Məhkəmə qərarları › İş №1(073)-25/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-25/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-25/2025 24.04.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olan və məhkumluğu ödənilməmiş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, Cəlilabad rayonu Musalı kəndində qeydiyyatda olan, Cəlilabad şəhəri, Səttarxan küçəsində yaşamış, barəsində xx.xx.2024-cü il tarixdən “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ və İİ siyahısına əsasən ümumi təmiz çəkisi 0,465 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 0,087 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamini qanunsuz əldə edərək üzərində saxlamış, 13 oktyabr 2024-cü il tarixdə saat 18:07-da Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, Qurtuluş prospektində şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanılmasə və götürmə keçirilən zaman üzərindən, yəni əynində olan boz rəngli köynəyin sağ yan cibindən bir ədəd üzərinə “Vinston” yazılmış siqaret qutusunun içərisində satış məqsədilə saxladığı 13 ədəd şəffaf rəngli sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri -0,024 qr, -0,021 qr, -0,027 qr, -0,016 qr, -0,026 qr, -0,034 qr, -0,034 qr, -0,021 qr, - 0,019 qr, -0,029 qr, -0,016 qr, -0,034 qr, -0,091 qr, -0,107 qram olmaqla ümumi təmiz çəkisi 0,465 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd şəffaf rəngli sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri -0,04 qr, -0,031 qr, 0,016 qr, ümumi təmiz çəkisi 0,087 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsiri özünün ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, özü narkotik vasitə istifadəçisidir. xx.xx.2024 -cü il tarixdə saat təxminən 18 radələrində Cəlilabad şəhəri, Qurtuluş prospektində yolun kənarı ilə piyada hərəkətdə olan zaman dörd nəfər mülki formada olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olduqlarını və üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuşlar. O da həmin şəxslərə üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra onun üzərinə videoçəklişlə yoxlanış keçirilmiş, videoçəkiliş zamanı üzərində olan siqaret qutusunda olan 13 ədəd bükümdə narkotik vasitə olan heroini və 3 ədəd bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Təqdim etdiyi bükümlər iştrakıyla qablaşdırılmış və bundan sonra Cəlilabad RPŞ-yə gətirilmişdir. Şöbədə onun iştirakıyla baş təhqqiqatçı təqdim olunmuş bükülüyə baxış keçirtmiş, həmin bükülüdə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Daha sonra o müdafiəçi ilə təmin olunmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, şübhəli şəxs qismində tutulmuşdur. Ona qarşı polis əməkdaşları heç bir zor tətbir etməmişlər. Onun üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş metamfetamini qab ilə birlikdə elektron tərəzidə çəkmişlər, ona görə də rəydə olan çəki düzdür. Həmin bükümləri xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yolun kənarından tapmışdır. O, 4 aya yaxındır narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin istifadə edir. Üzərində narkotik vasitənin və psixotrop maddənin olmasından heç kimin məlumatı olmamışdır. Üzərindən aşkar olunub götürülmüş narkotik vasitədən və psixotrop maddədən istifadə etməmişdir. Onun narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satmaq niyyəti olmamışdır, bükümlərə ayırmaqda məqsədi yalnız həmin narkotik vasitəni və psixotrop maddəni hissə-hissə istifadə etmək olubdur. Buna görə də özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir məhkəmədən barəsində ədalətli hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 13 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmrinə ilə o, Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, 13 oktyabr 2024-cü il tarixdə, saat 18:07 radələrində Quliyev X5 şəhəri, Qurtuluş prospektində piyada hərəkətdə olan zaman tərəflərindən saxlanılmış, ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını ona bildirmişlər. Onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğu bildirmişlər və Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində şəxsi istifadəsi üçün gəzdirdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra videoçəkilişlə həmin ərazidə Təqsirləndirilən şəxs üzərinə yoxlanış keçirilmiş, yoxlama zamanı Təqsirləndirilən şəxs siqaret qutusunu çıxardıb təqdim etmiş, həmin siqaret qutusuna baxış keçirən zaman 16 büküm, yəni 13 büküm heroinə bənzər maddə və 3 büküm metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş, müvafiq qaydada elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olmasını və istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs və həmin zərf RPş-nə gətirilərək baş təhqiqatçı Elvin Soltanzadəyə təhvil verilmişdir. Elvin Soltanzadə də onun və Təqsirləndirilən şəxs işçtirakı ilə təqdim olunan maddi sübuta baxış keçirmiş, həqiqətən də həmin bükümlərin 13-də heroinə bənzər maddə və 3-də isə metamfetaminə bənzər maddə olmasını müəyyən etmişdir. Daha sonra yenidən zərfə qoyularaq qablaşdırmışdır. Bu barədə protokol tərtib olunmuş, həmin protokolu imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Cəlilabad RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Cəlilabad RPŞ-nin KTQ-nın inspektor kriminalisti, polis baş leytenantı X1 İsgəndərlinin ifadəsində göstərdiyi müvafiq hallarla bağlı analoji ifadə vermişdirlər. İşdə olan “Şübhəli şəxsin üzərinin yoxlanılması və götürmə” haqqında 13 oktyabr 2024-cü il tarixli protokoldan və istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli köynəyin sağ yan cibindən bir ədəd üzərinə “Vinston” yazılmış siqaret qutusunun içərisindən 13 ədəd şəffaf rəngli sellofan kəsiyində heroinə bənzər maddə və 3 ədəd sellofan kəsiyindən metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. İşdə olan“Təqdim olunan əşyaya baxış keçirilməsi haqqında” protokoldan və və istintaq hərəkətlərinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, yoxlama zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli köynəyin sağ yan cibindən bir ədəd üzərinə “Vinston” yazılmış siqaret qutusunun içərisindən 13 ədəd şəffaf rəngli sellofan kəsiyində heroinə bənzər maddə və 3 ədəd sellofan kəsiyindən metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası ƏN-nin MEM tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının 14 oktyabr 2024-cü il tarixli, 19/694 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə və metamfetaminə bənzər kütlələr....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 13 ədəd bükümdə təmiz çəkiləri: -0,024 qr, -0,021 qr, -0,027 qr, - 0,016 qr, -0,026 qr, -0,034 qr, -0,034 qr, -0,021 qr, -0,019 qr, -0,029 qr, -0,016 qr, -0,034 qr, -0,091 qr, -0,107 qram, ümumi təmiz çəkisi 0,465 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə bir-biriləri ilə eynidirlər; 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,04 qr, -0,031 qr, 0,016 qr, ümumi təmiz kəkisi -0,087 qram olan ağ rəngli kristallardan ibarət olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə bir-biriləri ilə eynidirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2024-cü il tarixli, 789 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Cəlilabad RPŞ-dən daxil olan 28 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması və onun narkotik vasitə istifadəçisi olması müəyyən edilsədə üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kimdən, harada və nə vaxt əldə etməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Belə ki, həmin tələbnamədən görünür ki, Quliyev X6 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 08 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşdə olan Cəlilabad RİHB-nın Ləkin kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarxli, 5-41/2-20-362/24 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Baləfər oğlu ailə üzləri ilə birlikdə yaşayır və müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəllənin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə, iş üzrə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,265 qram narkotik vasitə olan heroin və təmiz qalıq çəkisi 0,047 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan baxış keçirilməsi haqqında protokkollara əlavə edilmiş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin təyin edilməsini və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. İş üzrə 65 (altımış beş manat) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 353, 356, 381, 383 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə… Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasının, Salyan rayon Məhkəməsinin cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə çəkilməmiş qalan 08 ay 22 gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan mərhumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,265 qram narkotik vasitə olan heroin və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,047 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan baxış keçirilməsi haqqında protokkollara əlavə edilmiş 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 65 (altımış beş manat) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar