X60 adına verilmiş xx.xx.2021-ci il tarixli, 2633 nömrəli Səhiyyə Nazırliyi X18, Mütəllimova Mələk Heybət qızının adına verilmiş xx.xx.2022-ci il tarixli, 4963 nömrəli Səhiyyə Nazirliyi X18; Hüseynov Ramal Tacəddin oğlunun adına verilmiş xx.xx.2021-ci il tarixli, 872 nömrəli Səhiyyə Nazırliyi Baş Səhiyyə İdarəsi X18; X59 adına verilmiş xx.xx.2022-ci il tarixli, 3821 nömrəli Səhiyyə Nazırliyi Baş Səhiyyə İdarəsi X18; X38 adına verilmiş xx.xx.2022-ci il tarixli, 4761 nömrəli Səhiyyə Nazırliyi Baş Səhiyyə İdarəsi X18 üzərlərində olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi “X44” məzmunlu möhür əksləri eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edirlər. Təqdim edilmiş X11 adına verilmiş 30 may 2022-ci il tarixli Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutu X33; Şahid14 adına verilmiş xx.xx.2022-ci il tarixli Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutu X33; Mütəllimova Mələk Heybət qızının adına verilmiş 19 mart 2022-ci il tarixli Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutu X12; X58 adına verilmiş 15 mart 2022-ci il tarixli Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutu X12; Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutu X12 boş blankının; X51 adına verilmiş 14 dekabr 2021-ci il tarixli, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya institutu X33 reproqrafik surətinin üzərlərində olan “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X6 İnstitutu Ambulator müayinə və əmək .........(nöqtələr oxunulmayan hərfləri bildirir) vərəqələri üçün” məzmunlu ştamp əksi və surəti təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil etmirlər. İşdə olan komisyon məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 663/KEŞ nömrəli rəyindən görünür ki, X11 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “Anadangəlmə iki tərəfli bud başının çıxığı” mövcud olmuş və buna görə cərrahiyyə əməliyyatına məruz qalmışdır. Rüqayyə Şəmmədzadənin adına “X29 və Ortopediya İnstitutu”nda tərtib edilmiş tibbi çıxarışda, həmçinin digər tibbi sənədlərdə təyin edilmiş diaqnozlardan, yəni əsas diaqnoz “budun anadangəlmə ikitərəfli çıxığı” düzgün olmuşdur. Tibbi arayışda qeyd olunan ağırlaşmalar hərəkət və yerişinin pozulması, oynaqlarda kontraktura əyani müayinə zamanı müəyyən edilməmiş, bu da hazırki qaydalara görə əlillik təyinatı üçün əsas vermir. Kliniki, laborator və instrumental (rentgenoloji) müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Rüqayyə Şəmmədzadənin adına tərtib edilmiş tibbi sənədlərə və tibbi sənədlərdə qeyd edilmiş diaqnozlara, həmçinin diaqnozların əsaslığına məsul şəxs müalicə həkimidir. Bu da səhiyyə sistemində mövcud olan 70 saylı əmrin müvafiq bəndləri ilə tənzimlənir. Rüqayyə Şəmmədzadədə müəyyən edilmiş əsas diaqnozla əlaqədar cərrahiyyə əməliyyatına məruz qalmış və mövcud olan ağırlaşmalar müalicəyə tabe olduğundan aradan qaldırılmışdır, yəni sağalmışdır. İşdə olan komisyon məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 663-1/KEŞ nömrəli rəyindən görünür ki, X38 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “Generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar” xəstəliyinin olduğu müəyyən edildi. Zəhra Kərimlinin adına “X44”nda tərtib edilmiş rəydə və elektroensefaloqrafiya müayinəsində “Generalizə olunmuş idiopatik epilepsiya, tez-tez təkrarlanan qıcolmalarla (ayda 13-15 dəfə), qavrama və dərketmənin ləngiməsi, qeyri-üzvi təbiətli enurez”, həmçinin digər tibbi sənədlərdə qeyd edilmiş diaqnozlar (ağırlaşmalar) düzgün olmuşdur. Bununla da Zəhra Kərimlinin xəstəliyi ilə əlaqədar onun əlillik təyinatı DTSE və RA tərəfindən qiymətləndirilə bilər. Kliniki, laborator və instrumental (rentgenoloji) müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Zəhra Kərimlinin adına tərtib edilmiş tibbi sənədlər səhiyyə sistemində mövcud olan təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Zəhra Kərimlinin əyani müayinəsi zamanı onda müəyyən edilmiş xəstəliklərin adekvat müalicəsi davam olunmaqdadır. İşdə olan komisyon məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 663-2/KEŞ nömrəli rəyindən görünür ki, Hüseynov Ramal Tacəddin oğlunun məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda nevroloji və dayaq-hərəkət sistemində hər hansı bir patoloji dəyişikliklər müəyyən edilmədi. Ramal Hüseynovun adına “X44”nda tərtib edilmiş tibbi rəydə “Kvadroplegik spastik serebral iflic, uşaq serebral iflici, tetraparetik forma, əzələnin baş başqa rubrikalarda təsnif olunmayan sol aşağı ətrafın əzələ atrofiyası”, rəsmiləşdirilmiş göndərişdə, həmçinin digər tibbi sənədlərdə təyin edilmiş diaqnozlar əyani müayinə zamanı öz təsdiqini tapmamış və hazırki qaydalara görə əlillik təyinatı üçün əsas yoxdur. Kliniki, laborator və instrumental (rentgenoloji) müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Ramal Hüseynovun adına tərtib edilmiş tibbi sənədlərə və tibbi sənədlərdə qeyd edilmiş diaqnozlara, həmçinin diaqnozların əsaslığına məsul şəxs müalicə həkimidir. Bu da səhiyyə sistemində mövcud olan 70 saylı əmrin müvafiq bəndləri ilə tənzimlənir. Ramal Hüseynova qeyd edilmiş “Uşaq serebral iflici”nin tam bərpası, yəni qısa müddətdə sağalması tibbi praktikada mövcud deyildir. İşdə olan komisyon məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 663-3/KEŞ nömrəli rəyindən görünür ki, Mütəllimova Mələk Heybət qızının məhkəmətibbi və mütəxəssis müayinələri zamanı onda nevroloji və dayaq-hərəkət sistemində hər hansı bir patoloji dəyişikliklər müəyyən edilmədi. Mələk Mütəllimovanın adına “X29 və Ortopediya İnstitutu”nda tərtib edilmiş stasionar kartasının çıxarışında, “X44”nın rəyində, rəsmiləşdirilmiş göndərişdə, həmçinin digər tibbi sənədlərdə qeyd edilmiş “Bazu kələfinin zədələnməsi, yuxarı ətrafın parezi, yerişin və hərəkətin pozulması, yuxarı ətrafın qısalması 4 sm” diaqnozlar əyani müayinə zamanı öz təsdiqini tapmamış və hazırki qaydalara görə əlillik təyinatı üçün əsas yoxdur. Kliniki, laborator və instrumental (rentgenoloji) müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Mələk Mütəllimovanın adına tərtib edilmiş tibbi sənədlərə və tibbi sənədlərdə qeyd edilmiş diaqnozlara, həmçinin diaqnozların əsaslığına məsul şəxs müalicə həkimidir. Bu da səhiyyə sistemində mövcud olan 70 saylı əmrin müvafiq bəndləri ilə tənzimlənir. Mələk Mütəllimovada qeyd edilmiş “Bazu kələfinin zədələnməsi, yuxarı ətrafın parezi, yerişin və hərəkətin pozulması, yuxarı ətrafın qısalması 4 sm” tam bərpası, yəni istər qısa, istərsə də uzun müddətdə sağalması tibbi praktikada mövcud deyildir. İşdə olan komisyon məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 663-4/KEŞ nömrəli rəyindən görünür ki, X59 müayinəsi zamanı onda sinir və ürək qan damar sistemlərində hər hansı patologiya müəyyən edilmədi. Əli Əhmədovun adına “X44”nda tərtib edilmiş rəydə “Mərkəzi sinir sisteminin hipoksik zədələnməsi, baş beyinə qansızma qalıq əlaməti, tez-tez təkrarlanan qıcolmalar”, həmçinin digər tibbi sənədlərdə qeyd edilmiş diaqnozlar əyani müayinə zamanı öz təsdiqini tapmamış və hazırki qaydalara görə əlillik təyinatı üçün əsas yoxdur. Kliniki, laborator və instrumental (rentgenoloji) müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Əli Əhmədovun adına tərtib edilmiş tibbi sənədlərə və tibbi sənədlərdə qeyd edilmiş diaqnozlara, həmçinin diaqnozların əsaslığına məsul şəxs müalicə həkimidir. Buda səhiyyə sistemində mövcud olan 70 saylı əmrin müvafiq bəndləri ilə tənzimlənir. Əli Əhmədova 2008-ci ildə təyin edilmiş “Mərkəzi sinir sisteminin hipoksik zədələnməsi, baş beyinə qansızma qalıq əlaməti, tez-tez təkrarlanan qıcolmalar”, həmçinin “açıq botal axacağı” inkişaf mərhələsində sağalması mümkündür. İşdə olan komisyon məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 663-7/KEŞ nömrəli rəyindən görünür ki, X58 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “Anadangəlmə ikitərəfli əyripəncəlik, ikitərəfli bud-çanaq oynaqlarının deformasiyası, bud-çanaq oynaqlarının kontrakturası, aparılmış cərrahiyyə əməliyyatından sonrakı vəziyyət”in olduğu müəyyən edildi. Rza Qasımovun adına “X29 və Ortopediya İnstitutu”nda tərtib edilmiş X33da qeyd edilmiş “Anadangəlmə ikitərəfli əyripəncəlik, ikitərəfli bud-çanaq oynaqlarının deformasiyası, bud-çanaq oynaqlarının kontrakturası” rəsmiləşdirilmiş göndərişdə, həmçinin digər tibbi sənədlərdə təyin edilmiş diaqnozlar düzgün olmuşdur. Bununla da Rza Qasımovun xəstəliyi ilə əlaqədar onun əlillik təyinatı DTSE və RA tərəfindən qiymətləndirilə bilər. Kliniki, laborator və instrumental (rentgenoloji) müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Rza Qasımovun adına tərtib edilmiş tibbi sənədlər səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Rza Qasımovun əyani müayinəsi zamanı onda müəyyən edilmiş xəstəliklərin adekvat müalicəsi davam olunmaqdadır. İşdə olan komisyon məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 663-8/KEŞ nömrəli rəyindən görünür ki, X35 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onda “Generalizə olunmuş idiopatik epilepsiya” xəstəliyinin olduğu müəyyən edilmişdir. Cavad Məmmədovun adına “X44”nda tərtib edilmiş tibbi rəydə “Generalizə olunmuş idiopatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmalarla, fokal epilepsiya tez-tez təkrarlanan qıcolmalarla”, rəsmiləşdirilmiş göndərişdə, həmçinin digər tibbi sənədlərdə qeyd edilmiş diaqnozlar düzgün olmuşdur. Bununla da Cavad Məmmədovun xəstəliyi ilə əlaqədar onun əlillik təyinatı DTSE və RA tərəfindən qiymətləndirilə bilər. Kliniki, laborator və instrumental (rentgenoloji) müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Cavad Məmmədovun adına tərtib edilmiş tibbi sənədlər səhiyyə sistemində mövcud təlimat qaydalarının tələblərinə uyğun olmuşdur. Cavad Məmmədovun əyani müayinəsi zamanı onda müəyyən edilmiş xəstəliklərin adekvat müalicəsi davam olunmaqdadır. İşdə olan komisyon məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 663-10/KEŞ nömrəli rəyindən görünür ki, Kərimzadə Cəsur Cahid oğlunun mütəxəssis müayinəsi zamanı onda eşitmə qabiliyyətində hər hansı bir patologiya aşkar edilmədi. Cəsur Kərimzadənin adına “Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzi”ndə aparılmış müayinə cavablarında “İkitərəfli xroniki neyrosensor ağır eşitmə, İİİ-İV dərəcə, ikitrərəfli koxlear nevrit, anadangəlmə nitq qüsuru”, rəsmiləşdirilmiş göndərişdə, həmçinin digər tibbi sənədlərdə təyin edilmiş diaqnozlar öz təsdiqini tapmamış və əlillik təyini üçün əsas yoxdur. Kliniki, laborator və instrumental müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Cəsur Kərimzadənin adına tərtib edilmiş tibbi sənədlərə və tibbi sənədlərdə qeyd edilmiş diaqnozlara, həmçinin diaqnozların əsaslığına məsul şəxs müalicə həkimidir. Bu da səhiyyə sistemində mövcud olan 70 saylı əmrin müvafiq bəndləri ilə tənzimlənir. Cəsur Kərimzadədə tibbi sənədlərdə qeyd edilmiş “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, xroniki ikitərəfli ağır (İİİ-İV) dərəcəli sensonevral tip, eşitmə azlığı”nın konservativ yolla tam bərpası, yəni sağalması tibbi praktikada mövcud deyildir. İşdə olan komisyon məhkəmə-tibbi ekspertizasının 21 dekabr 2022-ci il tarixli, 663-12/KEŞ nömrəli rəyindən görünür ki, Şahid14 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, avtoqəza nəticəsində müştərək travma almış və “sol qalça sümüyünün sirkə kasasının dibinə keçən qapalı yerdəyişmiş sınığı, sol sirkə kasasının arxa divarının qapalı yerdəyişmiş sınığı” ilə əlaqədar “sol sirkə kasasının metal fiksatorla osteosintez” cərrahiyyə əməliyyatı aparılmışdır. Şahid14 adına “X29 və Ortopediya İnstitutu”nda tərtib edilmiş çıxarışda “Bud-çanaq oynağının sınığı, sirkə kasasının arxa divarının qapalı yerdəyişmiş sınığından sonrakı halı, hərəkət məhdudluğu”, həmçinin digər tibbi sənədlərdə qeyd edilmiş diaqnozlar düzgün olmuşdur. Şahid14 travmanın ağırlaşmaları hazırki qaydalara görə qeyd edilmədiyindən bu onun əlillik təyinatı üçün əsas vermir. Kliniki, laborator və instrumental (rentgenoloji) müayinələr aparılmadan diaqnoz təyin oluna bilməz. Şahid14 almış olduğu travma ilə əlaqədar o, cərrahiyyə əməliyyatına məruz qalmış və mövcud olan ağırlaşmaların bir qismi aradan qaldırılsa da, onun adekvat müalicəsinin davam edilməsi məqsədəmüvafiq hesab edilir. İşdə olan Cəlilabad Rayon X43 hüquqi şəxsin 29 dekabr 2021-ci il tarixli, 45 saylı əmrin surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 9 nömrəli qərarının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 30 nömrəli əmrinin tələbini icra etmək məqsədilə Cəlilabad Rayon X43 hüquqi şəxsi üzrə həkim məsləhət komissiyası aşağıdakı tərkibdə təsdiq edilmişdir: Komissiyanın sədri-Şahid2-baş həkimin inzibati işlər üzrə müavini, Komissiyanın daimi üzvləri-Şahid5-həkim-psixiatr, Şahid4 Əlihüseyn oğluhəkim terapevt, Şahid3 Hadıbek oğlu-həkim pediatr, Şahid6-həkim-cərrah, X52-həkim fitiziatr. İşdə olan Cəlilabad Rayon X43 hüquqi şəxsin 10 noyabr 2020-ci il tarixli, 1477- K saylı əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xəstəxananın poliklinika şöbəsinə sahə həkim pediatr vəzifəsinə qəbul edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Hüseynov Ramal Tacəddin oğlunun adına Cəlilabad Rayon X43 hüquqi şəxsə məxsus xx.xx.2021-ci il tarixli, 969 nömrəli anketdən görünür ki, “Qeyd” hissəsinə “Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici, tetraparetik forma, sol aşağı ətrafın əzələ atrofiyası” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Hüseynov Ramal Tacəddin oğlunun adına Cəlilabad Rayon X43 hüquqi şəxsə məxsus tarixi və nömrəsi qeyd olunmayan ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, tam diaqnoz hissəsinə “Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici, tetraparetik forma, sol aşağı ətrafın əzələ atrofiyası” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir Cinayət işi materiallarına əlavə edilmiş Hüseynov Ramal Tacəddin oğlunun adına tərtib edilən X18 xx.xx.2021-ci il tarixli, 872 nömrəli saxta rəyindən görünür ki, sonuncunun anket məlumatları və həmin xəstəxanada xx.xx.2021-ci il tarixdə ambulator müayinə olunması, həmçinin “Kvadroplegik spastik serebral iflic, Uşaq serebral iflici, tetraparetik forma, əzələnin başqa rubrikalarda təsnif olunmayan sol aşağı ətrafın əzələ atrofiyası” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir. Bundan başqa həmin rəyin aşağı hissəsində də X18 baş həkimi və komissiya üzvlərinin soyadlarının qarşısında imzalar, həmçinin birbaşa axıntılı printerlə çap edilmiş dairəvi möhür vardır. Cinayət işi materiallarına əlavə edilmiş Hüseynov Ramal Tacəddin oğlunun adına tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndərişdən görünür ki, sonuncunun anket məlumatları, Ramal Hüseynovun X19 xx.xx.2021-ci il tarixdə müayinə olunması kimi məlumatlar, həmçinin həmin göndərişin diaqnoz hissəsində “aşağı ətraf əzələ atrofiyası, sol aşağı ətrafın qısalması, sol aşağı qısalması və funksiyaların pozulması, Uşaq serebral iflic” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Hüseynov Ramal Tacəddin oğlunun adına xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilərək Tibbi Sosial Ekspert Komissiyyasına göndərilmiş 0340003AAX55 nömrəli göndərişdən (Forma 088) görünür ki, sonuncunun əsas diaqnozu qismində “Serebral iflic, Uşaq serebral iflici, Tetraparetik forma”, ağırlaşma diaqnozu qismində “Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol aşağı ətrafın əzələ atrofiyası, sol aşağı ətrafın qısalması və funksiyanın pozulması ilə hərəkət məhdudluğu, inkişaf etaplarında ləngiməsi” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Hüseynov Ramal Tacəddin oğlunun sosial arayışından görünür ki, sonuncuya ümumi xəstəlik səbəbindən üç il müddətinə, yəni xx.xx.2024-cü il tarixədək sağlamlıq imkanının məhdudluğunun təyini barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs daxil olan 30 dekabr 2022-ci il tarixli, **********7 nömrəli məktuba əlavə edilmiş məlumatdan görünür ki, Hüseynov Ramal Tacəddin oğluna sağlamlıq imkanının məhdudluğuna görə 2021-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayına qədər ümumilikdə 2.733,87 manat sosial müavinət və himayə etməsi səbəbindən sonuncunun anası X23 həmin müddətdə ümumilikdə 960 manat Prezident təqaüdü ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Mütəllimova Mələk Heybət qızının adına tərtib edilən X18 xx.xx.2022-ci il tarixli, 4963 nömrəli saxta rəyindən görünür ki, sonuncunun anket məlumatları və həmin xəstəxanada xx.xx.2022-ci il tarixdə ambulator müayinə olunması, həmçinin “Bazu kələfinin zədələnməsi, Yuxarı ətrafın parezi, Yerişin və hərəkətin pozulması, Yuxarı ətrafın qısalması 4sm” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir. Bundan başqa həmin rəyin aşağı hissəsində də X18 baş həkimi və komissiya üzvlərinin soyadlarının qarşısında imzalar, həmçinin birbaşa axıntılı printerlə çap edilmiş dairəvi möhür vardır. Cinayət işi materiallarına əlavə edilmiş Mütəllimova Mələk Heybət qızının adına tərtib edilən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli saxta çıxarışdan görünür ki, sonuncunun anket məlumatları və həmin İnstitutda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə stasionar müalicə olunması, rentgen-tomoqrafik, laborator və digər məlumatlar, məsləhət görüldü, xəstəlik vərəqəsi uzadıldı hissəsində “sol yuxarı ətrafın 4 sm qısalığındandır” sözləri və diaqnoz hissəsinə “Bazu kələfinin zədələnməsi” kimi düzgün olmayan diaqnoz qeyd edilmişdir. Bundan başqa həmin çıxarışın aşağı hissəsində baş həkim və müayinə aparan həkim qrafalarının qarşısında imzalar, həmçinin birbaşa axıntılı printerlə çap edilmiş ştamp vardır. Cinayət işi materiallarına əlavə edilmiş Mütəllimova Mələk Heybət qızının adına tərtib edilən Cəlilabad Rayon X43 hüquqi şəxsə məxsus xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarışdan görünür ki, sonuncunun anket məlumatları, əsas xəstəlik hissəsində “Bazu kələfinin zədələnməsi”, əsas xəstəliyin ağırlaşması hissəsində “yuxarı ətrafın qısalması 4 sm”, yanaşı xəstəliklər hissəsində “yerişin və hərəkətin pozulması” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Mütəllimova Mələk Heybət qızının adına tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndərişdən görünür ki, sonuncunun anket məlumatları, Mələk Mütəllimovanın X2 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, X19 xx.xx.2022-ci il tarixdə müvafiq olaraq müalicə və müayinə olunması kimi məlumatlar, həmçinin həmin göndərişin diaqnoz hissəsində “Bazu kələfinin zədələnməsi, Yuxarı ətrafın qısalması (4sm), Yerişin və hərəkətin pozulması” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Mütəllimova Mələk Heybət qızının adına Cəlilabad Rayon X43 hüquqi şəxsə məxsus xx.xx.2022-ci il tarixli, 7861 nömrəli anketdən görünür ki, “Qeyd” hissəsinə “Bazu kələfinin zədələnməsi, Yerişin və hərəkətin zədələnməsi, Yuxarı ətrafın qısalması (4sm),” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Mütəllimova Mələk Heybət qızının adına olan tibbi-sosial ekspertiza sənədindən görünür ki, sonuncunun adına olan 0340003AA2E3 nömrəli göndəriş və həmin göndərişdə əsas diaqnoz qismində “Bazu kələfinin zədələnməsi, Soltərəfli postravmatik pleksiti”, ağırlaşma diaqnozu qismində “Yuxarı ətrafı qısaldan defektlər, Yuxarı ətrafın qısalığı-4sm” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Mütəllimova Mələk Heybət qızının sosial arayışından görünür ki, sonuncuya ümumi xəstəlik səbəbindən üç il müddətinə, yəni xx.xx.2025-ci il tarixədək sağlamlıq imkanının məhdudluğunun təyini barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs daxil olan 30 dekabr 2022-ci il tarixli, **********7 nömrəli məktuba əlavə edilmiş məlumatdan görünür ki, Mütəllimova Mələk Heybət qızına sağlamlıq imkanının məhdudluğuna görə 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayına qədər ümumilikdə 1.206,67 manat sosial müavinət və himayə etməsi səbəbindən sonuncunun anası X14 həmin müddətdə ümumilikdə 482,67 manat Prezident təqaüdü ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X59 adına tərtib edilən X18 xx.xx.2022ci il tarixli, 3821 nömrəli saxta rəyindən görünür ki, sonuncunun anket məlumatları və həmin xəstəxanada xx.xx.2022-ci il tarixdə ambulator müayinə olunması, həmçinin “Mərkəzi sinir sisteminin hipoksik zədələnməsi, baş beyinə qansızma qalıq əlaməti, tez-tez təkrarlanan qıcolmalar” kimi diaqnozlar qeyd edilmişdir. Bundan başqa həmin rəyin aşağı hissəsində də X18 baş həkimi və komissiya üzvlərinin soyadlarının qarşısında imzalar, həmçinin birbaşa axıntılı printerlə çap edilmiş dairəvi möhür vardır. Cinayət işi materiallarına əlavə edilmiş X35 adına tərtib edilən X18 xx.xx.2021ci il tarixli, 2633 nömrəli saxta rəyindən görünür ki, sonuncunun anket məlumatları və həmin xəstəxanada xx.xx.2021-ci il tarixdə ambulator müayinə olunması, həmçinin “Generalizə olunmuş idiopatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmalarla, fokal epilepsiya, tez-tez təkrarlanan qıcolmalarla” diaqnozlar qeyd edilmişdir. Bundan başqa həmin rəyin aşağı hissəsində də X18 baş həkimi və komissiya üzvlərinin soyadlarının qarşısında imzalar, həmçinin birbaşa axıntılı printerlə çap edilmiş dairəvi möhür vardır. Cinayət işi materiallarına əlavə edilmiş X38 adına tərtib edilən X18 xx.xx.2022ci il tarixli, 4761 nömrəli saxta rəyindən görünür ki, sonuncunun anket məlumatları və həmin xəstəxanada xx.xx.2022-ci il tarixdə ambulator müayinə olunması, həmçinin “Generalizə olunmuş ideopatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmalarla ayda 13-15 dəfə qavrama və dərketmənin ləngiməsi, qeyri-üzvü təbiətli enurez” diaqnozlar qeyd edilmişdir. Bundan başqa həmin rəyin aşağı hissəsində də X18 baş həkimi və komissiya üzvlərinin soyadlarının qarşısında imzalar, həmçinin birbaşa axıntılı printerlə çap edilmiş dairəvi möhür vardır. Cinayət işi materiallarına əlavə edilmiş X38 adına tərtib edilən X18 xx.xx.2022ci il tarixli elektroensefaloqrafiya müayinəsinə dair blankdan görünür ki, sonuncunun adı və təvəllüdü, nəticə hissəsində “EEQ müayinə zamanı xəstə oyanıqdır, depakin preparatı qəbul etmişdir, tez-tez təkrarlanan generalizə olunmuş kəskin ləng epidalğalar qeyd olunur”, xx.xx.2022-ci il tarixində həmin xəstəxanada EEQ müayinə olunmasına dair məlumatlar qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X38 adına tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndərişdən görünür ki, sonuncunun anket məlumatları, Zəhra Kərimlinin X19 xx.xx.2022-ci il tarixdə müayinə olunmasına dair məlumat qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X38 adına xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilərək Tibbi Sosial Ekspert Komissiyyasına göndərilmiş 0340003AA180 nömrəli göndərişdən (Forma 088) görünür ki, sonuncunun müalicə aldığı müəssisə qismində “X44”, daxil olma qismində “xx.xx.2022”, çıxma tarixi qismində “xx.xx.2022” qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X11 adına tərtib edilən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli saxta çıxarışından görünür ki, sonuncunun anket məlumatları və həmin İnstitutda xx.xx.2022-xx.xx.2022ci il tarixlərdə stasionar müalicə olunması, rentgen-tomoqrafik, laborator və digər məlumatlar, məsləhət görüldü, xəstəlik vərəqəsi uzadıldı və diaqnoz hissələrinə “Budun anadangəlmə ikitərəfli çıxığı, sirkə kasasının tağının inkişafdan qalması, oynaqların kontrakturası, hət iki bud çanaq oynaqlarının yaxınlaşdırıcı və uzaqlaşdırıcı kontrakturası” diaqnozlar qeyd edilmişdir. Bundan başqa həmin çıxarışın aşağı hissəsində baş həkim və müayinə aparan həkim qrafalarının qarşısında imzalar, həmçinin birbaşa axıntılı printerlə çap edilmiş ştamp vardır. Cinayət işi materiallarına əlavə edilmiş X58 adına tərtib edilən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli saxta çıxarışından görünür ki, sonuncunun anket məlumatları və həmin İnstitutda xx.xx.2022-xx.xx.2022ci il tarixlərdə stasionar müalicə olunması, rentgen-tomoqrafik, laborator və digər məlumatlar, məsləhət görüldü, xəstəlik vərəqəsi uzadıldı və diaqnoz hissələrinə “Anadangəlmə ikitərəfli əyripəncəlik, anadangəlmə ikitərəfli bud-çanaq oynaqlarının kontrakturası” diaqnozlar qeyd edilmişdir. Bundan başqa həmin çıxarışın aşağı hissəsində baş həkim və müayinə aparan həkim qrafalarının qarşısında imzalar, həmçinin birbaşa axıntılı printerlə çap edilmiş ştamp vardır. Cinayət işi materiallarına əlavə edilmiş X58 adına tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndərişdən görünür ki, sonuncunun anket məlumatları, Rza Qasımovun X2 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə müalicə olunması kimi məlumat qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X58 adına xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilərək Tibbi Sosial Ekspert Komissiyyasına göndərilmiş 0340003AA1T3 nömrəli göndərişdən (Forma 088) görünür ki, sonuncunun müalicə aldığı müəssisə qismində “ET Travmatologiya və Ortopediya institutu”, daxil olma qismində “xx.xx.2022”, çıxma tarixi qismində “xx.xx.2022” qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şahid14 adına tərtib edilən Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2021-ci il tarixli saxta çıxarışından görünür ki, sonuncunun anket məlumatları və həmin İnstitutda xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə stasionar müalicə olunması, rentgen-tomoqrafik, laborator və digər məlumatlar, məsləhət görüldü, xəstəlik vərəqəsi uzadıldı və diaqnoz hissələrinə “Qalça sümüyünün sınığı, sirkə kasasının arxa divarının qapalı yerdəyişmiş sınığından sonrakı halı, hərəkət məhdudluğu” diaqnozlar qeyd edilmişdir. Bundan başqa həmin çıxarışın aşağı hissəsində baş həkim və müayinə aparan həkim qrafalarının qarşısında imzalar, həmçinin birbaşa axıntılı printerlə çap edilmiş ştamp vardır. Cinayət işi materiallarına əlavə edilmiş Şahid14 adına tərtib edilən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli saxta çıxarışından görünür ki, sonuncunun anket məlumatları və həmin İnstitutda xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə stasionar müalicə olunması, rentgen-tomoqrafik, laborator və digər məlumatlar, məsləhət görüldü, xəstəlik vərəqəsi uzadıldı və diaqnoz hissələrinə “Başbeyin silkələnməsi, Qalça sümüyünün sınığı, hər iki qalça sümüyünün, sirkə kasasının arxa divarının qapalı yerdəyişmiş sınığı, hərəkətin və yerişin ciddi məhdudluğu, sol aşağı ətrafı 5 sm qısadır” diaqnozlar qeyd edilmişdir. Bundan başqa həmin çıxarışın aşağı hissəsində baş həkim və müayinə aparan həkim qrafalarının qarşısında imzalar, həmçinin birbaşa axıntılı printerlə çap edilmiş ştamp vardır. Cinayət işi materiallarına əlavə edilmiş Kərimzadə Cəsur Cahid oğlunun adına tərtib edilən Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinə məxsus Tibbi nəticə və həmin tibbi nəticəyə əlavə edilmiş, üst hissəsində “Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzi” yazılmış blankdan görünür ki, müvafiq olaraq sonuncunun adı, soyadı, diaqnoz hissəsinə “ikitərəfli XR İİİ-İV dərəcəli neyrosensor, ağır eşitmə, İkitərəfli koxlear nevrit, anadan gəlmə nitq qüsuru”, məsələhət hissəsinə “TSEK, təqdim etmək üçün”, tarix hissəsinə “6.İ.21” kimi düzgün olmayan diaqnozlar, həmçinin əlavə edilmiş blanka Cəsur Kərimzadənin adı, soyadı, yaşı hissəsinə “2018”, diaqnoz hissəsinə yuxarıda qeyd edilən diaqnoz, tarix hissəsinə 6.İ.2021-ci il” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Kərimzadə Cəsur Cahid oğlunun adına tərtib edilən Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinə məxsus Tibbi nəticə və həmin tibbi nəticəyə əlavə edilmiş, üst hissəsində “Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzi” yazılmış blankdan görünür ki, müvafiq olaraq sonuncunun adı, soyadı, diaqnoz hissəsinə “ikitərəfli XR İİİ-İV dərəcəli neyrosensor, ağır eşitmə, İkitərəfli koxlear nevrit, nitq qüsuru”, məsələhət hissəsinə “TSEK göndərilir”, tarix hissəsinə “28.03.22” kimi düzgün olmayan diaqnozlar, həmçinin əlavə edilmiş blanka Cəsur Kərimzadənin adı, soyadı, yaşı hissəsinə “xx.xx.2017”, diaqnoz hissəsinə yuxarıda qeyd edilən diaqnoz, tarix hissəsinə xx.xx.2022-ci il” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Kərimzadə Cəsur Cahid oğlunun adına xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilərək Tibbi Sosial Ekspert Komissiyyasına göndərilmiş 0340003AA2A7 nömrəli göndərişdən (Forma 088) görünür ki, sonuncunun əsas diaqnozu qismində “Eşitmə sinirinin xəstəlikləri, ikitərəfli xroniki koxlear nevrit çox ağır (İİİ-İV) dərəcəli sensonevral ağıreşitmə”, ağırlaşma diaqnozu qismində “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, xroniki iki tərəfli ağır (İİİ-İV) dərəcəli sensonevral tip eşitmə azlığı” kimi düzgün olmayan diaqnozlar qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Kərimzadə Cəsur Cahid oğlunun sosial arayışından görünür ki, sonuncuya ümumi xəstəlik səbəbindən 18 yaşa çatanadək, yəni xx.xx.2035-ci il tarixədək sağlamlıq imkanının məhdudluğunun təyini barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs daxil olan 30 dekabr 2022-ci il tarixli, **********7 nömrəli məktuba əlavə edilmiş məlumatdan görünür ki, Kərimzadə Cəsur Cahid oğluna sağlamlıq imkanının məhdudluğuna görə 2022-ci ilin iyun ayından 2023-cü ilin yanvar ayına qədər ümumilikdə 1.306,67 manat sosial müavinət və himayə etməsi səbəbindən sonuncunun anası X34 həmin müddətdə ümumilikdə 522,67 manat Prezident təqaüdü ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş X18 19 dekabr 2022-ci il tarixli, 159 nömrəli məktubundan görünür ki, adları siyahıda olan Mütəllimova Mələk Heybət qızı, Hüseynov Ramal Tacəddin oğlu, X39, X66, X60 və X53 yalnız xx.xx.2012-ci il təvəllüdlü X39 xx.xx.2021-ci il tarixdə həkim məsləhət komissiyası tərəfindən konsultasiya olunub və rəy verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsdən daxil olan 23 dekabr 2022-ci il tarixli, 611 nömrəli məktubdan görünür ki, Mütəllimova Mələk Heybət qızı və digər şəxslər barəsində sorğuya baxılaraq bildirilir ki, xx.xx.2015-ci il təvəllüdlü X26 istisna olmaqla adları sorğuda qeyd edilən şəxslər tərəfindən publik hüquqi şəxsə müraciət edilməmişdir. Nəticə etibarı ilə həmin şəxslərə dair publik hüquqi şəxsdə hər hansı bir sənəd mövcud deyildir. Eyni zamanda bildirilir ki, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 418 nömrəli, 20 dekabr 2018-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturuna daxil olan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu “X75 İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyinə verilməklə 01 yanvar 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasını dəyişərək “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsə çevrilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsdən daxil olan 30 dekabr 2022-ci il tarixli, PHŞ/6.3-2-2022-2744 nömrəli məktubdan görünür ki, Kərimzadə Cəsur Cahid oğlunun xəstəxanaya müraciət etməsi ilə bağlı E-tebib proqramına baxış keçirilmiş və məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, 06 yanvar 2021-ci il və 28 mart 2022-ci il tarixlərdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsin tabeliyində Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzi fəaliyyət göstərməmişdir. Həmin Mərkəz ilə bağlı möhür və ya möhür nümunəsi olmadığından təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən həkim-pediatr kimi Təqsirləndirilən şəxs vəzifə təlimatından görünür ki, səhiyyə müəssisələrinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktları, öz ixtisası üzrə profilaktika, diaqnostika, müalicə və reabilitasiyanın müasir metodlarını, pediatriya xidmətinin təşkili, strukturu, ştatları və təchiz edilməsi ilə bağlı məsələləri, öz ixtisası üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri, tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını bilmək, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, öz işini planlaşdırmaq və öz fəaliyyətinin göstəricilərini təhlil etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, sanitar-maarifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək və digər səlahiyyətlərə malikdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayətlərin onun tərəfindən törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin hallara istinad edilməklə qurulmuş müdafiəsi onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən cinayət əməllərini 2021-ci il yanvar ayından 2022-ci ilin mart ayları ərzində törətmişdir, həmin vaxtdan iki ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-ci maddəsinə əsasən “cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə)” cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin məcəllənin 75.2-ci maddəsində göstərilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. CPM-nin 43.3-cü maddəsində göstərilmşdir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilmiş ittihamlar üzrə özünü təqsirli bilməmişdir. CPM-nin 44.2.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda-təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 313-cü maddəsi ilə də düzgün tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli, lakin həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsi nəzərə alınmaqla ona cəza təyin edilməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, “...CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göstərilən Məcəllənin 43.3-cü maddəsinin məzmunundan göründüyü kimi məhkəmə baxışının gedişində cinayət məsulliyətinə cəlbetmə müddətinin keçməsi müəyyən edildiyi halda məhkəmə yalnız müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Belə razılıq olmadığı halda isə məhkəmə CPM-in 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barədə ittiham hökmü çıxarır, lakin ona cəza təyin etmir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Şahnaz adlı azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cinayəti təkrar törətməsi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs qızına təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 320.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 308.1 və 320.1-ci maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü azadlıqdan məhrumetmə cəzasına əlavə cəza kimi nəzərdə tutulmasa da Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin cəza növünün əlavə cəza kimi təyin edilməsi məqsədəmüvafiqdir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs eyni zamanda mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs vurulmuş zərər görə 7212.55 manat (yeddi min iki yüz on iki manat əlli beş qəpik) manat pulun tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qızı tərəfindən vurulmuş ziyanın məbləği 7212.55 manat (yeddi min iki yüz on iki manat əlli beş qəpik) manat təşkil edir və həmin ziyan ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq digər əsaslarla yanaşı iddianın tam və ya qismən təmin edilməsi barədə qərar çıxarılır. Göstərilənlərlə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri məhkəmə istintaqı zamanı sübuta yetirildiyindən və həmin əməllər nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurması müəyyən edildiyindən iş üzrə verilmiş mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 7212.55 manat (yeddi min iki yüz on iki manat əlli beş qəpik) manat maddi ziyan tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin hesabına ödənilməlidir. Zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə mülki iddianın verilməsi ilə əlaqədar ödənilməli olan 92.12 (doxsan iki manat on iki qəpik) manat dövlət rüsumu Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Kərimzadə Cəsur Cahid oğlunun adına tərtib edilmiş Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinə məxsus xx.xx.2021-ci il tarixli tibbi nəticə, həmin tibbi nəticəyə əlavə edilmiş və sonuncuya dair məlumatlar qeyd edilmiş blank, Cəsur Kərimzadənin adına tərtib edilmiş Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinə məxsus xx.xx.2022-ci il tarixli tibbi nəticə, həmin tibbi nəticəyə əlavə edilmiş və sonuncuya dair məlumatlar qeyd edilmiş blank, Cəsur Kərimzadənin adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0340003AA2A7 nömrəli göndəriş (Forma 088), Hüseynov Ramal Tacəddin oğlunun adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 969 nömrəli anket, Ramal Hüseynovun adına tərtib edilmiş X27 məxsus xx.xx.2021-ci il tarixli, 872 nömrəli rəy, Ramal Hüseynovun adına tərtib edilmiş tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndəriş, Ramal Hüseynovun adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0340003AAX55 nömrəli göndəriş (Forma 088), X35 adına tərtib edilmiş X27 məxsus xx.xx.2021-ci il tarixli, 2633 nömrəli rəy, Şahid14 adına tərtib edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus xx.xx.2021-ci il tarixli çıxarış, Şahid14 adına tərtib edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus xx.xx.2022-ci il tarixli çıxarış, Mütəllimova Mələk Heybət qızının adına tərtib etdiyi xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarış, Məkək Mütəllimovanın adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 7861 nömrəli anket, Məkək Mütəllimovanın adına tərtib edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus xx.xx.2022-ci il tarixli çıxarış, Məkək Mütəllimovanın adına tərtib edilmiş X27 məxsus xx.xx.2022-ci il tarixli, 4963 nömrəli rəy, Mələk Mütəllimovanın adına tərtib edilmiş tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndəriş, Mələk Mütəllimovanın adına tərtib edilmiş tibbi-sosial ekspertiza sənədi, X58 adına tərtib edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus xx.xx.2022-ci il tarixli çıxarış, Rza Qasımovun adına tərtib edilmiş tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndəriş, Rza Qasımovun adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0340003AAİT3 nömrəli göndəriş (Forma 088), X38 adına tərtib edilmiş X27 məxsus xx.xx.2022-ci il tarixli, 4761 nömrəli rəy və sonuncuya dair məlumatlar qeyd edilmiş “Elektroensefaloqrafiya müayinəsi” yazılan blank, Zəhra Kərimlinin adına tərtib edilmiş tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndəriş, Zəhra Kərimlinin adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0340003AA180 nömrəli göndəriş (Forma 088), X59 adına tərtib edilmiş X27 məxsus xx.xx.2022-ci il tarixli, 3821 nömrəli rəy, X11 adına tərtib edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus xx.xx.2022-ci il tarixli çıxarış, “Azercell” mobil operatorundan daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 332 (üç yüz otuz iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünr ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələr ilə təqsirləndirilməsinə dair hazırda Cəlilabad rayon məhkəməsinin icraatında olan başqa bir cinayət işi üzrə həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, həmçinin digər cinayət işi üzrə Cəlilabad rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçildiyi nəzərə alınmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344-349, 351, 353 və 356, 357, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə CPM-in 44.2.1-ci maddəsinə əsasən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 320.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi nəzərə alınmaqla 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında tibbi fəaliyyət sahəsində həkimpediatr ixtisası üzrə işləmək, həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə CM-nin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 320.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əlavə cəza tam, əsas cəzalar isə qismən qismən toplanılmaqla Təqsirləndirilən şəxs 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında tibbi fəaliyyət sahəsində həkimpediatr ixtisası üzrə işləmək, həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbirinin seçildiyi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş Kərimzadə Cəsur Cahid oğlunun adına tərtib edilmiş Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinə məxsus xx.xx.2021-ci il tarixli tibbi nəticə, həmin tibbi nəticəyə əlavə edilmiş və sonuncuya dair məlumatlar qeyd edilmiş blank, Cəsur Kərimzadənin adına tərtib edilmiş Eşitmənin, səsin və nitqin patologiyası üzrə Respublika Mərkəzinə məxsus xx.xx.2022-ci il tarixli tibbi nəticə, həmin tibbi nəticəyə əlavə edilmiş və sonuncuya dair məlumatlar qeyd edilmiş blank, Cəsur Kərimzadənin adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0340003AA2A7 nömrəli göndəriş (Forma 088), Hüseynov Ramal Tacəddin oğlunun adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 969 nömrəli anket, Ramal Hüseynovun adına tərtib edilmiş X27 məxsus xx.xx.2021-ci il tarixli, 872 nömrəli rəy, Ramal Hüseynovun adına tərtib edilmiş tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndəriş, Ramal Hüseynovun adına tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0340003AAX55 nömrəli göndəriş (Forma 088), X35 adına tərtib edilmiş X27 məxsus xx.xx.2021-ci il tarixli, 2633 nömrəli rəy, Şahid14 adına tərtib edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus xx.xx.2021-ci il tarixli çıxarış, Şahid14 adına tərtib edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus xx.xx.2022-ci il tarixli çıxarış, Mütəllimova Mələk Heybət qızının adına tərtib etdiyi xx.xx.2022-ci il tarixli ambulator kitabçadan çıxarış, Məkək Mütəllimovanın adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 7861 nömrəli anket, Məkək Mütəllimovanın adına tərtib edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus xx.xx.2022-ci il tarixli çıxarış, Məkək Mütəllimovanın adına tərtib edilmiş X27 məxsus xx.xx.2022-ci il tarixli, 4963 nömrəli rəy, Mələk Mütəllimovanın adına tərtib edilmiş tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndəriş, Mələk Mütəllimovanın adına tərtib edilmiş tibbi-sosial ekspertiza sənədi, X58 adına tərtib edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus xx.xx.2022-ci il tarixli çıxarış, Rza Qasımovun adına tərtib edilmiş tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndəriş, Rza Qasımovun adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0340003AAİT3 nömrəli göndəriş (Forma 088), X38 adına tərtib edilmiş X27 məxsus xx.xx.2022-ci il tarixli, 4761 nömrəli rəy və sonuncuya dair məlumatlar qeyd edilmiş “Elektroensefaloqrafiya müayinəsi” yazılan blank, Zəhra Kərimlinin adına tərtib edilmiş tarixi və kodu qeyd olunmayan uşaqlar üçün göndəriş, Zəhra Kərimlinin adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0340003AA180 nömrəli göndəriş (Forma 088), X59 adına tərtib edilmiş X27 məxsus xx.xx.2022-ci il tarixli, 3821 nömrəli rəy, X11 adına tərtib edilmiş Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məxsus xx.xx.2022-ci il tarixli çıxarış, “Azercell” mobil operatorundan daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 7212.55 manat (yeddi min iki yüz on iki manat əlli beş qəpik) manat pul alınıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına və 92.12 (doxsan iki manat on iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə ekspertiza xərci 332 (üç yüz otuz iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökm 20 gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar