Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-23/2025 11.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 15:25 X8 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1975-ci ildə Cəlilabad rayonunun Edişə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Edişə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 iyul 2024-cü il tarixdə saat 11 radələrində Cəlilabad rayonu Edişə kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin içərisində arvadı Zərərçəkmiş şəxs həyətdə kartof bitkisi əkməməsini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin yaxın qohumları hesab edilən doğma oğlu X6, ögey övladları X3, X4 və X2 gözləri qarşısında onun bu hərəkətindən psixoloji sarsıntı keçirərək əzab çəkəcəklərini qabaqcadan şüurlu surətdə dərk etdiyi halda xüsusi amansızlıqla Zərərçəkmiş şəxs burun nahiyəsinə qəsdən yumruq zərbəsi vurmuş, sonuncunun zərbə nəticəsində yıxılmasından sonra həyətdən gətirdiyi istintaqla müəyyən edilməyən predmetlə onun baş, sağ göz, alın və kürək nahiyələrinə qəsdən zərbələr vuraraq onda burun sümüyünün yerinidəyişən açıq sınığı, burun belində, başın sağ və sol təpə nahiyəsində, alının sağ yarısında əzilmiş yara, sağ gözaltı nahiyədə, sağ və sol kürək nahiyəsində qançır əmələ gəlməsi ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilib ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onunla təxminən 6 il əvvəl ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladları olmuşdur. O, Zərərçəkmiş şəxs ilə ailə qurduqdan təxminən iki il sonra X5 ilə ailə qurmuşdur. Ondan da övladı olmuşdur. Onlarla birlikdə Cəlilabad rayonunun Edişə kəndində olan evdə yaşayır. Yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs ilə arabir aralarında sözlə mübahisə olmuşdur. O da onun xəstəliyinə görə ona hər hansı bir xəsarət yetirməmişdir. Lakin, son vaxtlar Günel onun sözlərinə baxmadığı üçün o da onun hərəkətlərindən əsəbləşmişdir. Sonuncu dəfə 12 iyul 2024-cü il tarixdə yaşadıqları evdə olan zaman yenidən Günel onu əsəbləşdirdiyi üçün o, əli ilə onun sifət nahiyəsinə vuraraq onu döymüşdür. Həmin vaxt onların yanında digər yoldaşı Elvanə və azyaşlı övladları olmuşdur. Törətdiyi cinayət əməlindən peşimandır. Hal-hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bu halları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi onun özünün etirafından başqa, zərərçəkmiş Zərərçəkmiş şəxs və şahidin ifadələri və işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, onun Təqsirləndirilən şəxs ilə rəsmi nikahları olmasa da, onunla 6 ildir ki, evlidirlər, onların bir övladları olmuşdur. Onun Şaiqlə heç bir ədavət və düşmənçiliyi yoxdur. Şaiqlə yaşadığı müddət ərzində onunla Edişə kəndində qalmışlar. Lakin, onunla aralarında baş verən mübahisədən sonra o, Cəlilabad şəhərinə anasıgilə gəlmişdir. Bir neçə müddətdir ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq ona yaşadıqları Edişə kəndi ərazisindəki həyətyanı sahələrində kartof bitkisi əkməyi tapşırmışdır. O da Təqsirləndirilən şəxsa kartof əkəcəyini bildirmişdir. 12 iyul 2024-cü il tarixdə təxminən saat 11 radələrində onlar evdə olmuşlar. Yenə də kartof əkmək söhbəti açılmışdır. Həmin vaxt oğlu Hüseyn və əri Şaiqin digər həyat yoldaşı Elvanədən olan 3 övladı da evdə olmuşdur. Evdə onlardan başqa heç kim olmamışdır. Şaiq ondan kartof əkməyini tələb etdikdə, yenə də ona əkəcəyini bildirmişdir. Şaiq onun kartof əkməməyinə qəzəblənərək onun burun nahiyəsinə yumruq zərbəsi vurmuşdur. O, zərbə nəticəsində özünü itirmiş və yerə yıxılmışdır. Həmin vaxt Şaiq evin həyətinə çıxaraq əlində dəmir parçası gətirmişdir. O, dəmir parçası ilə onun baş, sağ göz, alın və kürək nahiyələrinə nizamsız zərbələr vurmuşdur. Mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. O, Şaiqdən qorxduğu üçün bu barədə heç kimə məlumat verməmişdir. Bir neçə gün sonra anası onun döyülməyini eşidib və bu barədə Cəlilabad RPŞ-yə məlumat vermişdir. Mübahisəni onlar görmüşdür. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur, Şaiq onun uşağının atasıdır, odur ki, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə də verərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Şahid – Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. Onun qızı Zərərçəkmiş şəxs Şaiqlə təxminən 6 ildir ki, evlidirlər. Bir övladları vardır. Onlar Cəlilabad rayonu Edişə kəndində yaşamışlar. 18 iyul 2024-cü il tarixdə tanımadığı bir şəxs ona zəng vuraraq qızı X12 Əliyev tərəfindən döyüldüyünü bildirmişdir. Onun qızı mobil telefon işlətmədiyi üçün bu barədə ətraflı məlumat ala bilməmiş və Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vurub bu barədə bildirmişdir. O, mübahisəni gözü ilə görməsə də, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Günel Əliyevi yumruqla və dəmir parçası ilə döyüb ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 19 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Cəlilabad rayonu Edişə kəndi ərazisində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin içərisində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs mübahisənin baş verdiyi yeri göstərmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 PHŞ-nin Cəlilabad rayon şöbəsinin 23 iyul 2024-cü il tarixli 634 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişən açıq sınığı, burun belində, başın sağ və sol təpə nahiyəsində, alının sağ yarısında əzilmiş yara, sağ gözaltı nahiyədə, sağ və sol kürək nahiyəsində qançır müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 12 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1 PHŞ-nin Cəlilabad rayon Şöbəsinin 24 oktyabr 2024-cü il tarixli, 634 nömrəli ekspert rəyinə əlavədən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün yerini dəyişən açıq sınığı, burun belində, başın sağ və sol təpə nahiyəsində, alının sağ yarısında əzilmiş yara, sağ gözaltı nahiyədə, sağ və sol kürək nahiyəsində qançır müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 12 iyul 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlərin yıxılma nəticəsində əmələ gələ bilməsi inandırıcı deyildir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyul 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad rayon İHB-nin Kövüzbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2019-cu il təvəllüdlü X6, 2021-ci il təvəllüdlü X4 və 2023-cü il təvəllüdlü X7 adlı üç azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi, himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.2 və 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonunun Edişə kəndindəki fərdi yaşayış evini tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-23/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-23/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver