Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-21/2024 15.04.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafəçisi (vəkil) Müdafiəçi3 iştirakları ilə, xx.xx.1963-cü ildə Cəlilabad rayonunun Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Kövüzbulaq kəndində qeydiyyatda olan, Cəlilabad rayonunun Soyuqbulaq kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan ödəniş günü müvafiq məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ******* (üç milyon səkkiz yüz əlli min) Rus rublu alınıb Zərərçəkmiş şəxs verilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(106)-2495/2021 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 09 avqust 2022-ci il tarixdə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 12 oktyabr 2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 14 oktyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs ******* (üç milyon səkkiz yüz əlli min) Rus rublu borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs çoxdan tanıyır. Rusiyada qardaşına məxsus sahədə ağac-mişarlama işi, kömür istehsalı ilə məşğul olduğundan Zərərçəkmiş şəxs 2018-ci ildə ona sərmayə qoymaqla birlikdə işləmək istədiyini bidirmişdir. Ona görə də Zərərçəkmiş şəxs dəzgah almaq üçün ******* Rus rubl və özü isə ******* Rus rublu maya qoyaraq mişar dəzgahları almışlar. Həmin dəzgahlar Rusya Federasiyasını Yekaterinburq şəhərindədir və qardaşı oğlu X2r. Qardaşı oğlu X5 fərdi qaydada ticarətlə məşğuldur və həmin dəzgahları işlətmir. Zərərçəkmiş şəxs istədiyi vaxt həmin dəzgahları qaytara bilər. Lakin Zərərçəkmiş şəxs onunla işləmək istəmədiyini, Azərbaycana qayıtmaq istədiyini bildirmiş və qoyduğu sərmayəni ondan geri tələb etmişdir. Lakin nağd pulu olmadığndan Zərərçəkmiş şəxs dəzgaha verdiyi pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs ona mişar dəzgahını aldırmış, lakin iş qurulandan sonra işi yarımçıq qoyub mayasını geri istəmişdir. Zərərçəkmiş şəxs hərəkətləri üzündən Rusiya Federasiyasında ticarətimi yarımçıq qoyub Azərbaycana qayıtmaq məcburiyyətində qalmışdır. Cəlilabad rayonunda daşınmaz əmlakı “Orxan“ Şadlıq Sarayı binası var. Lakin ona məxsus olan şadlıq sarayının mülkiyyət sənədi şahadətnaməsi olmadığından Zərərçəkmiş şəxs ona sənədləşdirmə işində köməklik edəcəyini bildirərək sonucuya mülki etibarnamə vermişdir. Lakin Zərərçəkmiş şəxs onun etibarından istifadə edərək ona məxsus olan şadlıq sarayını sənədləşdirərək qardaşı oğlu X3 200000 manata alqı-satqı edərək sonuncunun adına sənədləşdirmişdir. Zərərçəkmiş şəxs şadlıq sarayını geri tələb etsə də sonuncu şadlıq sarayını 200000 ABŞ dollarına satdığnı bildirmişdir. Odur ki, Zərərçəkmiş şəxs qarşı əmlak tələbinə dair iddia qaldırmışdır. Məhkəmənin qərarı ilə şadlıq sarayı ona geri qaytarılmışdır. Məhkəmə prossesində Zərərçəkmiş şəxs ona məxsus olan şadlıq sarayını «Rabitə Banka» girov qoyaraq 270000 manat kredit götürmüşdür. Odur ki, şadlıq sarayının girovdan çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə sözügedən şadlıq sarayının girovdan çıxarılması barədə qətnamə qəbul olunmuşdur. Hazırda həmin qətnamədən «Rabitə Bank» apellyasiya şikayəti vermişdir. Zərərçəkmiş şəxs məhkəmədə pul tələbi ilə ona qarşı iddia qaldırmışdır. Cəlilabad Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan 4850000,00 Rus rublunun və 30000,00 ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 30,00 manat dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamədən narazı olduğundan apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cəlilabad Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək cavbadeh kimi ondan ödəniş günü, müvafiq məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə 3850000,00 Rus rublu alınıb Zərərçəkmiş şəxs ödənilməlidir. Bu barədə icra sənədi Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Cəlilabad Rayon İcra və Probasiya şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qətnamə üzrə borcundan icra dövründə ödəniş etməmişdir. Qalıq borcunu vaxtında ödəmədiyindən dəfələrlə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda ona məxsus olan “Orxan” şadlıq sarayını aylıq 800 manata icarəyə vermişdir. Başqa qazancı olmadığından qətnaməni icra edə bilməmişdir. Hazırda zərərçəkmiş şəxsə olan borcunu, yəni qətnamənin icra olunacağı gün Azərbaycan manatına olan məzənnəsi ilə 73150 (yetmiş üç min bir yüz əlli) manat pulu tam şəkildə zərərçəkmiş şəxsə ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışlar və zərərçəkmiş şəxs onu bağışlamışdır. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona olan borcun, yəni qətnamənin icra olunacağı gün Azərbaycan manatına olan məzənnəsi ilə 73150 (yetmiş üç min bir yüz əlli) manat pulun tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını göstərərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs nümayəndəsi (vəkil) Nümayəndə verdiyi izahatında göstərmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 4 850 000 Rus rublu və 30000,00 ABŞ dolları borcun ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi və 30,00 manat dövlət rüsumu alınaraq Əsgərov Sahib oğluna ödənilməlidir. Lakin Təqsirləndirilən şəxs məlum qətnamədən narazı qaldığndan apellyasiya şikayəti vermiş və Şirvan Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Cəlilabad Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmiş və Təqsirləndirilən şəxs ödəniş günü, müvafiq məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə 3 850 000 (üç milyon səkkiz yüz əlli min) Rus rublunun alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qəbul ediləndən sonra Təqsirləndirilən şəxs ******* (üç milyon səkkiz yüz əlli min) Rus rublu borcundan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs əmək qabilliyyətli olmağına, qazanc əldə etməsinə baxmayaraq qətnamə üzrə olan borcunu ödəməkdən yayınmışdır. Zərərçəkmiş şəxs İcra məmurlarına müraciət edərək borcun alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də inzibati qaydada həbs olunmuşdur. Hazırda təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə olan borc, yəni qətnamənin icra olunacağı gün Azərbaycan manatına olan məzənnəsi ilə 73150 (yetmiş üç min bir yüz əlli) manat pul tam şəkildə zərərçəkmiş şəxsə ödəmişdir. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2(106)-2495/2021 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Cəlilabad Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(073)-260/2022 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs icra müddətində qətnamə üzrə borcundan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən xx.xx.2022-ci il tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Şirvan Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ödəniş günü, müvafiq məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ******* (üç milyon səkkiz yüz əlli min) Rus rublu alınıb Zərərçəkmiş şəxs ödəməlidir. Lakin Təqsirləndirilən şəxs hazırkı vaxta qədər qətnamə üzrə borcundan ödəniş etməmişdir. Hazırda Arastun özünə məxsus olan Cəlilabad şəhərində yerləşən daşınmaz əmlakını, “Orxan” şadlıq sarayını aylıq 800,00 manata ona icarəyə vermişdir. Təqsirləndirilən şəxs hazırda qətnaməni icra etmək iqtidarında olmadığnı bildirmişdir. İşdə olan Şirvan Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ödəniş günü, müvafiq məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə ******* (üç milyon səkkiz yüz əlli min) Rus rublu alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarından və bildirişdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(106)-2495/2021 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borcluya tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(073)-558/2022 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. İşdə olan Cəlilabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, icra orqanı tərəfindən Təqsirləndirilən şəxs yaranmış ******* Rus rublu borcun 20 (iyirmi) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə cinayət işinin başlanması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə təqdimatla müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən borcun tam şəkildə ona ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını göstərərək, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs ifadəsini və Zərərçəkmiş şəxs nümayəndəsinin məhkəmə baxışı zamanı verdikləri izahatını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdiyinə görə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin «Qeyd» hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs cinayət məsuliyyətdən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №1(073)-21/2024
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-21/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver