Məhkəmə qərarları › İş №1(073)-25/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-25/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-25/2023 01.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əlioğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs, xx.xx.1988-ci il tarixdə Cəlilabad rayonu, Alar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Tərtər hərbi məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti hesab olunmuş, məhkumluğu ödənilmiş, Cəlilabad rayonu, Qarazəncir kəndində qeydiyyatda olmaqla Cəlilabad rayonu, Alar kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə... Müəyyən etdi: Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus Cəlilabad rayonu, Alar kəndində yerləşən yaşayış olmayan evin yaxınlığına gəlib həmin evin ön tərəfində yerləşən qapı yerləşdirmək üçün nəzərdə tutulmuş yerdən qanunsuz olaraq evə daxil olub oradan 1 metrinin qiyməti 1,5 manat dəyərində olan 700 metr elektrik naqilini, 1 metrinin qiyməti 2 manat dəyərində olan 50 metr internet naqilini və1 metrinin qiyməti 3,5 manat dəyərində olan 100 metr televizor naqilini, ümumilikdə 1500 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, 01 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları Cəlilabad rayonu, Alar kəndi ərazisində ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona Zərərçəkmiş şəxs Cəlilabad rayonu, Alar kəndində yerləşən evindən oğurluq etməkdə şübhəli olduğunu bildirib onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək onlarla birlikdə Cəlilabad RPŞ-nə gəlməyə razılıq vermişdir. RPŞ-nin inzibati binasında şifahi sorğu zamanı o, etdiyi əməli səmimi şəkildə etiraf etmişdir. Belə ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla yanaşı qonşusudur və uzaq qohumudur. Zərərçəkmiş şəxs təxminən 2-3 ildir ki, onun qonşuluğunda olan həyətyanı sahədə fərdi yaşayış evi tikir və həmin ev onun həyəti ilə üzbəüz yerləşir. 17 sentyabr 2022-ci il tarixdə, axşam saatlarında Cəlilabad rayon, Ocaqlı kəndində adını bilmədiyi kafedə təkbaşına spirtli içki qəbul etmiş və 18 sentyabr 2022-ci il tarixdə, saat 04 radələrində isə yaşadığı evə qayıtmışdır. O, evə qayıdanda sərxoş olmuşdur. Həyətə çatanda Ağaşükürün evini görmüş və qərar gəlmişdir ki, həmin yaşayış olmayan natamam evə girsin. Evin qapıları və pəncərələri olmadığı üçün içəriyə qapı üçün nəzərdə tutulmuş boşluqdan çox asan şəkildə daxil olmuşdur. Evin birinci mərtəbəsində xatırlamadığı otaqdan elektrik naqilləri götürmüş, həmin naqilin hansı ölçüdə olmasını xatırlamır, ancaq naqili götürmüş və evdən çıxmışdır. Elektrik naqillərini yaşadığı evin zirzəmisinə yerləşdirmiş, orada bir neçə saat saxlamış, zirzəmidə naqilləri saxlamağı barədə heç kimə məlumat verməmişdir. Həmin gün saat 10 radələrində yuxudan oyanıb qərara gəlmişdir ki, Zərərçəkmiş şəxs evindən oğurladığı naqilləri yaşadığı kənddə dəmir yığan kimi tanınan Əlifağa adlışəxsə satsın. Daha sonra oğurladığı naqilləri yaşadığı evin zirzəmisində bıçaqla soymuş, metal hissəsini yığmış vəƏlifağa adlışəxsin yaşadığı evin həyətinə aparmış və onu çağırmışdır. Lakin Əlifağa evdə olmamış, həyətə adını bimədiyi arvadı çıxmış, ona metal satmaq istədiyini demişdir. Bundan sonra Əlifağanın arvadı əlində olan bağlamanı tərəzidə ölçmüş, çəkisi təxminən 3,5 kiloqram təşkil etdiyini bildirmişdir. Bundan sonra Əlifağanın yoldaşı ona 33 manat pul vermişdir.Hazırda zərərçəkmiş şəxslə barışmışdır, vurduğu ziyanı istintaq zamanı tam ödəmişdir. Zərərçəkmişşəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ailəlidir, himayəsində 4 azyaşlı uşağı vardır. Ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Cəlilabad RPŞ-nəərizə ilə o, müraciət etmişdir. Cəlilabad rayonu, Alar kəndində 2-3 ildir ki, 2 mərtəbəli fərdi yaşayış evi tikir. Həmin ev onun hazırda yaşadığı ev ilə həmsərhəddir, həmin evləri sadəcə yol ayırır, həyətindən evi tam şəkildə müşahidə edə bilir. Hazırda evin qutusu quraşdırılıb, çardağıda bağlanılıb, sadəcə qapılar və pəncərələr quraşdırılmayıbdır. Tikinti başlanan gündən evin içərisində tikinti materialları saxlamışdır. Evin içərisində dəyəri 1500 manat olan təxminən 700 metr 2,5 sm və 4 sm diametri olan elektrik naqilləri, təxminən 50 metr uzunluğunda wifi naqili, təxminən 100 metr “Krosna" naqili olmuşdur. xx.xx.2022- ci il tarixdəo, evə yenidən baxıb təmir işlərini davam etdirmək istəyən zaman içəri daxil olmuş və görmüşdür ki, yuxarıda qeyd etdiyi predmetlər yerində yoxdur. Qonşu evdə Təqsirləndirilən şəxs yaşayır. O, həmkəndliləri arasında oğru kimi tanınır, buna görə o, maraqlanmış və ona digər qonşular da demişlər ki, bu hadisəni Muxtar törədib. Bundan sonra o, Muxtarla hadisə barədə danışmışdır. Muxtar hadisəni törətməsini etiraf etmişdir. Muxtar ona dəymiş ziyanı ödəyəcəyini demiş, lakin ödəmədiyi üçün o, məcbur olub bu barədə xx.xx.2022-ci il tarixdə Cəlilabad RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, zərərçəkmiş şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödədiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və səhhəti ilə əlaqədar olaraq növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini gəstərərək onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 verdiyi ifadəsində göstərdi ki, o, təxminən 20 ildir ki, Cəlilabad rayonu, Alar kəndində yaşadığı evin həyətində əlvan metalların alqı-satqısı ilə məşğuldur. Mahiyyəti üzrə bildirmişdir ki, 19 sentyabr 2022-ci tarixdə o, evdə olmadığı zaman həmkəndlisi Təqsirləndirilən şəxs onlara gələrək metal satmaq istədiyi bildirmişdir. Həmin vaxt o, evdə olmadığı üçün həyat yoldaşı Əliyeva X2 onun evdə olmadığını demişdir. Lakin Muxtar arvadı Gülarəyə xahiş edərək ona pul lazım olduğunu və həmin metalları ondan almasını xahiş etmişdir. Bundan sonra arvadı Gülarə Muxtardan metalları alaraq tərəzidə ölçmüş və Muxtara 33 manat pul vermişdir. Daha sonra Muxtar oradan çıxıb getmişdir. Həmin gün o, yaşadığı evə gəldikdən sonra arvadı Şahid bu hadisə barədə ona danışmışdır. Bundan başqa o bildirmişdir ki, Təqsirləndirilən şəxs onlara satmış olduğu metalın oğurluq olması barədə heç bir məlumatları olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid istintaqda verdiyi ifadəsində göstərdi ki, əri Əlifağa Əliyev yaşadıqları evdə metal tullantılarının alveri ilə məşğul olur. Əri Əlifağa əldə etdiyi metalları Bakı şəhərində zavoda təhvil verir. xx.xx.2022-ci il tarixdə əri Əlifağa Bakı şəhərində olan zaman bir nəfər şəxs həyətə gələrək Əlifağanı soruşmuşdur. O, həmin şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Bundan sonra o, Muxtara Əlifağanın Bakı şəhərində olduğunu bildirmişdir. Muxtar isə ona əlvan metal satmaq istədiyini bildirmişdir. O, Muxtardan həmin metalları haradan əldə etdiyini soruşduqda Muxtar ona bildirmişdir ki, həmin metallar özünə məxsusdur və işlək vəziyyətdə olmadığı üçün satır. O, həmin metalları Muxtardan alıb tərəzidə çəkmiş və həmin metalın qarşılığında Muxtara 33 manat pul vermişdir. Bundan sonra Muxtar çıxıb getmişdir. Muxtarın həmin metalları oğurlaması barədə məlumatı olmamışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi” haqqında 30 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Cəlilabad rayonu, Alar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan evdə baş vermişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəza şərti hesab olunmuşdur. Həmin hökm üzrə məhkumluq ödənilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçının Cəlilabad rayon Alar kəndi inzibati dairəsi üzrə nümayəndəliyinin 10 noyabr 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2011-ci il təvüllüdlü İbrahim, 2013-cü il təvüllüdlü Kənan, 2014-cü il təvüllüdlü Əkbər və 2014-cü il təvəllüdlü Dəniz adlı dörd azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 4 az yaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4, dəymiş ziyanı tam ödəməsi Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onların əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə Azərbaycan Respublikasının CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. İşdə olan xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. İş üzrə 1500 (bir min beş yüz) manat dəymiş ziyanın zərərçəkmişşəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 01 oktyabr 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 ( iki) gün Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək Cəlilabad rayonu Alar kəndində yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. İş üzrə 1500 (bir min beş yüz) manat dəymiş ziyanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar