Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-31/2023 03.03.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibli Əliyev Elməddin Fizuli oğlunun katibliyi ilə, Dövlət ittihamşısı Əlləzov X7, Təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1988-ci ildə Cəlilabad rayonu Lallar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Neftçala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1,177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 07 ay müddətinə məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Cəlilabad rayonu Lallar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırki iş üzrə xx.xx.2023-cü il tarixdən həbsdə olan X3, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1 və 177.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Cəlilabad Rayon Məhkəməsinin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs X6 cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən başlayaraq xx xxxxx 2011-ci il tarixdə doğulmuş Şahid1 Subhan oğlunun və 18 noyabr 2018-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 125,00 manat, cəmi 250,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Neftçala Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(053)-634/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 dekabr 2019-cu il tarixdə 15 gün, 12 yanvar 2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 15 fevral 2022-ci il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 10 mart 2022-ci il tarixədək Zərərçəkmiş şəxs1 7500,00 manat məbləğində aliment borcunu ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bundan başqa X6 xx.xx.2022-ci il tarixdə saat 15 radələrində uşaqlarını görmək üçün keçmiş arvadı Zərərçəkmiş şəxs1 və qayınanası Zərərçəkmiş şəxs2 yaşadıqları və Neftçala rayonu Abasallı kəndində yerləşən evlərinə gələrk sonuncuların pullarını evin yataq otağında olan çarpayıda gizlətməklərindən əvvəllcədən məlumatı olduğu üçün həmin otaqda olarkən çarpayının üzərindəki yastıqın altında zərəçəkmiş Zərərçəkmiş şəxs1 məxsus 400,00 manat, çarpayının altında isə zərərçəkmiş Gülxara məxsus 700,00 manat, cəmi 1100,00 manat məbləğində pulu tamah məqsədi ilə gizli yolla talayaraq zərəçəkmiş şəxslərə qeyd edilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs X6 özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 ilə 2008-ci ildə rəsmi nikaha dail olmadan evlənmişdir. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Evləndikdən sonra Cəlalə ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Odur ki, Cəlalə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsi tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən başlayaraq xx xxxxx 2011-ci il təvəllüdlü Şahid1 və 18 noyabr 2018-ci il təvəllüdlü Əli Cəfərovun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 125,00 manat, cəmi 250,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs1 xeyrinə ödəməlidir. Bu barədə icra sənədi Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə icraya yönəldilmişdir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq aliment borclarımı vaxtında ödəmədiyindən dəfələrlə Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən iki dəfə inzibati qaydada həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcu ödəməsi barədə bildiriş verilmişdir. Hazırda fermada fəhlə işlədiyindən işaxtaran kimi Məşğulluq mərkəzinə müraciət etməmişdir. Aylıq qazancı 400,00 manat olur. İcra və istintaq müddətində Zərərçəkmiş şəxs1 olan aliment borcundan ödəniş etməmişdir. Bundan əlavə Neftçala Rayon Polis X1 icraatında olan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, evsiz olduğundan 2009-cu ildən 2018-ci ilədək qayınanası Gülxara və arvadı Cəlalə ilə birlikdə sonunculara məxsus Neftçala rayon Abasallı kəndindəki evlərində yaşamışdır. Zərərçəkmiş şəxs2 ev tikmək üçün ona torpaq sahəsi almış və köməkləşib həmin yerdə ev tikmiş, 2020-ci ilin oktyabr ayında həmin evə köçmüşlər. Cəlalə və uşaqları ilə həmin evdə yaşayırkən qayınanası Gülxaranın yaşadığı evdə oğlu ilə münaqişəsi olduğundan gəlib onlarala birlikdə həmin evdə yaşamağa başlamışdır. Daş karxanasında işləməklə pul qazanıb ailəsinə baxmışdır. Ayrılsalar belə mütəmadi olaraq uşaqlara həmin evdə görüşmüş və daimi gediş-gəlişi olmuşdur. xx.xx.2022-ci il tarixdə də uşaqlarla görüşmək üçün həmin evə getmişdir. Qayınanası Gülxara, oğlu Əli və Üzeyir evdə olmuşdur. Həmin vaxtı da karierdə işlədiyindən ağrıları artmağa başlamışdır. xx.xx.2022-ci il tarixdə Cəlalədən pul istəyəcəkmiş amma münasibətləri gərgin olduğundan pul verməyəcəyini bildiyindən, ona görə pulu xəbərləri olmadan götürüb növbəti həftələrdə yerinə qoyacağını planlaşdırmışdır. Xəstə olduğundan müalicə olunması üçün pula ehtiyacı olduğundan yataq otağında Gülxaranın yatdığı çarpayıdakı yastıqın altında 400,00 manat və 700,00 manat da döşəyin altından pulu götürüb evdən çıxmışdır. Gülxaranın müalicəsinin vaxtı dekabr ayındadır. Həmin vaxta kimi müalicəsini alıb onun pulunu qaytaracaqmış. Eləcə də Cəlalənin 400,00 manat pulunu istənilən vaxt qaytara bilərmiş. Bir dəfə keçən il hətta Cəlalə özü öz pulu ilə onu aparıb Şirvan şəhər xəstəxanasında müalicə etdiribmiş. Sonra eşitmişdir ki, onun barəsində şikayət ediblər. Fakta görə Neftçala rayon Polis Şöbəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Oğurluq etdiyi puldan zərəçəkmiş şəxs Gülxara 200,00 manat ödəmişdir. Pulu icazəsiz götürdüyü üçün səhv etdiyini başa düşmüşdür. Əməlindən səmimi peşmandır. Qeyd edilənlərin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ailə vəziyyəti ilə bağlı məhkəmə baxışı iclasılarına gələ bilməyəcəyini bildirmiş və təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyini, yığılmış aliment borcunu tələb etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildə rəsmi nikaha dail olmadan evlənmişdir. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Evləndikdən sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Subhan uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsi tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən başlayaraq xx xxxxx 2011-ci il təvəllüdlü Şahid1 və 18 noyabr 2018-ci il təvəllüdlü Əli Cəfərovun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 125,00 manat, cəmi 250,00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamənin qəbul edildikdən sonra Subhan barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş aliment borcundan ödəniş etməmişdir. Təqsirləndirilən şəxs fermada işləməklə aylıq 500,00 manat və ev təmiri ustası işləməklə aylq 1000,00 manat qazanc əldə edir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsədə, nəticəsi olmamışdır. İcra məmurları dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də inzibati qaydada cərimə olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan öz aliment borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs qalıq alimentin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə sahəyə alaq vurmaq üçün getmişdir. Anası və azyaşlı uşaqları evdə qalmışlar. Saat təxminən 18:30 radələrində sahədən evə qayıdanda azyaşlı oğlu Üzeyir ona atası Subhanın gəldiyini demişdir. Sübhan evə gəldikdən sonra oğlu Üzeyiri mal gətirmək üçün göndərmiş, uşaq qayıdana kimi Sübhan artıq evdən çıxıb getmişdi. Onun bu hərəkətini eşitdikdə bir qədər şübhələnmişdir. Çünki Subhan əvvəllər oğurluq etdiyindən məhkum olunmuşdur. Ona görə pul qoyduğu yerə dərhal baxmışdır. Anasının yatdığı çarpayının üstündəki yastıqın altında saxladığı və ona məxsus olan 400,00 manat pulunun olmadığını görüb bu haqda 102 xidmətinə müraciət etmişdir. Sonra həmin çarpayıda olan yataq döşəyinin altına baxmış və anası Gülxaranın pul kisəsində qoyub saxladığı 700,00 manat pul olmadığını görmüşdür. Həmin pulu anası öz müalicəsi üçün saxlamışdır. Həmin vaxt Subhanın bacısı Mahizərə zəng vurmuş və ona qardaşı Subhanın onun və anasının pulunu oğurladığnı bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ailə vəziyyəti ilə bağlı məhkəmə baxışı iclasılarına gələ bilməyəcəyini bildirmiş və təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənilmədiyini, ziyanı tələb etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan və tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 iyul 2022-ci il tarixdə saat 14 radələrində qızı Zərərçəkmiş şəxs1 sahəyə alaq vurmaq üçün getmiş, evdə isə özü və azyaşlı nəvələri ilə qalmış, saat təxminən 15:00 radələrində Subhan onlara gəlmişdir. O də həmin vaxt evdə oturub televizorda baxmışdır. Həmin vaxt Subhan və nəvəsi Üzeyir yataq otağında otağında olmuşlar. Lakin, Üzeyir evdən çıxıb getmişdir. Bir qədər keçmiş Üzeyir gələrək atasını soruşmuşdur. O da yataq otağında olduğunu demişdir. Üzeyir yataq otağına baxanda atasının orada olmadığını bildirmişdir. Axşam saat 18 radələrində qızı Cəlalə gəlmiş və Subhanın evə gəlib xəbərsiz getmə xəbərini bildikdən sonra evdə olan pulunu axtarmış, lakin, çarpayıdakı yastığın altında gizlətdiyi 400,00 manat pulunu tapa bilməmişdir. Bu barədə 102 xidməti mərkəzinə zəng etmişdir. Daha sonra Üzeyir nənəsinin də pulunun oğurlandığını demişdir. Qızı Cəlalə dərhal həmin çarpayıdakı döşəyin altına baxmış və həmin yerdə pul kisəsində ona məxsus müalicəsi üçün saxladığı 700,00 manat pulun olmadığını və oğurlandığnı görmüşdür. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 verdiyi ifadəsində göstərdi ki, Neftçala Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(053)-634/2019 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cəlilabad Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 dekabr 2019-cu il tarixdə 15 gün, 12 yanvar 2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Təqsirləndirilən şəxs icra müddətində aliment borcundan ödəniş etməmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(073)-50/2020 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək Zərərçəkmiş şəxs1 7500,00 manat aliment borcunu ödəmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Cəlilabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid3 verdiyi ifadəsində göstərdi ki, Neftçala Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(053)-634/2019 nömrəli qətnaməsi üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Cəlilabad Rayon İcra Şöbəsinə daxil olmuşdur. İcra vərəqəsi icraata qəbul edilərək icraata başlanılmış, tələbin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt vermişdir. Lakin Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə və rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən icra etmədiyi üçün inzibati məsuliyyətə cəlb edilərək Cəlilabad Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 dekabr 2019-cu il tarixdə 15 gün, 12 yanvar 2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və qətnaməni icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Təqsirləndirilən şəxs icra müddətində aliment borcundan ödəniş etməmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(073)-50/2020 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən tarixədək Zərərçəkmiş şəxs1 7500,00 manat aliment borcunu ödəmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. Cinayət işinə əlavə olunmuşməhkəmə qətnaməsinin icrası ilə bağlı Cəlilabad Rayon Məhkəməsinin 20 dekabr 2019 və 12 yanvar 2011-ci tarixli inzibati xəta haqqında qərarlarından, xəbərdarlıqlardan, Neftçala Rayon Polis Şöbəsindən daxil olmuş materiallardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmiş, həmçinin tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaqla zərəçəkmiş şəxslərə qeyd edilən məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinə əlavə olunmuşCəlilabad rayon icra şöbəsinin xx.xx.2019-cu il tarixli icraata başlama haqqında qərarından və xx.xx.2019-cu il tarixli, 157387/30-9 saylı bildirişindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli, 2(022)-634/2019 nömrəli icra vərəqəsi icraata qəbul edilmiş və X4 on gün müddətində icranı təmin etməsi təklif olunmuşdur. Cinayət işinə əlavə olunmuşCəlilabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3-(073)-30/2021 saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, sonuncu dəfə Neftçala Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1,177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilmiş, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən məhkumluğu olmayan şəxs hesab edilir. Cinayət işinə əlavə olunmuş Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə saat 09:30-da Cəlilabad rayonu ərazisində tutulmuş və həmin gün Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Cinayət işinə əlavə olunmuş, 05 oktyabr 2022-ci il tarixli “MSY-dən azad etmə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, X3 barəsində 05 oktyabr 2022-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinə əlavə olunmuş Cəlilabad rayon məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarından görünür ki, X6 məhkəmədən yayındığına görə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarış elan edilmişdir. İşdə olan Cəlilabad rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Cəlilabad rayonu ərazisində tutulmuş və Cəlilabad rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxs X3 ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş ibtidai istintaq hərəkəti protokolları ibtidai istintaq zamanı Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə həmin sübutların təqsirləndirilən şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1 və 177.1-ci maddələri ilə düzgün tövsif edilmiş və ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxs X4 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X3 iş üzrə dəymiş ziyanın bir hissəsini ödəməsi CM-nin 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır, iş üzrə onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxs X3 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halları, habelə cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs X3 törətdiyi cinayət əməlinə görə təyin edilmiş cəzanı cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli hesab edir. Təqsirləndirilən şəxs X3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351, 352, 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1 və 177.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq X4 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 03 oktyabr 2022-ci ildən 05 oktyabr 2022-ci ilədək, 2 (iki) gün müddətə həbsdə saxlanılması nəzərə alınmaqla, həmin müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəksin. X3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Cəlilabad Rayon Məhkəməsinin vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elxan Əmirəliyev
Məhkəmə qərarları › İş №1(073)-31/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-31/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver