Məhkəmə qərarları › İş №1(073)-21/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-21/2025

17.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-21/2025 17.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Osman Akif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abbasbəyli Abbas Mehdi oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 iştirakı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 və X9 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair xüsusi ittiham qaydasında şikayətə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə hazırlıq iclasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 mart 1992-ci il tarixdə Cəlilabad rayon Kazımabad kəndində anadan olmuş və həmin ünvanda yaşayan X1 və onunla qeyri-rəsmi nikahda olan, ünvan 2 ünvanında yaşayan X9 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmələri və barələrində həmin maddə ilə ən ağır cəza təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayəti onunla əsaslandırmışdır ki, o, 1989-cu il 14 dekabr tarixində Rusiya Federasiyasının Yekaterinovsk rayonunda anadan olmuşdur. Orta təsilini orada almış, hal-hazırda Cəlilabad rayon Kazımabad kəndində qeydiyyatda olsa da ünvan 3 ünvanında yaşayır. Suma adlı 15 yaşlı qız övladı var. Cinayət qanunu üzrə nəzərdə tutulmuş əməli törətmiş şəxslər X4 onun bacısı və onunla faktiki nikahda və bir ailə kimi yaşayan Türkiyə Cümhuriyyətinin vətəndaşı X13 bacısının qeyri-rəsmi yoldaşıdır. Belə ki, Vəfa qardaşı Zaura “WhatsApp” vasitəsi ilə səs ataraq onu və azyaşlı qız övladını ağır küçə söyüşləri ilə təhqir edərək, onun və azyaşlı qızı Sumanın polislərlə münasibətdə olduğunu, onlarla görüşdüklərini iddia edərək həmin “WhatsApp” səsinin yayılmasını istəmişdir. Belə ki, Vəfa qardaşı Zaura bu sözləri qəsdən yalandan demişdir ki, qardaşı onu və azyaşlı övladını öldürsün. Həmin səs yazısını diskə köçürərək məhkəməyə təqdim edir. Türkiyə Cümhuriyyətinin vətəndaşı X13 isə qəsdən müstəntiqə “WhatsApp” vastəsi ilə səs atırmış kimi edərək həmin səsi bilərəkdən Zaura göndərmiş, onların ləyaqətsiz, küçə qadını olduqlarını iddia edərək qardaşı Zaur qəsdən onları öldürsün deyə planlı şəkildə o səsi atmışdır. Əlavə olaraq X13 öz şəxsi “tik-tok” səhifəsində bildirmişdir ki, guya onlar cinayətkar olan insanları müstəntiq Nahid Hüseynov pul əvəzində başqa dövlətə çıxarmışdır. Halbuki o heç bir dövlətə qaçmamışdır. Bütün bunlarla onu “tik-tok” səfəsində yayılmaqla ağır ittihamla mühakimə etmişdir. Göründüyü kimi, X5 “WhatsApp” üzərində və onunla qeyri-rəsmi yaşayan X13 onun və azyaşlı qızı X8 öz şəxsi “tik-tok” səhifəsi üzərində canlı yayım açaraq bir çox paylaşımlar etməklə yalan olduğunu bilə-bilə onu və qızı Sumanı ağır cinayətdə ittiham edərək, onların şərəf və ləyaqətini ləkələyən, onu və qızı Sumanı nüfuzdan salan məlumatları yaymaqla ona və azyaşlı qızı Sumaya böhtan atmışdır. Qeyd olunanlara əsasən 12 mart 1992-ci il tarixdə Cəlilabad rayon Kazımabad kəndində anadan olmuş və həmin ünvanda yaşayan X1 və onunla qeyri-rəsmi nikahda olan X9 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmələri və barələrində həmin maddə ilə ən ağır cəza təyin edilməklə ittiham hökmü çıxarılmasınını xahiş etmişdir. Məhkəmənin daha əvvəl keçirilmiş hazırlıq iclasında şikayət vermiş şəxs “Tik-tok” vasitəsilə X9 onlar barəsində böhtan və yalan xarakterli məlumatlar yayması hissəsində şikayətindən imtina etmiş, şikayətinin yalnız X6 və X9 o və qızı Suma barəsində müxtəlif şəxslərin yanında şifahi olaraq və müxtəlif şəxslərə səs yazıları göndərərək onları təhqir etmələri ilə bağlı olmasını bildirmişdir. Həmçinin məhkəmənin əvvəlki hazırlıq iclasında şikayət vermiş şəxs əlavə səs yazılarının da olmasını bildirmiş, onları disk daşıyıcıya köçürərək məhkəməyə təqdim edilməli olmasını unutduğunu bildirmişdir, bu məqsədlə də məhkəmə tərəfindən ona qısa bir müddət verilmiş və şikayətçi həmin səs yazılarını da məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 şikayəti müdafiə edərək şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X6 və X13 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər, lakin məhkəmənin iş üzrə keçirilmiş əvvəlki hazırlıq iclasında X13 məhkəmədə iştirak etmiş, şikayəti qəbul etmədiyini, heç kimi təhqir etmədiyini məhkəməyə bildirmişdir. Məhkəmə işə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X2 və X9 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü tərəfin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-cü maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməlidir. Həmin Məcəllənin 293.3.2-ci maddəsinə əsasən şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Həmin Məcəllənin 293.3.3-cü maddəsinə əsasən şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməlidir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməlidir. Həmin Məcəllənin 293.3.6-cı maddəsinə əsasən şikayətdə şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə iclasında şikayətçinin də iştirakı ilə onun tərəfindən təqdim edilmiş səs yazıları olan disk və fləş kart tədqiq edilmiş və şikayətçinin göstərdiyi xüsusatların öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Tərəflər arasında yaranmış mübahisə onların birgə kommersiya maraqlarının təmin edilməməsi nəticəsində yaranmışdır və əsasən ailəməişət mübahisəsi xarakterlidir. Tərəflər birgə vəsait qoymaqla kommersiya planı barədə razılaşmışlar, lakin sonradan maraqlar toqquşmuş və tərəflər arasında mübahisəyə gətirib çıxarmışdır ki, şikayətçi tərəfindən təqdim edilmiş səs yazılarında da bu öz təsdiqini tapmışdır və həmin yazılarda şikayət vermiş şəxsin bilavasitə ünvanına və ya iki və daha çox şəxsə yayılmaqla hər hansı təhqiredici ifadələrin işlədilməsi müşahidə edilməmişdir, yəni CM-nin 147-ci maddəsinin dispozisiya hissəsinin tələbi ödənilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçinin göstərdiyi hallar və təqdim etdiyi səs yazılarında hər hansı cinayətin əlaməti olmadığına görə işin məhkəmə icraatına qəbulundan imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X1 və X9 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X3 xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə ərizənin məhkəmə icraatına qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan elan olunduqdan sonra 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Osman Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar