Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-24/2025 22.05.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 11:50 X7 Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxxxx 1983-cü il tarixdə Ağcabədi rayonunun Sarıcalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Ağcabədi rayonu Sarıcalı kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Elşən Mehtiyev küçəsi ev 01-də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, bu iş üzrə 24 sentyabr 2024-cü il tarixdən həbsdə və ev dustaqlığında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X3 ilə əlbir olub Cəlilabad rayonu Sərhədabad kənd sakini Zərərçəkmiş şəxs övladı Sədrəddin Səhrədovun barəsində Binəqədi RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə istintaq olunan cinayət işi ilə bağlı onu həbsdən azad edəcəyi və həmin cinayət işinə xitam verdirəcəyi barədə yalan vədlər verərək onun etibarını və inamını qazanmış, bu adla 2024-cü ilin yanvar ayının 15-də Bakı şəhərində yerləşən “Şəki” restoranın həyətində 3000 manat, 2024-cü ilin fevral ayının 5-də Cəlilabad şəhəri Qurtuluş prospektində yerləşən “Brend store” marketinin qarşısında quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus 416973 4116 saylı kart hesabına göndərmiş olduğu 1480 manat, 2024-cü ilin fevral ayının 15-də Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Şərur-2” adlanan binanın həyətində 1850 manat və 2024-cü ilin fevral ayının 16-da Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Gənclik” marketinin qarşısında quraşdırılmış “Million” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs "xxxx" ASC-yə məxsus **********464116 saylı kart hesabına göndərmiş olduğu 900 manat olmaqla, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 7230 manat pulu Təbriz Hüseynli ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirtməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. O, usta işləyir, ev təmiri ilə məşğul olur. Bakı şəhər sakini Təbriz Hüsynbəylinin Bakı şəhəri Yasamal rayonu Yeni Yasamalda “Şərur 2” adlanan binada yerləşən fərdi yaşayış evini 2024-cü ilin əvvəllərində təmir etmiş və həmin vaxt Təbrizlə tanış olmuşdur. O, Təbriz Hüseynbəylinin evini təmir etdikdən sonra ona 1200 (bir min iki yüz) manat borcu qalmışdır. Həmin ərəfədə Təbriz Hüseynbəyli ona tanışı Cəlilabad rayon sakini Zərərçəkmiş şəxsla tanış etmişdir. Təbriz Hüseynbəyli ona Zərərçəkmiş şəxs oğlu Sədrəddin Səhrədovun barəsində cinayət işi olmasını və ona kömək edəcəyini bildirmişdir. 05 fevral 2024-cü il tarixdə Təbriz Hüseynbəyli ondan kart nömrəsini istəmiş və Zərərçəkmiş şəxs ona pul göndərəcəyini bildirmişdir. O, **********464116 saylı kart nömrəsini Təbriz Hüseynbəyliyə vermişdir. Həmin vaxt Daməddin onun kart hesabına 1480 (bir min dord yüz səksən) manat pul göndərmişdir. O, həmin pulu ATM-dən çıxararaq həmin tarixdə Bakı şəhəri Yasamal rayonu Yeni Yasamalda “Şərur 2” adlanan binada yerləşən fərdi yaşayış evinin həyətində Təbrizə vermiş, Təbriz Hüseynbəyli ona Daməddinin yenidən pul göndəcəyini bildirmişdir. O, X2 pul göndərəcəyi halda ona verəcəyini bildirmişdir. 16 fevral 2024-cü il tarixdə Daməddin yenidən onun **********464116 saylı kart hesabına 900 manat pul göndərmişdir. O, yenidən həmin pulu ATM-dən çıxaraq Təbrizə yaşadığı evin həyətində vermişdir. Zərərçəkmiş şəxs Bakı şəhərində onunla görüşərək Təbrizin onu aldatmasını bildirmiş və ondan borc pul istəmişdir. O da Zərərçəkmiş şəxs 2024-cü ilin aprel ayında hissə-hissə olmaqla 2000 (iki min) manat pul vermişdir. Zərərçəkmiş şəxs onun yanında 3000 manat puluda Təbriz Hüseynbəyliyə vermişdir. Pul almaqda məqsədləri Sdrəddin Səhrədovun barəsində olan cinayət işinə xitam verdirmək və sonuncunu həbsdən azad etmək olmuşdur. Pul aldıqları zaman həmin pulu hər hansı vəzifəli şəxsə, yəni, həmin pulu hər hansı vəzifədə işləyən konkret şəxsə verəcəyini bildirməmiş, sadəcə olaraq tanışlarının olduğu, bu işə köməklik edəcəyi adı ilə Zərərçəkmiş şəxs aldatmışlar. O, pulu Təbriz Hüseynbəyli ilə birlikdə almış, almış olduğu Təbriz Hüsynbəyliyə vermiş, Təbriz Hüseynbəyli isə aldığı puldan heç kimə verməmiş, heç kimin onlara pul verməsindən məlumatı olmamışdır. Təbriz Hüseynbəyli almış olduğu pulu özünə xərcləmiş, o isə həmin puldan özünə götürməmişdir. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş 7230 manat zərəri tam ödəmişdir. Ağır dərəcəli şəkər xəstəliyindən əziyyət çəkir. Məhkəmədən bu halları nəzərə alaraq ona həbslə əlaqəli olmayan cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, oğlu X1 2023-cü ilin dekabr ayında şəxsi münasibtlər zəminində bıçaqlama hadisəsi törətdiyinə görə Binəqədi rayon polis idarəsində cinayət işi olmuşdur. Araşdırma zamanı 2024-cü ilin yavar ayında əvvəllər tanıdığı Ağdam rayon sakini Təbriz Hüseynbəyli ilə Yasamal rayonunda yerləşən “Bravo” marketin qarşında rastlaşmış, Təbrizlə bir qədər söhbət etdikdən sonra ona oğlunun barəsində cinayət işi olmasını bildirmişdir. Təbriz Hüseynbəyli ona Elnur adlı tanışının olmasını, oğlunu məsuliyyətdən azad edilməsi üçün 5000 (beş) min manat pul lazım olduğunu bildirmişdir. O, Təbriz Hüseynbəyli ilə razılaşmışdır. Yanvar ayının 15-də Yasamal rayonunda yerləşən “Şəki” restaranında Təbriz və onun tanışı Təqsirləndirilən şəxs ilə görüşmüşdür. X4 yanında 3000 (üç) min manat pul vermişdir. Onlar ondan əlavə olaraq 7000 (yeddi) min manat pul istəmişlər. O, onlara hazırda pulunun olmamasını demiş və yaxın vaxtlarda pulu ona göndərəcəyini bildirmişdir. Bu səbəbdən Elnurun ona verdiyi 416973*****4116 saylı kart hesabına 05 fevral 2024-cü il tarixdə Cəlilabad şəhəri, Qurtuluş prospektində yerləşən "Brend store” mağazasında quraşdırılmış “Milliön” post terminalı vasitəsi ilə 1480 (bir min dord yüz səksən) manat pulu ona göndərmiş, Elnur onunla əlaqə saxlayaraq pulu qəbul etdiyni bildirmişdir. Daha sonra Bakı şəhərinə getmişdir. 15 fevral 2024-cü il tarixdə yenidən Təbriz adlı şəxslə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamalda “Şərur 2” adlanan binada yerləşən fərdi yaşayış evinin yaxınlığında görüşmüş, ona 1850 manat pul vermişdir. Səhəri gün yəni 16 fevral 2024-cü il tarixdə 900 (doqquz yüz) manat pulu Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən “Gənclik" marketdə quraşdırılmış “Milliön” post terminalı vasitəsi ilə göndərmişdir. Pulu göndərdikdən sonra Elnur yenə pulu çıxararaq onu pulu qəbul etdiyini bildirmişdir. Pulu göndərdikdən sonra Təbriz və Elnur müxtəlif bəhanələr gətirərək vaxt qazanmağa çalışmış və oğluna heç bir köməklik göstərməmişlər. O, Təqsirləndirilən şəxs 2000 manat pul almış, həmin pulu dəymiş maddi ziyana görə almışdır. Hazırda təqsirləndirilən şəxslər ondan aldıqları 7230 manat pulu ona tam qaytarmışlar. Lakin ona pulu hissə-hissə qaytardıqları üçün ona müəyyən qədər də əlavə ziyan dəymişdir. Buna görə də o, təqsirləndirilən şəxslərdən əlavə olaraq 3000 manat da tələb edir. Həmin pul ona ödənilmədiyi üçün təqsirləndirilən şəxslə barışmamışdır. Təqsirləndirilən şəxs həbs olunmasını istəmir, lakin ona dəymiş 3000 manat əlavə ziyanın ödənilməsini tələb edir. Məhkəmədən bunun nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə olunmuş, qəbzlərdən görünür ki, “Milliön” ödəmə sistemi vasitəsi ilə 05 fevral 2024-cü il tarixdə 416973*****4116 saylı kart hesabına 1480 (bir min dord yüz səksən) manat, 16 fevral 2024-cü il tarixdə eyni kart nömrəsinə 900 (doqquz yüz) manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə təqsirələndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilımişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin 06 dekabr 2024-cü il tarixli, 20-04/-1667 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “İnsulin tələbli şəkərli diabet İİ tip, sol pəncənin trofiki yarası, endogen intoksikasiya, xroniki damar çatışmamazlığı” diaqnozu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs dəymiş ziyanı könüllü olaraq tam ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, şəkərli diabet xəstəliyindən və damar çatışmamazlığından əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 25 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli 24 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübit və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 24 sentyabr 2024-cü il tarixdən 22 may 2025-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 15 (on beş) ay 26 (iyirmi altı) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Bakı şəhəri Sabunçu rayonu Elşən Mehtiyev küçəsi ev 01-i tərk etməmək, Bakı şəhərinin hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişidirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-24/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-24/2025
22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver