Məhkəmə qərarları › İş №1(073)-22/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-22/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-22/2024 10.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hakim köməkçisi Nufullayev Natiq Fərman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1969-cu ildə Cəlilabad şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta – ixtisas təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsində müfəttiş vəzifəsində işləmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində əsas qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə, əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma seçilmiş , Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 312-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən öz həqiqi təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün şəxsən və vasitəçidən istifadə etməklə birbaşa yolla maddi neməti istəməklə vahid niyyətlə almışdır (nüfuz alveri etmişdir). Belə ki, o, Cəlilabad rayon hərbi komissarının xx.xx.2005-ci il tarixli, 25 nömrəli əmri ilə Cəlilabad rayon hərbi komissarlığında 4-cü bölmə rəisinin köməkçisi vəzifəsinə işə götürülməklə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi rəisinin xx.xx.2012-ci il tarixli, 20 nömrəli əmri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsində müfəttiş vəzifəsinə təyin edilərək həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavininin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinin hərbi qulluqçularının və mülki işçilərinin funksional vəzifələrinin Xidmətin yerli şöbələrinin hərbi qulluqçuları və mülki işçiləri tərəfindən öyrənilməsi barədə 11 iyul 2013-cü il tarixli əmrinə əsasən təsdiq edilmiş, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişinin funksional vəzifələri” də nəzərdə tutulmuş hərbi qeydiyyatdan çıxarılmış və hərbi qeydiyyata götürülmüş çağırışçılar barədə onların əlifba-qeydiyyat kitablarında müvafiq qeydiyyatlar aparmaq, çağırışçıların ailə vəziyyətində, sağlamlığında, təhsilində, ixtisasında, iş və yaşayış yerində və digər dəyişikliklər barədə şəxsi işlərində qeydiyyat aparmaq, həqiqi hərbi xidmətə çağırışla əlaqədar olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 8-ci maddəsinə əsasən çağırışçıların hərbi qeydiyyatının tam və düzgün aparılması məqsədiylə yerli icra orqanları tərəfindən, hüquq mühafizə orqanlarından, VVAQ-dan, məhkəmə icraçılarından, həkim-əmək ekspert komissiyasından nəzərdə tutulmuş sorğu məktublarını hazırlamaq və cavabları toplamaq, hərbi xidmətə çağırışla əlaqədar olaraq daxili işlər, prokurorluq və məhkəmə orqanlarında hüquq pozuntularına, dilənçiliyə, narkotik və toksikoz maddələrdən, alkoqoldan istifadəyə görə qeydiyyatda olan çağırışçıların siyahılarını almaq və onların şəxsi işlərində qeydiyyat aparmaq, ilkin hərbi qeydiyyata götürülənlər üçün şəxsi işlərin açılması və tələb olunan sənədlərin alınaraq işə tikilməsinin təşkil etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hərbi qeydiyyat qaydalarını pozan çağırışçıları aşkara çıxarmaq və onların inzibati məsuliyyətə cəlb olunması işini aparmaq, həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi qeydiyyatdan çıxarılması və əlifba-qeydiyyat kitabında müvafiq qeydlər aparmaq, bölmə rəisinin digər əmr və göstərişlərini yerinə yetirmək vəzifələrini icra edərkən 24 sentyabr 2006-cı il təvəllüdlü X4 həqiqi hərbi xidmətdən azad edilməsi üçün sonuncunun atası Şahid6 2022-ci ilin iyun ayının əvvəllərində Cəlilabad şəhəri ərazisində özünə müraciətindən sonra tutduğu vəzifəyə görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin və həmin şöbənin rayon çağırış komissiyasının vəzifəli şəxslərinin X4 xəstəliklə bağlı həqiqi hərbi xidmətdən ehtiyyata verilməsinə dair qərarlarına qanunsuz təsir etmək məqsədilə Şahid6 2023-cü ilin iyun ayının ortalarında özü üçün şəxsən birbaşa yolla 12.000 (on iki min) manat məbləğində maddi nemət olan pul vəsaitini istəməklə həmin məbləğin 2.000 (iki min) manatını 22 iyun 2023-cü il tarixdə Cəlilabad şəhərində yerləşən şəhər sakinləri arasında “Habilin restoranı” kimi tanınan ictimai iaşə obyektində alıb şəxsi ehtiyaclarına sərf edərək, 3.000 (üç min) manatını isə 04 iyul 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin inzibati binasının Çağırışa qədər hazırlıq və ilkin hərbi qeydiyyata alınma otağında Şahid6 almaqla, qalan 7000 (yeddi min) manat məbləğində pul vəsaitinin sonrakı tarixlərdə veriləcəyi ilə bağlı Şahid6 ilə razılaşıb öz həqiqi təsir imkanlarından istifadə edərək X4 xəstəliklə bağlı həqiqi hərbi xidmətdən ehtiyyata verilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin və həmin şöbənin rayon çağırış komissiyasının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 12 000 (on iki min) manat məbləğində vəsaiti istəməklə özü üçün şəxsən birbaşa yolla 5.000 (beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə almışdır (nüfuz alveri etmişdir). Bundan başqa, o, təkrarən həmin vəzifədə işləyərkən xx xxxxxx 1993-cü il təvəllüdlü oğlu Şahid2 ehtiyyatda olan hərbi vəzifəlinin təkrar tibbi müayinəsindən keçirilməsi üçün sonuncunun tanışı Şahid3 2023-cü ilin iyul ayının əvvəllərində Cəlilabad şəhəri ərazisində özünə müraciətindən sonra tutduğu vəzifəyə görə malik olduğu həqiqi təsir imkanlarından istifadə edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin və həmin şöbənin rayon çağırış komissiyasının vəzifəli şəxslərinin Şahid2 ehtiyyatda olan hərbi vəzifəlinin təkrar tibbi müayinəsindən keçirilməsinə dair qərarlarına qanunsuz təsir etmək məqsədilə sonuncudan 2023-cü ilin iyul ayının əvvəllərində özü üçün birbaşa yolla cinayətdən xəbərsiz Şahid3 vasitəsi ilə 500 (beş yüz) manat məbləğində maddi nemət olan pul vəsaitini təkrarən istəməklə həmin məbləği 02 iyul 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanın yaxınlığında Şahid2 cinayətdən xəbərsiz Şahid3 vasitəsiylə təkrarən almaqla, öz həqiqi təsir imkanlarından istifadə edərək Şahid2 ehtiyyatda olan hərbi vəzifəlinin təkrar tibbi müayinəsindən keçirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin və həmin şöbənin rayon çağırış komissiyasının vəzifəli şəxslərinin qərarına qanunsuz təsir etmək məqsədilə özü üçün, birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan 500 (beş yüz) manat məbləğində pul vəsaitini təkrarən istəməklə təkrarən almışdır (nüfuz alveri etmişdir). Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün etiraf ifadəsi və şahidlərin ifadələri, eləcə də digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, 2005-ci ildən məlum hadisə baş verənədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsində müfəttiş vəzifəsində çalışmışdır. Hərbi qulluqçu deyildir. Vəzifə səlahiyyətləri çağırışçıları zəng etməklə və ünvana getməklə çağırışa cəlb etməkdən və onları hərbi hissələrə apararaq təhvil verməkdən ibarətdir. Hadisədən təxminən 2-3 həftə əvvəl əvvəlcədən tanıdığı həmyerlisi Azər adlı şəxs ona müraciət edərək bacanağı Vaqif adlı şəxsin övladının 2024-cü ildə 18 yaşının tamam olacağını və ona hərbi xidmətdən möhlət hüququnun verilməsində köməklik göstərməyini xahiş etmişdir. O, həmin şəxsə qeyd olunan məsələdə köməklik göstərəcəyini bildirmişdir. Təxminən 2023-cü ilin iyun ayının ortalarında Azər və Vaqif ilə Cəlilabad şəhərində “Habil”in restoranı kimi tanınan adını xatırlamadığı obyektdə görüşmüşdür. Görüş vaxtı Vaqif ona oğlunun astma xəstəliyinin olduğunu bildirmişdir. Onlara görüş vaxtı Vaqifin 2024-cü ilin oktyabrında həqiqi hərbi xidmətə çağırış vaxtı olan adını xatırlamadığı oğlunun xəstəliklə həqiqi hərbi xidmətdən azad edilməsi üçün 12 min manat pul alacağını bildirmişdir. Vaqif razılaşdıqdan sonra o, pula ehtiyacı olduğu üçün ilkin olaraq həmin puldan 5.000 manatnı ona verməsini xahiş etmişdir. Vaqif də həmin vaxt bacanağı Azərin yanında göstərdiyi restoranda ona 2.000 manat pul vermişdir. Vaqif qalan 3000 manat pulu gələn dəfə rayona gələndə ona verəcəyini bildirmişdir. Onlar Vaqiflə 3000 manat da verildikdən sonra qalan 7000 manat pulu oğlunun çağırış vaxtı sonuncunun verəcəyi ilə bağlı razılaşmışlar. Bundan sonra o, Cəlilabad rayon mərkəzi xəstəxanasında çalışan Fərəc həkimə zəng edərək onun yanına çağırışçı göndərəcəyini və çağırışçıya gələcəkdə möhlət hüququnun verilməsinə köməklik göstərməyi üçün xəstəliyinin olub-olmamasını yoxlamasını xahiş etmişdir. Fərəc həkim aralarında olan yaxınlığa görə çağırışçını USM və digər müayinələrə göndərməliymiş. Lakin, həmin ərəfədə çağırışçı müayinə üçün rayon mərkəzi xəstəxanasına gedə bilməmişdir. xx.xx.2023-cü il tarixdə Vaqif ona zəng edərək yanına gəlmək istədiyini demişdir. O, sonuncuya ertəsi gün tezdən yanında olmasını tapşırmışdır. xx.xx.2023-cü il tarixdə çağırışçının atası Vaqif onun yanına gələrək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsində İlkin qeydiyyat şöbəsinin inzibati binasında sənədlər yığılan otağın içində ona 3.000 manat pul vermişdir. Həmin vaxt yanında heç kim olmamışdır. O, Vaqifə Fərəc həkimin yanına gedərək onu özünün göndərdiyini deməsini və övladını müayinədən keçirilməsinə həmin həkimin kömək edəcəyini bildirmişdir. Vaqif gəlməmişdən qabaq Fərəc həkimə zəng edərək bir nəfər gələcəyini, həmin şəxsi USM və digər müayinələrə yönləndirməyini, müayinələrin nəticələrini özünün xəstəxanadan götürəcəyini bildirmişdir. Ona 3000 manat pulu verəndən sonra Vaqif çıxıb getmiş və İlkin qeydiyyat şöbəsinin inzibati binasından çıxandan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları ona yaxınlaşaraq baş idarəyə dəvət etmişlər. Onun Vaqiflə sonuncu razılaşmalarına əsasən 2024-cü ilin avqust ayında oğlunun çağırış müddəti başlayacağı üçün şöbələrinə yaxınlaşdıqları vaxt sonuncudan qalan 7000 manat pulu alacaqmış. Həmin vaxt gələndə Vaqifin oğlunun xəstəliklə bağlı həqiqi hərbi xidmətdən azad olunması üçün Çağırış bölməsinin rəisinə və ya həmin bölmədə işləyən Şahin Əliyev adlı gizirə müraciət edəcəkmiş. Əgər həmin şəxslər razılıq versələr Vaqifdən aldığı pulu işin həll edilməsi üçün göstərdiyi şəxslərdən birinə verməyi planlaşdırmışdır. Həmin şəxslər imtina etsələr aldığı pulu bankdan kredit götürüb Vaqifə qaytaracaqmış. Bundan başqa təxminən 3-4 gün əvvəl əvvəlcədən tanıdığı həmyerlisi Ramin ona zəng edərək tanışının növbəti dəfə hərbi həkim komissiyasından keçmək vaxtının çatdığını demiş və tanışına yenidən 3 illik möhlət hüququnun verilməsinə köməklik göstərməyini xahiş etmişdir. Ramil həmyerlisinə qeyd olunan məsələdə köməklik göstərəcəyini bildirərək həmin şəxsin hörmət etməli olduğunu demişdir. Ramin razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə gecə saatlarında onun yaşadığı evin yanına gələrək Şahid2 adlı şəxsin hərbi biletini və hərbi biletin arasında 500 manat pulu ona vermişdir. Həmin şəxs şöbələrindən əvvəl də möhlət hüququ aldığı üçün o, deməmiş özü 500 manat pulu ona vermişdir. Əlaqəli adamlar bu işin göstərilən məbləğə edildiyini bilirmişlər. O, pulu götürdükdən sonra ertəsi gün işə gələrək şöbədə Səfərbərlik bölməsinin rəisi Bəhruz Nuriyevin köməkçisi vəzifəsində çalışan Şahid1 tanışından 500 manat pul aldığını və ona növbəti dəfə 3 illik möhlət hüququnun verilməsinə köməklik göstərməsini xahiş etmişdir. Lakin, Elşad hazırda qeyd olunan məsələnin mümkünsüz olduğunu ona bildirərək aldığı pulu geri qaytarmağını tapşırmışdır. Bundan sonra o, Raminə zəng edərək işə köməklik göstərə bilməyəcəyini bildirib verdiyi pulu ondan götürməsini xahiş etmişdir. Lakin, Ramin həmin gün işləri olduğu üçün gələ bilməyəcəyini bildirərək pulu daha sonra ondan götürəcəyini demişdir. O, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən baş idarəyə dəvət ediləndə həmin hərbi bileti və pulu prokurorluq əməkdaşlarına təqdim etmişdir. Onun Vaqif adlı şəxsdən oğlunun xəstəliklə bağlı həqiqi hərbi xidmətdən azad edilməsi üçün 12 000 manat məbləğdə pul tələb edərək 5000 manat pul almağı barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin heç bir vəzifəli şəxsinin məlumatı olmamışdır. Heç bir şəxsə sözügedən işlə bağlı müraciət etməmişdir. Çünki, 2024-cü ilin avqustuna kimi bir çox vəzifəli şəxsin yeri dəyişdirilə bilərmiş. Vaqifdən 5000 manat pulu əvvəlcədən almaqda məqsədi şəxsi ehtiyaclarına və diz nahiyyəsindən aparılmalı olan tibbi əməliyyata sərf etmək olmuşdur. Vaqifdən aldığı 2000 manatı şəxsi ehtiyaclarına sərf etmişdir. 3000 manat pulu isə onu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət edən prokurorluq əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli video görüntülərdəki şəxs o və Vaqifdir. Oradakı danışıqlar ona və Vaqifə aiddir. xx.xx.2023-cü il tarixli video görüntüdə Vaqifdən 2000 manat, xx.xx.2023-cü il tarixli video görüntüdə isə 3000 manat pul almışdır. Törətdiyi cinayət əməlindən səmimi peşimandır. Özü ikinci dərəcəli əlildir. Odur ki, bu halları nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin iyul ayının əvvəllərində həmyerlisi və tanışı Şahid2 hərbi xidmətdən növbəti dəfə hərbi həkim komissiyasından keçmək vaxtının çatdığını demiş və yenidən 3 illik möhlət hüququnun verilməsinə köməklik göstərməyini ondan xahiş etmişdir. O da bununla bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsində işləyən Təqsirləndirilən şəxs müraciət etmişdir. Ramil bu işlə bağlı ona kömək edə biləcəyini, lakin 500 manat pul lazım olduğunu bildirmişdir. O, Farizlə görüşüb tanışının onun işini həll etmək üçün 500 manat pul tələb etdiyini bildirmişdir. Fariz də işinin həll edilməsi üçün həmin məbləği verməyə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə gündüz saatlarında Cəlilabad şəhəri, H. Əliyev parkında Farizdən 500 manat pulu almış və Təqsirləndirilən şəxs zəng etmişdir. Ramil telefonda ona Bakı şəhərindən gəldiyini, yolda olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə gecə saatlarında Ramillə telefonda danışanda sonuncu Cəlilabad şəhərində olduğunu bildirmişdir. O, şəhərin Fərid Əhmədov küçəsinə Ramilin yaşadığı ünvana gəlmişdir. Farizdən aldığı hərbi bileti və 500 manat pulu Ramilə vermişdir. Ramil ertəsi gün onunla əlaqə saxlayacağını bildirmişdir. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Ramil ona zəng edərək pulu və hərbi bileti gəlib götürməyini, işin alınmadığını demişdir. O, qonşusunun yas mərasimində olduğunu, sonra həmin pulu gəlib götürəcəyini Ramilə demişdir. Daha sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin əməkdaşları tərəfindən Bakı şəhərinə aparıldığnı eşitmişdir. Başı qarışıq olduğu üçün göstərilən vəsaiti Ramildən alıb Farizə qaytara bilməmişdir. Ramil aldığı vəsaiti kiməsə verəcəyi barədə ona bir söz deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 oxşar ifadə verərək Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Şahid2 istintaq zamanı maddi sübut kimi tanınmış 500 manat pulun ona qaytarıldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, kiçik uşağı Rəşad Səfərov 24 sentyabr 2006-cı il təvəllüdlüdür. Oğlu Bakı şəhərində andan olmuş və Azərbaycan Respublikasında yaşamışdır. X8 Cəlilabad rayonunun Mollalı kəndində doğulmuş, həmin rayonun Kürdlər qəsəbəsində qeydiyyatdadır. Ona görə də oğlu Rəşada Cəlilabad rayonu X2 Qeydiyyatı idarəsindən Doğum haqqında şəhadətnamə almışlar. O, oğlunun həqiqi hərbi xidmətdən saxlatmaq istəmişdir. Çünki, oğlu çox zəif xarakterə malikdir. Hərbi xidmətdə çətinlik çəkəcəyini düşünmüşdür. Bu barədə bacanağı Azərlə danışanda sonuncu ona Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsində müfəttiş vəzifəsində işləyən Ramil adlı şəxsi tanıdığını, həmin şəxsin Rəşadı həqiqi hərbi xidmətdən azad etdirmək üçün ona köməklik göstərə biləcəyini demişdir. 2023-cü ilin iyun ayının təxminən əvvəllərində və ya ortalarında o, Cəlilabad şəhərinə gedərək Azərlə görüşmüş və onlar birlikdə Cəlilabad şəhərində yerləşən kafelərdən birində Ramillə görüşmüşlər. O, Ramilə oğlunu həqiqi hərbi xidmətdən azad etdirmək istədiyini bildirmişdir. Ramil ondan uşaqda hər hansı bir xəstəliyinin olub-olmadığını soruşmuşdur. O, Rəşadın uşaqlıqda nəfəs darlığından əziyyət çəkdiyini, müalicə etdirdiyini və hazırda heç bir probleminin olmadığını bildirmişdir. Ramil də Rəşadı ilk olaraq Cəlilabad rayon mərkəzi xəstəxanasında Fərəc həkimin yanına göndərəcəyini, Fərəc həkimin özü tərəfindən Rəşadın ürək və digər daxili orqanlarının yoxlanacağını, sonra oğlunu Bakı şəhərində yerləşən Ağciyər xəstəlikləri institununa göndərtdirərək orada Rəşadın ağciyərində problem olması barədə sənəd hazırladacağını bildirmişdir. Daha sonra oğlunu 20 yanvar metrosunun yanında yerləşən Respublika xəstəxanasına göndərəcəyini və oradan da tibbi sənəd alacağını, sonda Rəşadı hərbi xidmətdən saxladacağını Ramil ona demişdir. Bütün bu hərəkətləri etmək üçün oğlunu Cəlilabad rayonuna qeydiyyata saldıracağını ifadə etmişdir. Göstərilən hərəkətləri etmək üçün, yəni oğlu Rəşadı həqiqi hərbi xidmətdən saxlatdırmağa görə Ramil ondan 12 000 manat pul tələb etmişdir. Pulun bir hissəsini həkimlərə paylayacağını bildirmişdir. Ramil Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin vəzifəli şəxslərinə hər hansı bir məbləğdə pul verəcəyi barədə bir söz deməmişdir. O, Ramillə razılaşandan sonra Bakı şəhərinə qayıtmışdır. Xatırladığı qədəri ilə 22 iyun 2023-cü il tarixdə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət edərək Ramilin ondan oğlunun həqiqi hərbi xidmətdən azad olunmasına görə 12 000 manat pul tələb etməsini bildirmiş və bu barədə ərizə yazmışdır. Ramillə ilk görüşdən bir müddət sonra təxminən iyun ayının ortalarında səhv etmirsə ayın 22-sində yenə Cəlilabad şəhərində “Habil”in kafesi kimi adlanan obyektdə Ramillə görüşmüş və Azərin yanında ilkin olaraq özünə məxsus 2000 manat məbləğində pulu Ramilə vermişdir. Görüşdən əvvəl Cəlilabad şəhərində əvvəl baş idarənin əməkdaşları tərəfindən üzərinə görüntü və səs yazan qurğu yerləşdirilmişdir. Ramilə 2000 manat pul verməyi həmin aparat tərəfindən qeydə alınmışdır. Görüşdə bir neçə həftə ərzində də əlavə olaraq Ramilə 3000 manat pul verəcəyi barədə razılaşmışlar. Ramil həkimlərə pul verməli olduğu üçün həmin pulu əlavə olaraq ona verməyini tələb etmişdir. xx.xx.2023-cü il tarixdə istifadəsində olan 055 *** ** ** GSM nömrədən Ramilin istifadəsində olan 055 *** ** ** GSM nömrəsinə zəng edərək 3000 manat pulun hazır olduğunu bildirmişdir. Ramil telefonda ertəsi gün səhər saatlarına onu Cəlilabad şəhərinə çağırmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında telefonla danışanda Ramil onu Səfərbərlik şöbəsinə Rauf adlı şəxsin otağına çağırmışdır. O, telefonla danışandan bir neçə dəqiqə sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinə girmişdir. Ramil ona əli ilə işarə edərək yoldaşının uzaq qohumu olan Raufun otağına girməyini işarə etmişdir. O, Raufun otağına girəndən sonra Ramil də arxasınca gəlmiş və Raufun yanında özünə məxsus 3000 manat pulu sayaraq Ramilə vermişdir. Ramil 3000 manat pulu sayıb ondan götürəndən sonra qalan 7000 manat pulu iki ay ərzində verməli olduğunu ona bildirmişdir. O, Ramillə razılaşıb şöbənin binasından çıxmışdır. Bu görüşdən də əvvəl baş idarənin əməkdaşları tərəfindən Cəlilabad şəhərində üzərinə görüntü və səs yazan qurğu yerləşdirilmişdir. Ramilə 3000 manat pul verməyi həmin cihaz tərəfindən qeydə alınmışdır. Ramil ona başqa vəzifəli şəxsə pul verəcəyi barədə bir söz deməmişdir. Bundan əlavə Fərəc həkimin yanına gedəndə sonuncuya 30 və ya 50 manat pul verməyini tapşırmışdır. xx.xx.2023-cü il tarixdə o, Fərəc həkimin qəbuluna getmiş, ancaq iş çox olduğundan həkimlə görüşə bilməmişdir. Təqsirləndirilən şəxs vermiş olduğu 5000 manat pul tam olaraq ona qaytarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 oxşar ifadə verərək Şahid6 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Ali təhsillidir, Memarıq və İnşaat Universitetini Neft-qaz mühəndisliyi ixtisası üzrə bitirmişdir. 2020-ci ildə könüllü olaraq Vətən müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Suqovuşan”ın azad edilməsinə görə və “Vətən müharibəsi” iştirakçısı medalları ilə təltif edilmişdir. 14 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin Səfərbərlik və X1 zabiti vəzifəsinə təyin edilmişdir. Daxili əmrlə şöbənin Kadrlar Bölməsinin rəisi vəzifəsini icra edir. Təqsirləndirilən şəxs şöbədə işləyən vaxtdan tanımışdır. Sonuncu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon X3 müfəttiş vəzifəsində işləyir, mülki işçidir. Təxminən 2023-cü ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs xidməti otağında ona yaxınlaşaraq xəstəliyə görə həqiqi hərbi xidmətdən azad edilmiş adını xatırlamadığı tanışının təkrar tibbi komissiyadan keçirilməsi üçün 500 manat pul aldığını, həmin şəxsə köməklik göstərilməsini xahiş etmişdir. O, Ramildən aldığı pul vəsaitini vətəndaşa qaytararaq bir də belə qanunsuz işlərə yol verməməsini tələb etmiş və sonuncunu xidməti otağından çıxarmışdır. Daha sonra nə baş verdiyindən xəbəri olmamışdır. Ramilin vətəndaşın pulunu qaytardığını güman etmişdir. Çünki, sonuncu vətəndaşın pulunu qaytaracağını ona bildirmişdir. xx.xx.2023-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilərək Təqsirləndirilən şəxs saxlanıldığını eşitmişdir. Əvvəllər Təqsirləndirilən şəxs və ya başqa şəxslər tərəfindən qanunsuz məsələlərlə bağlı ona heç bir müraciət edilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid5 elan olunmuş ifadəsində göstərmişdir ki, 2005-ci ildən hal-hazıradək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsində müfəttiş vəzifəsində çalışır. Hərbi qulluqçu deyildir. Azyaşlıları ilkin təhkimetmə komissiyası ilə məşğul olur. Yəni, 15 yaşı olmuş azyaşlı oğlan uşaqlarını gələcəkdə həqiqi hərbi xidmətə getmələri üçün qeydiyyata alır. Təqsirləndirilən şəxs 2005-ci ildən tanıyır. Onunla eyni vaxtda işə düzəlmişdir. xx.xx.2023-cü ildə səhər saatlarında Ramil oturduğu xidməti otağa girərək onunla salamlaşmışdır. Daha sonra əvvəldən tanıdığı Vaqif adlı şəxs də oturduğu otağa girmişdir. Sonra Ramil və Vaqif də otaqdan çıxmışlar. Həmin şəxslər otaqdan çıxandan sonra prokurorluq əməkdaşları onun otağına girmişlər. Ramili də özləri ilə onun otağına gətirmişlər. O, ayağa durub özünü əməkdaşlara təqdim etmişdir. Onlar Ramildən 3000 manat bir, hərbi biletin arasından 500 manat olmaqla cəmi 3500 manat pul götürüb stolun üstünə düzmüş və çəkiliş aparmışlar. Ramilin həmin şəxslərə 3000 manatın öz pulu olduğunu dediyini eşitmişdir. Sonra prokurorluq əməkdaşları Ramillə birlikdə Bakı şəhərinə gəlmişlər. xx.xx.2023-cü il tarixdə xidməti otağında yanında olduqları vaxt Vaqifin Ramilə hər hansı bir məbləğdə pul verməsinə şahid olmamışdır. Vaqif adlı şəxs oğlunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsində qeydiyyata alınması üçün ona müraciət etmişdir. Vaqif özü və oğlu Rəşad Bakı şəhərində qeydiyyatda olmuşdur. Vaqifin arvadı isə Cəlilabad rayonu Kürdlər kəndində qeydiyyatda olmuşdur. O, Vaqifə ailə tərkibi haqqında arayış blankı verərək oğlu Rəşadın Cəlilabad rayonu Kürdlər kəndi icra nümayəndəliyində anasının yanında qeydiyyata düşməli olduğunu bildirmiş və uşağının doğum haqqında şəhadətnaməsinin, valideynlərin şəxsiyyət vəsiqələrinin surətlərini, məktəbi bitirməsi barədə şəhadətnamə, icra nümayəndəliyindən ailə tərkibi haqqında arayış və tərcümeyi hal gətirməli olduğunu ifadə etmişdir. Bildiyi qədəri ilə Cəlilabad rayonu Kürdlər kəndinin icra nümayəndəliyində Vaqifin oğlunu qeydiyyata salmayaraq Asan Xidmət mərkəzində qeydiyyata düşməli olduqlarını bildirmişlər. Ona görə də Vaqif göstərilən sənədləri toplayıb yanına gəlməmişdir. İşdə olan Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(001)-1423/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində qərar qəbul edildiyi gündən başlayaraq 6 ay müddətinə texniki vasitələrdən istifadə edilməklə gizli foto və video çəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən digər yerlərə, müəssisənin inzibati binasına, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirləri keçirilməsi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmişdir. İşdə olan pul vəsaitinin və xüsusi texniki vasitənin təqdim edilməsi haqqında 22 iyun 2023-cü il tarixli protokola əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Baş İdarənin Əməliyyat idarəsinin əməliyyatçısı tərəfindən Şahid6 üzərindəki paltara xüsusi “Stayer” markalı səs və video yazan texniki avadanlığın quraşdırılması müəyyən edilir. İşdə olan protokola əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə Baş İdarənin Əməliyyat idarəsinin əməliyyatçısı tərəfindən Şahid6 A46337619, C43181121, C82422328, A40636229, A77741730, A34213754, A55511215, A05625135, A20218305, A22254435, A95387836, A05048926, A87086667, B01161585, A91230232, A80512244, A89131314, A28505459, A05264471, A87879241, A39860636, C43168199, A30120469, A83174009, A53817677, A98625577, A19570915, B03043266, A54661415, A70283803 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları, cəmi 3000 (üç min) manat məbləğində pul vəsaiti təqdim edilməklə Təqsirləndirilən şəxs verilməsi zamanı audio və video yazının aparılması məqsədilə şikayətçinin üzərindəki paltara xüsusi “Stayer” markalı səs və video yazan texniki avadanlığın quraşdırılması müəyyən edilir. İşdə olan 04 iyul 2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin inzibati binasının Çağırışa qədər hazırlıq və ilkin hərbi qeydiyyata alınma otağına baxış keçirilməsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsində müfəttiş vəzifəsində işləyən Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etməklə Şahid6 aldığını bildirdiyi 30 ədəd A46337619, C43181121, C82422328, A40636229, A77741730, A34213754, A55511215, A05625135, A20218305, A22254435, A95387836, A05048926, A87086667, B01161585, A91230232, A80512244, A89131314, A28505459, A05264471, A87879241, A39860636, C43168199, A30120469, A83174009, A53817677, A98625577, A19570915, B03043266, A54661415, A70283803 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının, Şahid2 məxsus hərbi biletin və Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etməklə Şahid2 həqiqi hərbi xidmətdən möhlət hüququnun artırılması məqədiylə aldığını bildirdiyi 5 ədəd C79833116, C45697998, C90965720, C58828948, C80031145 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının iş üzrə əhəmiyyət kəsb edəcəyindən qablaşdırılaraq götürülməsi müəyyən edilir. İşdə olan 08 avqust 2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 35 ədəd A46337619, C43181121, C82422328, A40636229, A77741730, A34213754, A55511215, A05625135, A20218305, A22254435, A95387836, A05048926, A87086667, B01161585, A91230232, A80512244, A89131314, A28505459, A05264471, A87879241, A39860636, C43168199, A30120469, A83174009, A53817677, A98625577, A19570915, B03043266, A54661415, A70283803, C79833116, C45697998, C90965720, C58828948, C80031145 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş 30 ədəd A46337619, C43181121, C82422328, A40636229, A77741730, A34213754, A55511215, A05625135, A20218305, A22254435, A95387836, A05048926, A87086667, B01161585, A91230232, A80512244, A89131314, A28505459, A05264471, A87879241, A39860636, C43168199, A30120469, A83174009, A53817677, A98625577, A19570915, B03043266, A54661415, A70283803 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarının üzərində UB işıqda görünən “Rüşvət 2023”, “Səfərbərlik Cəlilabad”, “Rüşvət Cəlilabad 2023” yazıları vardır. İşdə olan 04 iyul 2023-cü il tarixli elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli 37 dəqiqə 50 saniyə olan video görüntüdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi Təqsirləndirilən şəxs Cəlilabad şəhərində yerləşən ictimai iaşə obyektində Şahid6 oğlu X4 xəstəliklə bağlı həqiqi hərbi xidmətdən ehtiyyata verilməsi üçün 2000 manat məbləğində pul vəsaitini alması müəyyən edilir. İşdə olan 04 iyul 2023-cü il tarixli elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli 5 dəqiqə 43 saniyə olan video görüntüdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişi Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin inzibati binasının Çağırışa qədər hazırlıq və ilkin hərbi qeydiyyata alınma otağında Şahid6 oğlu X4 xəstəliklə bağlı həqiqi hərbi xidmətdən ehtiyyata verilməsi üçün 3000 manat məbləğində pul vəsaitini alması müəyyən edilir. İşdə olan Cəlilabad rayon hərbi komissarının xx.xx.2005-ci il tarixli, 25 nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad rayon hərbi komissarlığında 4-cü bölmə rəisinin köməkçisi vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi rəisinin xx.xx.2012-ci il tarixli, 20 nömrəli əmrinin surətindən Təqsirləndirilən şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsində müfəttiş vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavininin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbələrinin hərbi qulluqçularının və mülki işçilərinin funksional vəzifələrinin Xidmətin yerli şöbələrinin hərbi qulluqçuları və mülki işçiləri tərəfindən öyrənilməsi barədə 11 iyul 2013-cü il tarixli əmrinə əsasən təsdiq edilmiş, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinin Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişinin funksional vəzifələri”nin surətindən Həqiqi Hərbi Xidmətə Çağırış bölməsinin müfəttişinin hərbi qeydiyyatdan çıxarılmış və hərbi qeydiyyata götürülmüş çağırışçılar barədə onların əlifba-qeydiyyat kitablarında müvafiq qeydiyyatlar aparmaq, çağırışçıların ailə vəziyyətində, sağlamlığında, təhsilində, ixtisasında, iş və yaşayış yerində və digər dəyişikliklər barədə şəxsi işlərində qeydiyyat aparmaq, həqiqi hərbi xidmətə çağırışla əlaqədar olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 8-ci maddəsinə əsasən çağırışçıların hərbi qeydiyyatının tam və düzgün aparılması məqsədiylə yerli icra orqanları tərəfindən, hüquq mühafizə orqanlarından, VVAQ-dan, məhkəmə icraçılarından, həkiməmək ekspert komissiyasından nəzərdə tutulmuş sorğu məktublarını hazırlamaq və cavabları toplamaq, hərbi xidmətə çağırışla əlaqədar olaraq daxili işlər, prokurorluq və məhkəmə orqanlarında hüquq pozuntularına, dilənçiliyə, narkotik və toksikoz maddələrdən, alkoqoldan istifadəyə görə qeydiyyatda olan çağırışçıların siyahılarını almaq və onların şəxsi işlərində qeydiyyat aparmaq, ilkin hərbi qeydiyyata götürülənlər üçün şəxsi işlərin açılması və tələb olunan sənədlərin alınaraq işə tikilməsinin təşkil etmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hərbi qeydiyyat qaydalarını pozan çağırışçıları aşkara çıxarmaq və onların inzibati məsuliyyətə cəlb olunması işini aparmaq, həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi qeydiyyatdan çıxarılması və əlifba-qeydiyyat kitabında müvafiq qeydlər aparmaq, bölmə rəisinin digər əmr və göstərişlərini yerinə yetirmək vəzifələrini icra etdiyi müəyyən edilir. İstintaq zamanı 35 ədəd A46337619, C43181121, C82422328, A40636229, A77741730, A34213754, A55511215, A05625135, A20218305, A22254435, A95387836, A05048926, A87086667, B01161585, A91230232, A80512244, A89131314, A28505459, A05264471, A87879241, A39860636, C43168199, A30120469, A83174009, A53817677, A98625577, A19570915, B03043266, A54661415, A70283803, C79833116, C45697998, C90965720, C58828948, C80031145 nömrəli 100 Azərbaycan manatı nominallı pul, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin video görüntüləri, Şahid2 məxsus ******* nömrəli hərbi bilet xx.xx.2023-cü il tarixli qərarla iş üzrə maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. İşdə olan əşyanın sahibinə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 5 ədəd A70283803, C79833116, C45697998, C90965720, C58828948, C80031145 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarından ibarət 500 manat məbləğində pul vəsaiti Şahid2 qaytarılmışdır. İşdə olan əşyanın sahibinə qaytarılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 30 ədəd A46337619, C43181121, C82422328, A40636229, A77741730, A34213754, A55511215, A05625135, A20218305, A22254435, A95387836, A05048926, A87086667, B01161585, A91230232, A80512244, A89131314, A28505459, A05264471, A87879241, A39860636, C43168199, A30120469, A83174009, A53817677, A98625577, A19570915, B03043266, A54661415 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinaslarından ibarət 3000 manat məbləğində pul vəsaiti X7 qaytarılmışdır. İşdə olan X6 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş 2000 manat pul ona geri qaytarılmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan sosial arayışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci dərəcəli müddətsiz əlildir. İşdə olan Cəlilabad şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Həsənov X5 şəhəri F.Əhmədov küçəsi 56 ünvanda ailə üzvləri birlikdə yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yerindən müsbət xarakterizə olunması və İİ qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarına əlavə olunmuş, 04 iyul 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2023-cü il tarixdə saat 21:00-da Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 05 iyul 2023-ci il tarixli “Təqsirləndirilən şəxsin MSYdən azad etmə və polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 iyul 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, saat 18:10-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirinini nəzərə alır və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsinin sanksiyası həddində cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddətdə 02 (iki) gün müddətinə həbsdə saxlanılması nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ona təyin ediləcək cərimə cəzası yüngülləşdirilməlidir. Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti Hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 312-1.1-ci maddəsinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü cərimə cəzasına əlavə cəza kimi nəzərdə tutulmasa da Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin cəza növünün əlavə cəza kimi təyin edilməsi məqsədəmüvafiqdir. İş üzrə maddi sübut kimi tanınmış 35 ədəd A46337619, C43181121, C82422328, A40636229, A77741730, A34213754, A55511215, A05625135, A20218305, A22254435, A95387836, A05048926, A87086667, B01161585, A91230232, A80512244, A89131314, A28505459, A05264471, A87879241, A39860636, C43168199, A30120469, A83174009, A53817677, A98625577, A19570915, B03043266, A54661415, A70283803, C79833116, C45697998, C90965720, C58828948, C80031145 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları Şahid6 və Şahid2 qaytarılması nəzərə alınmalı, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin video görüntüləri iş materiallarında saxlanılmalı, Şahid2 məxsus ******* nömrəli hərbi biletin əsli qanuni sahibinə qaytarılmaqla surəti çıxarılaraq cinayət işi materiallarınaa əlavə edilməlidir. İş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri və əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən 1 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və müfəttiş vəzifəsini tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 6000 (altı min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (gün) gün müddətdə həbsdə saxlanılması nəzərə alınmaqla, ona təyin edilmiş 6.000 (altı min) manat miqdarında cərimə cəzasından 1.000 (bir min ) manat çıxılmaqla üzərində qəti olaraq 5.000 (beş min) manat cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri və əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 35 ədəd A46337619, C43181121, C82422328, A40636229, A77741730, A34213754, A55511215, A05625135, A20218305, A22254435, A95387836, A05048926, A87086667, B01161585, A91230232, A80512244, A89131314, A28505459, A05264471, A87879241, A39860636, C43168199, A30120469, A83174009, A53817677, A98625577, A19570915, B03043266, A54661415, A70283803, C79833116, C45697998, C90965720, C58828948, C80031145 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları Şahid6 və Şahid2 qaytarılması nəzərə alınsın, həmçinin cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin video görüntüləri iş materiallarında saxlanılsın, Şahid2 məxsus ******* nömrəli hərbi biletin əsli qanuni sahibinə qaytarılmaqla surəti çıxarılaraq cinayət işi materiallarına əlavə edilsin. İş üzrə 70 (yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökm 20 gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan olunduğu andan 20 gün müddətinə Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar