Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1(073)-33/2023 23.02.2023 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəbrayılov Vüsal Adil oğlunun sədrliyi, Fərəcov Ehtram Ehtibar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunun və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxxxx 1993-cü ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada satıcı-reklamçı işləyən, Cəlilabad şəhəri A.Azərtürk küçəsi ev 73-də qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, xx xxxx 1987-ci ildə Cəlilabad rayonunun Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2013-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 318.1, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə 1 (bir) il 8 (səkkiz) gün vaxtından əvvəl şərti azad edilmiş, 21 may 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmış, lakin məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonunun Kövüzbulaq kəndində qeydiyyatda olan və həbs olunana kimi Cəlilabad rayon Uzuntəpə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, bu iş üzrə 09 dekabr 2022-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 08 iyun 2022-ci il tarixdə Cəlilabad rayonunun Uzuntəpə kəndində həmin kənd sakini Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlundan satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda - 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,755 qram psixotrop maddə olan metamfetamini 30 manat müqabilində qanunsuz olaraq əldə edib üzərində saxlamış, 08 iyun 2022-ci il tarixdə saat 18 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyataxtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək Cəlilabad şəhəri ərazisində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qəhvəyi rəngli parça şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlu istintaqla müəyyən edilməyən vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,755 qram olan psixotrop maddə metamfetamini 08 iyun 2022-cil tarixdə Təqsirləndirilən şəxs1 Namiq oğluna 30 manat müqabilində Cəlilabad rayonu Uzuntəpə kəndində satmış, Təqsirləndirilən şəxs1 08 iyun 2022-ci il tarixdə saat 18 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının Cəlilabad şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinərək Cəlilabad şəhəri ərazisində saxlanılaraq Cəlilabad RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qəhvəyi rəngli parça şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə həmin psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir narkotik vasitə aludəçisidir. 08 iyun 2022-ci il tarixdə saat 15 radələrində evdə olan zaman bədənində ağrılar olduğu üçün narkotik əldə etmək qərarına gəlmişdir. Buna görə əvvəllər də narkotik maddə əldə etdiyi Cəlilabad rayonu Uzuntəpə kənd sakini Təqsirləndirilən şəxs2 adlı şəxsin mobil telefonuna zəng edərək bu barədə ona bildirmişdir. Ona narkotik vasitə əldə etmək istədiyini bildirdikdə Kənan təxminən 1 qram metamfetamininin olduğunu və 30 manata ona verə biləcəyini demişdir. O, Kənanla razılaşıb, yaşadığı evdən çıxaraq tanımadığı taksiylə həmin kəndə doğru getmişdir. Kənanla onun yaşadığı evin yaxınlığında görüşüb ona 30 manat pulu verdikdən sonra həmin psixotrop maddəni almış və axşam vaxtı istifadə etmək üçün üzərində saxlamışdır. 08 iyun 2022-ci il tarixdə təxminən saat 18 radələrində tanışları ilə görüşüb “Bağ” adlanan yerdə çay içməyə gedən zaman mülki geyimdə tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmadığını soruşmuşlar. Həmin vaxt psixotrop maddə olan metamfetamin üzərində olduğuna görə onlara üzərində bir ədəd bükümdə el arasında “şüşə” adlanan metamfetamin olduğunu demişdir. Bundan sonra onu Cəlilabad RPŞ-yə dəvət etmişlər, o da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmişdir. Polis Şöbəsində onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və videoçəkiliş aparılmaqla ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub-olmamasını soruşmuşlar. O da əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibinə qoyduğu həmin bükülünü polis əməkdaşlarına təhvil vermişdir. Həmin bükülü açıldıqda içərisində ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetamin olduğu müəyyən olunmuşdur. Polis əməkdaşları soruşduqda, onlara bildirmişdir ki, həmin maddəni 08 iyun 2022-ci il tarixdə təxminən saat 16 radələrində Cəlilabad rayonu, Uzuntəpə kəndində həmin kənd sakini Namiq ləqəbiylə tanınan Kənan adlı şəxsdən 30 manata aldığını bildirmişdir. Daha sonra həmin büküm polis əməkdaşları tərəfindən zərfə qoyulmuş və protokol tərtib edilmişdir. O da həmin protokola və zərfin üzərinə imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində bir azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. X1 ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən Masallı rayonunda yerləşən ofisdə satıcı-reklamçı işləyir. Odur ki, bunu nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlu məhkəmə iclasında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhərində fəhləliklə məşğul olaraq ailəsini dolandırır. 07 dekabr 2022-ci il tarixdə Bakı şəhərində olan zaman anası Zərintac onun mobil telefonuna zəng edərək polis əməkdaşlarının onu axtardıqlarını bildirmişdir. Bundan sonra o, həmin gün yaşadığı kəndə gəlmişdir. 09 dekabr 2022-ci il tarixdə isə polis şöbəsinə gəlmişdir. Bundan sonra onu Cəlilabad rayon X5 Bölməsinə dəvət etmişlər və o da onlara etiraz etməyərək onlarla birlikdə getmişdir. Orada onun hüquqlarını müdafiə etməsi üçün vəkil təyin olunmuş və daha sonra ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşya olub-olmamasını soruşmuşlar. O da polis əməkdaşlarına üzərində heç bir qanunla qadağan olunmuş əşya və ya predmet olmadığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bununla bağlı protokol tərtib olunmuşdur. O da həmin protokola imza etmişdir. O, Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 08 iyun 2022-ci il tarixdə saat 15 radələrində 30 manata psixotrop maddə satmamışdır. Belə ki, 08 iyun 2022-ci il tarixdə Natiq ona zəng edərək bir ədəd mobil telefon satmaq istədiyini bildirmişdir. O, da Təqsirləndirilən şəxs1 yaxın ətrafında kim almaq istəsə bildirəcəyini demişdir. Bundan bir qədər sonra Təqsirləndirilən şəxs1 onun yaşadığı evin yaxınlığına gələrək ona zəng etmiş və o, yaşadığı evdən çıxaraq onunla görüşüb telefona baxmışdır. Daha sonra birlikdə piyada kənddə yerləşən sahibsiz tikiliyə getmişlər. Orada olan zaman o, üzərində olan metamfetamini çıxarıb aliminyum falqaya qoyaraq yandırıb istifadə etməyə başlamışdır. Bir qədər sonra həmin falqanı tikilidə olan stolun üzərinə qoymuşdur. Bu zaman Natiq həmin falqanı götürüb özündə olan alışqan vasitəsi ilə yandırıb istifadə etmişdir. Bu zaman o, Natiqə “özündə varsa ondan çək” demişdir. Təqsirləndirilən şəxs1 isə ona “özümdə olan az miqdardadır, həm də bunun dadına baxmaq istəyirəm” dedikdən sonra ona etiraz etməmişdir. Natiq ona məxsus olan narkotik vasitədən istifadə etmişdir. Lakin o, Natiqin istifadə etdiyi həmin narkotik vasitə qarşılığında Natiqdən pul almamışdır. O, həmin metamfetamini 06 iyun 2022-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsində onlayın şəkildə əldə etmişdir. Belə ki, o, həmin profilin sahibinə milli ödəmə terminalı vasitəsi ilə 20 manat pul atdıqdan sonra həmin şəxs ona “20 Yanvar” metrosu yaxınlığında yerləşən zibil qabının yanında siqaret qutusunda olduğunu bildirdikdən sonra o, həmin deyilən yerə gedib onu götürmüşdür. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşimandır, himayəsində üç azyaşlı uşağı vardır, ailəsinin yeganə qazanc gətirənidir. Odur ki, bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Törədilmiş cinayət əməlləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 özünün etirafedici ifadəsi və Təqsirləndirilən şəxs2 qismən etiraf ifadəsindən başqa, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün digər materialları ilə də tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 08 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi və üzərində daşıması barədə Cəlilabad RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən şöbə rəhbərliyinin müvafiq əmri ilə Cəlilabad RPŞ-də əməliyyat qrupu yaradılmışdır. Sonra isə tərəflərindən Təqsirləndirilən şəxs1 ola biləcəyi yer müəyyən edilərək Cəlilabad şəhəri ərazisində müşahidəyə götürülmüşdür. Təxminən saat 18 radələrində Təqsirləndirilən şəxs1 Cəlilabad şəhəri A.Azərtürk küçəsində görmüş və onu 5-10 dəqiqə müşahidə etdikdən sonra ona yaxınlaşıb, özlərini təqdim etmişlər. Sonra isə ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 isə bildirmişdir ki, əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibində 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamin var. Həmin yerdə müvafiq sənədlərin tərtib olunması mümkün olmadığından Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Cəlilabad RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 da onlara etiraz etməyərək onlarla birlikdə RPŞ-yə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi dəvət olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş və axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 da əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibində 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini çıxararaq psixotrop maddə olduğunu, həmin maddəni 08 iyun 2022-ci il tarixdə Cəlilabad rayon sakini Kənan adlı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin bükülü açıldıqda içərisində ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetaminə bənzər maddə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış və aşkar olunan maddədən başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunu əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 09 dekabr 2022-ci il tarixdə əməliyyat müvəkkili Şahid4 ilə birlikdə xidməti otaqda olan zaman Cəlilabad RPŞ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunun könüllü olaraq növbətçi hissəyə yaxınlaşaraq özünü təqdim etdiyini bildirmiş və həmin şəxs özünün könüllü olaraq polis şöbəsinə gəldiyini bildirmişdir. Onlar da Təqsirləndirilən şəxs2 axtarışda olması barədə məlumat verdikdən sonra müvafiq sənədləri tərtib edib onu Cəlilabad RPŞ-nin İstintaq Bölməsinə təqdim etmişlər. Polis şöbəsində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs2 müdafiəçi təyin olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş və axtarış keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 də üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Verilən suallara cavab olaraq o, Təqsirləndirilən şəxs1 heç bir narkotik vasitə və ya psixatrop maddə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cəlilabad RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid4 da eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 da əynində olan qəhvəyi rəngli şalvarının sağ yan cibində 1 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetamini çıxararaq psixotrop maddə olduğunu, həmin maddəni 08 iyun 2022-ci il tarixdə Cəlilabad rayon sakini Kənan adlı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunun üzərinə baxış keçirilən zaman aparılmış videoçəkilişə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs2 də üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli 19/680 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş kütlə....” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,755 qram olan maddə ağ rəngli kristal formada olan maddə metamfetamindir. Tədqiqata sərf olundu 0,05 qram heroin, qalıq 0,705 qram. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2022-ci il tarixli 724 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixotrop maddə olan Metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən Toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, məhkəmə-narkoloji ekspertizasının 12 dekabr 2022-ci il tarixli 1282 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunda Opoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, bütün bu sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərində təqsirləri tam sübuta yetirilmiş, bu əməllər Təqsirləndirilən şəxs1 özünün etirafı, Təqsirləndirilən şəxs2 qismən etirafı, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları ilə tam təsdiq olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunun özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsini özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi həmin cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunun törətdiyi cinayət əməli isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir və onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəlarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli, 53/76 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan, Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 20 dekabr 2022-ci il tarixli əmək müqaviləsinə əsasən X1 ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən satıcı-reklamçı kimi işləyir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olması, cinayətin digər iştirakçısının ifşa edilməsinə kömək etməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.10-cu maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş, 08 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 08 iyun 2022-ci il tarixdə saat 19:00-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, 10 iyun 2022-ci il tarixli “Təqsirləndirilən şəxsin MSYdən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 10 iyun 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, eləcə də təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs1 toksikomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsi 12 mart 2013-ci il tarixli hökmünün surətindən görünür ki, təqsirləndirilən şəxs Ağayev X2 Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2013-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 318.1, 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinib, ona CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qaradağ rayon Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə 1 (bir) il 8 (səkkiz) gün vaxtından əvvəl şərti azad olunmuş, 21 may 2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan, Cəlilabad rayon İHB-nin Cəlilabad rayon Uzuntəpə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli, 21/97 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunun himayəsində üç azyaşlı uşağı vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunun himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunun ailəsinin yeganə qazanc gətirəni olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlu əvvəllər qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, lakin məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmişdir. Ona görə də Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında hüquqi mövqe kimi qeyd etmişdir ki, əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli qərarında isə Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. İş materiallarına əlavə olunmuş, 09 dekabr 2022-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlu 09 dekabr 2022-ci il tarixdə saat 16:00-da tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 10 dekabr 2022-ci il tarixli 4(073)-207/2022 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Cəza məsələsini müzakirə edərək, məhkəmə Azərbaycan Respublikası CM-in 58.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlunun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsində göstərilən halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədinə nail olmaq baxımından qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Ağahüseyn oğluna təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Eyni zamanda məhkəmə, CM-nin 93.1.2-ci maddəsinə əsasən məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq Təqsirləndirilən şəxs2 Ağahüseyn oğluna narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut - Cəlilabad RPŞ-də saxlanılan və tədqiqatdan sonrakı çəkisi 0,705 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlundan alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə 08 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının 4 (dörd) gününə bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 aid hissədə hökmün icrası Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Cəlilabad şəhəri A.Azərtürk küçəsi ev 73-də yerləşən fərdi yaşayış evini tərk etməmək, yaşadığı Cəlilabad və işlədiyi Masallı rayonlarının hüdularından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 toksikomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs1 yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlu Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkməsinin əvvəli 09 dekabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Ağahüseyn oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlu yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Cəlilabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı çəkisi 0,705 olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağahüseyn oğlundan alınaraq dövlət büdcəsinə keçirilsin. Hökm 20 (iyirmi) gün müddətinə qanuni qüvvəsini alır, hökmdən elan edildiyi və həbsdə saxlanılan məhkum tərəfindən ona verildiyi andan 20 (iyirmi) gün müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti vermək olar. Sədrlik edən: Vüsal Cəbrayılov
Məhkəmə qərarları › İş №1(073)-33/2023
Cəlilabad Rayon Məhkəməsi Hökm — İş №1(073)-33/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver