Məhkəmə qərarları › İş №1(073)-28/2025

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-28/2025

06.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-28/2025 06.01.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ X18 Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5, Barəsində xususi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştrakı ilə, Xüsusi ittihamçı X5 xüsusi ittiham qaydasında şikayəti üzrə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməsi barədə şikayət ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 xüsusi ittiham qaydasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 xüsusi ittiham qaydasında şikayəti əsaslandıraraq bildirdi ki, o, 1962-ci il 25 yanvar tarixində Cəlilabad rayonu Söyüdlü kəndində anadan olmuş. Hal-hazırda eyni Ərazi Nümayəndəsi olan Cəlilabad rayonu, Muğan kəndində yaşayır. X1 övladı onun isə nəvəsi olan mərhum X3 Dövlət Universitetinin dil-ədəbiyyat müəllimlik fakultəsini oxuyurmuş. Sonradan yolun uzaq olmasını nəzərə alıb o, nəvəsi Könülü Azərbaycan Pedoqoji Univesitetinin Cəlilabad filalının dil-ədəbiyyat müəllimlik fakultəsinə transfer etmişdir. X20 şəhərində tələbə yoldaşları ilə görüşən zaman 14 may 2024-cü il tarixində Lənkəran şəhər sakini Elvin İsmayılzadə tərəfindən Könülün kapital kart plastik kartından 100 (yüz) manat çıxarıb ona geri qaytara bilmədiyinə görə və bunun nəticəsində Könülün DİN-102 xitmətinə məlumat verəcəyini görən Elvin İsmayılzadə tərəfindən faciyyəvi şəkildə öldürüldüyü üçün Lənkəran Polis şöbəsinin əməkdaşlarının cinayət-axtarışı ilə müəyyən olunaraq saxlanılmış və cinayətkara 120.2.9 və 326.1 maddələri ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsində 19 il 6 ay cəzasını ciddi rejimdə çəkməklə ən ağır cəza vermişdir. Ona bu işlərdə kömək edən X9 isə 307.1 və 307.3 maddələri ilə cinayət işi açılmışdır. Cinayət qanunu üzrə nəzərdə tutulmuş şəxs əməli törətmiş Məcra.az saytının rəhbəri Vasif Əlihüseyinov əvvələrdə öz rəhbəri olduğu saytda ona qızı Rəqsanəyə mərhum nəvəsi Könül Ağayevə dəfələrlə şər böhtan və təhqir edici ifadələr yazsa da o, ona bir yaxın qohum kimi sadəcə xəbərdarlıq edərək bu pis əməlindən əl çəkməyi və birdə belə bir mənbəyi kökü olmayan sözlərin yazmamasını xəbərdarlıq etmişdir. Lakin bu xəbərdarlıqdan nəticə çıxarmayan bu şəxs öz tik-tok səifəsində rəhbəri olduğu Məcra.az sayıtında və eləcə də Cəlilabadın ən son xəbər 7.770 qrup üzvü olan xəbər.az sayıtıda paylaşım edərək bildirmişdir ki, "Könülü öldürən dönərçiyə höküm oxundu" "Araşdırma zamanı məlum oldu ki, Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Könül 2023-cü ildə bir müddət evli olub daha sonra ayrılıb" "Bildirir ki, anası Könül onun sözünə baxmadığı üçün qızından imtina edib və o nənəsinin himayəsində yaşayıb" "Daha sonra Könül Lənkəranda olarkən orada dönərçi işləyən Elvinlə tanış olub və aralarında münasibət yaranıb Elvin ona ailə qurmaq istədiyini bildirib, Könülün onunla fikrinin ciddi olduğunu gördükdən sonra isə gənc qızı qətlə yetirmək qərarına gəlib" "Könülün meyidinin tapılmasından bir neçə gün sonra nənəsi də vəfat edib" deyərək onu ağır ittihamla mühakimə etmişdir. Göründüyü kimi X6 öz şəxsi tiktok və facebook səfəsində bir çox paylaşımlar etməklə yalan olduğunu bilə-bilə heç bir əlində subutu olmadan qızı Rəqsanəni güya Könüldən imtina edib deyərək təhqir edib şər böhtan dolu sözlərlə ağır cinayətlə ittiham etmişdir. Bunu eşidən və sosial şəbəkələrdə geniş yayıldığını görən qızı Rəqsanənin şəkəri yüksək səviyyədə 802 olmaqla onu ölümləüzbəüz qoyaraq xəstəxanalıq etmişdir. Cinayət qanunu üzrə nəzərdə tutulmuş şəxs V. Əlihüseyinov bu əsassız ittiham əməlləri ilə qızı Rəqsanəni insulindən aslı vəziyyətə salmışdır. Bütün kütləvi informasiya vastələrinə yalan olduğunu bilə-bilə ona, qızı Rəqsanəyə məhrum nəvəsi Könülə qarşı şər və böhtan dolu informasiyanın yaymıasına səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasə" böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vastəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma və həmin məcəllənin 147.2-ci maddəsiniə əsasən ağır və ya xususilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayət hesab edilir. Ona görə də hesab edir ki, X2 əməlində Azərbaycan Respublikası Cinayət Məcələsinin 147.2-ci maddəsinin tərkibi vardır. Qeyd olunanlara əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2ci maddəsi ilə məhkum edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilmiş şəxs X10 xüsusi ittiham qaydasında şikayəti qəbul etməyərək bildirdi ki, o, Məcra.az sayıtının rəhbəridir. 07 dekabr 2024-cü il tarixdə Qafqazifo.az sayıtında “Könül öldürüldükdən sonra fotosunu sosial şəbəkədə paylaşılıb”başlıqılı yazı yazılmış, yazıda bu il martın 2-də qətlə yetrilən və martın 14-də meyiti tapılan Cəlilabad rayonu, Muğan kənd sakini X15 qətlə yetirən Lənkəran şəhər sakini Elvin İsmayılzadə hökm oxunması ilə bağlı yazı yayımlandı. O da həmin yazını olduğu kimi Qafqazinfo.az sayıtından götürüb istina edərərk çalışdığı Mecra.az sayıtında yayımlamışdır. Həmin yazının hökm hissəsini həmçinin tik-tok səhifəsində xəbər kimi oxumuşdur. Həmin yazı eyni zamanda həmin başlıqlarla Musavat.com, manset.az, publika.az, pravda.az, Redaktor.az, referans.az, Moderator.az, viral.az, yenisabah.az, new24.az, demokrat.az, cebheinfo.az saytlarında və xəbər bucağı internet sayıtlarında yayımlanmışdır. 07.12.204-cü il tarixdə saat 21:00-da, qətlə yetirilən Könül Ağayevanın nənəsi Gülzar Ağayeva ona zəng vuraraq ondan yazını silməsini xahiş etmiş o da xahişi nəzərə alıb xəbəri sayıtdan silmişdir. Bu əməldə hec bir cinayət hadisəsi yoxdur. O, yalnız digər saytlarda olan məlumatı təkrar dərc etmiş və sonra silmiş, lakin digər sayıtlarda bu məlumat hazırda mövcuddur. O, heç kimi ağır cinayətlə ittiham etməmişdir. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 onların barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinin təmin edilməməsini məhkəmdən xahiş etdi. Məhkəmə iclasında tədqiq olunan videogörüntüdə əsas olan məlumatın Musavat.com, manset.az, publika.az, pravda.az, Redaktor.az, referans.az, Moderator.az, viral.az, yenisabah.az, new24.az, demokrat.az, cebheinfo.az saytlarında və xəbər bucağı internet sayıtlarında yayımlanmışdır. Məhkəmə izahatları və işdə olan sənədləri araşdırıb hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin hazırlıq iclasının nəticələri əsasında xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə məhkəmə qərar çıxarır. 302.1 Aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.3 şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda. 302.1.6 cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda. 302.1.7 şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə hesab edir ki, xüsusi ittihamçı X7 xüsusi ittham qaydasında şikayəti üzrə Vasif Əlihüseynovun əməllərində cinayət əlamətləri olmadığından və şikayət əsassız olduğundan xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: X7 şikayəti əsasında X4 barəsində Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Cəlilabad rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar