Məhkəmə qərarları › İş №1(073)-26/2025

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-26/2025

19.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-26/2025 19.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2004-cü -cü ildə Cəlilabad rayonu, Komanlı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Komanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 21 iyul 2024-cü il tarixli qərarla başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixdə saat 22 radələrində Cəlilabad rayonu Komanlı kəndində yerləşən bibisi Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində olan tövlənin qarşısına gələrək, həmin tövlənin qapısını açaraq içəri daxil olduqdan sonra özü ilə gətirdiyi kibriti tövlənin içərisində olan ot bağlamalarının üzərinə qəsdən atıb yandırmaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 2250 (iki min iki yüz əlli) manat olan 450 (dörd yüz əlli) ədəd ot bağlamasını, hər birinin dəyəri 1000 (bir min) manat olmaqla ümumi dəyəri 8000 (səkkiz min) manat olan 8 (səkkiz) baş iri buynuzlu heyvanını (inəyi), hər birinin uzunluğu 4 (dörd) metr, eni 15 (on beş) sm, qalınlığı isə 5 (beş) sm, hər birinin dəyəri 20 (iyirmi) manat olan ümumi dəyəri 500 (beş yüz) manat olan 25 (iyirmi beş) ədəd nazik taxtanı, hər birinin dəyəri 9 manat olmaqla ümumi dəyəri 900 (doqquz yüz) manat olan 100 (bir yüz) ədəd şiferi, hər birinin uzunluğu 10 (on) metr, eni 25 (iyirmi) sm, qalınlığı 15 (on beş) sm olan, hər birinin dəyəri 200 (iki yüz) manat olmaqla ümumi dəyəri 3000 (üç min) olan 15 (on beş) ədəd döşəmə üçün lazım olan taxtanı, dəyəri 450 (dörd yüz əlli) manat olan bir ədəd taxtadan hazırlanmış qapını, hər birinin dəyəri 125 (yüz iyirmi beş) manat olmaqla ümumi dəyəri 250 (iki yüz əlli) manat olan 2 (iki) ədəd taxta və şüşə konstruksiyadan ibarət pəncərəni qəsdən yandırma yolu ilə məhv etməklə Zərərçəkmiş şəxs ümumilikdə 15350 (on beş min üç yüz əlli) manat məbləğdə xeyli miqdarda ziyan vurmuş, nəticədə yandırmaqla özgənin əmlakını məhv edərək xeyli miqdarda ziyan vurma cinayətini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayon Komanlı kəndində öz ailə üzləriylə birgə yaşayır, müraciət müəllifi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və Şahid ilə heç bir ədavət və düşmənçiliyi yoxdur. Hal-hazırda törətdiyi cinayət hadisəs ilə bağlı həbsdə olan Nəzərov Zakirin keçmiş dostu Zaur Mirzəyev təxminən 6 gün əvvəl işlədiyi Masallı rayon avtoyuma məntəqəsindən Cəlilabad rayonuna gələn zaman saat 12 radələrində Masallı rayon Təzə Alvadı kəndində ona yaxınlaşaraq onunla hal-əhval tutmuş, əmisi və hal-hazırda həbsdə olan Zakir Nəzərovla dost olmasını bildirmiş, ondan bibisi Zərərçəkmiş şəxs və əmisi Nəzərov Ariflə münasibətlərinin necə olmasını soruşmuş, o da bibisi Zərərçəkmiş şəxs ilə münasibətinin yaxşı olmasını, əmisi Arif Nəzərovun isə Rusiya Federasiyasında olmasını demişdir. Daha sonra Zaur Mirzəyev onunla sağollaşıb həmin yerdən ayrılmışdır. O da işini yekunlaşdırıb evlərinə getmişdir. O, xx.xx.2024 cü-il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs və xx.xx.2024 cü il tarixdə saat 18 radələrində isə əmim X1 məxsus tövlələri kibrit alışqanı vasitəsilə yandırmışdır. Zərərçəkmiş şəxs məxsus tövləni yandırdığı zaman orada olan 8 baş iribuynuzlu heyvan (dana), 450 ədəd ot bağlaması və tövlənin böyük bir hissəsi yanmışdır. Nəzərov Arifə məxsus tövləni yandırdığı zaman isə həmin tövlənin böyük bir hissəsi və içində olan 100 ədəd ot bağlaması məhv olmuşdur. O, Nəzərovaya və Arif Nəzərova məxsus tövlələri yandırmağıyla bağlı hər hansı bir şəxsə məlumat verməmiş və ona bu işdə heç kim köməklik etməmişdir. Zərərçəkmiş şəxs və Arif Nəzərovla aralarında hər hansı ədavət və düşmənçilik yoxdur. O, həmin tövlələri kibritlə yandırmış, kibriti alışdırıb ot bağlamasına tərəf atıb həmin tövlələri yandırmışdır. Həmin kibriti Təzə Alvadı kəndində yerləşən ərzaq mağazasından almışdır. O, əvvəllər hər hansı bir yanğın hadisəsi törətməmişdir. Hazırda səhvini başa düşür, tutduğu əməldən səmimi peşmandır. Ona yanğın törətməkdə heç kim köməklik göstərməmiş, yanğın hadisəsini o, tək törətmiş, onu yanğın törətməyə heç kim təhrik etməmişdir. Həmin tövlələri yandırmağının səbəbini bilmir, həmin zaman, yəni tövlələri yandırdıqda o, özündə olmamışdır. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsnın ona istinad olunan cinayəti törətməkdə təqsiri onun özünün etirafedici ifadəsindən başqa zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur, onunla aralarında ədavət və şəxsi-qərəzçilik olmamışdır. Onun Cəlilabad rayonu Komanlı kəndində fərdi yaşayaış evimin həyətində 90 kv metr tövlə yerləşir, həmin tövlənin dam örtüyü hissəsində 450 ədəd ot bağlaması yığmış, həmin ot bağlamalarının birini 5 manat olmaqla 2250 manat pul verib almışdır. Eyni zamanda sözügedən tövlənini şəxsi təsərrüfatında olan 8 baş iribuynuzlu heyvan (dana) saxlayır. Onların hamısının standart çəki və əlamətləri vardır. Həmin danaların diri çəkiləri 50 kq, ümumi çəkiləri 100 kq olmuş, qiymətləri də 1000 manat idi. O, həmin iribuynuzlu heyvanları bağlı vəziyyətdə saxlayır. 16 iyul 2024-cü il tarixdə saat 22 radələrində o yaşadığı evin pəncərəsindən həyətə baxarkən tüstü çıxdığını görmüşdür. O, yanğın olmasından şübhələnərək dərhala həyətə düşmüş və özünə məxsus tövlənin yanmasını görmüşdür. Bundan sonra o, həmin yanğını əvvəlcə söndürmək istəsə də yanğın güclü olduğuna görə etdiyi cəhdlər heç bir nəticə verməmiş və yanğın dayanmamışdır. Tövlənin güclə yanmasının ona yaxın olan fərdi yaşayış evinə keçmə təhlükəsi yarada biləcəyini nəzərə alıb o, uca səslə qonşularını və yaxınlıqda olan şəxsləri köməyə çağırmışdır. Həmin zaman oraya gəlmiş qardaşı oğlu Təqsirləndirilən şəxs bu barədə DİN-nin 102 xidmətinə və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin “Qaynar xətti”-nə zəng vuraraq məlumat vermişdir. Yanğın baş verən fərdi yaşayış evinin həyətinə gələn yanğın söndürənlər yanğının yaşadığı evə keçməsinin qarşısını almışlar. Buna baxmayaraq tövlə və içərisində olan 8 baş iribuynuzlu heyvan və 450 ədəd ot bağlaması tamamilə yanaraq tələf olmuşdur. Baş vermiş yanğın hadisəsi nəticəsində ona 15350 manata yaxın maddi ziyan dəymişdir. Daha sonra həmin yanğın hadisəsinin qardaşı oğlu Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bilmişdir. Hər birinin qiyməti 1000 manat olmaqla 8 baş iribuynuzlu heyvanı, hər birinin qiyməti 5 manat olmaqla 450 ədəd ot bağlaması və dəyəri 6-7 min manat arası olan tövləsi, yəni 1 ədəd taxta qapı, iki ədəd taxa pəncərə, 15 ədəd qalın taxta döşəmə, 100 ədəd şiferi yandırılaraq məhv olmuşdur. Ümumilikdə ona 15350 manat maddi ziyan dəymişdir. Onun Təqsirləndirilən şəxsla hər hansı bir ədavəti yoxdur. Tövlə elektrik enerjisi ilə təchiz olunmamışdır. O, əvvəllər elektrik xətti tövləyə çəkdirsə də, havaların istiləşməsi ilə bağlı yanğın hadisəsinin baş verməsinin qarşısını almaq üçün 2024-cü ilin mart ayında elektrik naqillərini kəsərək oradan yığışdırmışdır. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs onun öz övladı kimidir. Törətdiyi əməldən peşmandır. Kimlərinsə təsiri ilə törətmişdir. Gələcəkdə qohumluq münasibətləri pozulmaması və aralarında inciklik, ədavət qalmaması üçün Təqsirləndirilən şəxs bağışlamış və ona yüngül cəza verilməsini xahiş edir. İşdə olan 18 iyul 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş foto cədvəldən görünür ki, cinayət hadisəsi Cəlilabad rayonu, Komanlı kəndində fərdi yaşayış evininin həyətyanı torpaq sahəsində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs ona məxsus yanmış tövləni və ot bağlamalarını göstərmişdir. İşdə olan Məhkəmə psixiatrik ekspertizasının 22 avqust 2024-cü il tarixli 3739 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması,kəmağıllıq və ya sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. O, istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. O, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakilara zərər yetirmək təhlükəsi qeyd olunmur. İşdə olan Məhkəmə yanğın və texnoloji partlayışları ekspertizasının 30 avqust 2024cü il tarixli 10/5937 nömrəli ekspert rəyində göstərilmişdir ki, Cəlilabad rayonu, Komanlı kəndində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlədə yanğının mənbəyi, tövlənin daxilində olmuşdur. Yanğın, istintaq tərəfindən müəyyən edilən şəraitdə kənardan gətirilmiş alışdırma mənbəyinin (kibritin) təsirindən tövlənin daxilində yığılmış ot bağlamalarının alışdırılması nəticəsində baş vermişdir. İşdə olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 noyabr 2024-cü il tarixli 9/6394 nömrəli ekspert rəyində göstərilmişdir ki, Ekspertiza təyini haqqında qərarda göstərilən malların 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu il ətəxminən 8640,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində olan cədvəldə göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən icra edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnın məhkumluğu yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakteriza olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxsnın ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxsnın əməlindən səmimi peşman olmasını, dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək həmin cəzanın ona şərti olaraq təyin edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın icrası ilk növbədə onun özünün və ailəsinin həyat şəraitini hədsiz dərəcədə ağırlaşdırmış olar. Digər tərəfdən özü fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla ailəsinə yeganə qazanc gətirən şəxsdir və əvvəllər hər hansı bir cinayət əməli törətməmişdir. Bundan başqa törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam olaraq ödəməsi onun ictimai təhükəsizliyinin azalmasına dəlalət edir. Məhkəmə bir daha qeyd edir ki, ədalətli cəza təyin edilməsi üçün zəruri və həm də mühüm amillərdən biri təqsirkarın şəxsiyyətinin hərtərəfli təhqiq olunmasıdır. Məhz bu baxımdan məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarındakı mövqeyinə isnad etməyi məqsədəmüvafiq hesab edir -…Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir… Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən, eyni zamanda təqsirkarın həyat yolu, ailədə və məişətdə davranışı, məhkumluğu və s. kifayət qədər aydınlaşdırılmalıdır…Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinin tələblərinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına təsirinini nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi cəzanın məqsədlərini təmin edə bilər və o, real olaraq cəza çəkmədən də islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinin tələbinə görə, məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda isnad olunan qərarının 25-ci bəndində göstərilmişdir ki, “....şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-in 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər........” İş üzrə cəmi 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) ödənilməlidir. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 19 iyul 2024-cü il tarixdən 21 iyul 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxsnın barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə cəmi 250 (iki yüz əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ41NABZ********************) ödənilsin. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar