Məhkəmə qərarları › İş №1(073)-28/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-28/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-28/2024 01.02.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Saat: 16:00 Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1978-ci ildə Cəlilabad rayonu Pokrovka kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Günəşli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdə, saat 17 radələrində Cəlilabad rayonu, Günəşli kəndi ərazisində yerləşən, ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinin giriş darvazasının qarşısında tanışı və həmkəndlisi Zərərçəkmiş şəxs onun yaşadığı ünvanına gələrək arvadı Şahid1 narahat etməsini bəhanə gətirərək, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə sonuncunun sifət nahiyəsinə qəsdən bir yumruq zərbəsi vuraraq zərəçəkmiş şəxsin həyat və sağlamlığı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən burun nahiyəsində şişkinlik və qançır, sıyrıq və burun sümüyünün yerini dəyişən sınığından ibarət dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilib ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs tanıyır. Oqtay ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxsla birlikdə kənd ərazisində fəhlə işləmişdir. 24 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxsla birlikdə fəhlə işlədikdən sonra Oqtaya gördüyü işin müqavilində 12 manat pul vermiş, Oqtay ona az pul verilməsindən narazı qalsa da hər hansı bir söz deməmiş və ayrılıb evlərinə getmişlər. 26 iyun 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evə gələrkən yaşadığı evin qapısının çöl tərəfində Oqtayın dayanmasını görmüş, ona yaxınlaşaraq hansı səbəbə görə ünvanına gəlməsini soruşmuşdur. Oqtay ona birlikdə işlədikləri vaxt ona az pul verməsini demişdir. Oqtaya borclu olmadığını, ona çatan pulun hamısını verməsini demiş və evdə olmadığı halda qapısının qarşısında dayandığı üçün öz iradını bildirmişdir. Oqtay ona yaxşı edib qapısının qarşısında dayanmasını demiş və ünvanına nalayiq ifadə işlətmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs yenidən onun ünvanına nalayiq ifadə işlətdiyi üçün əsəbləşib onun üz nahiyyəsinə yumruqla vurmuş və bundan sonra Oqtay burun nahiyyəsini əli ilə tutaraq çıxıb getmişdir. Həmin vaxt hadisə 2- 3 dəqiqə davam etmiş, Zərərçəkmiş şəxs xəsarət yetirən zaman yanlarında hər hansı şəxs olmamışdır. Hal-hazırda zərərçəkmiş Zərərçəkmiş şəxsla barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də bu halları nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi onun özünün etirafından başqa zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işin məhkəmə istintaqı zamanı tədqiq edilən sübutlarla da tam sübuta yetirilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu Pokrovka kəndində anadan olmuş, Cəlilabad rayonu Günəşli kəndində ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında münaqişə olmamışdır. Təqsirləndirilən şəxs ilə o, kənd ərazisində fəhlə işləmişdir. 24 iyun 2023-cü il tarixdə yaşadığı Cəlilabad rayonu Günəşli kəndi ərazisində Təqsirləndirilən şəxs ilə birlikdə ot presi bağlamağa getmişlər. Həmin vaxt işin müqabilində ona 22 manat pul çatmalı olduğu halda, Təqsirləndirilən şəxs ona 10 manat pul vermiş, qalan 12 manatı isə verəcəyini bildirmişdir. 2 gün keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onun əziyyət haqqı olan 12 manatını verməmişdir. O, 26 iyun 2023-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş, qaz turbasını yerdən götürdüyü daşla vuraraq Əlini çağırmışdır. Təqsirləndirilən şəxs arvadı həyət qapısını açıb çıxmış və Əlinin evdə olmadığını ona demişdir. O, Əlinin yaşadığı ünvanın qapısında Əlinin gəlməsini gözləmiş, təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrək onun gözlədiyini görmüşdür. O, Təqsirləndirilən şəxs nə səbəbə onun pulunu vermədiyini soruşmuş, Təqsirləndirilən şəxs ona “yaxşı edirəm vermirəm” demişdir. Həmin vaxt Əlinin arvadı həyətdən qapının qarşısına çıxmış və “Əli bu adam bayaqdan qapını qırır”demişdir. Təqsirləndirilən şəxs arvadının sözündən sonra onun ünvanına nalayiq küçə söyüşü işlətmiş, bu zaman aralarında mübahisə yaranmışdır. Əli onunla əlbəyaxa dalaşmağa başlamış və mübahisə zamanı onun burun nahiyəsinə yumruqla bir neçə dəfə vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmış, Təqsirləndirilən şəxs onu itələyərək, evlərinin yaxınlığından keçən su arxına salmışdır. O, su arxından çıxıb yaşadığı ünvana getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə də verərək, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Şahid - Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Biləsuvar şəhərində anadan olmuşdur. Təqsirləndirilən şəxs ilə 03 iyul 2023-cü il tarixdə birgə nikaha daxil olmuşlar. Hazırda Cəlilabad rayonu Günəşli kəndində yaşayırlar. Evdar qadındır, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Zərərçəkmiş şəxs ilə əvvəllər ədavəti olmamışdır. Əri Təqsirləndirilən şəxs kənd ərazisində evlərdə ustalıq edərək, həmçinin ot presi bağlamağa gedərək ailəsini dolandırır. 26 iyun 2023- cü il tarixdə saat 17 radələrində o, yaşadığı Cəlilabad rayonu Günəşli kəndində yerləşən fərdi yaşayış evinin həyətində ev işləri görərkən, çöl tərəfdən kiminsə qaz turbasına daşla dayanmadan vurmasını eşitmişdir. Darvazaya yaxınlaşıb kim olduğunu soruşduqda, əri Təqsirləndirilən şəxs evdə olub-olmamsını soruşmuşdur. O, isə cavabında əri Təqsirləndirilən şəxs evdə olmadığını bildirmişdir. O, dərhal Təqsirləndirilən şəxs zəng edərək, qapıya bir nəfər şəxsin gələrək onu soruşduğunu demiş, təxminən 15 dəqiqə sonra Əli yaşadığı ünvana gəlmiş və darvazanı açıb həyətə daxil olanda o, həyətdən çölə çıxıb Əliyə həmin şəxsin qaz turbasını daşla döyməsini bildirmişdir. Təqsirləndirilən şəxs əsəbləşərək sonradan adının Oqtay olduğunu öyrəndiyi şəxslə mübahisə etməyə başlamışdır. Əri Oqtayın ünvanına nalayiq ifadələr işlətmiş və sonra Oqtayın üz nahiyəsinə bir neçə dəfə yumruqla vuraraq Oqtayı yerə yıxmışdır. Oqtay yaşadığı ünvanın darvazasının kənarında olan su arxına düşmüşdür. Oqtayın burun nahiyəsi qan olmuşdur. Oqtay su arxından çıxaraq heç bir söz deməyərək çıxıb getmişdir. Şahid - Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonu Günəşli kəndində ailəsi ilə birlikdə yaşayır. Evlidir, 2 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Ailəsini fəhləlik edərək dolandırır. Zərərçəkmiş şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs həmkəndlisi olaraq tanıyır. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında ədavət olmamışdır. 26 iyun 2023-cü il tarixdə o, Abşeron rayonu Xırdalan şəhərində fərdi evlərin birində fəhləlik edirmiş. Həmin tarixdə saat 20 radələrində qardaşı Oqtay mobil telefonla ona zəng edərək, həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısında onu yumruqla vurduğunu və yıxılıb su arxına düşdüyünü bildirmişdir. O, dərhal qardaşını nə səbəbə döyməyini soruşmaq üçün öz mobil telefonu ilə Təqsirləndirilən şəxs məxsus mobil telefona zəng etmişdir. Lakin Təqsirləndirilən şəxs onun zənginə cavab verməmişdir. O, da məcbur qalıb DİN-nin 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs qardaşı Oqtayı yumruqla vurmasını və qardaşı Oqtayın su arxına yıxılması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 04 iyul 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Cəlilabad rayonu, Günəşli kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin giriş darvazının qarşısında baş vermişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X2 PHŞ-nin Cəlilabad rayon Şöbəsinin 30 iyun 2023-cü il tarixli, 569 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı X1 burun nahiyyəsində şişkinlik, qançır, sıyrıq və burun sümüyünün yerini dəyişən sınığı müəyyən olunmuş, müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmiş, törənmə müddəti 26 iyun 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş, sağlamlığa az ağır zərər vurmaya aiddir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün bu sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Bundan əlavə, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsasən, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngülük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyul 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət işində olan, Cəlilabad Rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və axtarışı elan edilməklə iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə olunmuş 09 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə tutularaq Cəlilabad RPŞ-nin MSY-ə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 44.2.4, 344, 345.1, 345.2, 346, 347, 349, 351, 352, 353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 09 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək həbsdə saxlanıldığı 16 (on altı) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 1 (bir) ay 2 (iki) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad rayonu Günəşli kəndindəki evi tərk etməmək, Cəlilabad rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar