Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-27/2025 26.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxx 2002-ci il tarixdə Cəlilabad rayonu, Suluçeşmə kəndində doğulmuş, Cəlilabad rayonu, Suluçeşmə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, barəsində 01 sentyabr 2024-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 24 avqust 2024-cü il tarixdə, saat 01 radələrində Cəlilabad şəhərində fəaliyyət göstərən Rizvan ticarət mərkəzində yerləşən Zərərçəkmiş şəxs məxsus dənli bitkilər satılan mağazanın yaxınlığına gəlib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra istintaqla müəyyən edilməmiş predmetlə mağazanın arxa tərəfindəki dəmir qapıya təyziq edərək qapını açıb qanunsuz olaraq mağazaya daxil olmuş və oradan 1 kiloqramının dəyəri 2 manat olan, hər birinin içərisində 25 kiloqram olmaqla 8 ədəd kisədə, ümumilikdə 400 manat dəyərində 200 kiloqram noxudu saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 25 avqust 2024-cü il tarixdə, saat 01 radələrində Cəlilabad şəhərində fəaliyyət göstərən Rizvan ticarət mərkəzində yerləşən Zərərçəkmiş şəxs məxsus dənli bitkilər satılan mağazanın yaxınlığına gəlib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra istintaqla müəyyən edilməmiş predmetlə mağazanın arxa tərəfindəki dəmir qapıya təyziq edərək qapını açıb qanunsuz olaraq mağazaya daxil olmuş və oradan 1 kiloqramının dəyəri 2 manat olan, hər birinin içərisində 25 kiloqram olmaqla 3 ədəd kisədə, ümumilikdə 150 manat dəyərində 75 kiloqram noxudu saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 29 avqust 2024-cü il tarixdə, saat 01 radələrində Cəlilabad şəhərində fəaliyyət göstərən Rizvan ticarət mərkəzində yerləşən Zərərçəkmiş şəxs məxsus dənli bitkilər satılan mağazanın yaxınlığına gəlib ətrafda kiminsə olmadığına əmin olduqdan sonra istintaqla müəyyən edilməmiş predmetlə mağazanın arxa tərəfindəki dəmir qapıya təyziq edərək qapını açıb qanunsuz olaraq mağazaya daxil olmuş və oradan 1 kiloqramının dəyəri 2 manat olan, hər birinin içərisində 25 kiloqram olmaqla 29 ədəd kisədə, ümumilikdə 1450 manat dəyərində 725 kiloqram noxudu saxlanc yerinə qanunsuz daxil olub gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Cəlilabad şəhərində yaşayır. Zərərçəkmiş şəxs Cəlilabad şəhərində yerləşən Rizvan ticarət mərkəzində mağazası var. Nurəddin həmin mağazada noxud məhsulunun satışı ilə məşğul olur. Zərərçəkmiş şəxs oğlu Tacəddin onunla qonşuluqda yaşayır. 23 avqust 2024cü il tarixdə qərara gəlmişdir ki, gecə gedib Nurəddin Bəhməovun mağazasına girsin, orada olan noxud məhsullarından oğurlasın və sonra satıb pul əldə etsin. Ona görə də 23 avqust 2024-cü il tarixdən 24 avqust 2024-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində Zərərçəkmiş şəxs mağazasının arxa hissəsinə getmişdir. Gedərkən özü ilə dəmir parçası aparmışdır ki, həmin dəmir parçası ilə mağazanın arxa tərəfində olan dəmir qapını açıb içəri daxil olsun. Ora gedəndən sonra ətrafa baxıb heç kimin olmadığını görmüş və dəmir parçasını qapının aşağı hissəsindən keçirib dartaraq qapını açmışdır. Sonra mağazaya girib oradan bir-bir 8 kisə noxud götürüb mağazadan çölə yığmışdır. Bundan sonra mağazanın qapısını örtüb bağlamışdır ki, Nurəddin mağazaya gələrkən oğurluq olduğunu bilməsin. Kisələrin hər birində 25 kiloqram noxud olmuşdur. Həmin mağaza ilə Meşə İdarəsinin arasında təxminən 50 metr məsafə var. Hər dəfə iki kisə götürüb çiyninə ataraq aparıb Meşə İdarəsinin həyətində olan ağacların arasında noxud kisələrini gizlətmişdir. Bundan sonra çıxıb evinə gedib yatmışdır. Növbəti gün saat 12 radələrində yuxudan oyanıb bazara getmişdir ki, kisə alıb gətirsin və noxudları həmin kisələrə boşaltsın ki, aparıb bazarda satanda Nurəddin tanımasın. Bazardan 6 ədəd kisə almış, saat 15 radələrində noxudları gizlətdiyi yerə gəlmiş və almış olduğu kisələri noxudların yanına qoymuşdur. Sonra qərara gəlmişdir ki, axşam yenə gedib Nurəddinin mağazasından noxud oğurlayıb gətirsin. 24 avqust 2024-cü il tarixdən 25 avqust 2024-cü il tarixə keçən gecə saat təxminən 01 radələrində yenə də Nurəddinin mağazasının arxa hissəsinə getmiş, ətrafa baxıb heç kimin olmadığını görmüş və dəmir parçası ilə qapını açıb içəri girmişdir. Mağazadan 3 kisə noxud götürüb çölə qoymuş və sonra qapını bağlamışdır. Əvvəlcə həmin 3 kisə noxuddan 2 kisəsini çiyninə atıb əvvəl oğurladığı noxudların yanına aparıb yığmışdır. Sonra geri qayıdıb qalan bir kisə noxududa gətirib həmin yerə yığmışdır. Sonra evlərinə gedib yatmış, səhər açılandan sonra saat 09 radələrində yuxudan qalxıb noxudları gizlətdiyi yerə gəlmişdir. Həmin zaman orada və ətrafda heçkim olmamışdır. Bazardan aldığı kisələr böyük kisələr olmuşdur. Oğurladığı 11 kisə noxudu həmin 6 kisəyə boşaltmışdır. Bundan sonra çıxıb evinə getmişdir ki, günrtadan sonra gəlib noxudları oradan götürüb bazara aparıb satsın. Noxudları gizlətdiyi yer ilə yaşadığı evin arasında təxminən 30 metr məsafə var. Saat 14 radələrində noxudları gizlətdiyi yerdən bir-bir götürüb küçələrinə aparmışdır. Oradan tanımadığı bir Vaz 2107 markalı taksi avtomobilinə yükləyib bazara aparmışdır. Bazarda noxud və buğda alveri ilə məşğul olan Vüqara yaxınlaşıb demişdir ki, noxud gətirib satmaq istəyir. Vüqar həmin noxuda baxıb bir kiloqramını iki manata alacağını demişdir. Vüqarla razılaşmış, noxudları tərəzidə çəkmişlər və noxudların ümumi çəkisi 273 kiloqram olmuşdur. Noxudu Vüqara vermiş və ondan bunun müqabilində 540 manat pul alıb evinə getmişdir. 28 avqust 2024cü il tarixdə 29 avqust 2024-cü il tarixə keçən gecə yenə də qərara gəlmişdir ki, gedib yenə də Nurəddinin mağazasından noxud oğurlasın. xx.xx.2024-cü il tarixdə, saat 00.30 radələrində gedib yenə də mağazanın arxa qapısını açıb mağazaya daxil olmuş, oradan on iki kisə noxud götürüb çölə yığmış və mağazanın qapısını bağlamışdır. Sonra həmin noxudları hər dəfə iki kisə olmaqla çiyninə qoyub Meşə İdarəsinin həyətinə aparıb orada ağacın altında gizlətmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, vurduğu ziyanları tam ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Ailədə yeganə qazanc gətirən şəxsdir. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, Cəlilabad rayonunda Rizvan Ticarət Mərkəzində yerləşən ona məxsus mağazada kənd təsərrüfatı malları satır. Demək olar ki, hər gün saat 08.00-da mağazaya gəlib satışa başlayır və 19.00-da mağazanı bağlayıb evinə gedir. xx.xx.2024-cü il tarixdə saat 08.00-da mağaza gəmiş, mağazada olan məhusllara nəzər yetimiş və mağazada içərisində noxud məhsulu olan kisələr gözünə az görsənmişdir. Həmin vaxt elə fikirləşmişdir ki, yəqin noxudun müəyyən hissəsini satıb, lakin dəftərində qeyd etməyib. Bu barədə heçkimə heçnə deməmişdir. Noxud kisələrini bir daha saymışdır. Həmin gün saat 19.00-da mağazanı bağlayıb evinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 08.00-da mağazaya gəlmiş, mağazada olan məhsullara nəzər yetirmiş və görmüşdür ki, içərisində noxud məhsulları olan kisələr az saydadır. Buna görə mağazadakı noxud kisələrini saymış və 40 ədəd noxud kisəsinin yerində olmadığını müəyyən etmişdir. Bundan sonra ona aydın olmuşdur ki, kimsə mağazaya daxil olub içərisində noxud məhsulu olan 40 ədəd kisəni oğurlamışdır. Buna görə Cəlilabad rayon polis şöbəsinə müraciət etmişdir. Əlavə suallara cavab olaraq mağazasından 40 ədəd kisə noxud məhsulu oğurlandığını, hər kisənin içərisində 25 kiloqram noxud məhsulu olduğunu, ümumilikdə 1000 kiloqram noxud məhsulu oğurlanmasını, həmin noxud məhsulunun 1 kiloqramının qiymətinin 2 manat olmasını və oğurluq nəticəsində ona 2000 manat maddi ziyan dəydiyini bildirmişdir. Hazırda ona dəymiş ziyanı tam ödəmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərdi ki, o, təxminən 7 il müddətdir ki, Cəlilabad şəhərində Rizvan ticarət mərkəzində yerləşən Alıcı adlı şəxsin mağazasını icarəyə götürüb həmin mağazada dənli bitkilərin topdan və pərakəndə satışı ilə məşğul olur. Ayrı-ayrı şəxslərdən buğda, arpa, noxud və sair dənli bitkilər alaraq satışı ilə məşğul olur. Təxminən 2-3 il əvvəldən Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs bazarda fəhləçiliklə məşğul olur. Hüseyn ayrı-ayrı sahibkarların yüklərini boşaldaraq çörək pulu qazanır. Hüseynin atası Maqsud da eyni bazarda fəhləçiliklə məşğul olur. Bəzi vatlarda ayrı-ayrı şəxslərdən aldığı məhsulları Hüseyn avtomobildən boşaldaraq mağazaya yığıb fəhlə kimi pulunu almışdır. 25 avqust 2024-cü il tarixdə, saat 14 radələrində mağazadan bir qədər aralıda olduğu zaman bazarda eşitmişdir ki, mağazanın qarşısında satmağa noxud gətiriblər. Mağazanın qarşısına gəlmişdir ki, noxud satanın kim olduğunu bilsin. Mağazanın qarşısında görmüşdür ki, yerə 5 kisə yarım noxud qoyulub və Təqsirləndirilən şəxs noxudun yanında dayanıb. Hüseyn ona demişdir ki, noxud qohumlarınındır, ona satmağa veriblər və ondan neçəyə alacağını soruşmuşdur. Noxuda baxıb Hüseyndən 1 kiloqramını neçəyə satdığını soruşmuşdur. Hüseyn noxudun 1 kioqramını 2 manat 20 qəpiyə satmaq istədiyini demişdir. O, isə Hüseynə demişdir ki, noxud zəif noxuddur 2 manata versə alar. Hüseyn onun təklifi ilə razılaşmış, sonra noxudu tərəzidə çəkmişlər və noxudun çəkisi 270 kiloqram təşkil etmişdir. Hüseynə 540 manat pul verərək noxudu ondan almış və sonra Hüseyn çıxıb getmişdir. Növbəti gün bazara tanımadığı noxud alıcıları gəlmiş, Hüseyndən aldığı noxudları özündə olan digər noxudlarla birlikdə bir kiloqramını 2 manat 5 qəpiyə həmin şəxslərə satmışdır. Əlavə suallara cavab olaraq Hüseyn noxudları ona satdığı zaman Hüseynin yanında heç kimin olmadığını və Hüseynin həmin noxudları ona satarkən oğurluq olması barədə heç bir məlumat vermədiyini bildirmişdir. İşdə olan 29 avqust 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, qeyd edilən cinayət hadisəsi Cəlilabad şəhərində fəaliyyət göstərən Rivzvan ticarət mərkəzində yerləşən Zərərçəkmiş şəxs məxsus mağazada evində baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs hadisə yerini təqdim etmişdir. İşdə olan 31 avqust 2024-cü il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığı hər birinin içərisində 25 kiloqram noxud məhsulu olan 12 ədəd kisə noxud məhsulu Cəlilabad rayon Meşə İdarəsinin həyətində gizlədildiyi yerdən götürülmüşdür. İşdə olan 22 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 24, 25 və 29 avqust tarixlərində Zərərçəkmiş şəxs məxsus dənli bitkilər satılan mağazadan noxud oğurlayarkən cinayətin törədilməsində digər şəxslərin iştirak etməsi, onu hər hansı bir şəxsin görməsi, Təqsirləndirilən şəxs oğurladığı noxudun bir hissəsini satdığı Şahid həmin noxudun cinayət yolu ilə əldə edilməsindən məlumatının olması, eləcə də Təqsirləndirilən şəxs digər cinayət əməlləri törətməsi haqqında hər hansı bir məlumat əldə olunmamışdır. İşdə olan 29 avqust 2024-cü il tarixdə, saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus mağazadan oğurlayıb Cəlilabad rayon Meşə İdarəsini həyətində gizlətdiyi, hər birinin içərisində 25 kiloqram noxud məhsulu olan 12 ədəd kisə noxud məhsulu cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 31 avqust 2024-cü il tarixdə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Cəlilabad rayon İcra Hakimiyyəti Başçının Cəlilabad rayon Astanlı kənd inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə bilrlikdə yaşayrı və o yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, Cəlilabad Rayon Polis Şöbəsinin MSY-dən azad edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş bütün sübutlar, o cümlədən, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri biri-digərinə uyğun gəlmiş, sübutlar arasında ziddiyyət aşkar olunmamışdır. Həmin sübutlar Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməkdə təqsirinin tam sübuta yetirilməsi üçün kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını və ona qarşı şikayət və tələbin olmamasını, dəymiş ziyanı ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzalarını ağırlaşdıran hal yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir və belə nəticəyə gəlir ki, qeyd olunan cəza növü onların əməlinə adekvat olmaqla cəzanın məqsədlərinə cavab verir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə Azərbaycan Respublikasının CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut yoxdur İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə... Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 30 avqust 2024-cü il tarixdən 01 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:00-dək ünvan 2 ünvanında yaşadığı evi tərk etməmək, Cəlilabad rayonunun hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm 20 gündən sonra qanuni qüvvəsini alır, hökm elan olunduğu və alındığı andan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-27/2025
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-27/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver