Məhkəmə qərarları › İş №1(073)-26/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-26/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-26/2024 11.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi- Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 qızının, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1982-ci il tarixdə Cəlilabad rayonu, Həziabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, hazırda cəza çəkən, Cəlilabad rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtarmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Həziabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 15:30 radələrində Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsində yerləşən “Lider” marketin qarşısında heç bir əsaslı səbəb olmadan keçmiş arvadı Zərərçəkmiş şəxs1 ilə həmin zəmində aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, ətrafda yaşayan qonşulara qarşı laqeydlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarını qərəzli surətdə pozub səs-küyə toplaşmış şəxslərin gözü qarşısında, onlara məhəl qoymayaraq özünü ətrafdakıların fövqündə qoyub heç bir əsaslı səbəb olmadan orada olan sonuncunu nalayiq ifadələrlə ucadan təhqir edərək yumruqla onun baş nahiyəsinə qəsdən bir dəfə zərbə vurmaqla başın təpə nahiyəsində qançır əmələ gəlməsi ilə nəticələnən sağlamlığa zərər vurmayan, onları ayırmağa çalışan kemiş qayınatası Zərərçəkmiş şəxs2 təhqir edib yumruqla sağ göz nahiyəsinə qəsdən bir dəfə zərbə vurmaqla sağ göz gözyuvası ətrafında qançır, sağ gözaltı nahiyədə əzilmiş yara əmələ gəlməsi və 20 manat dəyərində olan 1 (bir) ədəd sarımtıl rəngli günəş eynəyinin zədələnməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirib, təxminən 10 dəqiqə ərzində ətrafdakı insanlarda qorxu və narahatlıq hissi yaratmış, bununla da, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun keçmiş arvadıdır, onunla 2014-cü ildə ailə həyatı qurmuş, birgə nikah münasibətlərindən 2 (iki) övladları dünyaya gəlmişdir. Evləndikləri gündən münasibətləri yaxşı olmuş, xasiyyətləri uyğun gəlmiş, lakin arvadı Zərərçəkmiş şəxs1 əxlaqsızlıq etdiyinə görə və ona dəfələrlə xəyanət etdiyi üçün münasibətləri korlanmışdır. 2019-cu ildə o, arvadı Zərərçəkmiş şəxs1 ilə məhkəmə qaydasında boşanmışlar. Onun keçmiş arvadı Zərərçəkmiş şəxs1 aliment borcu vardır. Aliment borcunu verə bilmədiyinə görə Aynurənin şikayəti əsasında 2022-ci ildə Cəlilabad RM-də Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhklum olunmuşdur. Hal-hazırda da cəzasını çəkir. 12 sentyabr 2023-cü il tarixdə saat 15:30 radələrində qayınatası Zərərçəkmiş şəxs2, keçmiş arvadı Zərərçəkmiş şəxs1, onun əmisi qızları Ruhiyyə, Aynur, Ələddinin arvadı onu görüb üzərinə hücum çəkmişlər. Zərərçəkmiş şəxs2 onun üstünə gəlib təpik və yumruqla sol qabırğa, böyür nahiyələrindən vurmuş, Zərərçəkmiş şəxs1 əli ilə sifət nahiyəsini cırmaqlamışdır. O da yumruqla bir dəfə Zərərçəkmiş şəxs2 sağ göz nahiyəsindən vurmuşdur. Həmin vaxt oradan keçən polis xidməti avtomaşını onları görüb ayırmışlar və onları Göytəpə PB-nə aparmışlar. Qeyd etdiyi hadisə Göytəpə şəhərində yerləşən “Lider” marketin qarşısında baş vermiş, həmin hadisəni adlarını qeyd etdiyi şəxslər, orada xidmət aparan polis əməkdaşları və yaxınlıqdan keçən adını bilməyim şəxslər görmüşdür. Onların arasında başvermiş mübahisə və dava-dalaş 10-15 dəqiqə davam etmişdir. O, mübahisə və dava-dalaş zamanı yumruqla Aynurənin baş və sol göz nahiyələrindən vurmuşdur. Törətdiyi cinayət əməlindən peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslərlə barışmamışdır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, həmkəndlisi Təqsirləndirilən şəxslə 2014-cü ildə ailə qurmuş, ondan 2 azyaşlı övladı vardır. Yaşadıqları müddət ərzində ailə həyatında uzun müddətli söz-söhbət olduğu və Sərdarın ona qarşı aqressiv hərəkətləri mütəmadi davam etdiyi səbəbinə görə 2019-cu ildə məhkəmədə boşanmışlar. Hal-hazırda o, iki azyaşlı övladları ilə birlikdə atasının evində yaşayır. Təqsirləndirilən şəxs ona 6-7 min manat aliment borcu vardır. Aliment borcunu vermədiyinə görə Təqsirləndirilən şəxs onun şikayəti əsasında 2022- ci ildə Cəlilabad Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum olunmuşdur. Lakin Təqsirləndirilən şəxs yenə də aliment borcunu ödəməkdən yayınmış, buna görə də o, Təqsirləndirilən şəxs mütəmadi olaraq şikayət etmişdir. 12 sentyabr 2023cü il tarixdə o, azyaşlı övladları üçün məktəb bazarlığı etmək məqsədi ilə atası Şörət Şahmarov, qohumlardan əmisi Ələddinin arvadı Gülsura, onun qızı Səbinə, digər əmisi Sakitin qızı Ruhiyyə və əmisi Zaurun qızı Aynurla birlikdə Cəlilabad şəhərinə getmişlər. Cəlilabad şəhərindən evə qayıdarkən, saat 15:30 radələrində Göyəpə şəhəri, O.Eynullayev küçəsində atası Zərərçəkmiş şəxs2 “Lider” marketə keçib ev üçün ərzaq almağa getmiş, o da uşaqlara dönər almaq üçün düşmüşdür. Bu zaman Təqsirləndirilən şəxs gözləmədiyi halda üzərinə hücum çəkmiş, arxadan saçından tutaraq yolmuş, yumruqla bir neçə dəfə baş nahiyəsindən vurmuş, yumruqla bir dəfə sol göz nahiyəsindən vurmuş, onu yerə yıxıtmışdır. Səsinə atası Zərərçəkmiş şəxs2 gəlmiş, onu Təqsirləndirilən şəxs əlindən almaq istəyən zaman Təqsirləndirilən şəxs yumruqla bir dəfə atası Şöhrətin sağ göz nahiyəsindən vurmuş, nəticədə atasının gözündə olan eynək sınaraq yararsız hala düşmüşdür. Hay-küyə qohumları Sərdarın üstünə gəlib onu ayırmışlar. Həmin vaxtı PPX avtomobili hadisə yerindən keçərkən Təqsirləndirilən şəxs azğınlaşmış hərəkətlərini görüb onu saxlayıb avtomobilə əyləşdirib Göytəpə PB-nə aparmışlar. Hadisə Göytəpə şəhərində yerləşən “Lider” marketin qarşısında baş vermiş, həmin hadisəni adlarını qeyd etdiyi qohumları, orada xidmət aparan polis əməkdaşları və yaxınlqdan keçən adını bilməyi şəxslər görmüşdürş Baş vermiş hadisə 10-15 dəqiqə davam etmişdir. Nə o, nə də atası Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş edir. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs1 ilə həmkəndlisi Təqsirləndirilən şəxs 2014-cü ildə ailə qurmuşlar. Onların 2 azyaşlı övladı vardır. Beş il ərzində yaşadıqları müddət ərzində ailə həyatında uzun müddətli söz-söhbət olduğu və Sərdarın qızı Aynurəyə qarşı aqressiv hərəkətləri mütəmadi davam etdiyi səbəbinə görə 2019-cu ildə məhkəmədə boşanmışlar. Hal-hazırda qızı Aynurə iki azyaşlı övladlar ilə birlikdə onun evində yaşayır. Təqsirləndirilən şəxs qızı Aynurəyə 6-7 min manat aliment borcu vardır. Aliment borcunu verə bilmədiyinə görə Təqsirləndirilən şəxs Aynurənin şikayəti əsasında 2022-ci ildə Cəlilabad Rayon Məhkəməsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum olunmuşdur. Lakin Təqsirləndirilən şəxs yenə də aliment borcunu ödıəməkdən yayınır və buna görə də qızı Aynurə ondan mütəmadi olaraq şikayət edir. 12 sentyabr 2023-cü il tarixdə qızı Aynurənin azyaşlı övladları üçün məktəb bazarlığı etmək məqsədi ilə o, qohumlardan qardaşı Ələddinin arvadı Gülsura, onun qızı Səbinə, digər qardaşın Sakitin qızı Ruhiyyə və qardaşı Zaurun qızı Aynurla birlikdə Cəlilabad şəhərinə getmişlər. Cəlilabad şəhərindən evə qayıdarkən saat 15:30 radələrində Göytəpə şəhəri, O.Eynullayev küçəsində o, “Lider” marketə keçib ev üçün ərzaq almış, bu vaxtı küçədən qızının səsini eşitmiş, dərhal əlində olan bazarlıqla çölə çıxıb görmüşdür ki, Təqsirləndirilən şəxs arxadan qızı Aynurənin üstünə hücum çəkib onu söyərək, niyə alimentə görə ondan şikayət etdiyini bildirir. Sərdar sonra yumruqla Aynurənin başından zərbə vurub, onun saçından tutub yerə yıxmış, qışqırığa ətrafdakı insanlar gəlmişdir. O, qızını Sərdarın əlindən almaq istədiyi vaxt Sərdar yumruqla bir dəfə sağ gözündən eynəyinin üstündən vurmuş, gözündə olan eynək qırılmış və onun şüşə qırıntıları gözünü kəsmişdir. Hay- küyə qohumları gələrək Sərdarı ondan aralaşdırmışlar. Həmin vaxtı PPX avtomobili hadisə yerindən keçərkən Təqsirləndirilən şəxs azğınlaşmış hərəkətlərini görüb onu saxlayıb avtomobilə əyləşdirib Göytəpə PB-nə aparmışlar. Qeyd etdiyi hadisə Göytəpə şəhərində yerləşən “Lider” marketin qarşısında baş vermiş, həmin hadisəni adlarını qeyd etdiyi qohumları, orada xidmət aparan polis əməkdaşları və yaxınlqdan keçən adını bilməyi şəxslər görmüşdür. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Eynəyin sınması nıticəsində ona 20 manat maddi ziyan dəymişdir. Nə o, nə də qızı Zərərçəkmiş şəxs1 kürəkəni Təqsirləndirilən şəxs vurmamış, ona hər hansı xəsarət yetirməmişlər. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçidir. Məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini xahiş edir. Şahid- Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, 12 sentyabr 2023-cü il tarixdə qonşu kənd sakini Zərərçəkmiş şəxs2, qızı Zərərçəkmiş şəxs1 və digər qohumlarını özümə məxsus “Qazel” markalı mikroavtobusla məktəb bazarlığı etmək məqsədi ilə Cəlilanad rayonun aparmışdır. Oradan qayıdarkən, saat 15:30 radələrində Göytəpə şəhərinin mərkəzinə çatan zaman “Lider” marketdən ərzaq bazarlığı etmək üçün sərnişinlərin xahişi ilə mikroavtobusu O.Eynullayev küçəsində, həmin marketin əks tərəfində saxlamışdır. Sərnişinlər mikroavtobusdan düşüb hərə bir yerə getmiş, o, isə kənarda avtobusun yanında dayanıb onları gözləmişdir. Zərərçəkmiş şəxs2 “Lider” marketin içərəsinə keçmiş, onun qızı Aynurə isə dönərxananın qabağında dönər gözləyərkən, həmin vaxt Aynurəyə adını sonradan bildiyi keçmiş əri Təqsirləndirilən şəxs yaxınlaşıb alimeti verməməyə görə ondan şikayət etdiyi üçün camaatın içərəsində nalayiq sözlər işlədib təhqir etmişdir. Bununla kifayətlənməyib Aynurənin saçından tutub onun əvvəlcə başına yumruqla zərbə vurub sonra onu yerə yıxmışdır. O, Aynurənin qışqırığına gəlib ona kömək etmişdir. Bu vaxtı Aynurənin qışqırığına atası Zərərçəkmiş şəxs2 da gəlmiş, Təqsirləndirilən şəxs qızından ayırmağa çalışsa da Sərdar yumruqla bir dəfə Zərərçəkmiş şəxs2 sağ göz nahiyəsindən vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs2 gözündə olan eynəyin şüşələri sınıb yararsız hala düşmüşdür. Təqsirləndirilən şəxs azğınlaşmış hərəkətlərini o və adını bilmədiyi digər şəxslər dayandırmışlar. Sonra orada xidmət aparan Göytəpə PB-nin əməkdaşları Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib Göytəpə PB-nə aparmışlar. Hadisə Göytəpə şəhərində yerləşən “Lider” marketin qarşısında baş vermiş, həmin hadisəni kimlərin görməsini bilmir. Hadisə 15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs həmin vaxtı orada heç kim vurmamış, ona kimsə xəsarət yetirməmişdir. Şahid- Şahid5 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, özü Cəlilabad RPŞ-nin Göytəpə PB-nin polis nəfəri işləyir. 12 sentyabr 2023-cü il tarixdə saat 15:30 radələrində Göytəpə şəhəri ərazisində xidmətdə olan zaman O.Eynullaytev küçəsində yerləşən “Lider” marketin qarşısında bir qrup şəxsin toplaşmasını görmüşlər. Həmin zaman o və sürücü Şahid4 avtopatrulla hadisə yerinə yaxınlaşmışlar. Hadisə yerinə çatan zaman Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 dava-dalaş etmələrini, həmin zaman o, Zərərçəkmiş şəxs2 sağ göz nahiyəsininin qaralmasını, Təqsirləndirilən şəxs sifət nahiyəsindən xəsarət olmasının şahidi olmuşdur. O və Şahid4 Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib polis bölməsinə aparmışlar. O və Şahid4 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs vurmasını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmasını görməmişlər. Onlar ora çatana kimi dava-dalaş artıq yekunlaşmışdır. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Cəlilabad RPŞ-nin Göytəpə PBnin polis nəfəri Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ifadəsində Şahid5 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə o, qohumları Şahid3, Zərərçəkmiş şəxs1, Aynur Cəfərova və əmisi Zərərçəkmiş şəxs2 məktəbə bazarlığı edib yaşadıqları Cəlilabad rayonu Həziabad kəndində gəlirmişlər. Həmin vaxtı saat 15:30 radələrində Göytəpə şəhəri, O.Eynullayev küçəsində on avtobusdan düşüb kitab mağazasına getmiş, qayıdan zaman görmüşdür ki, avtobusda heç kim yoxdur. O, əmisi qızı Zərərçəkmiş şəxs1 dönər dükanının qarşısında dönər almasını görmüş, o da Zərərçəkmiş şəxs1 yanına getmişdir. Aynurə və o dönər alıb geri qayıdan zaman Təqsirləndirilən şəxs arxadan Zərərçəkmiş şəxs1 saçından tutaraq dartıb sürümüş, yumruqla bir neçə dəfə baş nahiyəsindən vurmuş, o, əmisi qızı Zərərçəkmiş şəxs1 onun əlindən ala bilməmişdir. Bu zaman əmisi Zərərçəkmiş şəxs2 səs-küyə gəlmişdir. Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs1 buraxıb əmisiylə dava- dalaş etmiş, yumruqla bir dəfə Zərərçəkmiş şəxs2 sağ göz nahiyəsindən vurmuş, hətta gözündə olan eynək də sınaraq yararsız hala düşmüşdür. Əmim Zərərçəkmiş şəxs2 halı pisləşmişdir. Təqsirləndirilən şəxs arvadını nalayiq sözlər işlədib təhqir etmişdir. Daha sonra polis əməkdaşları onu götürüb həmin yerdən aparmışlar. Nə o, nə də digər şəxslər Təqsirləndirilən şəxs vurmamışlar. Qeyd etdiyi hadisə Göytəpə şəhərində yerləşən “Lider” marketin qarşısında baş vermiş, həmin hadisəni kimlərin görməsini bilmir, bu hadisə 5 dəqiqə davam etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş X1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə o, qohumları Şahid1, Zərərçəkmiş şəxs1, Aynur Cəfərova və qaynı Zərərçəkmiş şəxs2 məktəbə bazarlığı edib yaşadıqları Cəlilabad rayonu Həziabad kəndində gəlirmişlər. Həmin vaxtı saat 15:30 radələrində Göyəpə şəhəri, O.Eynullayev küçəsində qaynı Zərərçəkmiş şəxs2 “Lider” marketə keçib ev üçün ərzaq almağa düşmüş, bu vaxtı küçədən Zərərçəkmiş şəxs1 qışqırıq səsini eşitmiş, o, özü də ərzaq mağazasında olmuşdur. O geri qayıdan zaman Zərərçəkmiş şəxs1 keçmiş əri Təqsirləndirilən şəxs polislər tərəfindən aparılmasını görmüşdür. O hətta Təqsirləndirilən şəxs irad bildirnişdir ki, arvadını niyə təhqir edirsən. Sonra o, avtobusa əyləşmişdir. O, özü hər hansi bir dava-dalaşın şahidi olmamışdır. Qeyd etdiyi hadisə Göytəpə şəhərində yerləşən “Lider” marketin qarşısında baş vermiş, həmin hadisəni kimlərin görməsini bilmir. Bu hadisə 5 dəqiqə davam etmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmasını görməmiş, o, dava-dalaş bitəndən sonra hadisə yerinə gəlmişdir. Təqsirləndirilən şəxs kim tərəfindən vurulmasını görməmiş, bu barədə məlumatı yoxdur. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon şöbəsinin 16 sentyabr 2023-cü il tarixli, 970 nömrəli rəyindən görünür ki, 1965-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ gözyuvası ətrafınbda qançır, sağ gözaltı nahiyədə əzilmiş yara və sağ çənə bucağı nahiyəsində sıyrıq müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti 12 sentyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon şöbəsinin 16 sentyabr 2023-cü il tarixli, 969 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 başın təpə nahiyəsində qançır müəyyən olunmuş, müəyyən olunan xəsarət bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti 12 sentyabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə edilmiş, Cəlilabad rayonu “Rizvan” şirkəti tərəfindən verilmiş məktubdan görünür ki, 12 sentyabr 2023-cü il tarixdə 1 (bir) ədəd sarımtıl rəngli günəş eynəyinin orta bazar alqı-satqı qiyməti 20 (iyirmi) manat təşkil edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmuyu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Paşayev X2 rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Cəlilabad rayon İcra və Probasiya şöbəsinin 11 yanvar 2024cü il tarixli, 20/2022-30-11 nömrəli məktubundan görünür ki, təqsirləndirilən şəxs Paşayev X2 rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsin əsasən ona təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 11 yanvar 2024-cü il tarixə çəkilməmiş 1 (bir) ay 15 (on beş) gün cəzası qalmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar, residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yoxdur. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Komanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, yaşayış yerində müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəza məsələsini müzakirə edərək məhkəmə, Azərbaycan Respublikasının CM-nin 58.3. maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onun ittiham edildiyi Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin sanksiyasında tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə görə hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəlilabad rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) ay 15 (on beş) günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 22 (iyirmi iki) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə ona təyin olunmuş 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilərək ona qəti olaraq 6 (altı) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa terə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclası zalından dərhal həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 11 yanvar 2024-cü il tarixdən hesablansın. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 dəymiş ziyanla bağlı mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququnun olması izah edilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəyə minir, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar