Məhkəmə qərarları › İş №1(073)-216/2023

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-216/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-216/2023 28.11.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X6 Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Cinayət qnuni üzrə nəzərdə tutulmuş əməli törətmiş şəxs X1 onun müdafiəçisi Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 iştrakı ilə, Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə hzırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 xüsusi ittiham qaydasında şikayəti əsaslandıraraq bildirdi ki, o, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. Cəlilabad rayon Xanəgah kəndində yaşayan X5 heç bir əsas və səbəb olmadan cəmiyyətdə onun barəsində həqiqətə uyğun olmayan böhtan xarakterli sözlər yaymaqla işgüzar nüfuzuna xələl gətirmişdir. Belə ki, 03 may 2023-cü il tarixdə “Kanal-13” televiziyasında onun barəsində YouTube kanalında “mənə məxsus torpaq sahəsini zəpt ediblər” başlıqlı yayımda göstərmişdir ki, güya o və müavini ondan torpaq sənədlərinin hazırlanması üçün 1000 manat məbləğində pul istəmişlər. Həmin müraciətdə Nərağa Mənsimov onu rüşvət almaqda ittiham etmişdir. Ona görə də qərara gəlmişdir ki, məhkəməyə müraciət edərək məsələnin qanuni şəkildə həllinə nail olsun. X1 yalan məlumatları əsasında onun şərəf və ləyaqəti alçaldılmış, eyni zamanda işgüzar nüfuzuna ləkə gətirilməklə ağır cinayətdə ittiham etmişdir. Ona görə də də hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası Cinayət Məcələsinin 147.1-ci maddəsinin tərkibi vardır. Qeyd olunanlara əsasən X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə barəsində ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hzırlıq iclasında cinayət qnuni üzrə nəzərdə tutulmuş əməli törətmiş şəxs X5 xüsusi ittiham qaydasında şikayəti qəbul etməyərək bildirdi ki, o, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Xanəgah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işlən X4 işini düzgün icra etmədiyinə görə dövlət orqanlarına onun barəsində rəsmi müraciətlər etmişdir. O, Ərəstun Ağayevin şərəf və ləyaqətini alçaltmamışdır. Sadəcə işini düzgün görmədiyinə görə onun işini tənqid etmişdir. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət verməsindən imtina olunasını məhkəmdən xahiş etdi. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istinsa edilir. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı X3 xüsusi ittham qaydasında şikayəti cinayət prosessual qanunvericiliyinin tələblərinə müvafiq tərtib edilmədiyindən, şikayət vermiş şəxsin dəlillərini təstiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: X2 şikayəti əsasında X1 barəsində Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar