Məhkəmə qərarları › İş №1(073)-30/2024

Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-30/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-30/2024 21.08.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Əliyev Elməddin Fizuli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 23 iyul 1996-cı il tarixdə Rusiya Federasiyasının Tümen əyalətinin Noyabrsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi 3 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda -59.501 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşımaqla üzərində saxlamış, 30 iyul 2023-cü il tarixdə, saat 21 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri, H.Əliyev prospektində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən üzərində olan qara rəngli çantadan 01 ədəd sellofan bükülüdə həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. 30 iyul 2023-cü il tarixdə tanışı X6 ilə Astara rayonuna istirahətə gəlmişdir. Anar ilə Astara rayonunda tanımadığı və adını bilmədiyi restoranlardan birində yemək yemiş, həmin restorandan çıxmış və restorandan təxminən 50 metr kənarda yerdə sellofan bükülü görmüşdür. Həmin sellofan bükülü onun diqqətini cəlb etmiş, ətrafa baxmış, heç kimin onu görmədiyini müəyyən etdikdən sonra həmin bükülünü yerdən götürmüşdür. Bükülünü açıb içərisinə baxmış və görmüşdür ki, içərisində narkotik vasitə qurudulmuş marixuana və senadeksin adlı dərman var. Narkotik vasitə qurudulmuş marixuananı gələcəkdə istifadə etməkdən ötrü həmin bükülünü üzərində olan qara rəngli çantaya qoymuşdur. 30 iyul 2023-cü il tarixdə tanışı X6 ilə birlikdə Anarın iradə etdiyi Hyundai İX 35 markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə getdikləri zaman təxminən saat 21 radələrində Cəlilabad rayonuna çatdıqları zaman Anar avtomobili Cəlilabad rayonu istiqamətində idarə etməyə başlamış və ona demişdir ki, qısa müddət ərzində Cəlilabad rayonunda olan tanışı ilə görüşəcək və daha sonra onlar yola davam edib Bakı şəhərinə gedəcəklər. Anarla razılaşmış və heç bir etiraz etməmişdir. Cəlilabad rayonunda mərkəzi yol ilə hərəkətdə olduqları zaman yol patrul xidmətinin əməkdaşı onlara saxla işarəsi vermişdir. Buna görə Anar avtomobili yolun kənarında saxlamışdır. Anar ona spirtli içki qəbul etdiyini və sənədlərinin qaydasında olmadığını bildirib qaçacağını demişdir. O, isə Anara demişdir ki, qaçmasın polis cərimə yazacaq və o, da cəriməni ödəyəcək. Bundan sonra Anar avtomobilin qapısını açmış və yol patrul xidməti əməkdaşının onların avtomobilinə yaxınlaşdığını görüb qaçaraq oradan uzaqlaşmışdır. Anarın qaçmasından qorxmuş və o, da oradan qaçmaq istəmişdir. Lakin təxminən 10 metr qaçdıqdan sonra polis əməkdaşına tabe olmayıb qaçmağın səhv hərəkət olduğu qərarına gəlmiş və orada dayanmışdır. Yol patrul xidməti əməkdaşı ilə yanaşı ona 3 nəfər də mülki geyimdə olan şəxs yaxınlaşmış və polis əməkdaşı olduqlarını bildirmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olub-olmamasını soruşmuşdur. O, polis əməkdaşlarına üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Cəlilabad rayon polis şöbəsinə dəvət etmişdir. O, polis əməkdaşlarının dəvətinə etiraz etməmiş və onlarla birlikdə Cəlilabad rayon polis şöbəsinə getməyə razılıq vermişdir. Cəlilabad RPŞ-də ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bundan sonra hüquqlarını müdafiə etmək üçün ona təqdim edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılmağa başlanılmışdır. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, üzərində olan qara rəngli çantadan 1 ədəd sellofan bükülü çıxardaraq polis əməkdaşlarına təqdim etmiş və həmin bükülünün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra əlində olan mənə məxsus Samsung A21 markalı mobil telefonu təqdim etməyi təklif edilmiş və o, bu təklifdən sonra həmin mobil telefonu təqdim etmişdir. Bundan sonra üzərində polis əməkdaşları tərəfindən şəxsi axtarış aparılmış və həmin bükülüdəki narkotik vasitə qurudulmuş marixuanadan başqa üzərindən narkotik vasitə, psixotrop maddə, qanunla qadağan edilən hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd sellofan bükülüyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı həmin bükülüdən 1 ədəd tabletkada ümumi sayı 10 ədəd olan senadeksin adlı dərman həbi və qurudulmuş marixuana aşkar edilmişdir. Daha sonra həmin narkotik vasitə qurudulmuş marixuana və senadeksin adlı dərman ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və o, da həmin protokola imza etmişdir. Əlavə suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş həmin narkotik vasitə qurudulmuş marixuananı gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmədiyini və həmin narkotik vasitə qurudulmuş marixuananın onun üzərində olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Törədilmiş cinayət əməli Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsindən başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 30 iyul 2023-cü il tarixdə ona daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi məqsədilə həmin tarixdə onun tərəfindən əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə o, Cəlilabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2, Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra Təqsirləndirilən şəxs olması ehtimal edilən yerlər edilərək 30 iyul 2023-cü il tarixdə, təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi Hyundai İX 35 markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil Cəlilabad şəhəri, H.Əliyev prospektində hərəkətdə olduğu zaman əməliyyat müşahidəsinə götürülmüşdür. Bir neçə dəqiqə həmin avtmobili müşahidə etdikdən sonra əməliyyyat qrupunun digər üzvü Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid4 həmin avtomobilə saxla işarəsi vermiş və Hyundai İX 35 markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobili yolun sağ kənarında saxlamışdır. Bundan sonra onlar həmin avtomobilə yaxınlaşan zaman avtomobilin sürücüsü avtomobildən düşərək qaçmağa başlamışdır. Avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs da avtomobildən düşüb təxminən 10 metr kənara getsə də sonradan dayanmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərinin təqdim etmiş, sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmamasını soruşmuşdurlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin yerdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi və müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından üzərində şəxsi axtarış aparılması və müvafiq sənədlərin tərtib olunması məqsədi ilə onu Cəlilabad Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətimizə etiraz etməyərək onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmişdir. Ona hüquqlarını müdafiə etməsi məqsədi ilə müdafiəçi təqdim olunmuş və bundan sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində onların iştirakı ilə şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və qanunla qadağan olunmuş hər-hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etsin. Bundan sonra Ərmrah Məmədov üzərində olan qara rəngli çantadan bir ədəd sellofan bükülü çıxarıb təqdim edərək həmin bükülünün içərisindəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Şifahi sorğu zamanı təqdim etdiyi həmin narkotik vasitə qurudulmuş marixuananı 3-4 saat əvvəl Astara rayonunda restoranın yaxılığında yerdən tapdığını, gələcəkdə istifadə etmək məqsədilə üzərində gəzdirdiyini, həmin narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmədiyini və həmin narkotik vasitə qurudulmuş marixuananın onun üzərində olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung A21 markalı mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükülüyə baxış keçirilərkən həmin bükülüdən narkotik vasitə qurudulmuş marixuana və 1 ədəd tabletkada ümumi sayı 10 ədəd olan senadeksin adlı dərman həbləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və senadeksin adlı dərman həbləri elektron tərəzidə çəkildikdən sonra ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş və onlar da həmin protokola imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin NMQ-nin məliyyat müvəkkili Şahid2, Cəlilabad RPŞ-nin PPXB-nin polis nfəri Şahid3 Əliguşad oğlu, Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Şahid4 və Cəlilabad RPŞ-nin PPXB-nin polis nəfəri X1 Əliyevin fadəsində göstərdiyi müvafiq hallarla bağlı analoji ifadə vermişdirlər. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs da bu təklifdən sonra üzərində olan qara rəngli çantadan 1 ədəd sellofa bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni çıxararaq təhvil vermişdir. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin MEM-nin X8 tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizanın xx.xx.2023-cü il tarixli 19/762 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd sellofan bükülüdə təmiz çəkisi - 59.501 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: -marixuananın təmiz çəkisi -59.501 qram, cəmi tədqiqata sərf edildi -0.05 qram, qalıq -59.451 qramdır. İşdə olan, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2023-cü il tarixli 3-16-16/1- 6/4102 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri olan zərfdəki üzərində “Senadeksin-Zdorove 10 tabletok” göstəriciləri olan bir ədəd blisterdə ümumi sayı 10 ədəd olan tünd-qəhvəyi rəngli dairəvi formalı dərma həblərinin tərkiblərində narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddə komponentləri aşkar edilmədi. İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran RMX X2 Məhkəmə Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli, 1066 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Cəlilabad RPŞ-dən daxil olan 19 avqust 2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş 59.501 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın mənbəyini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi ilə bağlı məlumatlar əldə olunsa da onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə olunmamışdır. Bundan başqa X4 müəyyən edilməsi istiqamətində keçirilmiş tədbirlərə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmamışdır. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, bu əməl onun özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmuş və məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş Cəlilabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(073)-231/2023 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə ilə əvəz edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Eyni zamanda məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin təyin edilməsini və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi -59.451 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 141 (bir yüz qırx bir) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə ibtidai istintaq zamanı 30 iyul 2023-cü il tarixdən 01 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən 2 gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 6 (altı) ay 28 (iyirmi səkkiz) gün azadlığdan məhrumetmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi -59.451 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 141 (bir yüz qırx bir) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3, muxbir hesabı AZ 41NABZ********************) ödənilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar