Məhkəmə qərarları › İş №1(073)-214/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-214/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-214/2023 28.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X13 Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cinayət qnuni üzrə nəzərdə tutulmuş əmləi törətmiş şəxs X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 iştrakı ilə, Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X6 və X3 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılmalarını xahiş etmişdir. Məhkəmə hzırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 xüsusi ittiham qaydasında şikayəti əsaslandıraraq bildirdi ki, o, Cəlilabad rayon Mirzəli kənd sakini X9 ilə xx.xx.2017-ci il tarxdə aralarında qeydiyyat orqanlarında nikah qeydi etdirmədən dini nikahla iki ilə qədər ailə kimi bir yerdə yaşamışlar. Bu iki il ərzində onlar birlikdə Elşənin işlədiyi daş karxanasında yaşamışlar. Onların bu müddət ərzində övladları olmamışdır. Həkim müayinələrindən sonra həkim ona əgər uşağının olmasını istəyirsə başqası ilə ailə həyatı qurmasını demişdir. O. Elşəndən ayrılandan sonra Cəlilabad rayonu, Təzəkənd kənd sakini olan X7 ilə bir il ərarvad münasibətlərində olmuşlar. X1 Mələk anadan olmuşdur. Əfqan uşağa ilk öcə sahib çıxmadığı üçün o da məcburiyyət qarşısında qalaraq məsələni ictimayiləşdirmək qərarına gəlmiş və xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə ARB TV-də yayımlannan “Səni axtarıram” verlişinə müraciət etmişdir. Əfqn Bağırov və Elşən Nəbiyev birləşərək bu növzunun açılmasında ona maneəçiliklər törədərək onu hər zaman alçaltmışar. elşənlə ayrı yaşamaqlarına baxmayaraq ona qarşı əsasız böhtan xarakterli əxlaqa sığmayan kütləvi sosial şəbəkələrdə şərəf və ləyaqətini alçaldan çxışlar etmişdir. xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə ARB TV-də yayımlannan “Səni axtarıram” verlişinə gələrək ona qarış böhtan çıxışlar ilə onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən çıxışlar edərək ona izdirab çəkdirmiş, sağlamlığına təsir göstərmiş və fiziki əzab çəkmişdir. X6 və X3 yalan məlumatları əsasında onun şərəf və ləyaqəti alçaldılmış, eyni zamanda işgüzar nüfuzuna ləkə gətirilməklə ağır cinayətdə ittiham etmişlər. Ona görə də də hesab edir ki, X6 və X3 əməlində Azərbaycan Respublikası Cinayət Məcələsinin 147.1 və 148-ci maddələrinin tərkibi vardır. Qeyd olunanlara əsasən X6 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməklə cəzalandırılmalarını xahiş etdi. Məhkəmə hazırlıq iclasında cinayət qanunu üzrə nəzərdə tutulmuş əmləi törətmiş şəxs X9 xüsusi ittiham qaydasında şikayətdə özünü təqsirli bilmərəyək göstərdi ki, o, X8 ilə xx.xx.2017-ci il tarxdə aralarında dini nikahla iki ilə qədər bir yerdə ailə kimi yaşamışlar. Bu iki il ərzində onlar Fərəməzova Səma ilə birlikdə onun işlədiyi daş karxanasında yaşamışlar. Onların bu müddət ərzində övladları olmamışdır. O, Səma Fərəməzovanı mütəmadi həkim müayinələrinə aparmışdır. X8 onunula birlikdə yaşadığı müddətdə Cəlilabad rayonu, Təzəkənd kənd sakini olan X7 ilə onu aldatmışdır. xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixlərdə ARB TV-də yayımlannan “Səni axtarıram” verlişindən ona zəng vuraraq verlişə çağırılmış və o da etraz etməyərək getmişdir. “DNK” analizləri verildikdən sonra müəyyən olunmuşuşdur ki, uşaq Cəlilabad rayonu, Təzəkənd kənd sakini olan X2r. O, X4 şərəf və ləyaqətini alçaldılmışdır. Sadəcə onunula birlikdə yaşadığı müddətdə onu aldatdığını bildirmişdir. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayət verməsindən imtina olunasını məhkəmdən xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq barəsində şikayət verilən şəxs X7 məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istinsa edilir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı X4 xüsusi ittham qaydasında şikayəti cinayət prosessual qanunvericiliyinin tələblərinə müvafiq tərtib edilmədiyindən, şikayət vermiş şəxsin dəlillərini təstiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: X4 şikayəti əsasında X6 və X3 barəsində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar