Məhkəmə qərarları › İş №1(073)-26/2023

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-26/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-26/2023 27.01.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayətoğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi (vəkil) Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi (vəkil) Müdafiəçi2 iştirakları ilə, xx.xx.1962-ci ildə Sabirabad rayonu, Ulacalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1970-ci ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (049)- 111/2022 saylı hökmü ilə Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 2 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında,açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 25 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində tanışı Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs2 Cəlilabad şəhəri M.Hüseyn küçəsində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,437 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat müqabilində əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsi ilə M.F.Axundov küçəsinin kəsişməsində keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılaraq RPŞ-nə gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman həmin heroin əynindəki boz rəngli şalvarın sol yan cibindən 1 ədəd göy rəngli sellofona bükülmüş halda aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən 0,437 qram çəkidə 1 bükümdə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 25 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Cəlilabad şəhəri M.Hüseyn küçəsində həmin narkotik vasitəni tanışı Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 20 manat müqabilində satmış, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Cəlilabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri Təbriz küçəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Cəlilabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirləri təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək, verdiyi ifadəsində göstərmişdir ki, o arabir narkotik vasitə heroin istifadə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində M.Hüseyn küçəsində tanışı Təqsirləndirilən şəxs2 özü istifadə etməsi üçün bir büküm heroin almış və həmin heroinin müqabilində Təqsirləndirilən şəxs2 20 (iyirmi) manat vermişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsi ilə M.F.Axundov küçəsinin kəsişməsində piyada gəzdiyi zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və üzərində narkotik vasitənin olub-olmamasını soruşmuşlar. O, üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-yə gətirmişlər. RPŞ-də ona vəkil təqdim edilmiş, hüquqları izah olunmuş, vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş və onun əynində olan boz rəngli parça şalvarının sol yan çibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Hazırda əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alanıraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaverilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Cəlilabad şəhəri, Təbriz küçəsində piyada gəzdiyi zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və üzərində narkotik vasitənin olub-olmamasını soruşmuşlar. O, üzərində narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad RPŞ-yə gətirmişlər. RPŞ-də ona vəkil təqdim edilmiş, hüquqları izah olunmuş, vəkilinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməsə də əynindəki idman gödəkçəsinin sol yan cibindən 1 ədəd özünə məxsus «Samsung Duos» markalı mobil telefonu götürülmüşdür O, 3 il əvvəl narkotik vasitə istifadə etmişdir. O, Təqsirləndirilən şəxs1 uzun illərdir qonşu küçənin sakini kimi tanıyır, onunla normal münasibəti olmuşdur. Lakin təxminən 3-4 il öncə aralarında mübahisə yaranmış, davadalaş baş vermişdir. Bu səbəbdən Sakit onunla ədavət aparır və onu şər atır. O, Sakitə narkotik vasitə satmamışdır. Aralarında olan ədavətə görə Təqsirləndirilən şəxs1 onu şərləyir. Özünü təqsirli bilmir. Qeyd edilənlərin nəzərə alınaraq barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Cəlilabad şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olan məlumatlara görə tərəflərindən Təqsirləndirilən şəxs1 ola biləcəyi yer müəyyən edilərək, Cəlilabad şəhəri Cavadxan küçəsində müşahidəyə götürülmüşdür. 25 sentyabr 2022-ci il tarixdə təxminən saat 23 radələrində Təqsirləndirilən şəxs1 həmin ərazidə görmüşlər. Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 isə üzərində 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından orada Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması məqsədi ilə onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 da onlara etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 da əynində olan şalvarın cibində 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və onun üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli, xüsusi iyə malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər kütləni Cəlilabad şəhər sakini Vüqar adlı şəxsdən əldə etdiyini bildirmişdir. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Vüqar adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. 26 sentyabr 2022-ci il tarixdə təxminən saat 02 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı küçədə görmüşlər. Onlar Təqsirləndirilən şəxs2 yaxınlaşaraq onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində narkotik vasitə olub-olmamasını ondan soruşmuşlar. Təqsirləndirilən şəxs2 da üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 onlarla birlikdə Cəlilabad RPŞ-yə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılacağı barədə məlumat verilmiş və şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 da üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və ya predmetin olmadığım bildirmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmış və üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmiş və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman həmin heroin əynindəki boz rəngli şalvarın sol yan cibindən aşkar olunaraq götürülmüş və Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni Cəlilabad rayon sakini Vüqar adlı şəxsdən aldığını bildirmişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs2 20 (iyirmi) manata aldığını Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 19/1023 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitəyə bənzər kütlə……” sözlər və imzalar olan 1 ədəd bükümdə təmiz çəkisi 0,437 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (heroinin təmiz çəkisi 0,437 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,387 qram). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1268 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi arayışa əsasən İİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1271 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətmələri tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən şahid ifadələri və ekspert rəyləri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad olunan cinayəti törətməkdə təqsirlərinin tam sübuta yetirilməsi üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilməməsi, Təqsirləndirilən şəxs1 heroin satmadığına dair məhkəmə iclasında ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və onun məsuliyyətdən kənarda qalmaq niyyəti güddüyünü təsdiq edir. Çünki, məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı ondan heroin aldığını söyləmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində də və üzləşmə zamanı Təqsirləndirilən şəxs2 üzünə qarşı ondan heroini 20 manata aldığını söyləmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli isə həmin Məcəllənin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və buna görə də onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. İşdə olan tələbnamədən və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (049)-111/2022 saylı hökmündən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 1 (bir) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinəəsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə, azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzacəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun sayır və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onun əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 26 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, iş üzrə məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1268 saylı rəyə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu müəyyən edilsə də, İİ qrup əlil olması səbəbindən məcburi müalicəyə əks göstəriş vardır və buna görə də ona narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının vəşərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası»nın 3cü bəndinin 3.2-ci hissəsinə görə narkomanlıq xəstəliyinə düçar olmuşəlil şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınaraq, Cəlilabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,387 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə cəmi 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə ibtidai istintaq zamanı 25 sentyabr 2022-ci ildən 27 sentyabr 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında yerləşən evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli 26 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq, Cəlilabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,387 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan RespublikasıŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar