Məhkəmə qərarları › İş №1(073)-31/2024

Cəlilabad Rayon Məhkəməsi Qərar — İş №1(073)-31/2024

08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 1(073)-31/2024 08.01.2024 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Əkbərov Ramil Xudaşükür oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, onun nümayəndəsi vəkil Nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X1 həmin işə baxılmasına sədrlik edən hakim - Cəlilabad Rayon Məhkəməsinin sədri Vüsal Cəbrayılova və məhkəmənin digər hakimlərinə edilmiş etirazına baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi mahiyyəti üzrə baxılması üçün məhkəməyə daxil olmuş və iş üzrə məhkəmə baxışı iclası 08 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 etirazla, həmçinin teleqramlarla məhkəməyə müraciət edərək işə ümumiyyətlə Cəlilabad Rayon Məhkəməsində və məhkəmə sədri Vüsal Cəbrayılovun sədrliyi ilə baxılmasına etiraz etdiyini, işə başqa rayon məhkəməsində baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 etirazını onunla əsaslandırmışdır ki, məhkəmə hazırlıq iclasında hiss etmişdir ki, Təqsirləndirilən şəxs mənafeyi məhkəmədə müdafiə edilir. Əsgərin barəsində həbs qətimkan tədbiri seçilməsi barədə onun verdiyi vəsatəti məhkəmə sədri təmin etməmişdir. Çünki, Əsgər təkçə ehtiyatsızlıqdan yox, həmdə də qəsdən törədilən əmələ görə məhkəməyə verilmişdir. Qanunun tələbi baxımından onun azadlıqda qalması yol verilən hal hesab edilə bilməz. Məhkəmə iclas zalında Əsgərin atası və qohum qardaşları onun üstünə hücum edərək onu təhqir etmişlər. Bundan əlavə, onlara çatan məlumata görə məhkəmə sədri Qaraşovlar ailəsindən külli miqdarda pul almışdır, işin nəticəsi ilə əvvəlcədən maraqlıdır. Ona görə də hesab edir ki, bu səbəblərdən həmin cinayət işinə Cəlilabad Rayon Məhkəməsində baxıla bilməz. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X2 etirazın dəlillərinə uyğun izahat verərək işə Cəlilabad Rayon Məhkəməsində baxılmasına qəti etiraz etdiyini, əks təqdirdə çoxsaylı şikayətlərlə müraciət edəcəyini bildirmiş və işin başqa rayon məhkəməsində baxılmasını təmin etmək üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüququ varisinin nümayəndəsi - vəkil Nümayəndə da etirazın əsasları ilə razı olduğunu, işə Cəlilabad Rayon Məhkəməsində baxılmasına və hakimlərə etiraz etdiklərini bildirmiş və cinayət işinin başqa rayon məhkəməsində baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Dövlət ittihamçısı ittiham tərəfi olaraq zərərçəkmiş şəxsin hüquqi varisinin hakimə etirazının həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə iclasında etirazın dəlilləri ilə razı olmayaraq onun əsassız olduğunu, lakin etirazın həlli məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinin özü-özünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Məhkəmə etirazın dəlillərini nəzərdən keçirib, proses iştirakçılarının fikrini dinləyərək hesab edir ki, etirazın dəlilləri əsassız olmaqla həqiqətə uyğun olmasa da iş üzrə gələcəkdə çıxarılacaq yekun məhkəmə aktının obyektivliyini indidən şübhə altına almamaq, hakimin qərəzsizliyinə olan inamın sarsılmasına səbəb olan hallara yol verməmək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirməmək, lüzumsuz olaraq çoxsaylı şikayətlərin yaranmasının qarşısını almaq və sair bu kimi səbəblərə görə zərərçəkmiş şəxsin hüquqi varisi X1 Cəlilabad Rayon Məhkəməsinin sədrinə və hakimlərə etirazı həll edilməsi üçün cinayət işinin materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 109 və 321.2.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X1 həmin işə baxılmasına sədrlik edən hakim - Cəlilabad Rayon Məhkəməsinin sədri Vüsal Cəbrayılova və məhkəmənin digər hakimlərinə edilmiş etirazı baxılması üçün cinayət işi materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Vüsal Cəbrayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar