Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-30/2025 18.02.2025 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Cəlilabad Rayon Məhkəməsinin hakimi X5, Məhkəmə iclas katibi Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Təqsirləndirilən şəxs X2 barəsində Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətə məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında şikayətinə əsasən X4 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə məhkəməyə verilmişdir. İşin məhkəmə iclasında baxılması 06 fevral 2025-ci il tarixə, saat 10:40-a təyin olunmuş, lakin iş üzrə xüsusi ittihamçı X3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Daha sonra qeyd olunan iş üzrə məhkəmə baxış iclası 18 fevral 2025-ci il tarixə, saat 16:50-yə təxir edilmiş, lakin xüsusi ittihamçı X3 təkrarən məhkəmə baxış iclasına gəlməmiş və məhkəmə baxış iclaslarında iştrak edib-etməməsi barədə rəsmi məlumat verməmişdir. Məhkəmə işə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 və təqsirləndirilən şəxs X2 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə materialı araşdırıb hesab edir ki, xüsusi ittihamçı üzrsüz səbəblərə görə təkrarən məhkəmə baxış iclasına gəlmədiyinə görə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 315.5-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışı zamanı üzrsüz səbəblərə görə təkrarən məhkəmə iclasına gəlmədikdə, məhkəmənin qərarı ilə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilir. Azərbaycan Respublikası CPM-in 321.2.1-ci maddəsinə əsasən cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə məhkəmə baxışı zamanı qərar çıxarılır. Qeyd onunlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittihamçı X3 üzürsüz səbəblərə görə təkrarən məhkəmə baxışı iclaslarına gəlmədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-in 315 və 321-cii maddələrini rəhbər tutaraq, məhkəmə… Qərara aldı: Xüsusi ittihamçı X3 məhkəmə baxışı iclaslarına təkrarən gəlmədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-30/2025
Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-30/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver